Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2474/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsin in 6 sentyabr 2024-cü il tarixli, 1(124)397/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim E.Q.Məmmədov, hakimlər N.N.Hüseynli və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1987-ci il tarixdə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməll ərini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 7 gün təşkil edən hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 7 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş, hökmlərin məcmusu üzrə ona qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 iyul 2023-cü il tarixdən hesablanması, narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(124)397/2024 nömrəli qərarı ilə (sədrlik edən hakim E.Q.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 1(124)–397/2024 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilərək ötürülmüş prosessual müddət bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Ağayev, hakimlər R.O.Əsgərova və M.M.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 1(124)-397/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan "X15” adlı XX12 vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələrin pul və ya müəyyən miqdarda ona şəxsi istifadəsi üçün narkotik vasitə verilməsi müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 09 iyul 2023-cü il tarixdə saat 2 radələrində bir qrup şəxs halında həmin şəxsin XX12 yaxınlığına qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin siyahısına daxil edilmiş xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda 1 (bir) ədəd bükümdə 9,323 qram çəkidə və 1 (bir) ədəd bağlamada 3008,0 qram çəkidə ümumilikdə 3017,323 qram çəkidə olan narkotik vasitə heroini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə daşımış, bir ədəd bükümdə 9,323 qram çəkidə narkotik vasitə heroini üzərində, 1 (bir) ədəd bağlamada 3008,0 qram çəkidə narkotik vasitə heroini isə kirayə yaşadığı ünvan 3 ünvanında saxl amış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında XXX15-nun əməkdaşlarının birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 9 iyul 2023-cü il tarixdə, saat 3:40 dəqiqədə ünvan5 ünvanında saxlanılıb ünvan7 ünvanında yerləşən XXX14-nin inzibati binasına gətirilərək orada xidməti otaqların birində qeyd edilən tarixdə saat 5:20-dən 05:30-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 9,323 qram çəkidə narkotik vasitə heroin, həmin tarixdə saat 6:30-dan 7:30-a kimi kirayə yaşadığı göstərilən mənzildə baxış zamanı yataq otağında olan yataq dəstinin altından həmin 3008,0 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət pro sesində sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən ibtidai istintaqda polis tərəfindən ona təzyiq göstərilməsinə, qanunsuz təsir altında mövcud olmayan faktlar barədə özünün əleyhinə ifadə verməyə məcbur edilməsinə baxmayaraq, bu hallar, eləcə də məhkəmə iclasında verdiyi ifadə nəzərə alınmamış, birinci instansiya məhkəməsinin ittiham hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı ittiham aktında göstərilmiş, lakin ibtidai istintaqın gedişində qanunsuz yolla əldə olunmuş və məhkəmələr tərəfindən yoxlanılmayan sübutların üzərində qurulmuşdur. Nəticədə, polis tərəfindən saxlanılarkən onda yalnız 10 qrama yaxın narkotik vasitə (heroin) olduğu halda o, əsassız olaraq ona aidiyyəti olmayan 3000 qramdan artıq miqd arda narkotik vasitəni bir qrup şəxslə qabaqcadan əlbir olmaqla satış məqsədi ilə əldə edib daşımaqda, habelə üzərində və kirayə yaşadığı evdə saxlamaqda - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və himayəsində 4 azyaşlı övladının olmasına baxmayaraq həddindən artıq ağır cəzaya məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarının ləğv edilməsini, barəsində yeni ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəs i müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan b iri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə əməl etmədiklərini, nəticədə yalnız on qrama yaxın miqdarda heroin narkotik vasitəsini əldə edib saxladığına görə təqsirli bilinməli və cəzalandırılmalı olduğu halda əməlinin əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə törədilmiş cinayət kimi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmayaraq həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edib, faktiki olaraq ittihamı təşkil e dən halların həcminin məhdudlaşdırılmasına, əməlin hüquqi tövsifinin dəyişdirilməsinə və daha yüngül cəzanın təyin edilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araş dırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 3017,323 qram narkotik vasitə heroini əldə edib daşıyaraq, ondan 9,323 qramını üzərində, 3008,0 qramını isə kirayə yaşadığı evdə saxlaması, 9 iyul 2023-cü il tarixdə, saat 3:40 dəqiqədə ünvan8ndə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində aparılmış şəxsi axtarışın və yaşayış sahəsinə baxışın gedişində həmin narkotik vasitə olan bir büküm və bir bağlamanın götürülməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33-cü, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müə yyən edilmişdir. Məhkum aşkarlanmış narkotik vasitənin miqdarının mübahisələndirilməsi üzrə dəlilləri (üzərində yalnız 10 qrama yaxın miqdarda heroinin olmasına, narkotiki şəxsi istehlakı üçün əldə etməsinə, kirayə yaşadığı evdə aşkarlanmış narkotik vasitəyə isə aidiyyətinin olmamasına dair iddiası) birinci instansiya məhkəməsində ətraflı araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmələr həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün ibtidai istintaqda müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, bu ifadələri inkar etməyən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə məhkəmədə baxılarkən verdiyi məlumatlar, həm yaşadığı evdən və həm də üzərind ən aşkar olunmuş heroinin eyni tərkibli olmasına və onun ümumi kütləsinin 3017,323 qram, yəni Azərbaycan Respublikasının 28 may 2005-ci il tarixli 961İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş İ (narkotik vasitələr) sıyahıya əsasən (hadisə baş verən vaxtda qüvvədə olan redaksiya) külli miqdar təşkil etməsinə dair məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2023-cü il tarixli 6/3704 nömrəli rəyi, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələri, maddi sübutlar, digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum qanunsuz təsir göstərməklə əldə edilməsi barədə iddiasının birinci insitansiya məhkəməsində bilavasitə təd qiq olunmuş sübutlarla təkzib olunması barədə nəticəyə gəlmişdir. Məhkəmələrin Məhkum məhz satış məqsədi ilə əldə edib daşıdığı və üzərində, habelə yaşadığı evdə saxladığı narkotik vasitənin miqdarlarının hazırki qərarın “İşin halları” bölməsində göstərildiyi kimi 3017,323 qram olub külli miqdar təşkil etməsinə, eləcə də işin digər xüsusatlarına görə təqsirkarın əməllərinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunması; ibtidai araşdırma zamanı Məhkum qanunsuz təsir göstərilməməsi; ondan alınmış ifadələrin və digər sübutların CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olması və Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması üçün kifayət etməsi barədə nəticələri kassasiya şikayətində göstərilənlərlə üst-üstə düşən eyni dəlillərin, həmin dəlillərlə əlaqəli olan işin hallarının CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş sübutlar əsasında tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslandığından, kassasiya şikayətində isə məhkəmələrin həmin məsələlər üzrə gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması üzrə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd edilən narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, daşınması, saxlanması üzrə hərəkətləri qabaqcadan əlbi r olan bir qrup şəxs halında törətməsi barədə nəticə birinci instansiya məhkəməsində baxılmış (apellyasiya instansiyası məhkəməsinin qərarında təhlil edilmiş) sübutlardan irəli gəlmədiyindən, onun əməlləri düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, cinayət təqibi orqanı kimi, məhkəmələr də Məhkum XX12-nın vətəndaşı ilə qabaqcadan əlbir olaraq ona isnad edilən cinayət əməllərini törətməsini (CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) müstəsna olaraq Məhkum özünün ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində, o cümlədən narkotik vasitənin ondan və yaşdığı evdən götürlməsini əks etdirən şəxsi axtarışın və yaşayış sahəsinə baxışın gedişində verdiyi etirafedici i fadələri ilə əsaslandırmışlar. Həmin ifadələrində o, götürülmüş narkotik vasitə ilə bağlı “X15” adlı XX12-da olan şəxslə mobil telefonu ilə əlaqə saxladığını və iranlının mobil telefon vasitəsi ilə onun hərəkətlərini koordinasiya etdiyini bildirmişdi. Lakin məhkəmədə dindirilərkən Məhkum XX12-nın vətəndaşı ilə əlaqdə olduğunu inkar etmiş, onun mobil telefonuna keçirilmiş baxış nəticəsində isə XX12-da olan abonentlə əlaqə saxladığını göstərən məlumatlar aşkarlanmamışdır. Həmçinin, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1 Məhkum XX12-da olan naməlum şəxslə əlaqədə olmasına dair ifadələri də Məhkum bu məsələ üzrə ibtidai istintaqda söylədiklərinə əsasən verilmiş məlumatlar olmaqla sözügedən tövsifedici əlamət barədə məlumat yükü daşıyan müstəqil məlumat mənbəyi kimi çıxış e tmirlər (eynilə, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilən digər sübutlar - məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və s. kimi). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, yəni o cümlədən, əməlin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi üzrə tövsifini şərtləndirən halların sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin mü əyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsini tələb edir (CPM, maddə 21.2). CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla şərtləndirilməsinə (sübut etmə predmetini təşkil etməsinə) baxmayaraq, məhkəmələrin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət qədər sübutlar olmadan həmin halın müəyyən edilmiş olmasından çxış edərək, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərini qeyd edilən əlamət üzrə - CMin 234.4.1-ci maddəsi ilə tövsif etmələri onu göstərir ki, bununla məhkəmələr apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Odur ki, əməlin hüquqi tövsifində yol verilmiş səhvin aradan qaldırılması üçün Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməli, onun əməli müstəsna olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Tövsifedici (cinayəti ağırlaşdıran) əlamətlərdən birinin çıxarılması hesabına ittihamın yüngülləşdirilməsi CM-in 58.3-cü maddəsinin mənasına görə Məhkum təyin olunmuş cəzada da özünü göstərməli, ona A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və CM-in 67.1-ci maddəsinə əsasən - hökmlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətlərinin (hər birinin 6 ay) azaldılmasını şərtləndirən əsas kimi qiymətləndirilməlidir. Məhkəmə cəzanın azaldılmalı olması barədə qənaətə gələrkən həm də cəzanı ağırlaşdıran halların olmamasına, eləcə də məhkəmələrin müəyyən edilmiş saydıqları cəzanı yüngülləşdirən hala (Məhkum himayəsində dörd azyaşlı uşağının olmasına) əsaslanır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarında və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 1(124)-397/2024 nömrəli hökmündə yuxarıda qeyd olunalardan irəli gələn dəyişikliklər edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 1(105)-41/2025 nömrəli qərarı və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 1(124)-397/2024 nömrəli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar apellyasiya instansiyası məhkəməsinin qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilsin və Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum Binəqədi Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 7 gün təşkil edən hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 7 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bəra bər tutulmaqla, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hazırkı qərarla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəzaya qismən birləşdirilsin, Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2474/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2474/2025
07.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver