Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2488/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhs illi, evli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.3, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-141/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 1(031)-30/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli hökmü ilə (hakim K.M.Mirzəfərova) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 179.2.2, 179.2.3 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcə lləsinin 178.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət, kommersiya və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət, kommersiya və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə dövlət, kommersiya və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq 2 (iki) il müddətinə dövlət, kommersiya və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin 6 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)141/2025 nömrəli 26 fevral 2025-ci il tarixli hökmü ilə (hakimlər E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 1(031)-30/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyə tlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafeyinə mühüm zərər vurmuş və vəzifəli şəxs kimi təkrarən qəsdən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 23 olan Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində filial meneceri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla xx.xx.2023-cü il tarixli vəzifə təlimatına əsasən filialın, habelə uçotu aparılan sənədlərin qorunub saxlanılmasına görə məsuliyyət daşımalı, baş ofis tərəfindən qəbul edilmiş dax ili proseduraların icrasına, təşkilat tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət etməli, filiala etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görməli, maddi qiymətlilərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımalı və nəzarət etməli, cəmiyyətin direktorunun əmr və sərəncamlarının filialda icrasına nəzarət etməli, filialların işçiləri üçün məcburi olan şifahi əmr və göstərişlər verməli, rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirməlidir. Lakin o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi üzrə müştəri Zərərçəkmiş şəxs6 adın a rəsmiləşdirilmiş 740 manat məbləğində kreditin tam şəkildə bağlanacağına dair yalandan vəd verib aldadaraq həmin tarixdə işlədiyi filialda Zərərçəkmiş şəxs6 740 manat məbləğində pul vəsaitini hər hansı rəsmiləşdirmə aparılmadan alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmişdir. Bundan əlavə o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə qohumu Zərərçəkmiş şəxs3 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxtında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs3 tərəfindən 3 ədəd 583 əyyarlı üzük, 1 ədəd 583 əyyarlı komplekt, 1 ədəd 583 əyyarlı boyunbağı olmaqla cəmi 5 ədəd 866,67 ABŞ dolları dəyərində həmin dövrün məzənnəsi ilə 1473 manat dəyərində qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə filial meneceri kimi sənədi imzaladıqdan sonra “Qiymətləndiric i: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməmiş şəxsə icra etdirib Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********” sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək faktiki olaraq 1 ədəd 585 əyarlı kolye, 5 ədəd 583 əyarlı üzük, 1 ədəd 585 əyarlı sırğa cütünü girov qoymaqla xx.xx.2023-cü il tarixdə tərtib edərək imzası ilə təsdiq etdiyi 1 ay müddətli, 42 faizli kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs3 adına 2550 manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etmiş və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs3 Cəmiyyət qarşısında 4129 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə dostluq münasibətinin olduğu Zərərçəkmiş şəxs2 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxtında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs2 tərəfindən 5 ədəd 583 əyyarlı üzük olmaqla cəmi 525 ABŞ dolları dəyərində həmin dövrün məzənnəsi ilə 893 manat dəyərində qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyətilə təkrarən daxil etməklə filial meneceri kimi sənədi imzaladıqdan sonra “Qiymətləndirici: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməm iş şəxsə icra etdirib Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********” sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək faktiki olaraq 1 ədəd 583 əyarlı üzük, 1 ədəd 585 əyarlı üzük və 1 ədəd 585 əyarlı boyunbağı girov qoymaqla xx.xx.2023-cü il tarixdə tərtib edərək imzası ilə təsdiq etdiyi 6 ay müddətli, 43 faizli kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 adına 1,517 manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etmiş və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs2 Cəmiyyət qarşısında 1957 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə m ühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı etmişdir. Daha sonra o, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə dostluq münasibətinin olduğu Zərərçəkmiş şəxs1 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxtında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə gi rov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs1 tərəfindən 1 ədəd 583 əyyarlı boyunbağı, 2 ədəd 583 əyyarlı sırğa olmaqla cəmi 361,2 ABŞ dolları dəyərində, həmin dövrün məzənnəsi ilə 614 manat dəyərində qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə təkrarən daxil etməklə filial meneceri kimi sənədi imzaladıqdan sonra “Qiymətləndirici: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməmiş şəxsə icra etdirib Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********” sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək faktiki ol araq 1 ədəd 585 əyyarlı qolbaq, 2 ədəd 585 əyyarlı üzüyü girov qoymaqla 11 may 2023cü il tarixdə tərtibedərək imzası ilə təsdiq etdiyi 3 ay müddətli, 44 faizli kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 adına 1043 manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etmiş və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs1 Cəmiyyət qarşısında 1532 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsəd ilə ilə qohumu Zərərçəkmiş şəxs7 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxtında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs7 tərəfindən 1 ədəd 583 əyyarlı sırğa, 1 ədəd 750 əyyarlı üzü k, 4 ədəd 585 əyyarlı üzük, 1 ədəd 583 əyyar qarnitur olmaqla cəmi 7 sayda 1044,86 ABŞ dolları dəyərində, həmin dövrün məzənnəsi ilə 1776 manat dəyərində qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə təkrarən daxil etməklə filial meneceri kimi sənədi imzaladıqdan sonra “Qiymətləndirici: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməmiş şəxsə icra etdirib, Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********” sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək faktiki olaraq 1 ədəd 585 əyarlı kolye, 1 ədəd 585 əyarlı boyunbağı, 2 ədəd 583 əyarlı üzük, 1 ədəd 585 əyyarlı üzük, 2 ədəd 583 əyarlı sırğa cü tü, 1 ədəd 585 əyarlı sırğa cütünü girov qoymaqla xx.xx.2023-cü il tarixdə tərtib edərək imzası ilə təsdiq etdiyi 5 ay müddətli, 43 faizli kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs7 adına 3010 manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etmiş və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs7 Cəmiyyət qarşısında 4001 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə qohumu Zərərç əkmiş şəxs4 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxtında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs4 tərəfindən 1 ədəd 750 əyyarlı qarnitur olmaqla cəmi 840.58 ABŞ dolları dəyəri ndə, həmin dövrün məzənnəsi ilə 1429 manat dəyərində qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə təkrarən daxil etməklə filial meneceri olaraq həmin sənədi imzaladıqdan sonra “Qiymətləndirici: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməmiş şəxsə icra etdirib Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək, faktiki olaraq 3 ədəd 583 əyyarlı qızıl üzük, 2 ədəd 583 əyyarlı qızıl sırğa cütü, 1 ədəd 585 əyyarlı boyunbağı, 1 ədəd 585 əyyarlı qolbağı girov qoymaqla xx.xx.2023-cü il tarixdə tərtib edərək imzası ilə təsdiq etdiyi 12 ay müddətli, 42 faizli kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs4 adına 2429 manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etmiş və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs4 Cəmiyyət qarşısında 2987 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qohumu Zərərçəkmiş şəxs5 qızıl əşyalarının girov qoyularaq adına lombard krediti götürülməsini xahiş edib aylıq kredit ödənişlərinin tam şəkildə vaxt ında ödəniləcəyinə inandıraraq razılığını əldə etdikdən sonra 22 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 4B ünvanda yerləşən filialında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib tabeçiliyində olan işçilərə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını tərtib etdirib həmin rəsmi sənədə Zərərçəkmiş şəxs5 tərəfindən 3 ədəd 583 əyyarlı boyunbağı, 2 ədəd 583 əyyarlı kulon, 1 ədəd 583 əyyarlı komplekt, 2 ədəd 583 əyyarlı boyunbağı və kulon, 1 ədəd 583 əyyarlı qolbaq, 2 ədəd 583 əyyarlı sırğa olmaqla cəmi 1455 ABŞ dolla rı dəyərində həmin dövrün məzənnəsi ilə 2474 manat dəyərində 11 sayda qızıl əşyasının girov qismində təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə təkrarən daxil etməklə filial meneceri olaraq həmin sənədi imzaladıqdan sonra “Qiymətləndirici: Şahid3 İmza” qrafasına Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinə zərgərlik xidmətini göstərən Şahid3 məlumatı olmadan onun əvəzindən sonuncunun imzasını istintaqla müəyyən edilməmiş şəxsə icra etdirib Şahid3 məxsus üzərində “Zərgər VÖEN **********” sözləri yazılmış dairəvi möhür ilə həmin sənədi təsdiq edərək faktiki olaraq heç bir əşyanın girov qoyulmasını təmin etmədən xx.xx.2023cü il tarixdə tərtib edərək imzası ilə təsdiq etdiyi 12 ay müddətli, 40%-li kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs5 adına 3711 (üç min yeddi yü z on bir) manat məbləğində lombard kreditinin rəsmiləşdirilməsinə nail olub qeyd olunan pul vəsaitlərini Şabran şəhəri ərazisində nağdlaşdırıb götürərək şəxsi məqsədləri üçün istifadə etməklə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibar edilmiş özgə əmlakını talamış və kredit borcu üzrə heç bir ödəniş aparmadığından xx.xx.2023-cü il tarixə Zərərçəkmiş şəxs5 Cəmiyyət qarşısında 4502 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-141/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi üzrə sübutlar düzgün araşdırılmamış və nəticədə o, əsassız olaraq CM-nin 178.2.3, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş hüquqi şəxs nümayəndəsi C.Mahmudovun, kassasiya şikayətinin təmin edilməməsi, lakin amnistya aktının tətbiq edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsi nin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni c inayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” görə əməl cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində bu əməl “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur və bu əməl dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olun maqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsinə əsasən “mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama”ya görə əməl cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası 179.2.2-ci maddəsində bu əməl “təkrar törədildikdə”, Azərbaycan Respublikası 179.2.3-cü maddəsində bu əməl “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqd an məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası 313-cü maddəsinə əsasən “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret c inayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçika ya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlil lərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqı nda düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda yenidən sadalamasa da bəzi xüsusatları qeyd etməyi zəruri hesab etmir. Məhkumun törətdiyi əməl iş üzrə dindirilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ifadələrində həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələrində, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli 4/1679 nömrəli rəyində və iş üzrə sübut kimi toplanmış müqavilələrdə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 178.2.3, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkild ə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda həmin məhkəmə tərəfindən bu sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəməin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun iş üzrə təqsirliyinin sübut edilmədiyinə görə bəraət verilməli olduğunu qeyd etsə də, iş materialları ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək a pellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından M əhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 19 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilm əsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın. Həmin qərarın 5.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixl i qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 5.3-cü bəndini və 27-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli hökmü və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İl i” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə məhkuma əsas cəza kimi təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2488/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2488/2025
07.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver