Məhkəmə qərarları › İş №1(102)-2450/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2450/2025

24.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2450/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum X3 müdafiəçisi Müdafiəçi1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Qəbələ rayonunun Uludaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətə ndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat yolu” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-81/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim E.H.İsmayılovun sədrliyi ilə, hakimlər C.İ.Hüseynov və S.S.Hüseynovdan ibarət tərkibdə) 1(101)-428/2024 nömrəli 20 iyun 2024-cü il tari xli hökmü ilə X5 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, onun 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı 1 noyabr 2022-ci il tarixdən 3 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə daxil edilməklə çıxılaraq üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 19 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum olunmuş şəxs, onun müdafiəçisi Müdafiəçi2 və zərər çəkmiş şəxs X11 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-81/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.Q.Ələkbərov (sədrlik edən), İ.A.İbrahimli və F.Ə.Qəniyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən X5 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin yanvar-fevral aylarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında əvvəlcə 7.000 manat, daha sonra 3.000 manat olmaqla, ümumilikdə 10.000 manat dəyərində müxtəlif növ quru meyvələri alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldığı qoz ləpəsini respublikanın rayonlarında daha baha qiy mətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 4 noyabr 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs3 ümumilikdə həmin dövrün məzənnəsi ilə 85.850 manat təşkil edən 50.500 ABŞ dolları dəyərində qoz ləpəsini alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə e tmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarından 2021-ci ilin mart ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən yerləşən “8-ci kilometr” bazarında hissə-hissə olmaqla, ümumilikdə 132.000 manat dəyərində müxtəlif növ quru m eyvələri alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib başqa şəxslərdən aldığı müxtəlif növ quru meyvələrin dəyərini ödəyib yenidən həmin məhsullardan alaraq daha baha qiymətə satmaqla tezliklə pulunu geri qaytarmaqla yanaşı, ona da gəlir verəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarında ünvan 1 ünvanında yerləşən “Pa xlava” restoranında bir neçə dəfəyə olmaqla, ümumilikdə 14.000 manat, barəsində Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 24-cü Polis şöbəsində araşdırılan material üzrə şikayətçi Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 ödəyib sonradan qısa müddətə pulunu geri qaytaracağı adı ilə 9 iyun 2021ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 “B” ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasının yaxınlığında 4.000 manat olmaqla, ümumilikdə 18.000 manatı alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilməs ini, cinayət işinə bəraətverici əsaslarla xahiş etmişdir. O, kassasiya şikayətini belə əsaslandırmışdır ki, Elman Ağasiyevin, ibtidai araşdırma və məhkəmə baxışında özünü təqsirli saymayaraq verdiyi ifadələrinə, zərər çəkmiş şəxslər kimi tanınmış: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışında verdiyi ifadələrinə, həmçinin, iş üzrə dindirilmiş şahid ifadələrinə nəzər yetirdikdə, açıq-aydın müəyyən olunur ki, Elman Ağasiyevin, zərər çəkmiş şəxslər kimi tanınmış: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmlaklarını (qoz ləpələrini) əvəzsiz olaraq ələ keçirmək niyyəti olmamış, Elman Ağasiyevlə onların arasındakı uzunmüddətli münasibətlər, adi mülki xarakterli, yəni, işgüzar kommersiyaticarət münasibətləri olmu şdur! Başqa sözlə, Elman Ağasiyevin zərər çəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq törətməsi yaxud onlara qarşı dələduzluq niyyətində olması, yəni, onlara məxsus malların qanunsuz və əvəzsiz olaraq ələ keçirməsi, işin faktiki hallarına görə, sübuta yetirilməmişdir. Yaranmış borcun tam ödənilməməsinə səbəb pandemiya ilə bağlı karantin rejimi, qoz ləpələrinin bir hissəsinin nəm çəkdiyindən yararsız hala düşməsi və Elman Ağasiyevin digər şəxslərə topdan satdığı qoz ləpələrinin pullarını yığa bilməməsi olmuşdur. Bunlar həm Elman Ağasiyev, həm də şahid qismində dindirilmiş İntiqam Ağasiyevin məhkəmə istintaqında vermiş olduğu ifadələrlə təsdiq olunur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, pandemiyanın baş laması ilə əlaqədar Elman Ağasiyev malları Zərərçəkmiş şəxs3 qaytarmaq istəsə də, Zərərçəkmiş şəxs3 buna razılıq verməmiş və malları qəbul etməkdən imtina etmişdir. Buradan göründüyü kimi, Elman Ağasiyevlə iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslər arasında olan münasibətlər cinayət xarakterli deyil, adi mülki — kommersiya xarakterli münasibətlərdir. Başqa sözlə desək, bir tərəfin, yəni, Elman Ağasiyevin zərər çəkmiş şəxslər qismində tanınmış şəxslər, o cümlədən, Zərərçəkmiş şəxs3 qarşısında götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməməsidir. Belə olan halda, Elman Ağasiyevin müqavilə öhdəliyinin lazımı qaydada yerinə yetirilməməsinə görə, dələduz qismində, CM-in 178.3.2-ci maddəsi ilə ittiham edilməsi, tamamilə qanunsuz və hüquqi əsası olmayan, Zərərçəkmiş şəxs3 yalan və uydurma i fadələri əsasında qurulmuş bir ittiham olması anlamına gətirir! Keçirilmiş məhkəmə baxışının nəticəsi olaraq, bildirmək istəyirik ki, X3, zərər çəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrinə, şahidlərin ifadələrinə və digər sübutlara əsaslanaraq, əminliklə bildirmək istəyir ki, təqsirləndirilən şəxs Elman Ağasiyevin əməlləri cinayət əməli dələduzluq deyil, mülki xarakterli əməllərdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinl əyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, E.Ağasiyev məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhku m tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.3-cü maddəsinə görə “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarı nda qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastas sion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin h əyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum E.Ağasiyevin əməlləri mötəbərliy i heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında A vropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq E.Ağasiyevin verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmi ş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq E.Ağasiyevin əməllərini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalanmağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən hallarını ümumişdirilməklə işin faktiki hallarına münasibətdə belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs X5 ilə dörd nəfər zərər çəkmiş şəxs arasında mövcüd olmuş münasibətlər məzmun etibarı ilə ümumilikdə oxşar olmuşdur. Düzdür, Elman Ağasiyevlə zərər çəkmiş şəxslər arasında şifahi razılaşmalar olmuş, lakin Elman Ağasiev öz kriminal niyyətini məhz həmin razılaşmalardan istifadə etməklə həyata keçirmiş və həmin razılaşmalarla öz niyyətini pərdələmişdir. Zərər çəkmiş şəxslərin ifadələrindən, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər sübutlardan X3 bu şəxslərlə razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmad ığı, onları aldadıb hansısa əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu açıq-aydın öz təsdiqini tapmışdır. Onun kriminal niyyəti əvvəlcədən mövcüd olmaqla və özgə vəsaitini əvəzsiz ələ keçirməyə hesablanmaqla zərər çəkmiş şəxslərin əmlaklarını (pul vəsaitlərini) ələ keçirməkdən ibarət olmuşdur. Cinayət işinin mübahisəsiz hallarından biri kimi qeyd edilmişdir ki, X5 ona inanılıb və etibar edilmiş əmlak kimi zərər çəkmiş şəxslərin maddi vəsaiti hesabına görülmüş işlər barədə istər zərər çəkmiş şəxslərin özlərinə, istərsə də istintaq orqanına və məhkəməyə heç vaxt müvafiq geniş (ətraflı) hesabatlar (məlumatlar) təqdim etməmişdir, onun bu hərəkətləri kommersiya xarakterli sağlam işgüzar münasibətlərdən tamamilə uzaq olmuş, o, zərər çəkmiş şəxslərlə əldə edilmiş razılaşmaların gerçək məzmunu na uyğun hərəkət etməmiş və əslində zahirən işgüzar münasibətlər kimi görünən Elman Ağasiyevin zərər çəkmiş şəxslərə qarşı münasibətlərinin mənbəyində başqa niyyətlər, yəni kriminal xarakterli niyyətlər mövcüd olmuşdur. Belə ki, Elman Ağasiyev zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus əmlakı qabaqcadan dəyərini ödəməmək niyyəti ilə alıb ələ keçirmişdir. İş materiallarından görünür ki, Elman Ağasiyev zərər çəkmiş şəxsə məxsus qoz ləpəsini zərər çəkmiş şəxsin Bakı şəhəri ərazisində orta bazar qiyməti ilə topdan və ya parəkəndə formada sata bilmək imkanını bildiyi üçün guya bu malları zərər çəkmiş şəxsin imkanı daxilində olmayan üsulla, yəni Zərərçəkmiş şəxs3 anbarı olduğu eyni bazarda olan X1 anbarına təhvil verərək sonncudan aldığı kişmiş məhsuluna olan borcunu bağlamaqla qoz ləpəsini baza rda olan satış qiymətindən daha ucuz qiymətlə əvəzləşdirmiş, bundan savayı respublikanın rayonlarında müxtəlif şəxslərə daha baha qiymətə satmaqla həm özünün gəlir əldə edəcəyini həm də malların dəyərini vaxtında ödəyəcəyini Zərərçəkmiş şəxs3 bildirsə də ələ keçirdiyi malları qısa zaman ərzində dəyərindən də aşağı qiymətə satmaqla nəqdləşdirmiş və əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmiş, guya özünün bildirdiyi kimi ələ keçirdiyi malların obyektiv səbəblərdən məhv edilməsini bildirsə də, bu barədə heç bir sənədləşmə aparmayıb, onların fotoşəkillərini çəkməyib, müvafiq dövlət orqanlarına, habelə zərər çəkmiş şəxsə məlumat verməmişdir. Bu da onu göstərir ki, malların xarab olmasını Elman Ağasiyev özündən uydurmaqla məqsədi məsuliyyətə cəlb olunmamaq olmuşdur. Münasibətlərin xa rakteri ilə bağlı həmçinin qeyd edilməlidir ki, məhkəmə təcrübəsində dələduzluğun müxtəlif üsullarla törədilməsi hallarına rast gəlinir və tərəflər arasında münasibətlərin mülki dövriyyə ilə bağlı olması hələ həmin münasibətlərin mülki xarakterli olması anlamına gəlmir və qiymətləndirilməsinə əsas vermir. Tərəflər arasında münasibətlərin mahiyyəti aydınlaşdırılarkən ilk növbədə təqsirkar şəxsin əvvəlcədən mövcüd olmuş niyyəti müəyyən olunmalıdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasə n etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərər çəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olar aq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, E.Ağasiyevin cinayət əməlləri iş materiallarında olan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar E.Ağasiyevin əməllərində CM-in 178.3.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işin in materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq E.Ağasiyevin əməllərini CM-in 178.3.2-ci maddəsi ilə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həm in sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum X4 bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğun u ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət i şinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyin i, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləl iklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-81/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar