Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2431/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Novruzov X6 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddə ləri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli, 1(103)-1741/24 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-814/2024 nömrəli hökmü ilə (X2 oğlu (sədrlik edən), X7 və X5 ibarət tərkibdə) xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə) 2024-cü il 5 avqust tarixli, 1(103)-1741/24 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Şahbuz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Şahbuz” adlı şəxsin göstərişinə əsasən külli miqdarda 4399,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla narkotik vasitə qurudulmuş marixuananın 99,37 qram hissəsini üzərində, 4300 qram hissəsini isə sərnişini olduğu cinayətdən məlumatsız olan tanışı Şahid4 idarə etdiyi “AzSamand” markalı **-E Y-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ünvan 2 ünvanın qarşısına qədər daşımış, 13 fevral 2023-cü il tarixdə saat 02:00-da qeyd olunan ünvanın qarşısında “AzSamand” markalı avtomobilin yanında dayandığı zaman DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin cibindən 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 99,37 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 04:35-də isə Nəsimi rayon polis idarəsinin 20-ci po lis bölməsinin inzibati binasının həyətində “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təkzibolunmaz sübutlardan görünür ki, cinayət işi üzrə ifadə verən şəxslərin hamısı qəsdən yalan ifadə vermişlər, yeganə ifadəsində hə qiqəti bildirən Təqsirləndirilən şəxs olmuşdur. Qeyd olunanlara əsasən müdafiə tərəfi üçün hadisənin baş vermə ardıcıllığını müəyyən etmək çətin deyildir. Təqsirləndirilən şəxs 50 qram narkotik vasitəni şəxsi istifadəsi üçün almaqdan sonra ötrü ona göndərilən hesab nömrəsinə 300 manat pul köçürmüş və ona bildirilən ünvana gedərək narkotik vasitəni götürmək istərkən narkotikin çox olduğunu görərək qorxub götürmədən əliboş geri avtomobilə dönmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə ilə tutulmasında fəal iştirak edərək onu bu cinayətə sövq edən Şahid4 israrından sonra (Təqsirləndirilən şəxs ifadələrində israrın nədən ibarət olduğunu açıqlamışdır), ikinci dəfə Təqsirləndirilən şəxs avtomobildə həmin əraziyə qayıdaraq torbanı götürmüş və gətirib əyləşdiyi oturacağın ayaqaltı hissəsinə qoym uşdur. Bir neçə dəqiqə sonra Abşeron rayonu ərazisində yol polisi tərəfindən Emin saxlanılarkən yol polisinin əməkdaşları sürücünü deyil məhz Təqsirləndirilən şəxs qollarına qandal vurmuşlar və sürücünün qaçıb getməsinə mane olmamışlar. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin bayır cibləri və digər yerlər axtarılmışdır, heç bir narkotik və ya qanunsuz silah sairə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılması və qandallanması isə hazırlanmış "əməliyyat tədbiri"nin detallarında idi, polis əməkdaşları öz aralarında bunu razılaşdırmışlar. Yol polisinin müdaxiləsi isə ştatdankənar agent olan Şahid4 bu işlərdən xəbərsiz olduğunu möhkəmləndirmək üçün hesablanmışdır. Yol polisindən xəbərsiz olan Şahid4 isə qorxuya düşərək sükan arxasına əyləşib hadisə yerindən qaçmışdır. Tərəddüdl ər içərisində olan Şahid4 nömrəsi olmayan qara rəngli avtomobillə təqib olunduğundan Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra onu 20-ci PB-nə aparmışlar, elə həmin ərəfədə polis əməkdaşları yol polisinə zəng vuraraq Təqsirləndirilən şəxs Abşeron rayon Pİ-nə deyil Nəsimi rayonu ərazisindəki toqquşma yerinə gətirmələrini demişlər. Yol polisinin əməkdaşları Təqsirləndirilən şəxs toqquşma yerində polislərə təhvil verdikdən bir neçə dəqiqə sonra onlar 20-ci PB-nə gətirilmişlər. Odur ki, telefon anten dairələrində fərqli göstəricilər yaranmışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3 maddələrinin tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmalı idi. 50 qram qurudulmuş marixuanaya görə CM-in 234.1.-ci maddəsi ilə barəsində hökm çıxarı lması məsələsinə məhkəmə baxa bilərdi. Təəssüflə qeyd olunmalıdır ki, məhkəmə bütün bu xüsusatlara göz yumaraq, təkzibolunmaz sübutu kənara qoyaraq heç bir əsası olmayan ittiham hökmünü çıxarmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və yuxarıda göstərilən xüsusatalara uyğun ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının ona aid olmayan külli miqdarda narkotik vasitə marixuananın ona məxsus olmasını etiraf etməsi məqsədi ilə ona psixoloji təzyiqin edildiyini və bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əmə llərinə aidiyyatının olmaması ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut hesab etməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə yanlış qənaətə gələrək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədində olduğunu qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs “Şahbuz” adlı şəxsin göndərdiyi hesab kartına 300 manat pul k öçürdüyünü və bunun müqabilində 50 qram özünün istifadəsi üçün qurudulmuş marixuana əldə etməsinə dair vermiş olduğu ifadəsini yetərincə diqqətə almamışdır. Aşkar edilən külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs saxlanıldığı yerdən götürərək avtomobilə qoyması danılmazdır, lakin həmin narkotik vasitəni o, tanışı Şahid4 israrından sonra, onun xahişinə əsasən götürmüşdür. Təqsirləndirilən şəxs götürdüyü torbanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsinə qoysa da, məlum olmayan səbəblərdən torba nəqliyyat vasitəsinin baqaj hissəsindən çıxmışdır. Əgər Təqsirləndirilən şəxs əynində olan gödəkçənin üst cibində 100 qramdan artıq narkotik vasitə bükümdə var idisə, neçə olur ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq qolları qandallanan və üzərinə baxış keçir ilən Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə aşkar edilmir. Göründüyü kimi işin faktiki halları ilə bağlı saysız hesabsız suallar meydana çıxır, həmin sualların cavablarını aydınlatmağa çalışmalı olan məhkəmə, əksinə onları ört-basdır edərək bəsit yanaşma ilə həqiqəti bir kənara atmağa üstünlük vermişdir. Məhkəmə həmin anten məlumatlarında müdafiəçinin vəsatətində qeyd etdiyi halların öz təsdiqini tapmadığını yazmaqla təkzibolunmaz sübutların üzərindən sükutla keçmişdir. Halbuki, məlumatlara diqqət yetirdikdə polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin yalan olduğu ortaya çıxır. Belə ki, Təqsirləndirilən şəxs ilə Şahid4 eyni vaxtda başqa başqa məkanlarda olmaları, həmçinin narkotik vasitənin götürülməsi müddətində onların arasında telefon danışıqlarının olması əksini tap mışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1741/2024 nömrəli, 5 avqust 2025-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd o lunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məh kəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfl əri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessua l qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs CMin iki maddəsi ilə, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun d əlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.3-cü maddəsi üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin məhkum Təqsirləndirilən şəxs “Şahbuz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda məhkum Təqsirləndirilən şəxs “Şahbuz” adlı şəxslə necə tanış olmaları, hansı qaydada ünsiyyət qurmaları, danışmaları qeyd edilməmiş, konkret vaxt, yer, üsul göstərilmədən Təqsirləndirilən şəxs “Şahbuz” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar “...Şahbuz adlı qrup üzvünün istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi...” kimi təsvir olunmuşdur. Verilmiş ittihamda məhkum Təqsirləndirilən şəxs “Şahbuz” adlı şəxslə hansı qaydada əlaqə saxlaması göstərilmədiyindən ittihamın bu hissəsinin, yəni qabaqcadan əlbir olan bir qrupun üzvlərinin bir-biri ilə hansı qaydada əlaqə saxlamalarını, qrup üzvlərinin cinayət əməlində rollarını necə bölüşdürdüklərini, bir-birini hansı qaydada məlumatlandırdıqlarını da müəyyən etmək mümkün deyil. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya inst ansiya məhkəməsinin qərarında Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə təsirliliyini təsdiq edən heç bir sübuta istinad edilməmiş, bu maddə ilə bağlı məhkəmələr tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci mad dələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci ma ddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Ümumiyyətlə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi il ə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan şəxs və şəxslər”, “istintaqla müəyyən edilməyən qaydada və şəraitdə” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu gös tərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPMin 143-146-cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiy mətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübu t olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5.8.2024-cü il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilməli, məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal, eləcə də ittihamın həcminin azaldılması nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-814/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli, 1(103)-1741/24 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsi rləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2431/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2431/2025
19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver