Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2457/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 il 7 ay 10 gün müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilmiş, Lənkaran şəhəri, Vaqif küçəsi, D1, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-703/2025 nömrəli 6 may 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünə əsasən (hakimlər S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliev dən ibarət tərkibdə) Məhkum - Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona həmin Məcəllənin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərab ər tutulmaqla 1 il 3 ay 20 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1057/2024 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-102/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)1057/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-175/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-703/2025 nömrəli 6 may 2025-ci il hökmü ilə (hakimlər: R.A.Qaraqurb anlı (sədrlik edən), Z.N.Hüseynov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə bəraət verilmişdir İşin halları: İttiham aktına əsasən Məhkum şəxsiyyəti müəyyən edilməmiş şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 18,372 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd OE-205 N-li, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunm uş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 5 ədəd patronları, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, bircərgəli, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı əldə edərək üzərində saxlayıb daşımaqla gəzdirmiş, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Anar İsmaylov xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, xx.xx.2022-ci il tarixdə saat 17:30-da Polis Şöbəsində xidməti otaqların birində hal şahidlərinin iştirakları ilə Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən həmin 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,372 qram olan psixotrop maddə metamfetamin və şalvarın kəmərinin arxa hissəsində daşıyaraq saxladığı yuxarıda qeyd olunan 1 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməninin qənaətinə görə Məhkum yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Apellyasiya məhkəməsi isə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində CPM-in 42.1.4-cü mad dəsinə əsasən bəraət hökmü çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-703/2025 nömrəli 6 may 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 13 iyul 2022-ci il tarixli protokolda təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən fiziki təsir və təzyiqlərə məruz qalması barədə heç bir qeydi olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Məhkum bədəninin görünən nahiyələrində - sifət nahiyyəsində, əllər ində hər hansı xəsarət və döyülmə izlərinin olması müşahidə olunmamış, onun sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı ilkin izahatında, həmçinin şübhəli və təqsiləndirilən şəxs qismində verdiyi ifadələrində də polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə heç bir məlumat göstərməmişdir. Bundan başqa Məhkum polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması, döyülməsi ilə bağlı müvafiq prokurorluq orqanlarına da şikayət etməmiş, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxan məhkəməyə bu barədə ifadə verməmiş, həmçinin istintaq təcridxanasına daxil olarkən döyülməsi və ya hər hansı təsir və təzyiqlə rə məruz qalması barədə məlumat verməmişdir. Onu da qeyd etmək lazımdır ki, Məhkum əvvəllər də eyni növ, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə məhkum olunmuşdur. Bu hal bir daha təsdiq edir ki, Məhkum ən azı 2022-ci ildən hazırkı dövrə qədər fasiləsiz olaraq narkorik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudla şdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olu nur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qər arında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qa nunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulma sına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Apellyasiya koll egiyası öz bəraət hökmünü belə əsaslandırmışdır ki, Xəzər RPİ 3-cü PŞ-nin rəsinin xx.xx.2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” əmri ilə Xəzər RPİ 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvvəkili Şahid1 tərəfindən tərtib olunmuş raportun əsasında, Məhkum qanunsuz olaraq odlu silahın gəzdirilməsi və narkotik vasitələrin əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatların yoxlanılması, cinayət əməlinin ifşa olunması və digər tədbirlər üçün Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi X7 və həmin polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektor polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı apellyasi məhkəməsi kollegiyası qərarında qeyd etmişdir ki, X2 əməliyyat qrupunun tərkibində iştir ak etməsi qeyd edilsə də, iş materiallarında olan şahidlər Şahid2 və Şahid1 ifadələrindən görünür ki, F.Hüseynli əməliyyat tədbirində iştirak etməmişdir. Apellyasiya hökmündə göstərilmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli iclas protokolundan görünür ki, dindirilmiş X7 ifadələrində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Məhkum tanımış, hadisə baş verən gün xidmət aparmış, lakin təqsirləndiriən şəxs Məhkum tutulması məqsədilə yaradılmış əməliyyat qrupunda və Məhkum tutulmasında iştirak etməmişdir. İş materiallarında görünür ki, məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixli raport elan olunandan sonra F.Hüseynli bildirmişdir ki, raporta olan imza ona məxsus olmuş, lakın həmin raportun məzmununu uzun zaman keçdiyindən xatırlamır. Apellyasiya məhkəməs inin hökmündən görünür ki, müdafiə tərəfinin təqdim etdiyi Məhkum daha əvvəl tutulması barədə videogörüntüyə şahid Fərid Hüseynlinin iştirakı ilə baxış keçirilmişdir. Videogörüntüdə Məhkum yaşayış otaqında mülki geyimli şəxslərin əhatəsində olaraq, onlar tərəfindən təzyiqə və fiziki zorakılığa məruz qaldığını, şahid Fərid Hüseynlinin də orda işitrak etməsi müəyyən edilmişdir. Bununla bağlı Fərid Hüseynli bildirmişdir ki, hadisədən uzun zaman keçdiyindən xatırlamır. Həmçinin apellyasiya kollegiyası hökmündə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yuxarda qeyd edilən videogörüntü ilə bağlı müdafiəçinin suallarına cavab olaraq Məhkum bildirmişdir ki, həmin videogörüntü xx.xx.2022-ci il tarixdə onun tikdiyi evərin birində çəkilmiş, pol is əməkdaşları Fərid Hüseynli və Elnur İsmayılov da orada olmuşlar, həmçinin orada 3-cü PŞ-nin əməkdaşı Vüsal da orada olmuşdur. Hökmdən görünür ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, Binə qəsəbəsində Məhkum satışa çıxardığı evə müştəri ilə birlikdə baxmağa getmişlər, oradan aralanarkən “Niva” markalı avtomobil onları saxlamış, bir nəfər düşüb vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir və onların burada nə işlə məşğul olduqlarını soruşmuşdur. Buna cavab olaraq makler olduğunu və evə baxıb getdiklərini bildirmişdir. “Niva” markalı avtomobilin sürücüsü düşüb yanındakı digər Fərahim adlı maklerə yaxınlaşaraq onunla salamlaşmış və kənara çəkilərək söhbət etmişlər. Bu zaman Məhkum öz avtomobili ilə yanında azyaşlı oğlu ilə o raya gəlmiş, daha sonra onlara yaxınlaşmış və nə baş verdiyini soruşduqda, “bizə elə sən lazımsan” deyərək bizi oradan göndərmiş, Anarı isə “Niva” markalı avtomovilə oturdaraq oradan uzaqlaşmışlar. Anarın yanında olan azyaşlı oğlunu polis əməkdaşlarından biri Anargilin evinə aparmışlar, orada qalan avtomobilini isə işə sala bilməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X6 şahid X4 ifadələrinə uyğun ifadə verərək, Sahib Quliyevin ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli raportunda Məhkum həmin tarixdə saat 17-də Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi yaxınlığında 3-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq, 3-cü PŞ-nə aparıldığı qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 2 0-ci vərəqində olan tutma haqqında protokola görə, həmin protokol 3-cü PŞ-də müstəntiq Şahid5 tərəfindən Məhkum və müdafiəçisinin iştirakları ilə saat 17:15-də tərtib olunmuşdur. Cinayət işinin 1-ci cildinin 27-30-cu vərəqlərində olan baxış və götürülmə keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokola görə, xx.xx.2022-ci il tarixdə 3-cü PŞ-də saat 17:30- dan saat 18:30-a kimi keçirilmiş baxış və götürülmə istintaq hərəkətində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 da iştirak etmişlər. xx.xx.2023-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş fotodan müəyyən olunur ki, DİN-nin rəsmi saytında Xəzər rayonu 3-cü PŞ-nin ünvanı ünvan 2 zamanı əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı (bu nömrə Şahid2 xx.xx.2022-ci il ta rixli dindirilmə protokolunda yazılmışdır) məhkəmə istintaqı zamanı əldə olunmuş zənglərin detallaşması barədə məlumatlara görə, həmin nömrə xx.xx.2022-ci il tarixdə saat 17:24-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvan 3 ünvanında, saat 17:39-dan saat 18:38-ə kimi isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ünvanda istifadə olunmuşdur. Əməliyyat tədbiri zamanı əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı (bu nömrə Şahid1 xx.xx.2022-ci il tarixli dindirilmə protokolunda yazılmışdır) məhkəmə istintaqı zamanı əldə olunmuş zəngləri detallaşması barədə məlumatlara görə, həmin nömrə xx.xx.2022-ci il tarixdə saat 16:52-dən saat 18:15-ə kimi yalnız bir ünvanda - ünvan
4. İş materiallarından müəyyən edilmişdir ki, həm Şahid2, həm də Şahid1 qeyd etdiyi telefon nömrələri ilə bağlı məhkəmə istintaqında əldə olunmuş müştəri zənglərini detallaşması barədə məlumatlara görə, bu iki nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 17:41-də 11 saniyə davam edən telefon zəngi qeydə alınmışdır. Apellyasiya hökmündə qeyd olunmuşdur ki, Məhkum ifadələrindən görünür ki, onun tutulmasında Şahid2 və Şahid1 iştirak etməmişlər. Bundan başqa, mobil telefonlarının anten məlumatlarına və danışıq cədvəllərinə görə Məhkum tutulan zaman Şahid2 və Şahid1 eyni ünvanda olmamış, hətta biri digəri ilə telefonla danışıq əlaqəsi saxlamışdır. Göründüyü kimi Şahid1 və Şahid2 eyni anda eyni ünvanda olmamışlar. Bundan başqa, cinayət işi üzrə müəyyən olunmuşdur ki, ibtidai istintaq mərhələsində Məhkum müdafiə hüququ formal olaraq “təmin olunmuşdur və həy ata keçirilmişdir”. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan tutma haqqında protokoldan görünür ki, Məhkum tutulduqdan sonra həmin tarixdə saat 20:30-da Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan müdafiə tərəfinin sorğusuna əsasən əldə olunmuş Xəzər RPİ-nin MSY-də aparılmış qeydlərin kserosurətlərindən görünür ki, Məhkum Xəzər RPİ-nin MSY-nə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 14:05-də müdafiəçi X3 1110 nömrəli çağırış tələbnaməsi əsasında kameradan çıxarılaraq müstəntiqin və müdafiəçinin görüşünə aparıldıqdan sonra saat 14:15-də kameraya geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə saat 17:05-də isə qeydiyyata alınaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı əsasında Bakı İstintaq Təcrixanasına təhvil verilmiş dir. Cinayət işinin materiallarında olan 1-ci cild 71-73-cü vərəqələrində, 1-ci cild 90-92-ci vərəqələrində və 1-ci cild 165-166-cı vərəqələrində olan protokollardan görünür ki, Məhkum müstəntiq Şahid5 tərəfindən müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 14:30-dan saat 15:05-ə kimi şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə saat 10:00dan saat 10:35-ə qədər, habelə müstəntiq Şahid6 tərəfindən müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 11:30-dan saat 12:10-na qədər təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bununla bağlı apellyasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müvəqqəti saxlama yerində olduğu müddət ərzində yalnız bir dəfə müdafiəçinin tələbnaməsi əsasında MSY-dən çıxarılmasına baxmayaraq, onun MSY-də olduğu müddətdə 3 dəfə dindirilməsi kifa yət qədər şübhəlidir. Bundan başqa apellyasiya məhkəməsi “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı şübhəli şəxsin müdafiəçisi X3 iştirakı təmin edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi hökmündə qeyd etmişdir ki, cinayət işi üzrə tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin əslində real olaraq baş verməmiş “hadisələr” əsasında tərtib edilmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəra ət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X5rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası pr insipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstit usiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. ci nayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10. 1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru İlqar Əsədov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-703/2025 nömrəli 6 may 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.