Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2426/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkumun iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Atatürk mərkəzində Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddə si ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli, 1(105)-329/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 1(012)-127/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim V.İ.Həsənov), Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, mülki iddia qismən təmin edilməklə mülki cavabdeh Məhkum əldən çıxmış fayda 3960 manat, maddi zərərin əvəzi 4160 manat və mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 10120 (on min yüz iyirmi) manat pul vəsaitinin alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iş üzrə ekspertiza xərci olan 102 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs və məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və E.Q.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdiril mədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub (VOEN **********) işəgötürən kimi istehsalat prosesinə şəxsən rəhbərlik edərək 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ona məxsus elektrik naqillərinin komponentlərinin hazırlanması üzrə ixtisaslaşmış sexdə “İstehsal avadanlığı” 12.2.003-91 DÜST-nın 1.4-cü bəndinin və ’’İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartlarının 1.2, 4.4-cü bəndlərinin tələbini pozaraq pres dəzgahının quraşdırılmasına, istismara bu raxılmasına, onun istismarı zamanı təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirmədən həmin dəzgahın istismarına, həmçinin nəzəri bilikləri yoxlanılmamış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmamış və işçinin dəzgahın təhlükəli yerlərinə toxunmasını istisna edən qoruyucu vasitələrlə təmin etmədən sexdə yerləşən kustar üsulla hazırlanmış pres dəzgahında işçi Zərərçəkmiş şəxs işlərin görülməsinə cəlb etmiş, bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq bu qaydaları kobud surətdə pozaraq sonuncunun sağ biləyinin pres dəzgahının hərəkətdə olan hissəsində qalaraq ehtiyatsızlıqdan sağlamlığa Ağır zərərvurmaya ai d sağ orta, dirsək və mil sinirlərinin ağır dərəcəli neyropatiyası, sağ mil-bilək oynağı və sağ əl barmaqlarının kontrakturası (hərəkət məhdudluğu) ilə nəticələnən sağ əlin ovuc-bilək hissəsindən total amputasiyası xəsarətini almasına səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş əməlin ictimai təhlükəliyini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin ondan şikayətçi olduğunu nəzərə almayaraq, sonuncuya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etmiş, apellyasiya məhkəməsi isə göstərilən yekun nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum islah işləri cəzasının təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin hökmünü və bu hö kmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirərək, bu əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini, həmçinin onun müalicə ilə bağlı əlavə xərclərinin olduğuna görə verilmiş mülki iddianın tam təmin edilməsini xahiş edir. Məhkum isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun islah işləri cəza növü ilə cəzalandırılması barədə ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi cəzanın daha çox yüngülləşdirilməsinə əsas verən halların olmasına baxmayaraq işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Məhkum hesa b edir ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış, təyin edilmiş islah işləri cəzası onun şəxsiyyətinə adekvat deyil. Kassasiya şikayətinin müəllifi iddia edir ki, baxılan işdə özünü günahkar bilməsi, peşmançılıq hissləri keçirməsi, zərərçəkmiş şəxslə barışmağı cəhd etməsi kimi halların olmasına baxmayaraq məhkəmələr əsassız olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməmiş, nəticədə ona həddindən artıq ağır – islah işlər növündə cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini, ona cərimə cəzasının təyin edilməsini xahiş edir. Həmçinin Məhkum zərərçəkmiş şəxs in kassasiya şikayətinə qarşı etirazda Zərərçəkmiş şəxs tərəfindən irəli sürülmüş tələblərin əsassız və qərəzli olduğunu qeyd edərək zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan islah işləri növündə yüngül cəzanın təyin olunduğunu və tərəfindən verilmiş mülki iddianın əsassız olaraq tam təmin edilmədiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə ona həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qə rarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxs və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yən i cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisi ndən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməs ini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Zərərçəkmiş şəxs Məhkum həddindən artıq yüngül və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etməd ən ibarətdir. Zərərçəkmiş şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə istinad edərək təqsirkara CM-in 162.1-ci maddəsi ilə təyin edilmiş qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara CM-in 162.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasını mübahisələndirməsi, qanunver ici məhz zərərçəkmiş şəxsin istinad etdiyi - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxslərə nəinki 2 il islah işləri, ondan da az müddətə islah işləri cəzasının, hətta daha yüngül cəza növünün (cərimənin) təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmələr tərəfindən qeyd olunan hallar təqsirka rın şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırkı işdə müəyyən olunmamışdır. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin Məhkum ilə barışmamasına istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkmiş şəxsin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, Cinayət Məcəlləsinin 61.2-ci maddəsi isə, artıq yuxarıda qeyd olunduğu kimi bu cür halların cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmasına yol vermir. Birinci və apellyasiya instansiya məhkəməl ərinin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələləri üzrə qənaəti məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə CPM-in 139.0.5, 349.3-cü maddələrinin tələbləri də pozulmamışdır. Odur ki, həmin cəzanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə n əinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza təqsirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülkiprosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta ye tirilməsindən asılı olaraq qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effekti v şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Yuxarıda sadalanmış hallardan hasıl edilən nəticə budur k, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzif əsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllələrinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, baş vermiş hadisə ehtiyatsızlıq cinayət əməli olsa da, həmin hadisə zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmuş ki, məhz vurulan zərərin aradan qaldırılması, həmçinin vurulan zərər nəticəs ində zərərçəkmiş şəxsin çəkmiş olduğu iztirab və mənəvi sıxıntının aradan qaldırılması üçün cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin mülki iddiası əsasında məhkəmələr haqlı olaraq mülki iddianı qismən təmin edərək əldən çıxmış fayda, maddi zərərin əvəzi və mənəvi zərərə görə ümumilikdə 10120 (on min yüz iyirmi) manat pul vəsaitinin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə qənaətə gəlmişlər ki, həmin qənaəti də, məhkəmələr onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmaqla bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməyə səbəb olmuş, yəni “ƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs orqaniziminin funksiyalarının 60 faizi həcmində pozulduğuna görə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Digər tərəfdən zərərçəkmiş şəxs özü iddia tələbinin dəqiqləşdiriləməsinə dair ərizə verərək iddia tələbinin azaldılması zərurəti yarandığını göstərməklə mülki cavabdeh təqsirləndirilən şəxs Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay ortalama 370 manat hesablamaqla ümumilikdə 6660 manat məbləğində əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul mənəvi zərərə görə 5000 manat pul təşkil etdiyini, həmin həcmdə iddia tələbinin təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs – mülki cavabdeh Məhkum isə mülki iddianı qismən qəbul edərək 3960 manat məbləğində əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pulun və mənəvi zərərə görə 1000 manat pul vəsaitin təmin edilməsini xahiş etmiş, ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq mülki iddia qismən təmin edilməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay 370 manat olmaqla cəmi 6660 manatın 60 faizi hesablamaqla ümumilikdə 3960 manat məbləğində əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pulun və mənəvi zərərə görə 2000 manat pul vəsaitin alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət etmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə hasil edilmiş bu nəticəni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət icraatı qaydasında mülki iddia ilə bağlı məsələ həll olunarkən məhkəmənin yekun qənaəti işin həqiqi hallarından deyil, işdə olan sübutlar əsasında formalaşır. Nə qədər ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi ilə bağlı təkzibolunmaz sübutların məhkəməyə məhz mülki iddiaçı tərəfindən təqdim edilməsi tələb olunur. Lakin hazırkı işdə mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsini təsdiq edən sübutları nə birinci nə də ki, apellyasiya instansiya məhkəməsinə (ilkin məhkəmənin gəlmiş olduğu qənaətini təkzib etmək məqsədi ilə) təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı bu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası maddi və mənəvi ziyanın ödənilməsi hissəsində başqa qə rarın, yəni iddia ərizəsində göstərilən məbləğlərdə pul vəsaitinin Məhkum tutularaq mülki iddiaçıya ödənilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiasının həlli ilə bağlı istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin mövqeləri qanuni və əsaslıdır, məhkəmələrin yekun nəticələri qanunvericiliyin yuxarıda sadaladığı normalarının tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə əsaslanır. Məhkum tərəfindən kassasiya şikayətində irəli sürülmüş ona işdə mövcud olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında idd iaya gəldikdə, məhkəmə kollegiyası bu iddia ilə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması ilə bağlı məsələ birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırılmış və Abşeron Rayon Məhkəməsi Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətindən isə görünür ki, məhkum onun cəzasının yüngülləşdirilməsi barədə tələbini müstəsna olaraq birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən, özünün cəzanı yüngülləşdirən hallar kimi səc iyyələndirdiyi halların mövcud olması ilə əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş ona həddindən artıq ağır cəzanın təyin edilməsi ilə əlaqədar məhkəmə qərarının dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi yeni faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təyin olunmuş həmin maddənin sanksiyasında nəzərdə tutulmuş onun aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasının yüngülləşdirilməsi üçün əsasların olmaması haqqında nəticəy ə gələrkən məhkəmə kollegiyası həmçinin onu nəzərə alır ki, birinci instansiya məhkəməsi Məhkum bu cəzanı təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri yoxlayarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərini pozmamış, baxılan işin xüsusiyyətlərindən, o cümlədən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, təqsirkarın cəzasını yüngülləşdirən yuxarıda sadalanmış hallardan çıxış etmiş, nəticə etibarı ilə Məhkum Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair birinci instansi ya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı da qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair məhkumun kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin kassasiya şikayətinin isə rədd edilməsinə dair məhkumun, hər iki kassasiya şikayətinin rədd edilməsi ilə ba ğlı dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyul 2025-ci il tarixli, 1(105)-329/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyul 2025-ci il tarixli, 1(105)-329/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2426/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2426/2025
18.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver