Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2447/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı övladı olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkopmleks” Birliyinin Xidmətlərin təşkili idarəsinin Xaçmaz şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 aprel 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 may 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlı q iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyinin” 182/083Ş nömrəli, 01 fevral 2016-cı il tarixli əmri ilə həmin Birliyin Dəmiryolunda tərəzi təsərrüfatının təşkili üzrə “Yalama-Böyük kəsik” şöbəsinin inspektoru vəzifəsinə qəbul edilərək 01 fevral 2016-cı il tarixdən vəzifələrinin icrasına başlayıb 15 yanvar 2024cü il tarixdə Komitənin sərəncamına götürüldüyü vaxtadək həmin vəzifədə işləyərkən qulluq mövqeyi ilə əlaqədar olmayaraq özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə 16 fevral 2023-cü il tarixd ə, bibisi oğlunun əvvəllər rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs şəxsi əlaqələri, təsir imkanları və niyyətinə dair bilə-bilə yalan məlumatlar verib Rusiya Federasiyasından Azərbaycan Respublikasına malların daşınması ilə məşğul olan firmalara sərmayə qoyub fəaliyyətdən gəlir əldə etmək barədə yalan vədlər verərək maddi maraq oyatmaqla həqiqətdə niyyətində olmasa da, guya birgə sahibkarlıqla məşğul olub 10 000 manat sərmayə qoyub bundan rüblük 2500-3000 manat gəlir əldə edəcəyinə inandırıb hissə-hissə 16 fevral 2023-cü il tarixdə, saat 15.31-də özünə məxsus "xxxx" ASC-nə aid 416974******2084 və 540408******0549 nömrəli ödəniş kartlarına mədaxil olunmaqla Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Mill iön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 4100 manat. xx.xx.2023- cü il tarixdə, saat 14.58-də Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 700 manat, xx.xx.2023-cü il tarixdə, saat 20.59-da Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 1055 manat, 23 fevral 2023-cü il tarixdə, saat 16.12-də Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMCnə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 1100 manat, 23 fevral 2023-cü il tarixdə, saat 16.16-da mədaxil olunmaqla Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nə aid 5 21367******3731 nömrəli ödəniş kartından Sumqayıt şəhəri 5-ci mikrorayon 1/61 saylı evin 29 nömrəli mənzilində olarkən köçürülmüş 400 manat, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17.30-da Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 1200 manat, xx.xx.2023-cü il tarixdə, saat 17.36-da Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 500 manat, 24 fevral 2023-cü il tarixdə, saat 17.37-də mədaxil olunmaqla Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nə aid 521367******3731 nömrəli ödəniş kartından Sumqayıt şəhəri 5-ci mikrorayon 1/61 saylı evin 29 nömrəli mənzilind ə olarkən kömürülmüş 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 17.19-da köçürülmüş 1550 manat, xx.xx.2023-cü il tarixdə, saat 19.25-də Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 300 manat pulu ödəniş kartına köçürmə yolu ilə əldə edib qeyd edilən sərmayə və bunun üçün rəsmiləşdirmə işləri adı altında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 11205 manat pulunu tamah niyyəti ilə ələ keçirib öz xeyrinə yönəltmiş, Zərərçəkmiş şəxs xeyli miqdarda - 11205 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən öz statusundan, təmsil etdiyi gömrük orqanlarının statusundan, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qulluq mövqeyi ilə əlaqədar özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs şəxsi əlaqələri, təsir imkanları və niyyətinə dair bilə-bilə yalan məlumatlar verib əvvəllər tabeliyində işlədiyi cinayətkar niyyətindən xəbərsiz rəisi Şahid2 həqiqətə uyğun olmayaraq idxal-ixrac aqroklasteri “X” şirkətinin Xaçmaz şəhərində açılmış anbarlarında irəli vəzifəyə təyin olunmasını deyib sonuncunun vasitəçiliyi ilə buradan 9000 manat dəyərində anbar satın alaraq özünün tapdığı müştərilərə icarəyə verib aylıq 1000 manat gəlir əldə etmək barədə yalan vədlər verərək maddi maraq oyatmaqla inandırıb özünə məxsus "xxxx" ASC-nə aid 416974******2084 və 540408******0549 nömrəli ödəniş kartlarına Zərərçəkmiş şəxs tərəfindən 13 mart 202 3-cü il tarixdə, saat 12.35-də Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "xxxx" mağazasında quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunmaqla 1000 manat, 18 mart 2023-cü il tarixdə, saat 17.49-da Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nə aid 521367******3731 nömrəli ödəniş kartından Sumqayıt şəhəri 5-ci mikrorayon 1/61 saylı evin 29 nömrəli mənzilində olarkən köçürülmüş 257 manat, 31 mart 2023-cü il tarixdə, saat 15.55-də Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Pioner” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən mədaxil edilmiş 3000 manat və həmin gün saat 15.59-da eyni yerdən eyni vasitə ilə mədaxil edilmiş 2000 manat, 31 mart 2023-cü il tarixdə, saat 16.03-də Zərərçəkm iş şəxs tərəfindən Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov prospektində yerləşən “Seymur” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə mədaxil edilmiş 3000 manat ödəniş kartına köçürmə yolu ilə əldə edib qeyd edilən sərmayə və bunun üçün rəsmiləşdirmə işləri adı altında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 9257 manat pulunu tamah niyyəti ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirib öz xeyrinə yönəltmiş, Zərərçəkmiş şəxs xeyli miqdarda - 9257 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən öz statusundan, təmsil etdiyi gömrük orqanlarının statusundan, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qulluq mövqeyi ilə əlaqədar özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs şəxsi əlaqələri, təsir imkanları və niyyətinə dair bilə-bilə yalan məlumatlar verib əvvəllər tabeliyində işlədiyi cinayətkar niyyətindən xəbərsiz rəisi Şahid2 həqiqətə uyğun olmayaraq idxal-ixrac aqroklasteri “FoodCity Aqrokompleks” şirkətinin Xaçmaz şəhərində açılmış anbarlarında irəli vəzifəyə təyin olunmasını deyib sonuncunun vasitəçiliyi ilə buradan hərəsi 10000 manat dəyərində 2 ədəd sayda anbar satın alaraq özünün tapdığı müştərilərə icarəyə verib aylıq 1100 manat gəlir əldə etmək barədə yalan vədlər verərək maddi maraq oyatmaqla inandırıb bunadək Zərərçəkmiş şəxs üç halda dələduzluq cinayəti törətməklə ələ keçirdiyi 23 462 manat pul vəsaitlərinin guya sahibkarlıq yolu ilə əldə edilmiş qazanc ı qismində 7100 manat məbləği hesab edərək həmin cinayətlərini ört-basdır etmək və cəmi 20 000 manat dəyərində iki anbarın alınması üçün qalan ödəniş kimi ələ keçirmək məqsədi ilə özünə məxsus "xxxx" ASC-nə aid 416974******2084 və 540408******0549 nömrəli ödəniş kartlarına Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nə aid 521367******3731 nömrəli ödəniş kartından Sumqayıt şəhəri 5-ci mikrorayon 1/61 saylı evin 29 nömrəli mənzilində olarkən 7 aprel 2023-cü il tarixdə, saat 19.38-də mədaxil edilmiş 80 manat, 7 aprel 2023cü il tarixdə, saat 20.42-də mədaxil edilmiş 570 manat, 12 aprel 2023-cü il tarixdə, saat 14.30- da Zərərçəkmiş şəxs tərəfindən ünvan 2 ünvanda yerləşən “Əli" marketdə quraşdırılmış Modenis MMC-nə aid “e-manat” ödəniş vasitəsilə 30 manat mədaxil edilmiş, 14 aprel 2023-cü il tarix də, saat 12.26-da Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Binəqədi filialındakı terminalında mədaxil edilmiş 5000 manat, 1 may 2023-cü il tarixdə, saat 16.08-də Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon Nərimanov prospektində yerləşən “Seymur" marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə 3000 manat, 1 may 2023-cü il tarixdə, saat 16.09-da Zərərçəkmiş şəxs tərəfindən ünvan 3 ünvanda yerləşən aptekdə quraşdırılmış MPAY QSC-nə məxsus “mpay” elektron ödəmə sistemi vasitəsilə 2000 manat, 26 may 2023-cü il tarixdə, saat 17.06-da Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "xxxx" marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus “Milliön” elektron ödəmə sistemi vasitəsilə 1000 manat ödəniş kartına köçürmə yolu ilə əldə edib qeyd edilən sərmayə və bunun üçün rəsmiləşdirmə işləri adı altında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 12180 manat pulunu tamah niyyəti ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirib öz xeyrinə yönəltmiş, Zərərçəkmiş şəxs xeyli miqdarda - 11680 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən öz statusundan, təmsil etdiyi gömrük orqanlarının statusundan, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qulluq mövqeyi ilə əlaqədar özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs qızma şəxsi əlaqələri, təsir imkanları və niyyətinə dair bilə-bilə yalan məlumatlar verib vergi orqanlarında işləyən tanışı vasitəsilə bəyann amə yazmaq üçün blank əldə etdikdən sonra bəyannamələrin yazılması xidmətindən gündəlik 105 manat qazanc əldə etmək təklifini irəli sürərək maddi maraq oyatmaqla həqiqətdə niyyətində olmasa da, guya birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək bəyannamələrin alınması adı altında özünə məxsus "xxxx" ASC-nə aid 540408******0549 nömrəli ödəniş kartına Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri 30- cu məhəllə N.Nərimanov küçəsində yerləşən "xxxx" mağazasında quraşdırılmış MPAY QSC-nə məxsus “mpay” elektron ödəmə sistemi vasitəsilə 7 avqust 2023-cü il tarixdə, saat 10.55-də 2000 manat, 5 avqust 2023-cü il tarixdə, saat 11:13-də 2000 manat pulunu ödəniş kartına köçürmə yolu ilə əldə edib vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 4000 manat pulunu tamah niyyəti ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirib öz xeyrinə yönəltmiş, Zərərçəkmiş şəxs 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-390/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 08 (səkkiz) gün həbsdə saxlanıldığı müddəti nəzərə almaqla cərimə cəzası yüngülləşdirilməsi və üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasının saxlanılması, əlavə cəzanın müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq, hə m də məhkəmədə verdiyi ifadələrində elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, Zərərçəkmiş şəxs 28.500 manat pul aldığını, bundan artıq məbləğdə pul almamasını bildirmişdir. Verilmiş ittihamdan görünür ki, Məhkum Zərərçəkmiş şəxs ümumilikdə 36.142 manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində 38.500 manat məbləğinin ələ keçirildiyini göstərmişdir. Lakin istintaq zamanı tərəflər arasında çəkişmə prinsipinə əməl olunmamış, istintaq fəaliyyəti yalnız zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsinə yönəldilmiş, tərəflər arasında ələ keçirilmiş məbləğə dair mübahisə mövcud olmasına və müdafiə tərəfi tərəfindən müvafiq sənədlərin baxış keçirilməsi üçün dəfələrlə tələb edilməsinə baxmayaraq müdafiə tərəfinin iştirakı təmin edilməmişdir. Zərərçəkmiş şəxs heç bir ifadəsində Məhkum 2023-cü ilin fevral ayından və digər aylarında konkret ümumi məbləğ tələb etdiyini bildirməmişdir. Lakin verilmiş ittihamda aylar üzrə göndərilmiş məbləğlər vahid niyyət kimi qiymətləndirilmişdir. Məhkəmə hər ay üzrə əldə olunan məbləği ittihamın əsası kimi qəbul etmiş, digər aylarda alınan məbləğləri təkrarlıq əlaməti kimi qiymətləndirmişdir. Məhkəmənin hökmünə əsasən belə nəticə çıxır ki, Məhkum hər hansı bir ay üzrə pul aldığı anda əməlini başa çatdırmış, növbəti ayda isə həmin hərəkətləri təkrar etmişdir. Hər dəfə göndərilən məbləğin 5.000 manatdan az olması Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibini yaradır. Bu halda istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb olunma müddəti keçdiyindən iş üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verməli idi. Məhkum hər dəfə Zərərçəkmiş şəxs tərəfindən pulun göndərilməsi və həmin pulun Məhkum tərəfindən qəbul edilməsi ilə əməl başa çatmış, bundan sonrakı göndərişlər isə təkrarlıq təşkil etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərin surətlərinə və istintaq zamanı əldə edilmiş bank sənədlərinə əsasən hər dəfə göndərilən məbləğ 5.000 manatdan az olmuşdur. Məhkum əməli düzgün hüquqi qiymətləndirilməmişdir. Törədilmiş əməl onun yerinə yetirdiyi xidməti səlahiyyətlərlə bağlı olmayıb. Məhkum xidməti səlahiyyətləri çərçivəsində hər hansı qərarın qəbul edilməsinə təsir etmək və ya işə qəbul məsələləri üzrə qərar vermək, yaxud belə qərarlara köməklik göstərmək səlahiyyətinə malik olmamışdır. Bundan başqa, Məhkumla Zərərçəkmiş şəxs arasındakı münasibətlər bi rgə biznes fəaliyyəti göstərməklə gəlir əldə etmək məqsədinə əsaslanmışdır. Onlar arasında 29 oktyabr 2024-cü il tarixdə mülki müqavilə bağlanmış, müqavilədə 17.000 manat göstərilmiş, 9.000 manatın isə Məhkum tərəfindən götürüldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 4 saylı notariat ofisində Məhkumla barışması və maddi ziyanın ödənilməsi barədə ərizə vermişdir. Notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi və müqavilə qanunvericiliyə uyğun qaydada ləğv olunmadığı və hazırda qüvvədə olduğu halda, Zərərçəkmiş şəxs ərizəsi əsasında cinayət işinin başlanılması və Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi qanuni hesab edilə bilməz.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-390/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə oxşar olanları bildirməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu təl əbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. K assasiya şikayətində məhkum əməlində ittiham edildiyi cinayətin tərkibi olmadığını, barəsində olan cinayət təqibinə xitam verilməli olmasını iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı q anuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövq eyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin for malaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
21. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində bildirilənlərdən fərqlən mir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətin də göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, habelə mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-562/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.