Məhkəmə qərarları › İş №1(102)-2483/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2483/2025

23.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2483/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı H.B.İmranovun etdiyi dəyişikliklə apellyasiya icraatı zamanı dövlət ittihamını müdafiə etmiş Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Nurəddin Abuzər oğlu) Məhkum, xx xxxxxx 1959-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər Yasamal Rayon Məhkəməsinin 29 avqust 2001-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.14 və 9.1-ci bəndlərinə əsasən CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət işi üzrə icraata xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata x itam verilmiş, Sabirabad Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 16-cı yaşayış massivində yaşayan, CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs son uncuya keçirdiyi ürək əməliyyatına görə pensiya düzəltməyə kömək edəcəyinə dair yalan vədlər verib aldadaraq, 11 avqust 2023cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi, Sabirabad şəhəri ərazisində yerləşən “Dam örtükləri” mağazasında 1000 (min) manat, 14 avqust 2023-cü il tarixdə də həmin mağazada 2000 (iki min) manat olmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirib, zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. 5 iyun 2025-ci il tarixdə dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlu Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmündən apellyasiya protesti verərək həmin hökmün cinayət qanununun norması (Məhkum barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi, yaxud dəyişdirilmədən saxlanılması haqqında məsələnin hə ll edilməsi) düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı ilə hökmdə yol verilmiş və apellyasiya protestində qeyd olunmuş qanun pozuntusu aradan qaldırılaraq Məhkum barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilmişdir. Dövlət ittihamçısı F.A.Xəlilov Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarından da apellyasiya protesti verərək həmin qərarın ləğv edilməsini, onun hökmdən verdiyi apellyasiya protestinə isə mahiyyəti üzrə baxılaraq qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Hər iki apellyasiya protestinə eyni vaxtda baxmış Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgə ndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə) 29 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya protestləri təmin edilməmiş və Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmü və həmin məhkəmənin 12 iyun 2025-ci il tarixli qərarı apellyasiya protestlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Lakin işə kassasiya qaydasında baxılanadək dövlət ittihamçısı H.B.İmranov Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 414.2-ci maddəsinə əsaslanaraq (həmin maddəyə görə Kassas iya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir) kassasiya instansiyası məhkəməsinə dövlət ittihamçısı İ.H.Əsədov tərəfindən verilmiş kassasiya protestinə 22 dekabr 2025-ci il tarixli dəyişikliyi təqdim edərək kassasiya protestinə həmin dəyişikliyə uyğun baxılmasını və Məhkum CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarının və onunla bağlı Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, Məhkum barəsində isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən ona təyin edilmiş cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinə dövlət ittihamçısı H.B.İmranovun həmin protestə etdiyi dəyişiklik çərçivəsində baxılmasını mümkün bilərək aşağıdakıları qeyd edir. Kassasiya protestinin və ona edilmiş dəyişikliyin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra maddələrinə və Məhkum CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov həmin məhkəmələrin Məhkum barəsində qətimkan tədbirinin seçilməsinə münasibətdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmələri əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etsə də, dövlət ittihamçısı H.B.İmranov həmin protestə etdiyi dəyişiklikdə faktiki olaraq bu kassasiya tələbindən imtina etmiş və Məhkum barəsində 19 dekabr 2025ci il tarixli amnistiya aktının tətbiq edilməsinin mümkünlüyünə istinad edərək həmin aktın müddəalarına əsasən məhkum olunmuş şəxsin ona təyin olunmuş cərimə cəzasından azad edilməsini və bu ə sasla da apellyasiya instansiyası məhkəməsinin və onunla bağlı 22 may 2025-ci il tarixli hökmün dəyişdirilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinə təqdim etdiyi kassasiya protestinə dəyişiklikdə dövlət ittihamçısı öz müraciətini “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır. Kassasiya protestinə ona edilmiş dəyişikliyə uyğun olaraq baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxs Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə edilmiş dəyişikliyə uyğun olaraq həmin protestə məhkum olunmuş şəxs Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası m əhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinə edilmiş dəyişikliyin məzmunundan göründüyü kimi, onun müəllifi dövlət ittihamçısı H.B.İmranov həmin müraciətində apellyasiya instansiyası məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməsə də, bu müraciətdə Məhkum barəsində amnistiya aktının tətbiq edilərək bu akta əsasən onun cəzadan azad edilməsi mümkünlüyünü nəzərə alaraq buna səlahiyyəti olan kassasiya instansiyası məhkəməsindən həmin məhkəməyə təqdim etdiyi dəyişikliyə uyğun olan qərarın qəbul edilməsini xahiş edir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestini dövlət ittihamçısı H.B.İmranovun həmin protestə etdiyi dəyi şikliyə uyğun olaraq kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestinə edilmiş dəyişikliklə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə hazı rkı işin faktlarını müəyyən edən birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməsi barədə mötəbər nəticəyə gəlmiş və onun bu əməlləri ni CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Kassasiya protestinin ona edilmiş dəyişikliklə birlikdə məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılıb-araşdırılmaması, onların düzgün qiymətləndirilibqiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi və törətdiyi əməlin hüquqi tövsifi kimi məsələlər istər kassasiya protestinin, istərsə də ona edilmiş dəyişikliyin müəllifləri tərəfindən mübahisələndirilmir və dövlət ittihamçısı H.B.İmranov öz müraciətində yalnız məhkum olunmuş şəxsin barəsində amnistya aktının tətbiq edilməsi üçün əsasların olmasını iddia edərək bu iddiaya uyğun olan qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya protestinə edilmiş dəyişikliyin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, Məhkum ona qarşı irəli sürü lmüş ittiham üzrə təqsirli olması və onun əməlinin CM-in 178.1-ci maddəsi ilə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə heç bir şübhə doğurmur və məhkəmə kollegiyası da buna görə həmin nəticə ilə tam razılaşır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-in 178.1-ci maddəsində əsasən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməllərini törətməkdə təqsirli bilindikdə o, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum et mə ilə cəzalandırılır, bu cinayət isə qəsdən törədilən və CM-in 15.2-ci maddəsinin tələbinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən talama cinayətlərinə aiddir. Belə ki, CM-in 15.2-ci maddəsinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Sabirabad Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmündən göründüyü kimi, Məhkum həmin hökmlə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1000 (min) miqdarında cərimə cəzasına məhk um edilmiş və bu hissədə məhkəmənin göstərilən yekun aktından apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. CM-in 81.1 və 81.2-ci maddələrinin tələblərinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibət ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11-ci bəndində isə bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslərin həmin Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilmələri nəzərdə tutulmuşdur. Təhlil edilən amnistiya aktının 5-ci hissəsində göstərilmişdir ki, məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək b axılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 5.2.1. bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.3. bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmçinin 19 dekabr 2025-ci il tarixli Qərarın 27-ci hissəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarda təsvir edilənlərdən çıxış edib cinayət qanunvericiliyinin və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tələblərinə əsaslanaraq və kassasiya protestinin ona edilmiş dəyişikliyə uyğun olaraq təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti ona edilmiş dəyişikliyə uyğun olaraq təmin edilməli, Məhkum CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarında isə dəyişiklik edilərək o, “Konstitusiya və Suverenlik İli” münasibətilə am nistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən ona CM-in 178.1-ci maddəsi ilə təyin olunmuş 1000 (min) manat miqdarında cərimə cəzasından azad edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti ona dövlət ittihamçısı H.B.İmranov tərəfindən edilmiş dəyişikliyə uyğun olaraq təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilsin və o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin edilmiş 1000 (bir min) manat miqdarında cərimə cəzasından azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar