Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2421/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2, Məhkum və onun müdafiəçisi Mirzəyev Şai q Səyyad oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 151-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə, onun əməlinin CM-in 133.2.6-cı maddəsindən CM-in 133.1-ci maddəsinə tövsif edilməsinə və həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Ra yon Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəfərzadə İlham Nizami oğlu) Məhkum, 8 iyun 1975-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yaşayan, CM-in 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş və o, CM-in 151-ci maddəsi ilə təqsirsiz elan edilərək sonuncuya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 356.5-ci maddəsinə əsasən qanun suz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Məhkum əməli CM-in 133.2.6-cı maddəsindən CM-in 133.1-ci maddəsinə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2024-cü il tarixdən 5 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 10 (on) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər hesabı ilə hesablanmaqla, cəmi 1 (bir) il 9 (doqquz) ay 6 (altı) gün müddət o na təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə Məhkum üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin isə onun cəzanı icra edən orqanda qeyd iyyata alındığı vaxtdan hesablanması qət edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama görə, o, zərərçəkmiş şəxsin maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, həmçinin işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Belə ki, Məhkum cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə yüngül həyat tərzi keçirən qadınları pul müqabilində özünə məxsus mənzilə və fərdi yaşayış evinə dəvət edib əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında 2021-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər olan müddətdə mütəmadi olaraq dəfələrlə, sonuncu dəfə 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında eyş-işrət məclisləri təşkil edərək rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə sevgi münasibətlərində olduğu Şahid12 və şəxsiyyəti istintaqa məlum olmayan digər qadınlarla cinsi əlaqədə olduğu vaxt Zərərçəkmiş şəxs iradəsi ziddinə onun bədəninin intim nahiyələrinə toxunmaq, öz kişi cinsiyyət üzvünü ağız boşluğuna daxil etmək, intim geyimlər geyinməklə intim əşyalardan özünə və digərlərinə qarşı istifadə etmək, həmin qadınlarla intim xarakterli digər hərəkətlər etmək kimi təkrarən seksual xarakterli digər hər əkətlərə məcbur etmişdir. Bundan başqa, Məhkum arvadı Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etdiyi əxlaqsız və intim təkliflərə bəzən rədd cavabı almasını, guya müxtəlif qadınlar və kişilərlə onun məlumatı olmadan intim münasibətlərdə olub ona xəyanət etməsini, birgə və əvvəlki nikahlarından olan övladlarına qarşı kobud davranmasını bəhanə edib əsassız qısqanclıq və qisas zəminində vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 2021-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər olan müddətdə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ünvanında 28 dekabr 2022-ci il tarixdə və sonuncu dəfə isə 25 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldan nalayiq ifadələr işlətmə klə dəfələrlə başına və bədəninin digər nahiyələrinə qəsdən yumruq, təpik və müxtəlif bərk küt əşyalarla vurub döyərək, boğazından əlləri ilə tutub boğaraq, qol nahiyələrindən dişləyərək, saçını sıx tutmaqla yolub döşəmə üzərində sürüyərək, başını davamlı olaraq divara və sərt əşyalara çırparaq, eləcə də sair zorakı hərəkətlərlə ağır psixi iztirabla müşayiət edilən işgəncə verməklə fiziki zor tətbiq etmiş, bununla da Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixdə alt dodağın səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, 25 avqust 2023-cü ildə baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, eləcə də üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırı kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, həmçinin sağlamlığa zərərvurma dərəcələri istintaqla müəyyən edilməyən ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi ilə əzilməsi, döş sümüyünün sınığı və digər müxtəlif bədən xəsarətləri yetirib azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X1 gözü qarşısında Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Cinayət işinə birinci instanisya məhkəməsində baxılması nəticəsində Məhkum barəsində yuxarıda göstərilən hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Həşimzadə Nərmin Fəxrəddin qızı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) 29 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti və zərər çəkmi ş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin ittiham üzrə üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara, xüsusən də zərər çəkmiş şəxss Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkə məsi hazırki cinayət işinə baxarkən sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əsassız olaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq araşdırılmış sübutlarla təsdiq edilmiş bir sıra halları nəzərə almamışdır. Belə ki, məhkəmələr şahid ifadələrinin heç birinə hüquqi qiymət verməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlərə məcbur edilməməsi qənaətinə gəlsələr də, məclisdə "ofsiant" kimi yoldaşını onun ətrafında olan qadınlara qulluq etməsi, həmin qadınlar, o cümlədən Şahid12 gəldikdən sonra əhvalının pozulması, evlərində mübahisə yaranması, döyülməsi, məcbur edilmədiyi halda hansı səbəbdən ətrafında olan insanlara (Şahid2, Şahid17) Məhkum evə gətirdiyi qadınlardan bezməsi barədə məlumat vermə sini araşdırmamış, tək sübutun zərər çəkmiş şəxsin ifadəsi olması qənaətinə gəlmişlər. Bundan başqa, qeyd edilən hadisələrin evdə baş verməsini nəzərə alaraq, hadisələrin şahidləri - həmin evdə yaşayanlar (ailə üzvləri, xadimə, bağban, sürücü və s.) olmuşlar ki, həmin şəxslərdən də X1, xadimə Şahid17 Zərərçəkmiş şəxs Məhkum tərəfindən təşkil olunmuş müxtəlif qadınların iştirak etdikləri məclislərdə Zərərçəkmiş şəxsin də iştirak etməyə məcbur edildiyini təsdiq etmişlər. İş üzrə toplanmış və araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum yuxarıda qeyd olunan şəxsləri müxtəlif vasitələrlə ələ almağa çalışmış, lakin məhkəmələr bu xüsusatları da nəzərə almamışlar. Protest müəllifi daha sonra qeyd etmişdir ki, məhkəmələrin yekun aktlarında ibtidai istintaq tərəfindən təqdim edilmiş çoxsaylı fot oşəkillər tərəflərin sərbəst və hər hansı bir məcburiyyət olmadan hərəkət etməsi təəssüratı yarandığını qeyd edilsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu xüsusatla bağlı göstərmişdir ki, həmin fotoşəkilləri çəkməyə Məhkum onu məcbur etmişdir. Həmçinin məhkəmələrin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilkin ərizə və təhqiqat orqanında verdiyi izahatında əri Məhkum tərəfindən döyüldüyünü bildirməsi, sonuncu tərəfindən hər hansı seksual hərəkətə məcbur edilməsi ilə bağlı heç nə göstərməməsi, sonradan müstəntiq tərəfindən izahatı alınarkən və müxtəlif orqanlara ünvanlanmış şikayət ərizələrində Məhkum tərəfindən seksual xarakterli hərəkətlərə məcbur edildiyini bildirməsi ilə bağlı dövlət ittihamçısı qeyd etmişdir ki, zərər çəkmiş şəxsin ilkin izahatında seksual xarakterli hərəkətlərə məcbur e dildiyini qeyd etməməsi, həmin hadisənin baş verməsi faktını inkar etmir, hansı ki, bu hal yalnız özünün deyil, digər şahidlərin ifadələri ilə də təsdiq edilir. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs lezbian həyat tərzi sürdüyünü, öz istəyi ilə müxtəlif qadınlarla, o cümlədən şahidlər Şahid2, Şahid7 ilə intim münasibətdə olduğunu qeyd etsə də, sonuncular ifadələrində qeyd edilən halların baş vermədiyini bildirmişlər. Bundan başqa, məhkəmələr Məhkum tərəfindən Zərərçəkmiş şəxs əzab verilməsi qənaətinə gəlsələr də, hansı səbəbdən əzab verilməsini müəyyənləşdirməmişlər. Halbuki, Zərərçəkmiş şəxs ifadəsində qadınlarla intim münasibətdə olmağa etiraz etdiyi üçün Məhkum tərəfindən əzab və işgəncələrə məruz qaldığını göstərilmişdir. Göründüyü kimi, məhkəmələr əzab verilməsi faktını təsdiqləmiş, la kin səbəbini müəyyən etməmiş, eyni zamanda zərərçəkmiş şəxsin seksual xarakterli hərəkətlərə məcbur edilmədiyi qənaətinə gəlməklə ziddiyyətli mövqe nümayiş etdirmişlər. Daha sonra dövlət ittihamçısı E.A.Mirzəyev qeyd etmişdir ki, məhkəmələr Məhkum əməlini CM-in 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif etməkdə də haqlı olmamış və sonuncunun məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi toplanmış və araşdırılmış bir çox sübutlarla təsdiq edilmişdir. Göründüyü kimi, məhkəmələr sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız təqsirləndirilən şəxsin xeyrinə olan halları nəzərə alaraq cinayət mühakimə icraatının obyektivliyi, qərərsizliyi və ədalətliliyi prinsiplərini pozmuş, Məhkum CM-in 151-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi ə sası ilə bəraət verilməsi, eyni zamanda onun əməlinin CM-in 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticədə tam haqsız olmuşdur. Bütün qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya protesti ilə eyni məzmunda verdiyi kassasiya şikayətində ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və CPM-in bəzi maddələrinə istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə sübutları h ərtərəfli qiymətləndirməmiş, zərər çəkmiş şəxsə işgəncə verən, onu seksual xarakterli hərəkətlərə məcbur edən şəxsə əməllərinə münasibətdə həddindən artıq yüngül cəzanın tətbiq edilməsinə əhəmiyyət verməmişdir. Kassasiya protestinin dəlilləri və məzmununa ilə eynilik təşkil edən kassasiya şikayətinin müəllifi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 da bütün qeyd olunanları nəzərə alaraq onun da həmin şikayətinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçisi Ş.S.Mirzəyev kassasiya protestinə və kassasiya şikayətinə yazılı etiraz verərək həmin müraciətlərin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması haqda qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak et məsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, hər iki kassasiya müraciətlərinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum CM-in 151-ci maddəsi ilə bəraət verilməsi, həmçinin onun əməlinin CM-in 133.2.6-cı maddəsindən CM-in 133.1-ci maddəsinə tövsif edilməsi haqqında səhv nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdi r. Bununla da kassasiya protestinin və kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək v ə ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya inst ansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunverici liyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Resp ublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə müvafiq sübutlara əsasən faktiki ictimai təhlükəliliyi az olan cinayət əməlini törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinməsinin və cəzalandırılmasını yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsi zlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlar ının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilm əsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmə nin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nə ticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndi rilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq no rmasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd et məyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətl əri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və v ətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin mü ddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsip inə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə t övsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsi rləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhk əmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılı r. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətlə ndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarın ın qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanın ın məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, cinayət-prosessual qanunvericiliyinin və beynəlxalq müqavilələrin yuxarıda şərh edilən normalarının tələbləri, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının bu tələblərə və hüquqi mövqeyə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhk um qarşı CM-in 133.2.6 və 151-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, zərərçəkmiş şəxsin maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, həmçinin işgəncə verməklə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, işə baxan birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum qarşı CM-in 151-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqs irliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, həmçinin sonuncunun Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib sonuncuya işgəncə verməsi faktının isə ümumiyyətlə, həm nə zərər çəkmiş şəxsin ifadəsi, həm də də iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığından onun CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün həmin sübutların kifayət etməsini hesab etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri yekun nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiy a müraciətlərinin Məhkum CM-in 151-ci maddəsi ilə düzgün olmayaraq bəraət verilməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, işin müəyyən edilmiş faktiki hallarından və bu halların arxasında duran sübutlardan, o cümlədən Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrindən, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusundan görünür ki, Məhkum Zərərçəkmiş şəxs qarşı onun əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərər çəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə əməllərini törətməsi həmin sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materialların dan görünür ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs seksual xarakterli digər hərəkətlərə məcbur etməsi ilə bağlı ittiham tərəfinin istinad etdiyi yeganə sübut sonuncunun öz ifadəsi olmuş, bu faktı təsdiq edən başqa sübutlar isə nə ibtidai istintaq zamanı əldə edilərək iş materiallarına əlavə edilməmiş, nə də ki, məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. İbtidai istintaq orqanının Məhkum Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlərə məcbur edərkən həmin hərəkətlərdə iştirak etmiş digər qadınların şəxsiyyətləri barədə məlumatlar məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında müəyyən edilməmiş, iş üzrə əsas şahidlərdən biri olan Şahid12 isə ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələrində Zərərçəkmiş şəxs seksual hərəkətlərə məcbur edilməsini görmədiyini, əksinə, sonuncunun öz istəyi, hətta təkidi ilə dəfələrlə Məhkumlə və Zərərçəkmiş şəxs ilə intim münasibətlərdə olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də Məhkum Zərərçəkmiş şəxs seksual hərəkətlərə məcbur etməsini görmədiklərini bildirmişlər. Bundan başqa ibtidai araşdırma orqanı məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs tərəfindən Məhkum müxtəlif məclislərdə iştirakının təsdiq olunması üçün təqdim olunmuş fotoşəkilləri və video görüntüləri iş materiallarına əlavə etməklə və maddi sübut kimi tanıyaraq bunların da sonuncu tərəfindən CM-in 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirinin təsdiq olunması üçün çalışılsa da, həmin fotoşəkillərlə və videogörüntülərlə ittihamın bu hissəsi hər hansı mötəbər qaydada təsdiq olunmamışdır. Bununu nla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs ilkin ərizə və təhqiqat orqanında verdiyi izahatında əri Məhkum tərəfindən döyüldüyünü bildirmiş, sonuncu tərəfindən hər hansı bir seksual hərəkətə məcbur edilməsi ilə bağlı heç nə göstərməmiş, sonradan müstəntiq tərəfindən izahatı alınarkən və müxtəlif orqanlara ünvanlanmış şikayət ərizələrində keçmiş əri tərəfindən seksual xarakterli hərəkətlərə məcbur edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübütü istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələr təqdim etməmiş, kassasiya müraciətlərində də belə sübutlara istinad olunmamışdır. Həmçinin Məhkum qarşı irəli sürülmüş ittihamda onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli dig ər hərəkətlərə məcbur etməsi göstərilsə də, bu maddi və sair asılılığın özünü nədə təzahür olması, nə ilə ehtiva olunması göstərilməmiş, CM-in 151-ci maddəsinin dispozisyasında nəzərdə tutulmuş bu mütləq əlamətə dair nəticə hər hansı şəkildə əsaslandırılmamış və bu əlamət elə şablon formada olduğu kimi təqsirləndirilən şəxsin ittihamına köçürülmüşdür. Bütün qeyd olunanlar isə yaranmış şübhələrin Məhkum xeyrinə həll edilməsinə, ona CM-in 151-ci maddəsi ilə bəraət verilməsinə əsas yaratmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələrin hazırki iş üzrə bu haqda gəldikləri nəticə və qəbul etdikləri yekun məhkəmə aktları təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş Konstitusiyanın 63-cü maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinin, digər beynəlxalq müqavilələrin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri ilə də tam uzlaşır. Bu haqda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara təkrarən istinad edilməsinə zərurət görməyən məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, CPM-in 139.0.2-ci və 139.0.4-cü maddələrinə görə, cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 3 14.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həm çinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müda fiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikd ə çıxarılır. CPM-in 42.2.4-cü maddəsinin tələblərindən görünür ki, bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. CPM-in 55.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 318.1-ci maddəsinin ikinci cümləsində müəyyən edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı b əndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona b əraət verilməsi göstərilir. Həmin Qərarın 57-ci bəndindən görünür ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Kassasiya müraciətlərinin Məhkum əməlinin CM-in 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə düzgün tövsif edilməməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı Zərərçəkmiş şəxs işgəncə verməklə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab verməsinə görə ittiham irəli sürülsə də, bu ittiham işin faktiki hallarına uyğun olmamış, onun həmin hərəkətləri işgəncə verməklə törətməsini təsdiq edən sübutları ibtidai araşdırma orqanı və ümumiyyətlə ittiham tərəfi məhkəmələrə təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi də, sübutları tam və hərtərəfli araşdıran birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq Məhkum məhz CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlib iş üzrə kassasiya qaydasında mübahisələndirilən yekun məhkəmə aktını qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq o qənaətə gəlmişdir ki, Məhkum qarşı CM-in 133.2.6-cı maddəsi ilə ittihamın irəli sürülməsi ibtidai istintaq orqanı tərəfindən onun azyaşlı övladı - 5 oktyabr 2015-ci il təvəllüdlü X1 gözü qarşısında Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib işgəncə verməklə əsaslandırılsa da, məhkəmə bu qənaəti əsassız hesab etməklə iş materiallarına uyğun olmayan və əsassız şişirdilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərə nəzər yetirdikdə həmin xəsarətlərdən baş beyinin silkələnməsi halında olan qapalı kəllə beyin travmasının sağlamlığa yüngül dərəcəli zərər vurmaya, digər xəsarətlərin isə sağlamlığa zərər vurmadığına görə dərəcələrinin təyin edilməməsi məhkəmə-tibb ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur. Eyn i zamanda Zərərçəkmiş şəxs 26 iyun 2023-cü il tarixdə nevropatoloq tərəfindən MRT müayinəsindən keçirilmədən müayinə edilmiş, həkimin şifahi müayinəsinə əsasən ona qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulmuş (hansı ki, bu əlamətlər olduğu kimi birbaşa tibbi rəyə köçürülmüşdür), 28 avqust 2023-cü il tarixdə MRT müayinəsindən keçərkən isə onun başbeyin hissəsində hər hansı bir ciddi pataloji dəyişiklik aşkar edilməmişdir. Həmçinin 25 avqust 2023-cü il tarixdə təcili və təxirəsalınmaz tibbi yardım birqadasının həkimi tərəfindən tərtib edilmiş aktda da Zərərçəkmiş şəxs bədəninin bir neçə nahiyəsində hiperemiyanın (qızartı) aşkar edilməsi göstərilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs həm 28 dekabr 2022-ci il tarixdə, həm də 25 avqust 2023-cü il tarixdə baş vermiş m ünaqişələr zamanı onun işgəncəyə məruz qalmasının əlamətləri aşkar edilməmiş və buna görə onun Məhkum tərəfindən dəfələrlə döyülməsi əməllərinin CM-in 133.2.6-cı maddəsi ilə deyil, daha CM-in 133.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu haqda məhkəmələrin gəldikləri nəticə işin faktiki halları və bu halların arxasında mötəbər sübutlarla yanaşı həmçinin maddi hüquq normalarının tələbləri ilə tam uzlaşır. Belə ki, CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər işgəncə verməklə törədildikdə isə belə əməlləri törətmiş şəxs CM-in 1 33.2.6-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi maddənin dispozisiyasına əsasən əzəb vermənin obyektiv cəhəti mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermədə ifadə olunur. Burada mütəmadi döymək, eyni əməllərin bir neçə dəfə törədilməsini, sair zorakı əməllər isə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmədə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və sair) və buna oxşar digər hərəkətlərdə ifadə oluna bilər. CM-in 293-cü maddəsinin “Qeyd” hissəsinə görə, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində dəfələrlə döyməklə əzab verməsi əməllərində həm də işgəncənin yuxarıda göstərilən əlamətləri müəyyən edilmədiyindən, bu halı da təsdiq edən mötəbər sübutları isə ittiham tərəfi məhkəmələrə təqdim etmədiyindən məhkəmələr tamamilə haqlı olaraq onun törətdiyi əməllərinin CM-in 133.2.6-cı maddəsindən CM-in 133.1-ci maddəsinə tövsif edilməli olması barədə qanuni və əsaslı nət icəyə gəlmişlər və məhkəmə kollegiyası da bu nəticə ilə razılaşaraq hesab edir ki, bununla birinci və apellyasiya instansiyası məhkəmələri məhkum olunmuş şəxsin əməlinin tövsifində səhvə, yəni CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişlər. Beləliklə, məhkəmə kollegiyası istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə bağlı toplanmış sübutları tədqiq etdiklərini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmələrini, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CPM-in 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş yolverilməz sübutlardan istifadə etmədiklərini, əksinə, belə sübutları qəbul etməkdən imtina etmələrini, məhkəmə təcrübəs inin vahidliyini pozmadıqlarını, ümumi şəkildə isə apellysiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini müəyyən edərək və kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi haqda Məhkum və onun müdafiəçisi Ş.S.Mirzəyevin, həmin kassasiya müraciətlərinin təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 151-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və onun əməlinin CMin 133.2.6-cı maddəsindən CM-in 133.1-ci maddəsinə tövsif edilərək həmi n maddə ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarı isə kassasiya müracətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı E.A.Mirzəyev tərəfindən verilmiş kassasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum CM-in 133.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərar ı kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2421/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2421/2025
09.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver