Məhkəmə qərarları › İş №1(102)-2458/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2458/2024

11.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2458/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), KazımovTahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və zərərçəkmiş şəxs-mülki iddiaçı ”Deka Bnak”KB ASC-nin ləğvedicisi Əmanətlətin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Müdafiəçi1 işt irakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2,178.2.3,178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 noyabr tarixli, 1(103)-1166/2023 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli hökmü ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, "X3” MMC-nin Müşahidə şurasının sədri işləmiş, ünvan 1 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2, və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2-ci maddəsi 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli hökmündə n dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Müdafiəçi2, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 26 fevral tarixli, 1(103)-11 /2021 saylı hökmü ilə Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri və Təqsirləndirilən şəxs CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli hökmü Məhkum aid olan hissədə dəyişdirilmiş, hökmlə Məhkum CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və beləliklə, CM-in 66.3, 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum hazırkı iş üzrə həbsdə olduğu 1 (bir) il 2 (iki) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq hökmlə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxarılmış və Məhkum üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən Məhkum və Təqsirləndirilən şəxs Məyhəddin oğluna əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzası müvafiq olaraq 2 (iki) il və 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilməsinə dair müddəa hökmdən çıxarılmış, Məhkum və Təqsirləndirilən şəxs Məyhəddin oğlu məhkəmə zalından həbs edilərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmün digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya protesti və zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və mülki iddia qismən təmin edilmiş, digər apellyasiya şikayətləri isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 n oyabr tarixli, 1(103)-1166 /2023 nömrəli qərarında məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlnə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə ərizə göndərərk kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq və dövlət ittihamının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiy a instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 noyabr tarixli, 1(103)-1166 /2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar