Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2464/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Dəmir Elnur Etibar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şik ayətinə və müdafiəçi Elnur Dəmir Etibar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 24 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 05 yanvar 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sür ülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum rəsmi nikah münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs, azyaşlı uşaqları - 2018-ci il təvəllüdlü oğlu X3 və 2020-ci il təvəllüdlü qızı X4 ilə birlikdə Rusiya Federasiyasına köçüb orada yaşamaq barədə qayınatası Şahid2 təklifi ilə razılaşaraq sonuncu tərəfindən özünə və onlara Rusiya Federasiyasına uçmaq üçün 13 sentyabr 2021-ci il tarixə, saat 03:10-a təyyarəyə biletlər alındıqdan sonra 12 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində yaşadıqları ünvan 2 ünvanının yaxınlığında yerləşən “Heydər Əliyev” Məscidinin ərazisində gəzişmələrini Təhminəyə təklif etmiş və hər ikisi birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, Zeytunluq adlanan əraziyə gəlib orada çömbələn vəziyyətində dayanıb gələcək həyatları barədə söhbət edərkən Zərərçəkmiş şəxs özünün uşaqlarla birlikdə Rusiya Federasiyasına getmək istədiyini, onun onlarla birlikdə Rusiya Federasiyasına getməsinə isə razı olmadığını, ondan ümumiyyətlə ayrılmaq istədiyini bir daha bildirdikdə, o buna görə həmçinin Zərərçəkmiş şəxs başqa kişi ilə görüşməsini, həyatında başqa insanın olmasını və ona xəyanət etməsini ehtimal edərək həmin səbəbdən də sonuncunun onunla son vaxtlarda çox soyuq davranmasını, ər-arvad münasibətlərinin pisləşməsini düşünərək qəzəblənmiş, qısqanclıq və ailə münasibətlərinin pozulması zəminində onu qəsdən öldürmək qərarına gələrək həmin məqsədlə əvvəlcə hər iki əli ilə Zərərçəkmiş şəxs boğmağa çalışaraq boğaz nahiyəsini sıxıb ona boyun nahiyəsinin, boyun kökünün qançırından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, huşunu itirərək yerə yıxılmış Təhminənin qısa müddətdən sonra özünə gəlib ayağa qalxdığını gördükdə o, cinayətkar qəsdini başa çatdırmaq üçün özü ilə gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxararaq həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, həmçinin Zərərçəkmiş şəxs qollarını qabağa verib özünü müdafiə etməyə çalışdığına görə sonuncunun əl-qol nahiyələrinə də zərbələr vuraraq ona sol süd vəzisinin və döş qəfəsinin ön səthinin hər iki plevra boşluğuna nüfuz edərək pnevmohematoraksla müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət olmaqla dərəcəsinə görə hər biri ayrı- ayrılıqda həyat üçün təhlükəli olan ağır dərəcəli, hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid olan sol bazu nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən döş qəfəsinin sağ və sol yarısının ön səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ əlin birinci barmağın səthi kəsilmiş yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs yerə yıxıldığından onu ölmüş hesab edib hadisə yerinin yaxınlığında yerləşən “Heydər Əliyev” Məscidinin mərasim evinin mühafizə postunda xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb arvadını öldürdüyünü bildirərək təslim olmuş, Zərərçəkmiş şə xs isə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan onun tərəfindən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 sentyabr 2021-ci il t arixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə birgə, təqsirləndirilən şəxsin müdafiəçi Fərzəliyev Mədail Hüseyn oğlu isə ayrıca apellyasiya şikayətləri verib, hökmün dəyişdirilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsini tətbiq etməklə cəzanın şərti hesab edilməsini xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-53 5/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum kassasiya şikayəti və müdafiəçisi Elnur Dəmir Etibar oğlu kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilmir. İbtidai istintaq və məhkəmə araşdırmaları zamanı onun əməli düzgün qiymətləndirilməmişdir. Onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı, ailə vəziyyəti, ilk dəfə cinayət törətməsi, cinayəti səmimi etiraf etməsi və sair hallar nəzərə alınmalı, ona həmin maddənin sanksiyasının yuxarı həddini n yarısı həddində cəza təyin edilməlidir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş edir.
10. Müdafiəçi daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəll ələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsini n qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayəti və ona əlavədə əməlin səhv tövsif edildiyi, eyni zamanda təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarını yox layıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcə lləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməs i cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlilləri əsassız he sab edir.
23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları hazırda mübahisəsi edilən qərarında müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri onun özünün istintaq orqanı və məhkəmə qarşısında verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və ambulator məhkəmə-psixiatriya ekspertizalarının rəyləri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması və digər istintaq hərəkətl ərinə aid protokollar, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 29 və 120.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun t əqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin qəbul etdiyi akt bu hissədə də müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
26. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmam ışdırsa, cinayət etməyə cəhd hesab olunur.
28. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
29. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
30. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayəti n xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçü həddində, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.
31. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi məhkumun müdafiəçisinin, eləcə də zərərçəkmiş şəxsin və sonuncunun müdafiəçisinin verdikləri apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin və əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
33. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya insta nsiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qəra rın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və müdafiəçisi Elnur Dəmir Etibar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-777/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və ona əlavəyə mün