Məhkəmə qərarları › İş №1(102)-2429/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2429/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2429/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkum X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunma mış İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2025 nömrəli 3 iyul 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 1(064)-13/2025 nömrəli 22 aprel 2025-ci il tarixli hökmü (hakim E.A.İsmayılovun sədrliyi) ilə X7 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edi lən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2025 nömrəli 3 iyul 2025-ci il nömrəli qərarı ilə (hakimlər P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və C.R.Sultanov) apellyasiya protesti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 22 aprel 2025-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən X9 qəsdən qanunsuz olaraq əl pulemyotlarından RPD, karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Birinci instansiya məhkəməsi Babayev Amidin əməlində cinayət tərkibi olm adığı üçün ona CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət hökmü çıxarmışdır. Apellyasiya instasiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyini təstiqləmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, cinayət qanununun mənasına görə, bəraət almış təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Qeyd olunan cinayətin obyektiv cəhəti qanunsuz, olaraq odlu silah, onun komplekt hissələrin i, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Həmin cinayətin predmeti odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardır. Şərh olunan cinayət formal tərkibli olduğu üçün, CM-in 228.1-ci maddəsində sadalanan hərəkətlər törədildiyi andan başa çatmış hesab olunur. Cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qanunun izahına görə, CM-in 228.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün hər hansı kriminal nəticələrin baş verməsi tələb edilmir. Bundan başqa, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, CM-in 228.1 -ci maddəsində silahın, onufı komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və| ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Göründüyü kimi, məhkəmə yuxarıda sadalananların əvəzinə, A.Babayevin düşmənin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulan - qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etdikdən sonra, təhvil vermək əvəzinə avtomobilində uzun müddət (A.Babayevin öz deməsinə görə, patronu təxminən 2024-ci ilin mart-aprel aylarında əldə etmişdir) gizlətməklə saxlamasını (təqsirləndirilən şəxsin avtomobilində aşkar edildiyi 08 iyul 2024-cü il tarixədək) az əhəmiyyətli kimi qiymətləndirməkdə haqlı olmamışdır. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, A.Babayevin avtomobilində 1 (bir), ədəd patronla birlikdə 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsinin üzərində “Etdiyin hər cinayətdən zövq al” sözləri yazılmış turist bıçağı da aşkar edilmişdir ki, bu da məhkəmənin öz hökmündə “Məhkəmə hesab edir ki, A.Babayevin şəxsiyyəti ilə əlaqədar işin müəyyən olunmuş halları onun ict imai təhlükəli və cinayət törətməyə meyilli bir şəxs olmadığını göstərir” kimi müddəası ilə ziddiyyət təşkil edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb verilmiş kassasiya protestinin təmin edilməməsi barədə A.Babayevin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən y alnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qan uni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təq sirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əm əlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə u yğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Amid Babayevin ittiham olunduğu CM-in 228.1-ci maddəsinin dispozisiyasında görünür ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsi odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr v qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayə məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi, həmçinin birbaşa qəsdlə törədilən əməl kimi təsbit edilmişdir. Məhkəmə qərarlarından görünür ki, istintaq orqanı Amid Babayevin təqsirliliyinin əsası kimi əsasən istintaq hərəkəti protokollarına və ekspert rəylərinə istinad etmişdir. Məhkəmə qərarlarında olan Füzuli RPŞ CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 şöbə rəisinə ün vanladığı xx.xx.2024-cü il tarixli raportunda qeyd etmişdir ki, xx.xx.2024cü il tarixdə Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları Şahid2 və Şahid3lə xidmətdə olan zaman Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində olan “Radar” qurğusunun yaxınlığında idarə etdiyi “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə dayanan, kimliyi sonradan məlum alan Amid adlı şəxs şübhəli davranışlar göstərdiyindən onu rayon polis şöbəsinə dəvət etmişlər, onun üzərində və ya avtomobilində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşduqda həmin şəxs ilk öncə yayındırıcı cavablar vermiş, daha sonra avtomobilində 01 ədəd bıçaq və döyüş sursatı hesab edilən 1 ədəd patron olduğunu demişdir. Həmçinin məhkəmə qərarlarında olan Füzuli RPŞ-nin Təhqiqat bölməsinin tə hqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokolda göstərilir ki, baxış zamanı X2 rayon Polis Şöbəsinin inzibati binasında avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronunu təqdim etmişdir. İş materiallarında olan “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 24/1314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır. İş materiallarında olan “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 316-16/2-3/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Bundan başqa, məhkəmə qərarlarından görünür ki, bəraət almış şəxs X9 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl özünə məxsus “Hyundai i30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil ilə İmişli rayonu, Bəhramtəpə qəsəbəsindən İmişli şəhərinə gedərkən tanımadığı şəxs avtomobili işarə edib dayandıraraq onuda aparmağını xahiş etmiş, həmin şəxs avtomobilə əyləşdikdən sonra yoluna davam etmiş, şəhər ərazisində tanımadığı şəxs maşından düşdükdən sonra arxa oturacaqda həmin şəxsə məxsus qatlanan bıçağın avt omobildə qaldığını görüb saxlanc yerinə qoymuşdur. Təxminən 2024-cü ilin mart-aprel aylarında İmişli şəhərində olan restoranın qarşısında tanımadığı azyaşlı şəxsin əlində bir ədəd avtomat patronu olduğunu görüb onu yanına çağırmış, ondan nəyə görə patronu gəzdirdiyini soruşmuş, həmin şəxs də boyunbağı düzəldəcəyini demiş və o həmin şəxsə patronun təhlükəli olduğunu bildirib patronu zərərsizləşdirmək və ya hər hansı orqana təhvil vermək məqsədi ilə ondan istəmiş və həmin şəxs də patronu ona vermişdir. Daha sonra o patronu özünə məxsus avtomobilin saxlanc yerinə qoyub və həmin vaxtdan unutduğu üçün patron avtomobildə qalmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında idarə etdiyi avtomobil ilə Füzuli rayonu ərazisinə gəlmiş, Əhmədbəyli kəndində yerləşən Zahid adlı şəxsə məxsus mebel mağa zasına getmiş, həmin şəxslə "xxxx" ASC-dən götürmüş olduğu kreditində gecikmələri ilə bağlı müzakirə etmişlər. Həmin şəxs yenidən kredit götürmək istədiyini söyləmiş və o da ofislə əlaqə saxladıqdan sonra hazırda 4000 manat borcu olduğunu, həmin pulu ödədikdən sonra 7000 manat məbləğində kredit götürə biləcəyini bildirmiş, Zahid adlı şəxs əmisi oğlunun pul gətirəcəyini, gün ərzində ödəcəyini bildirmişdir. Bundan sonra o, oradan uzaqlaşıb, başqa müştərilərlə görüşmək üçün getmiş, həmin tarixdə, saat təxminən 13-14 radələrində Zahid ona zəng edərək ödəniş etmək üçün polis olan əmisi oğlunun pulu gətirdiyini gəlib onunla birlikdə ödəməyini demiş, o da cavab olaraq onun özünə ehtiyac olmadığını, pulu ödədikdən sonra qəbzin şəkilini ona göndərməyini söyləmiş, Zahid də başqa bir məsələ olduğunu, həmin məsələ ilə bağlı üz-üzə danışmaq isdədiyini demiş və o da razılıq verərək onun işlədiyi mebel salonu istiqamətində getmişdir. Bundan sonra mebel salonunun yaxınlığında, həmçinin “radar” qurğusunun yaxınlığında Zahid adlı şəxslə görüşmüş, onunla 10-15 dəqiqə söhbət etdikdən sonra 4 nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onlardan biri onunda adına kredit olduğunu və baxmağını demiş, hansı bank olduğunu soruşduqdan sonra həmin şəxs demiş ki, “Dəmir Bank”dan kredit götürüb və o da "xxxx" ASC-nin işçisi olduğunu başqa banklarda olan məlumata baxa bilmədiyini bildirmişdir. Bu vaxt sonradan adı ona məlum olan Pərviz adlı polis əməkdaşı özünü təqdim etmədən ondan Kapital Bankın işçisi olduğunu təsdiq edən sənəd istəmiş, o bankın ona verdiyi vəsiqəni və planşeti göstərib, mobil telefonunu əl inə alaraq bankla əlaqə saxlayaraq rayon Polis Şöbəsinə rəsmi arayış verməsi üçün bank əməkdaşlarına zəng edən zaman Pərviz adlı əməkdaş mobil telefonu onun əlindən alaraq Füzuli rayon Polis Şöbəsinə gedərək orada məsələyə aydınlıq gətirəcəklərini söyləmişdir. Bundan sonra avtomobilinin açarını ondan almaq istəyən zaman o avtomobilinin açarını onlara verməyərək öz avtomobilini özü idarə edərək rayon Polis Şöbəsinə gedə biləcəklərini demişdir. Daha sonra Pərviz adlı əməkdaş ön sərnişin oturacağında əyləşmiş, sonradan adı ona məlum olan Eldost adlı əməkdaş isə arxa oturacaqda əyləşmiş və o avtomobili idarə edərək Füzuli rayon Horadiz şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda hərəkətdə olarkən həmin polis əməkdaşları avtomobili axtarmağa başlamışlar. Ona məxsus avtomobilin saxlanc yeri adlanan hissəsindən 1 ədəd patron və 1 ədəd qatlanan bıçaq tapmışlar. Həmin vaxt o, patronu necə əldə etdiyini demiş və həqiqətən də yaddaşından çıxdığı üçün orada qaldığını bildirmişdir. Onlar rayon Polis Şöbəsinə çatmışlar və onu avtomobillə birlikdə rayon Polis Şöbəsinin həyətinə salmışlar. Daha sonra məlum olmuş ki, onun işinə təhqiqatçı Şahid5 baxır və təhqiqatçının otağında avtomobilində saxladığı patron və bıçağın şəkillərini çəkmişlər. Onun izahatını aldıqdan sonra o yaşadığı rayona geri qayıtmış, lakin avtomobili 1 ay polis şöbəsinin duracağında qalmışdır. Avtomobilində saxladığı döyüş sursatı hesab edilən patronu almış olduğu şəxsi tanımır, onun haqqında heç bir məlumatı yoxdur, avtomobilində döyüş sursatı hesab edilən patron olması barədə heç kimə deməmiş, hətta özünün də yad daşından çıxmışdır. Həmin patronu özü polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin patronun baş hissəsinin girib-çıxdığını və içərisində barıt olmadığını bildirmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həqiqətən də, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Amid Babayev həmin 1 ədəd patronu tanımadığı azyaşlı şəxsin əlində görüb, onu zərərsizləşdirmək niyyətilə almış, avtomobilində daşımışdır. Yəni, Amid Babayevin həmin patronu əldə etməklə bağlı öncədən hər hansı ictimai təhlükəli niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş, planlaşdırmamışdır. O, həmin patronu təsadüfən tanımadığı şəxdən əldə etmiş, həmin patronun özündə saxlanmasına heç bir əhəmiyyət verməmiş, həmin patrondan gələcəkdə hər hansı hüquqa zidd məqsədlə i stifadə etmək niyyətində olmamışdır. Apellyasiya kollegiyasının qənaətinə görə, Amid Babayevin şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı bir zərər vurması və ya belə bir təhlükə yaratması, yaxud bu cür niyyətinin olması istintaq orqanı tərəfindən mötəbər şəkildə sübuta yetirilməmişdir. Amid Babayevin şəxsiyyətini səciyyələndirilən hallar da onun barəsində məhkəmə kollegiyasında bu cür – onun cəmiyyət üçün ictimai təhlükəli şəxs olmamasına, habelə əməlində ictimai təhlükəliliyin müəyyən edilməməsinə dair qənaətin formalaşmasına səbəb olur. Beləliklə, yuxarıda qeyd edilən sübutlardan açıq-aydın görünür ki, X4 əməldə cinayət tərkibi yoxdur. Belə ki, məhkumun törətdiyi əməlin ictimai təhlükəlili şəxsi CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsi kifayət etmir. CM-nin 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 14.2-ci maddəsinə görə cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, A.Babayevin əməlində cinayət tərkibi olmağına görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X3rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndiri lən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Ko nstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyy əti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələ blərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq A.Babayevin əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kas sasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X9 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2025 nömrəli 3 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar