Məhkəmə qərarları › İş №1(102)-2431/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2431/2024

04.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2431/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi, vəkil Allahyarov Togrul Yusif oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsi və CM-in 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli hökmündən məhkumun müdaf iəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (X4), xx.xx.2024-cü il tarixli, 1(005)88/2024 nömrəli hökmü ilə xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli,ali təhsilli, Məhkum Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələr ilə bəraət verilmiş, Məhkum CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilməsi hökm edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermi şdir. Hökmdən həmçinin narazı qalan xüsusi ittihamçılar X1, X3 və onların nümayəndəsi Müdafiəçi1 birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 23 yanvar tarixli, 1(103)-1152/2024 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, xüsusi ittihamçıların nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökmü ləğv edilmiş, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələr ilə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədi lməsində təqsirli bilinmiş və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Xüsusi ittihamçılar tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum “İnstaqram” sosial şəbəkəsində "Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fesadları, saxta.” paylaşdığı yazısında onla rın barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymış, onları ağır cinayətdə ittiham etməklə böhtan atmış, kütləvi informasiya vasitəsində şəxsiyyətlərini, şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, XÜSUSİ İTTİHAMÇİNİN NÜMAYƏNDƏSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, paylaşımda qeyd olunan ifadələrin məzmunu təqsirləndirilən şəxsin özünə aid olan və onun psixikasında təzahür edən subyektiv fikirlərdir. Həmin fikirlərin məzmunu barədə məhz şəxsin öz verdiyi izahla (məhkəməyə verdiyi ifadə ilə) məzmunu açıqlana bilər. CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.Həmin normanın tələbinə görə, ekspertin verdiyi şərh məhkəmə üçün mütləq xarakter daşıya bilməz. Həmin ifadələr barədə təqsirləndirilən şəxs həm birinci instansiya, həm də apellyasiya məhkəmələrində ətraflı izah vermişdir. Birinci növbədə nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin İnstagram sosial şəbəkəsi üzərindən etdiyi paylaşım xəbər təyinatlı digər səhifədən edilmiş təkrar paylaşımdır. Yəni məlumatın mənbəyi həmin səhifədə yazılmış məlumatlardır. Təqsirləndirilən şəxsin özünə aid ifadələrdə yalan olduğunu b ilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar mövcud deyil. “Bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikdirdi, onlardan biri də mən idim” və “etmədikləri pislik qalmamışdır” ifadələrində, xüsusi ittihamçıların 2018- ci ildə Nizami Rayon Məhkəməsində ona qarşı qaldırdığı iddianı nəzərdə tutmuşdur. “Heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim” ifadəsi böhtan əməlinin deyil, təhqir əməlinin araşdırma predmeti ola bilər. Belə ki, böhtan əməlində şəxsin hər hansı məlumatı yalan olduğunu bilə-bilə yayması ehtiva olunur və bu məlumat doğru olduğu halda əməl böhtan hesab oluna bilməz. Şəxsiyyətin aşağı səviyyəli, səviyyəsiz olması isə, obyektiv qiymətləndirmənin predmeti deyil və həmin məlumatın yalan və ya doğru olub-olmaması cəhətdən araşdır ma predmeti ola bilməz. “Əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı” ifadəsi xüsusi ittihamçıların hamını pul ilə satın almaları kimi qiymətləndirilə bilməz. Burda insanların alqı-satqının predmeti olması fikri deyil, ilk mənbədə olan paylaşımdakı, pasiyentə zərər vurulduğu halda maddi ziyanın ödənilməsi fikri ifadə olunmuşdur. Bu isə, heç bir halda xüsusi ittihamçıların şərəf və ləyaqətini aşağılamır. istənilən mübahisə tərəflərinin bu və ya digər qanunla qadağan olunmayan üsulla, o cümlədən maddi təzminat ödənilməsi üsulu ilə barışmaq hüququ vardır. Mülki mühakimə icraatında isə, tərəflərə barışıq təklif etmək hətta məhkəmənin vəzifəsi kimi müəyyən edilmişdir. Həmçinin “torbasını tikmək” ifadəsi də xüsusi ittihamçıların şərəf və ləyaqətini aşağılamır. Bu ifadə, mütləq mənada ekspertin öz rəyində şərh etdiyi məzmunu bildirmir. Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab olunur. Yuxarıda şərh olunanlardan göründüyü kimi, təqsirləndirilən şəxsin əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 6-cı bəndində göstərilmişdir: “Məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsi nin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Flaes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsass ız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43).” Təqsirləndirilən şəxsin İnstagram sosial şəbəkəsindəki paylaşımının məzmunundan görünür ki, paylaşımda konkret hadisələr və faktlar təsvir olunmamışdır. Məhkum, ilkin mənbədən (qaynarinfo.az) olan paylaşımdakı məqaləyə öz fikrini bildirmişdir, bu isə, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 10-cu maddəsində (fikir ifadə etmək azadlığı) və AR Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuş hüququdur. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı d axildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. AR Konstitusiyasının 47-ci maddəsinin 1 bəndinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Apellyasiya məhkəməsinin hökmündə də göstərildiyi kimi, CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir:

1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması;

2. Həmin məlumatın doğru olmaması;

3. Belə məlumatların yayılması. Təqsirləndirilən şəxs məlumatı digər səhifədən repost etmişdir. Həmin məlumatın doğru olub-olmamasına görə məsuliyyəti o daşıya bilməz. Belə məlumatların yayılması isə sosial şəbəkənin imkanlarına bağlıdır və Azərbaycan Respublikasının qan unvericiliyi ilə qadağan deyil. Beləliklə, təqsirləndirilən şəxsin əməlində Ar CM-nin 147.1-ci maddəsinin tərkibinin olmadığı tam aydın olur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli 1(103)-1152/2024 saylı hökmünün ləğv edilməsi, məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi olmadığından, cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi Allahyarov Togrul Yusif oğlu kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəşi kas sasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qəra rı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərar ının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə vəkilin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual q anun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş, Məhkum CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkraran əks etdirməyi zəruru hesab etməyərək apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini qəbul edir, sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razıla şır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəşisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli hökmü məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar