Məhkəmə qərarları › İş №1(102)-2424/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2424/2024

18.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2424/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X3 və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından Məhkumnın müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə (həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə məhkəmənin 29 mart 2024-cü il tarixli qərarı nəzərə alınmaqla) (sədrlik edən hakim F.A.Məmmədov, hakimlər A.B.Sadıqov və M.N.Kərimovadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1986-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək amnistiya haqqında 5 noyabr 2021-ci il tarixli qərarın tətbiqi qaydasında cəzasının çəkilməyən hissəsi 6 ay azaldılmış və 25 fevral 2022-ci il tarixdə cəzanın sona çatm ası səbəbindən azad edilmiş, habelə Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 1 il 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadl ıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xx xx 2023-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.A.İbrahimli, hakimlər Ə.Q.Ələkbərov və Z.N.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti (Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə ilə birlikdə) təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkməsinin 12 mart 2024-cü il tarixli hökmü (həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə məhkəmənin 29 mart 2024-cü il tarixli qərarı da nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından Məhkumnın müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında internet vasitəsi ilə tanış olduğu X15 vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx xx xx 2023-cü il tarixdə saat 10 radələrində əvvə lcədən aralarında olan razılaşmaya əsasən XXX15-nin XX12 stansiyasına məxsus ünvan3ndən keçən “dəmir yolu xətti"-nin kənarında torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 3,629 qram külli miqdarda narkotik vasitə heroini və 8,332 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx xx xx 2023-cü il tarixdə saat 18:30-da XXX16-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan4də saxlanılaraq ünvan6 ünvanda yerləşən XXX16-nə gətirilmiş və həmin günü saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli gödəkçəsininin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,629 qram külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkis i 8,332 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində sübutların tədiqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən Məhkum onu tutmuş polis əməkdaşlarının tətbiq etdiyi zorakılığın təsiri altında verdiyi guya etirafedici məzmunda olan ifadələri, eləcə də əslində, Məhkum aidiyyəti olmayan, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş narkotik vasitənin və psixotrop maddənin götürülməsinə dair şəxsi axtarış protokolu hökmdə ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilmiş, məhkəmədə verdiyi ifadələr isə əsassız olaraq nəzərə alınmamış, nəticədə təqsirliliyi, o cümlədən narkotik vasi təni və psixotrop maddəni satması və yaxud bu məqsədlə saxlaması sübuta yetirilmədiyi, ümumiyyətlə əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi halda Məhkum əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması cinayətinin törədilməsində təqsirli bilinmiş və ona ağır cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hökmü dəyişdirilmədən saxlamışdır. Müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul ediləsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslı lığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət işinin materiallarından görünür ki, Məhkum tutulduqdan sonra onda aşkarlanmış külli miqdar təşkil edən 1 bükümdə 3,629 qram heroin narkotik vasitəsinə və 1 bükümdə 8,332 qram metamfetamin psixotrop maddəsinə aidiyyəti, həmin predmetləri hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş vaxtda və məkanda internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaq orqanı tərəfindən müəyyən edilməyən X15 vətəndaşından qanunsuz olaraq əldə edib saxlaması sübut etmə predmetinə daxil olan bu məsələlər üzrə yekun nəticəyə gəlmək üçün kifayət edən, CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş, o cümlədən yoxlanılaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu (Məhkum ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şahid qismində ibtidai istintaqda və məhkəmədə dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri, xx xx xx 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol və onun gedişində Məhkum verdiyi məlumatlar, məhkəməkimyəvi ekspertizasının 3 mart 2023-cü il tarixli 6/1306 nömrəli rəyi, ambulator məcburinarkoloji tibbi yoxlamanın 15 aprel 2023-cü il tarixli 2230 nömrəli rəyi və s. materiallar) əsasında müəyyən edilmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39-cu maddəsində göstərilən cinayət təqibini istisna edən hallar, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarından hər hansı biri olmadığından müdafiəçinin apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsinə dair kassasiya şikayətində irəli sürülmüş tələbi əsassız hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum şəxsiyyəti müəyyən edilməyən X15nın vətəndaşı ilə qeyd olunan narkotik vasitənin və psixotrop maddənin satışı məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələri və X15 vətəndaşı kimi Məhkum də həmin predmetləri satmaq məqsədində olması barədə qənaətləri və bu qənaətdən irəli gələn Məhkum əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsinə dair hüquqi mövqeləri aşağıdakılara görə əsaslı və qanuni nəticə kimi q iymətləndirilə bilməz. Belə ki, məhkəmələrin əsaslandıqları Məhkum ibtidai istintaqın gedişində verdiyi etirafedici ifadələrində belə o, göstəmişdir ki, internet vasitəsi ilə tanış olduğu XX adlı X15nın vətəndaşından narkotik vasitənin əldə edilməsi barədə razılığa gəldikdən sonra o, XXin dediyi kart hesabına narkotik vasitənin dəyərini təşkil edən pul məbləğini köçürmüş və bundan sonra XXin bildirdiyi yerdən gizlədilmiş narkotik vasitəni öz şəxsi istehlakı üçün götürmüşdür. Məhkum verdiyi bu məlumatlara görə o, X15lı XXlə eyni bir məqsədi bölüşməmiş, XX narkotik vasitəni ona satmaq məqsədini güddüyü halda o, XXdən narkotik vasitəni şəxsi istehlakı üçün əldə etmək məqsədi ilə hərəkət etmiş, yəni onlar vahid məqsədlə qabaqcadan birləşmiş bir qrup şəxs təşkil etməyərək, hər biri müstəqil məq sədlə fərqli cinayət əməllərini törətmişlər. XX adlı şəxsin əməlindən asılı olmayaraq Məhkum narkotik vasitənin və psixotrop maddənin satışına yönələn məqsədin olduğunu təsdiq edən sübutlar da birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilməmişdir. Belə ki, hadisə günü Məhkum saxlayaraq XXX13inə gətirmiş və daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş (şahid qismində dindirilmiş) polis əməkdaşlarından heç biri Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar Məhkum saxlanılaraq polis şöbəsinə gətirilməsi üzrə tədbirin və bundan sonra ap arılan şəxsi axtarışın gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq şəxsi axtarış nəticəsində Məhkum üzərində saxladığı bir ədəd bükümdə olan heroin narkotik vasitəsinin və bir ədəd başqa bükümdə metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkumlə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşı Şahid1 xx xx xx 2023-cü il tarixli xidməti raportunda da onda Məhkum qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması haqqında məlumatın olduğu qeyd edilmişdir. Həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 aprel 2023-cü il tarixli 2230 nömrəli rəyinə görə Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunmuşdur. Hökm də və apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan Məhkum məxsus mobil telefonun yaddaş kartındakı yazışmaların məzmunu da qeyrimüəyyən olduğundan, eyni zamanda Məhkum özündən və yazışmaların müəllifləri müəyyən edilib dindirilmədiyi üçün həmin abonentlərdən yazışmaların məzmununu aydınlata biləcək məlumatlar əldə edilmədiyindən, həmin yazışmaları, eləcə də narkotik vasitənin və psixotrop maddənin çəkilərinin külli miqdar təşkil etməsini Məhkum narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olduğunu kifayət qədər təsdiq edən əsaslar kimi nəzərdən keçirmək mümkün deyil. Belə ki, cinayət hadisəsi törədilən vaxt qüvvədə olmuş “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi ha qqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (9-cu bəndin 2-ci abzasında) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (eyni hüquqi mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında da nəzərdə tutulmuşdur). Plenum qərarında narkotik vasitənin (psixotrop maddənin) miqdarının ayrıca olaraq deyil, başqa sübutlarla, yəni satış məqsədinin mövcud olduğunu demək üçün əsas verən digər hallarla yanaşı nəzərə alınması tövsiyə olunmuşdur. Hazırki işdə isə yuxarıda təsvir edilənlərdən, eləcə də “Şəxsi axtarış və götürmənin aparılması haqqında” xx xx xx 2023-cü il tarixli protokoldan göründüyü kimi narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsi ilə yanaşı Məhkum həmin predmetləri məhz satış məqsədi ilə əldə edib saxlamasına dəlalət edən başqa hallar müəyyən edilıməmişdir (şəxsi axtarış nəticəsində aşkar edilən narkotik vasitə və psixotrop maddə xırda bükümlərə bölünmüş halda deyil, hər biri bir bükümə qablaşdırılmış vəziyyətdə olmuş, onların xırda bükümlərə bölünməsi üçü n istifadə edilə biləcək avadanlıq isə aşkarlanmamışdır). Belə məqsəd müəyyən edilmədən qanunsuz olaraq şəxsin təkbaşına əldə edib saxladığı, daşıdığı narkotik vasitənin, psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi isə əməlin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə (satış məqsədinin olmasını ehtiva edən normalarla) deyil, 234.1-1-ci maddəsi ilə tövsif edilməsini tələb edir. Təsvir olunanlardan görünür ki, birinci instansiya məhkəməsi Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif etməklə, apellyasiya instansiyası məhkəməsi isə bununla razılaşmaqla mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydas ında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Odur ki, Məhkum təhlil edilən əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə CM-in 59.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş cəzanı yüngülləşdirən hal (təqsirkarın himayəsində azyaşlı uşaqlarının olması) və CM-in 61.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş cəzanı ağırlaşdıran hal (cinayətlərin residivi) Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallarla birlikdə götürülməklə nəzərə alınmalı və residivə görə cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ağır cəza növünün son həddinin yarısından az olmamaq şərti ilə təyin edilmə sini tələb edən CM-in 65.2-ci maddəsinin göstərişinə də əməl edilməklə Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Eyni zamanda, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi Məhkum Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təyin olunmuş 1 il 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 5 ay 22 gün təşkil edən hissəsinin çəkilmədiyi nəzərə alınmalı, həmin müddət CM-in 68.1.1-1-ci maddəsinə müvafiq qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə, yəni 8 ay 26 gün müddətə azadlıqdan məhrum etməyə bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əs asən həmin çəkilməyən cəza müddəti hazırkı qərarla Məhkum CM-in 234.11-ci maddəsi ilə təyin olunan cəzaya qismən birləşdirilməli və hökmlərin məcmusu qaydasında Məhkum qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum həmin cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyun 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbay can Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təyin olunmuş 1 il 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 1 il 5 ay 22 gün təşkil edən hissəsi CM-in 68.1.1-1-ci maddəsinə müvafiq qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə, yəni 8 ay 26 gün müddətə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla hazırkı qərarla Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin olunmuş cəzaya qismən birləşdirilsin və hökmlərin məcmusu qaydasında Məhkum qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar