Məhkəmə qərarları › İş №1(102)-2449/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2449/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2449/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi, vəkil Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli, 1(103)-27/25 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (X3) 2024-cü il 20 fevral tarixli,1(094)2/2024 nömrəli hökmü ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi, ev 51 mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 9 sentyabr 2023cü il tarixdən 11 sentyabr 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2025-ci il 3 iyun tarixli0, 1(103)-27/25 nömrəli qərarı il ə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum 16 avqust 2023-cü il tarixdə saat 22:20 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «KİA CEED» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsindən Gürgan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərini pozaraq, 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə hərəkət etdirib, həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı (36.1.3), hərəkət istiqamətlərini ayıran üfüqi nişanlama xəttini kəsib keçməməli (69.7.1), bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, yolun sağa döngəli hissəsində hərəkəti tənzimləyə bilməmiş, hərəkət istiqamətlərini ayıran üfüqi nişanlama xəttini kəsib əks hərəkət zolağına keçərək, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz 200» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticə də ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması-beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma, alının, hər iki yanağın, çənənin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ qulaq sayvanının, sağ bazunun, doş qəfəsi qarnın sağ ön yan səthinin, sağ əlin arxa səthinin, sağ budun, sağ baldırın, sol budun sıyrıqları, sağ budun qançırı, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib, qapalı kəllə beyin travması beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma səbəbindən hadisə yerində ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN NÜMAYƏNDƏSİNİN VƏ DÖ VLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs özünə məxsus mobil telefonla hərəkəti zamanı avtomobilin qarşı hissəsindəki yolu çəkmiş və bu zaman qarşıdan gələn avtomaşının onun idarə etdiyi avtomaşınla toqquşması videogörüntüyə açıq-aşkar düşmüşdür. Lakin toqquşmadan əvvəl öz hərəkət zolağı ilə hərəkətdə olmuş və bu zaman heç bir manevr etməmiş Məhkum avtomobili icazə verilən sürət həddində bir qədər yüksək sürətlə idarə etdiyinə görə fikirləşmişdir ki, videogörüntünün ələ keçirilməsi onun məsuliyyətini ağırlaşdıra bilər və bu səbəbdən də həmin videogörüntünü nə istintaq orqanına, nə də ki, birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Müdafiəçi bildirmişdir ki, Məhkum baş vermiş yol nəqliyyat hadisəsind ə təqsirsizdir, onu təqsirsizliyinə inandıra bildiyinə görə videoçəklişin aparıldığı mobil telefonu və hadisənin videogörüntüsünün mobil telefondan köçürüldüyü iki ədəd kompakt diskləri məhkəməyə təqdim etmişdir. Belə ki, videogörüntüdən açıq-aşkar görünür ki, təqsirləndirilən Məhkum toqquşmadan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olmuş mərhum sürücü Zərərçəkmiş şəxs hərəkət zolağına doğru manevr edərək, onun hərəkət zolağına daxil olmamış, əksinə, mərhum Zərərçəkmiş şəxs əks istiqamətdə hərəkət edən iki avtomobil biri-birinə yaxınlaşdıqda kritik qısa məsafədən hərəkəti istiqamətində öz soluna manevr edərək, Məhkum hərəkət zolağına daxil olmuş, nəticədə sonuncunun hərəkəti istiqamətində yolun sağ kənarına yaxın hissədə toqquşma baş vermişdir. Bu isə onu göstərir ki, istintaqçı hadis ənin başvermə mexanizmini ya düzgün müəyyən edə bilməmiş yadaki qəsdən həmin mexanizmi saxtalaşdırmışdır. Müdafiəçi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş hadisənin başverməsinin videogörüntüsü özünə ciddi diqqət tələb edir və sübutetmə baxımından hökmən müvafiq ekspertiza yolu ilə tədqiq edilməlidir. Müdafiəçi daha sonra bildirmişdir ki, videogörüntüdə görünənlər təqsirləndirilən şəxsə elan edilmiş ittihamın tam əksidir, hadisə mexanizmi birbaşa təhrif edilmişdir. Videogörüntüdə görünənlərlə hökmdə yazılanlar biri-birinə tam ziddir. Təqsirləndirilən Məhkum heç kimin hərəkət zolağına daxil olmayıb, əksinə mərhum sürücü Zərərçəkmiş şəxs kritik qısa məsafədən onun hərəkət zolağına daxil olaraq, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Müdafiəçi kassasiya şikayətində göstər ilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli, 1(103)-27/25 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şi kayətində Məhkum bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qəra rı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərar ının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apell yasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək öz mövqeyini hadisə zamanı məhkumun maşını idarə edərkən öz şəxsi istifadəsində olan telefonla maşının hərəkət istiqamətini video qeydə almasını və məhz bu zaman yol-nəqliyyat hadisəsinin baş verməsini, məhkumun hadisə zamanı öz yolu ilə hərəkət etdiyini, lakin mərhum zərərçəkmiş şəxsin idarə etdiyi avtomaşınla məhkumun hərəkət zolağına çı xması nəticəsində hadisənin baş verməsi ilə əsaslandırmışdır. Müdafiəçi tərəfindən təqdim olunmuş yeni sübutla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən “Kompleks məhkəmə videotexniki və əlavə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası” təyin edilmiş və ekspert rəyi alınmışdır. Ekspertiza rəyi və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Mercedes Benz 200 markalı avtomobil öz yolu ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdən hərəkətdə olan Kia Ceed markalı avtomobil 1.3 üfüqi nişanlama xəttini kəsib qarşı sol hərəkət zolağına çıxmış, avtomobili yüksək sürətlə hərəkət etdirməklə (162-163 km/saat) hərəkət üçün təhlükəli şərait yaratmış, buna görə Mercedes Benz 200 markalı avtomobil öz soluna istiqamətlənmiş və Kia Ceed markalı avtomobilin isə öz sağına istiqamətlənərək toq quşma baş vermişdir ki, belə olan halda Kia Ceed markalı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda, videoyazı ilə müdafiə tərəfinin «Mersedes Benz 200» markalı 10-XF-l 14 dövlət qeydiyyat nişanlı avtomobilin Məhkum hərəkət yoluna daxil olması dəlili təkzib edilmiş, əksinə “Mercedes Benz 200’ markalı avtomobilin kadrlarda göründüyü anda (1003-cü kadr) Məhkum idarə etdiyi “Kia Ceed' markalı avtomobilin “Mercedes Benz 200’ markalı avtomobilin hərəkət zolağında hərəkət etdiyi görünmüşdür. “Kia Ce ed” markalı avtomobilin “Mercedes Benz 200" markalı avtomobilin hərəkət zolağında hərəkəti 1009-ci kadra qədər (t=0,201 san) davam etmiş, qeyd olunan müddətdə “Mercedes Benz 200’ markalı avtomobil öz hərəkəti istiqamətinə sola manevr edib, hərəkət istiqamətini ayıran qoşa xətti kəsib keçməmişdir. Bu isə onu izah edir ki, müdafiə tərəfinin göstərdiyi mexanizm real hadisə mexanizminə uyğun olmamışdır. “Kia Ceed” markalı avtomobilin sürətinin ittihamda müəyyən edildiyindən daha yüksək olması iddiaları ekspert rəyində, videoyazıda görsənsə də, məhkəmə kollegiyası CPM-in 318-ci maddəsinin tələbləri baxmından həmin halın müzakirəsini əsaslı saymır. Məhkəmə kollegiyası nəzərə almışdır ki, cinayət tərkibinin zəruri və fakultətiv əlamətləri dəyişməmiş, sonuncu ekspert rəyi də təqsirləndirilən şəxsi n təqsirsizliyini yox, təqsirliliyini bir daha təsdiq edən sübutlardan olmuşdur. Göründüyü kimi, müdafiə tərəfinin təqsirsizliklə bağlı bütün dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə yoxlanılmış və Ş.Feyziyev tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əmə linin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumu n müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2024-cü il 20 fevral tarixli,1(094)-2/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli, 1(103)-27/25 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar