Məhkəmə qərarları › İş №1(102)-2491/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2491/2025

03.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2491/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Həsənov Vüqar Təvəkül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Barəsində şikayət verilmiş şəxs X4 və xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə Layça oğlunun iştirakları ilə, X7 barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 31 iyul tarixli, 1(103)-1550/2025 nömrəli hökmündən xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-19/2025 nömrəli hökmü ilə (hakim Nəriman Mehdiyev) 28 fevral 1977-ci il tarixdə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 201 saylı tam orta məktəbdə Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyən, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, X7 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-in 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-in 6 6.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə X5 qəti olaraq, 1000 (bir min) manat məbləğində cərimə və hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən cərimə növündə cəzanın müstəqil icra olunması, cərimənin hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməsi müəyyən edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X13 və X2 ibarət tərkibdə) 2025-ci il 31 iyul tarixli, 1(103)-1550/2025 nömrəl i qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm ləğv edilmiş, X4 CM-nin 147.2 və 148-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 147.2 və 148-ci maddəsi ilə bəraət verilmişdir. İŞİN HALLARİ: X6 xüsusi ittiham qaydasında şikayəti onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2023cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi Pedoqoji şurada məktəbin direktor müavini X7 çıxış edərkən, qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan məlumatlar söyləmişdir. O, iclasda məktəbin direktoru Afaq Əliyevanın onu göstərərək “Adam kimdir?” deyərək zala müraciətinə cavab olaraq onu “şərəfsiz” adlandırmış və “adam yediyi qaba tüpürməz” deyərək təhqir etmiş və sonra onunla mübahisə zəminində “sən valideynlərdən pul almısan” və “2018-ci ildə bələdiyyə sədrinin oğlunun “2” qiymətini düzəltmək üçün rüşvət almısan” ifadələrini ünvanına söyləyərək şərəf və ləyaqətini nalayiq formada alçaltmış, ictimai və işgüzar nüfuzuna zərər yetirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, XÜSUSİ İTTİHAMÇİNİN NÜMAYƏNDƏSİNİN VƏ BƏRAƏT ALMİŞ ŞƏXSİN ÇİXİŞLARİ: Xüsusi ittihamçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki halları barəsində tam və obyektiv araşdırma apardığını, törədilmiş cinayət əməlinin tövsifini düzgün verdiyini, cinayət tərkibinin dörd cəhətinə: cinayətin obyektinə, obyektiv cəhətinə, cinayətin subyektinə və subyektiv cəhətinə verdiyi hüquqi qiyməti yanlış şərh edərək ümumi sözlərlə izahlar verərək, özünün hansı prosessual normalara əsaslandığını müəyyən etməyərək və qərarında da bunları göstərməyərək əsas maddi sübut olan SD diskindəki məlumatları saxtalaşdırmaqla inkar etməklə və özlərindən diskdə olmayan ifadələr uydurub əlavə etməklə, yanlış və "öz maraqlarına" yaraya bilən şəkildə şərh edərək birinci instansiya məhkəməsinin hökmünü əsassız və qanunsuz olaraq ləğv etmişdir. Bundan başqa, Bakı Apellyasiya məhkəməsi hakimlərinin hökmün 18-ci vərəqində sübutlarla əlaqədar gəldikləri nəticə də həqiqəti əks etdirmir və əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iş üzrə bütün sübutlara həm ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə cəm halında qiymət verərək, belə nəticəyə gəlir ki, hadisənin şikayət ərizəsi ndə göstərilən şəraitdə baş verməsini təsdiq edən xüsusi ittihamçı və ittiham tərəfinin şahidlərinin ziddiyyətli ifadələrindən başqa iş üzrə digər sübutların mövcud olmaması, hazırkı cinayət işi üzrə şübhəli məqamların olması, bu məqamlara aydınlıq gətirən aradan qaldıran mötəbər sübutların yoxluğu təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməsi qənaətinə gəlinməsinə əsas vermir. İttiham tərəfi olaraq iki şahidləri Şahid2 və Şahid3 verdikləri ifadələrdə hadisənin xx.xx.2023-eü il tarixdə məktəbdə Pedaqoji Şuranın iclasında baş verdiyini, Elnurə Ramazanova tərəfindən Svetlanaya "şərəfsiz" "Adam yediyi qaba tüpürməz" deyildiyini, Svetlananın "mənə deyirsən şərəfsiz" sualına cavab olaraq Elnurənin "bəli sizə deyirəm" şəklində cavab verdiyini və "bələdiyyənin oğlundan pul aldı ğını" söylədiyini təsdiq etmişlər. Onların ifadələri bir-biri ilə və onun verdiyi izahatla heç bir ziddiyyət təşkil etmədiyi halda, Bakı Apellyasiya məhkəməsi hakimlərinin bu qənaətə gəlməsi və hətta yalandan guya şübhəli məqamların olmasını göstərdiyi halda, həmin şübhəli məqamların nədən ibarət olmasını göstərməməsi və bu qənaətini əsaslandırmaması hakimlərin obyektivliyinə və bu işdə maraqlı tərəf rolunda çıxış etməsinə əsaslı şübhələr yaradır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi onların təqdim etdikləri "Ekspertiza rəyi"nin qəbul edilməməsi barədə qərar olmadığına baxmayaraq, həmin rəydə gəlinmiş nəticələrə əhəmiyyət verməmişdır. Bakı Apellyasiya Məhkəməsinin hakimləri dəlilləri saxtalaşdırmaqda, diskdəki səsləri və ifadələri inkar etməkdə, qaraltmaqda o qədər arxayın davranmışlar ki, sanki əvvəlcədən əmindirlər ki, kassasiya instansiya məhkəməsinin hakimləri də onlar kimi ədalətsizlik edərək, həqiqəti görməməzlikdən, eşitməməzlikdən gələrək, onların qanunsuz nəticələrini təsdiq edəcəklər. Xüsusi ittihamçı kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin 1(103)-1550/2025 nömrəli xx.xx.2025-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxışının təyini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Elnurə Ramazanova kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 2025-ci il 31 iyul tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Xüsusi ittihamçı apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12 9-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər h ansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçının nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, işə baxmış b irinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş və istər ittiham, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə əsaslandırılmış münasibət bildirilmiş və qiymət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkrarən əks etdirməyi zəruri hesab etməyərək apellyasiya instansiy ası məhkəməsinin sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 14 8-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 31 iyul tarixli, 1(103)-1550/2025 nömrəli qərarı, xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar