Məhkəmə qərarları › İş №1(102)-2444/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2444/2025

25.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2444/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Məhkum iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli hökmü ilə Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilərək CM-in 73.2-ci maddəsinə əsasən bu maddə ilə cinayət təqibi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsinə və CM-in 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2025- ci il tarixli hökmü ilə (sədrlik edən hakim Şükürova Ülviyyə Sahib qızı) Məhkum, 27 avqust 2002-ci il tarixdə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, törətdiyi cinayət əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilərək CM-in 73.2-ci maddəsinə əsasən bu maddə ilə cinayət təqibi üzrə icraata xitam verilməklə sonuncu cinayət məsuliyyətindən azad edilmiş və o, CM-in 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsin in hökmündə göstərilmişdir ki, hazırkı iş üzrə ittiham aktına əsasən, Məhkum 6 iyul 2024-cü il tarixdə gecə saat 03 radələrində, ünvan 3 ünvanında yerləşən "Sahil" market mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, tanışı Zərərçəkmiş şəxs ilə əsassız mübahisə yaradıb, ictimai yerdə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümu mi təyinatı istifadəyə yararlı ov bıçağından silah qismində istifadə etməklə, həmin bıçaqla Zərərçəkmiş şəxs bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd deşilmiş kəsilmiş yarası ilə müşaiyət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, həmin hərəkətləri ilə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmiş, habelə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə cinayət işinə mahiyyəti üzrə baxılması nəticəsində Məhkum tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin şəxsi m ünasibətlər zəminində yetirilməsi, bu zaman ictimai qaydanın pozulmaması və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər edilməməsi barədə nəticəyə gələrək onun törətdiyi həmin əməlinin CM-in 221.3-cü maddəsindən CMin 128-ci maddəsinə tövsif edilərək CM-in 73.2-ci maddəsinə əsasən bu maddə ilə cinayət təqibi üzrə icraata xitam verilməklə sonuncunun cinayət məsuliyyətindən azad edilməsi və onun CM-in 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək cəzalandırılması haqqında yuxarıda göstərilən hökmü çıxarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli hökmündən işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror Qasımov Rauf Adil oğlu 13 iyun 2025-ci il tarixdə apellyasiya protesti verərək həmin hökmün ləğv edilməsini və Məhkum ona qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Eyni zamanda dövlət ittihamçısı R.A.Qasımov 13 iyun 2025-ci il tarixdə onun tərəfindən apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıraraq həmin müddətin bərpa edilməsini də xahiş etmişdir. Dövlət ittihamçısı R.A.Qasımovun apellyasiya protesti və onun tərəfindən qaldırılmış yazılı vəsatət hökmün icrasına dair sənədlərlə birlikdə cinayət işinin materiallarına əlavə edilərək həmin iş birinci instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinə baxılması üçün 19 iyun 2025-ci il tarixli 1(009)-91/2005 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Əli İfran oğlundan ibarət tərkibdə) apellyasiya protestinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı R.A.Qasımov tərəfindən verilmiş apellyasiya protesti hərəkətsiz saxlanılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən edilərək cinayət işi birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarın dan dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalova kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya protestinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclası mərhələsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra maddələrinə, iş üzrə çıxarılmış 30 aprel 2025ci il tarixli hökmə, həmin hökm üzrə Səbail Rayon Məhkəməsinin gəldiyi nəticəyə, hökmdən verilmiş apellyasiya protestinə və bundan sonra həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş prosessual qərarlara istinad edən dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalova kassasiya protestini belə əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərarı ilə həmin məhkəmə nin 30 aprel 2025-ci il tarixli hökmündən apellyasiya protestinin verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru R.A.Qasımov tərəfindən apellyasiya protestinin verilməsi üçün prosessual müddətin buraxılması səbəbləri üzrlü hesab edilməklə həmin müddət bərpa edilmiş və apellyasiya protesti cinayət işinin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərarı nəzərə alınmadan qanunsuz və əsassız olaraq apellyasiya protestinin hərəkətsiz saxlan ılması qət edilmişdir. Yalnız şərh olunan dəlillərə əsaslanaraq kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin apellyasiya protestinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclası mərhələsinə qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kasssasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilməli olması tələbi CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilsə də, həmin protestin müəllifi bu hallarla bağlı heç bir dəlil irəli sürməmiş və nəzərə almamışdır ki, qeyd olunan maddələrə əsasən məhkəmə cina yət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Halbuki, cinayət işinin materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsi 1 iyul 2025-ci il tarixli qərarı qəbul etməzdən əvvəl həmin tarixdə keçirilmiş apellyasiya protestinə ilkin baxış iclasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı sübutun tədqiqindən imtina etməmiş, öz qərarında isə iş üzrə toplanmış və araşdırılmış sübutlara qanunvericil ikdə nəzərdə tutulmuş qiymət verməmişdir ona görə ki, həmin mərhələdə bunlara zərurət də olmamışdır. Bununla belə məhkəmə kollegiyası CPM-in 391.12-ci maddəsinin tələblərindən çıxış edərək (həmin maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər) dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin protestin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslığını cinayət işi nin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəy yən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və b u baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Qanunveric iliyin təsvir edilən normalarından çıxış edərək məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün hazırkı cinayət işinin materiallarına və prosessual hüquq normalarının digər tələblərinə də müraciət etməyi zəruri bilir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv et məyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə 30 aprel 2025-ci il tarixli hökm çıxarıldıqdan sonra bu yekun məhkəmə aktından qanunda nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyindən hökm 21 may 2025-ci il tarixdə qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Yalnız bundan sonra, 13 iyun 2025-ci il tarixdə, yəni apellyasiya protestinin verilməsi üçün CPM-in 384.1-ci maddəsində nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti buraxmaqla dövlət ittihamçısı R.A.Qasımov 30 aprel 2025-ci il tarixli hökmdən apellyasiya protesti vermiş və eyni zamanda CPM-in 386-cı maddəsinin tələblərinə əsaslanaraq həmin müddətin bərpa edilməsi haqqınd a eyni tarixli vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Qeyd olunan vəsatətin mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi həmin vəsatətə baxılmasına dair hər hansı qərarı iş materiallarına əlavə etmədən və ya başqa şəkildə bu vəsatətə baxması barədə apellyasiya instansiyası məhkəməsini məlumatlandırmadan 19 iyun 2025-ci il tarixli 1(009)-91/2005 nömrəli məktubla cinayət işini apellyasiya protestinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş 20 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatına daxil olmuş və apellyasiya protesti üzrə ilkin baxış iclası müvafiq bildirişlər vasitəsilə proses iştirakçılarına məlumat verilməklə 1 iyul 2025-ci il tarixlə saat 10:50-yə təyin olunmuşdur. Lakin, hökmdən verilmiş apel lyasiya protestinə baxılması ilə əlaqədar cinayət işinin materiallarını öyrənən apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi dövlət ittihamçısı R.A.Qasımovun apellyasiya protestinin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair 13 iyun 2025-ci il tarixli vəsatətinə münasibət bildirməmiş, bu vəsatətlə bağlı heç bir qərar qəbul etməmiş və belə qərarı iş materiallarına əlavə etməyərək cinayət işini apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu nöqsanı aşkar edən apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin aşağıdakı normalarına əsaslanmaqla tamamilə haqlı olaraq bu vəziyyətdə hökmdən verilmiş apellyasiya protestinə mahiyyəti üzrə baxılmasını mümkünsüz hesab etmiş və buna görə apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətə baxılması üçün 10 (on) gün müddətin müəyyən edilməsi, cinayət işinin isə bu məsələnin həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması haqqında hal-hazırda kassasiya qaydasında mübahisələndirilən 1 iyul 2025-ci il tarixli qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda təsvir edilən pozuntuya görə apellyasiya instansiyası məhkəməsi ilkin baxış iclasında həmin pozuntuya münasibətini bildirməyərək hər hansı başqa qərar qəbul etmək, digər tərəfdən isə prosessual müddət büraxılmaqla verilmiş apellyasiya protestinə mahiyyəti üzrə baxmaq səlahiyyətində də olmamışdır. Belə ki, CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən son ra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinin tələblərindən görünür ki, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmçinin CPM-in 386.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqın da vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 391.4-cü maddəsinin tələblərinə görə isə, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və y a apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Daha sonra iş materiallarından görünür ki, Məhkum barəsindəki cinayət işi tamamilə qanuni və əsaslı olan 1 iyul 2025-ci il tarixli qərara uyğun olaraq Səbail Rayon Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə tərəfindən iş materiallarına 18 iyun 2025-ci il tarixli qərar əlavə olunmuş, həmin qərarla isə məhkəmə dövlət ittihamçısı R.A.Qasımovun hökmdən apellyasiya protestinin verilməsi üçün müddətin buraxılması səbəbləri üzrlü hesab edilərək həmin müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmuşdur. Yalnız bundan sonra Səbail Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərarı cinayət işinin materiallarına əlavə edilərək apellyasiya protestinə mahiyyəti üzrə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndər ilmişdir. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və eyni zamanda qanunvericiliyin göstərilən normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, hökmdən apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair 18 iyun 2025-ci il tarixli qərarın sonradan, yəni 1 iyul 2025-ci il tarixdən sonra iş materiallarına əlavə edilməsi heç də mahiyyətcə düzgün, əsaslandırılmış və qanuni olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yaratmır və kassasiya qaydasında bu haqda qərarın qəbul edilməsini zəruri etmir. Bu baxımdan, məhkəmə kollegiyası həmin qərardan verilmiş kassasiya protestinin dəlillərini əsassız və qəbul edilməz sayır və həmin protestin təmin edilərək Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas görməyərək bunu mümkün bilmir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası ona da diqqət yetirməyi lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qərarından əsassız kassasiya protestinin verilməsi, ilk olaraq bu protest imzalanmadan onun apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi və belə vəziyyətdə protestin cinayət işi ilə birlikdə Ali Məhkəməyə göndərilməsi, bu nöqsana görə işin kassasiya protesti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılması, bundan sonra həmin protest dövlət ittihamçısı S.İ.HüseyinovaZeynalova tərəfindən imzalanmaqla onun tərəfindən kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırılması, həmin vəsatətə də baxılması üçün yenidən 26 avqust 2025-ci il tarixdə növbəti məhkəmə iclasının keçirilməsi və vəsatətin təmin olunması haqda həmin tarixli qərarın qəbul edilməsi işə hökmdən verilmiş apellyasiya protestinə əsasən apellyasiya qaydasında baxılmasında süründürməçiliyə, digər tərəfdən isə Məhkum də onun işinə ağlabatan müddətlərdə baxılmasına malik olmasına dair dair konstitusiyon və konvensiyon hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə kollegiyası bütün təsvir edilənlərə əsaslanaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilib-edilməməsi məsələsinin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxmaları haqda isə təqsirləndirilən şəxs Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışların ı dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protesti təmin edilməsin. Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu maddə ilə cinayət təqibi üzrə icr aata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsinə və CM-in 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərəkməhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 1 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar