Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2455/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(103)-2454/24 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli, 1(101)-1138/2024 nömrəli hökmü ilə (Hakimlər X2 qızı (sədrlik edən), X11 və X3 ibarət tərkibdə) xx xxxxxxx 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "X22” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,179.3.2 və 32.5,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5,179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəz asının çəkilməsi müddətinin başlanğıcının 3 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X12 və X9 ibarət tərkibdə) 2024-cü il 28 noyabr tarixli, 1(103)-2454/24 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum maddi məsul şəxs tərəfindən özgəyə məxsus olmaqla ona etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilib vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsənilməsində və tamah niyyətilə rəsmi sənədlərə bilə-b ilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, o, tanışları Şahid1, Şahid2 və qeyriləri vasitəsilə dolayı yolla tanıdığı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, xx.xx. 2018-ci il tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli RDPNW-16/1PMU/012 saylı xidməti müqavilə üzrə İFAD (X5 İnkişafı Fondu) Layihə İdarəetmə Qrupunun maliyyə menecerinin köməkçisi vəzifəsində işləməklə həmin layihə idarəetmə qrupuna tələb olunan hesabat və məruzələrin hazırlanmasında yardım etmək, xüsusilə maliyyə funksiyası ilə bağlı müvafiq bərk disk və elektron qeyd və faylları saxlamaq, ödəniş və digər müvafiq sənədlərin İFAD Layihə idarəetmə qrupundan banka və əksinə təqdim edilməsini təmin etmək, qəbzlər üzrə bank hesablarını təsdiqləmək və digər işlərin görülməsini təşkil etmək funksiyalarına malik maddi məsul şəxs olan Şahid7 qulluq mövqeyindən istifadə etməklə ona etibar edi lmiş özgə əmlakını vahid niyyətlə mənimsəyərək talama cinayətini törətməsinə Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə, qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə və məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, bu məqsədlə Şahid1 və qeyriləri vasitəsilə Şahid7 özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə təsisçisi və direktoru olduğu xx.xx.2014-cü il tarixdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış "X22" MMC-nin "Atabank” ASC-nin Nərimanov filialında olan AZ67ATAZ******************** saylı bank hesabı barədə rekvizitləri bil dirməklə, Şahid7 Şahid1la qabaqcadan əlbir olub saxta möhür və ştamp hazırlamalarına dair cinayətkar məqsədlərindən xəbəri olmadan, Şahid7 qeyd edilən qaydada xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində işlədiyi xidmətin ünvan 2 ünvanında yerləşən "Hökumət Evi"-nin 8-ci mərtəbəsində yerləşən xidməti otağında istifadəsində olan kompyuterdə hazırladığı Agentliyin "Kənd yerlərinin kompleks inkişafı" layihəsi üzrə kənd əhalisinin yoxsulluğunu və ərzaq təhlükəsizliyini davamlı əsasda azaltmaq, təsərrüfat daxili suvarma sistemlərinin təmir-bərpası, bitkiçiliyin, heyvandarlığın, baytarlıq xidmətlərinin inkişafı, yeni əkin texnologiyalarının yayımı və sair məqsədlər üçün "Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə "Kapital Bank” ASC-də olan bank hesablarına guya hə min layihə üzrə təqdimata əsasən müqavilə əsasında işlərin görülməsi adı ilə köçürülməsinə dair məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan ödəniş tapşırıqlarında həmin layihə üzrə maliyyə meneceri işləyən cinayətdən xəbərsiz X8 və layihənin rəhbəri X6 əvəzindən imzalayıb, agentliyin adına Şahid1la birlikdə qanunsuz olaraq hazırladıqları saxta möhürlə təsdiq edib, ödəniş və digər müvafiq sənədlərin "xxxx" ASC-nin 1 saylı Səbail filialına təqdim edib, həmin ödəniş tapşırıqları üzrə özünün direktoru olduğu "X22” MMC-nin "AtaBank” ASC-də olan qeyd edilən bank hesabına xx.xx.2015-ci il tarixli 324 saylı ödəniş tapşırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 326 saylı ödəniş tapşırığı üzrə 21.200 manat, xx.xx.2015-ci il tarixli 334 saylı ödəniş tap şırığı üzrə 26.000 manat, xx.xx.2015-ci il tarixli 308 saylı ödəniş tapşırığı üzrə 7.000 manat, xx.xx.2015-ci il tarixli 338 saylı ödəniş tapşırığı üzrə 6.300 manat, ümumilikdə 5 (beş) ödəniş tapşırığı üzrə cəmi 86.500 (səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, həmçinin qabaqcadan verdiyi vədə uyğun olaraq, köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyə dair hərəkətlərini davam etdirərək qeyd edilən hesabdan xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə həmin pul vəsaitini AB-1 №138476, AB-1 №138477, AB-1 №138480, AB-1 №138481 və AB-1 №138484 saylı çeklər əsasında məxaric etməklə əldə edib qeyriləri və Şahid2, Şahid1 vasitəsilə Şahid7 Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda təqdim edib, Şahid7 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 86.500 (səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin qulluq mövqeyindən istifadə edilib vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsəməsində və tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində Şahid1, Şahid2 və qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan İstifadə etməyi, o cümlədən həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi cinayət işinə baxarkən prosessual pozuntulara yol vermiş və düzgün istintaq araşdırması aparmamışdır. Bundan başqa, müstəntiq ibtidai istintaqda işi qərəzli şəkildə aparmış, məhkəmədə yüngülləşdirici hallar nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(103)-2454/24 nömrəli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsi ndə kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktı n baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək və cəzasının yüngülləşdirilməsini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, ar aşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: m əhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını ö yrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmi ş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, mə hkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli, 1(101)-1138/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2-c i maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(103)-2454/24 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2455/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2455/2025
03.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver