Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkar Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı ilə isə qaçaqmalçılıq cinayətinin törədilməsi köməkçilik göstərməsi əməlinin CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməsinə dair cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkar Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçit) Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq V aqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 93.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq on a cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilərək onun ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (ona iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qohumu Təqsirləndirilən şəxs ilə razılığa gələrək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, sa xlanması, daşınması və satışına dair razılaşaraq, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 98-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş bir ədəd bağlamadakı, 1 (bir) ədəd bükümdə külli miqdarda 4260,0 qram narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə 240 qram narkotik vasitə qurudulmuş marixu ananı, 1 (bir) ədəd bükümdə külli miqdarda 3160,0 qram psixotrop maddə metamfetamini, təsiriedici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən külli miqdarda 40 (qırx) ədəd narkotik vasitə metadon həblərini götürüb satış məqsədilə ilə əldə edərək Bakı şəhərinə gətirmək üçün qohumu Təqsirləndirilən şəxs ilə birgə 30 oktyabr 2021-ci ildə saat 19:40 radələrində cinayətlər barədə xəbərsiz olan X15 idarə etdiyi «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilin arxa sol ayaqaltı hissəsində və avtomobilin sağ ön ayaqaltı hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməli yyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati ərazisində avtomobilə baxış keçirilərkən avtomobilin salonundan həmin narkotik vasitə və psixotrop maddələr aşkar edilərək edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündən Məhkum, onun müdafiəçisi V.M.Səfərov, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərki bdə) 25 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm isə dəyişdirilərək Məhkum və Təqsirləndirilən şəxs, hər birisinin narkotik vasitənin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçilik etməsi əməlləri CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilmiş, onlara həmin maddə əsasında ayrı-ayrılıqda 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə həmin cəza hökmlə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi V.M.Səfərov kassasiya şikayəti verərək həmin qərarın ləğv edi lməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 125-ci maddəsinin VIII hissəsinə, 127-ci maddəsinin İİ hissəsinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə, "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 02 iyun 2016-cı il tarixli və 24 dekabr 2021-ci il tarixli Qrarlarına, iş üzrə araşdırılmış bəzi sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi V.M.Səfərov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli ifadələr vermiş, hadisə günü Təqsirləndirilən şəxs narkotik vasitələri götürməyə getməsindən əvvəlcədən məlumatsız olmuş və sonuncu həmin narkotik vasitələri götürüb avtomaşına əyləşdikdən sonra bu haqda bilmişdir. Lakin, apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi başqa qənaətə gələrək yalnız Məhkum və Təqsirləndirilən şəxs əməllərinin CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206cı maddələrinə tövsif etməklə və onlara təyin olunmuş cəzaları bir qədər yüngülləşdirməklə kifayətlənmişdir. Bununla belə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürü lmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları qanunvericiliyin tələblərinə uyğun olaraq tədqiq etməmiş, Məhkum istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirməmiş və iş üzrə toplanmış sübutların ziddiyyətli olmasına nəzər yetirməmişdir. Məhkum və Təqsirləndirilən şəxsin saxlanıldığı yerdə dərhal atomobilə baxış və götürmə, şəxsi axtarış və götürmə aparılması ücün bütün şəraitin olmasına baxmavraq həmin istintaq hərəkətləri onlar saxlanıldıqdan 3 saat sonra həyata keçirilmişdir və bunun səbəbi məhkəmə iclaslarında araşdırılmamış, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını yalnız Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vekrdiyi ifadələr təşkil etmiş, halbuki, müəyyən ed ilmişdir ki, Təqsirləndirilən şəxs uzun illər psixi xəstəlikdən əzab çəkmiş və buna görə dəfələrlə müalicədə olmuş, tutulduqdan sonra isə onun xəstəlyinidə ağırlaşmalar müşahidə olunmağa başlanmışdır. Bu hal isə onun öz davranış qaydalarına qiymət vermək, özünü idarə etmək, hərəkətlərinin nəticəsini anlamaması iqtidarında olmamasına dəlalət edir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs psixi durumunun yoxlanılması üçün təkrar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsa da, birinci instansiya məhkəməsi bu vəsatəti təmin etməmişdir. Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi ilə də təqsirli bilinərək məhkum olunması ilə razılaşmayan müdafiəçi həmçinin qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qaçaqmalçılığın törədilməsində heç kimə köməkçilik göstərməmiş, ehtimal ol unan İran İslam Respublikasının vətəndaşı ilə danışıqları yalnız Təqsirləndirilən şəxs aparmış və məhz o, həmin şəxsiyəti istintaq müəyyən edilməmiş şəxsə onun göndərdiyi narkotik vasitələri və psixotrop maddəni qəbul etməyi vəd etmişdir. Bununla yanaşı kassasiya şikayətində göstərilmişdir ki, Məhkum əvvəllər heç bir cinayət, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətməmiş, toplanmış və araşdırılmış sübutlar isə onun CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etməmişdir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında müdafiə tərəfi işin faktiki hallarının, yəni əsl həqiqəqtin müəyyən edilməsi üçün bir sıra vəsatətlər qaldırsa da həmin vəsatətlər əsassız olaraq təmin olunmamı ş, məhkum olunmuş şəxslərin barələrində əməliyyat-axtarış tədbirləri qanun pozuntuları ilə aparılmış, bu haqda qəbul edilmiş müvafiq qərar isə məhkəmənəzarəti qaydasında formal olaraq yoxlanılmışdır. Bu hallar isə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi barədə nəticəyə gəlməyə əsas verir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi V.M.Səfərov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi V.M.Səfərov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiya sı bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi V.M.Səfərovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi V.M.Səfərovun həmin şikay ətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr iş üçün əhəmiyyətli sübutların tədqiq edilməsindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş, qəblu edilmiş yekun məhkəmə aktlarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etmiş və Məhkum təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfini n təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi V.M.Səfərovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən iş ə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməs in). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edi lmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub a lınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konst itusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəalar ı həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Kassasiya şikayətində də istinad olunan Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin d üzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə i lk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbayca n Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görün ür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əld ə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üz rə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməm əsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq e dilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymət ləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hak im bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq v ə əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur k i, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm d ə inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edil sin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etm ək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ndan verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlən dirməklə adı çəkilən məhkumun 08 iyul 2022-ci il tarixli hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, lakin ibtidai aradırma orqanından və birinci instansiya məhkəməsindən fərqli olaraq onun, habelə hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs dövriyyəsi qadağan edilmiş əşyaların qaçaqmalçılığında köməkçilik göstərmələri əməllərinin CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməsini mümkün bilmişdir. Bu nəticəyə gələrkən apellyasiy a instansiyası məhkəməsi həm iş üzrə toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmış, həm də aşağıda göstərilənləri nəzərə almışdır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1 -ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi, cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-niri 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki iş üzrə araşdırılmış sübutlarla narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığının obyektiv cəhətini təşkil edən hərəkətlərin qabaqcadan razılaşmaqla iki və yaxud daha çox şəxs (qabaqcadan razılaşmaqla bir qrup şəxs) tərəfindən icra olunması, məhkumların isə həmin şəxslərlə qabaqcadan razılaşmaqla CM-nin 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri təsdiq olunmamış və buna görə apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni olaraq bütün şübhələri Məhkum və Təqsirləndirilən şəxs xeyrinə həll edərək onların aşağıda təsvir edilən əməllərini CM-nin 32.5,206.2-ci maddələrinə tövsif etmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla da müəyyən edilmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni özləri şəxsən Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsull arla keçirməmiş, ancaq onlarla əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvü tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs və Məhkum ƏlətAstara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 98-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş bir ədəd bağlamadakı, 1 (bir) ədəd bükümdə külli miqdarda 4260,0 qram narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə 240 qram narkotik vasitə qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə külli miqdarda 3160,0 qram psixotrop m addə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən külli miqdarda 40 (qırx) ədəd narkotik vasitə metadon həblərini götürüb satış məqsədilə ilə əldə edərək saxlayıb daşımışlar. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz bu şəkildə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçilik qismində iştirak etməsi, yəni onun CM-nin 32.5,206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə ki, araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi barədə istintaqla müəyyən edilm əmiş İran İslam Ruspublikasının vətəndaşı ilə əvvəlcədən yalnız Təqsirləndirilən şəxs sövdələşib həmin əşyaları qəbul etməyi o, vəd etsə də, Təqsirləndirilən şəxs öz növbəsində sonradan Biləsuvar rayonuna getməyi və oradan İİR-nın vətəndaşı tərəfindən göndərilərək qanunsuz üsullarla sərhəddən keçirilmiş narkotik vasitələri və psixotrop maddəni götürmək təklifi ilə Məhkum müraciət etmiş və sonuncu da həmin təkliflə razılaşmış, yəni faktiki olaraq qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının ərazisində qəbul etməyi vəd edib Təqsirləndirilən şəxslə birlikdə Biləsuvar rayonuna getmiş, hətta bunun üçün taksi də tapmışdır. Bu hal isə, həm qanunvericiliyin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarında əksini tapmış izahlara görə, Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsinə, yəni onun CM-nin 32.5, 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edir və məhkəmə kollegiyası hesab edir ki, bu haqda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunidir və əsaslıdır. Bununla yanaşı, Məhkum qabaqcadan əlbir olmuş şəxslərlə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti törətməkdə təqsirli bilinməsi də təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı heç bir təsir və ya təzyiq g östərilmədən, müdafiəçilərnin iştiraklarıı ilə verdikləri ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qohumu Təqsirləndirilən şəxslə ilə razılığa gələrək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılaşaraq, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvü tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazis indən keçən 98-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş bir ədəd bağlamadakı, 1 (bir) ədəd bükümdə külli miqdarda 4260,0 qram narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə 240 qram narkotik vasitə qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə külli miqdarda 3160,0 qram psixotrop maddə metamfetamini, təsiriedici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən külli miqdarda 40 (qırx) ədəd narkotik vasitə metadon həblərini götürüb satış məqsədilə ilə əldə edərək Bakı şəhərinə gətirmək üçün qohumu Təqsirləndirilən şəxslə birgə 30 oktyabr 2021-ci ildə saat 19:40 radələrində cinayətlər barədə xəbərsiz olan nin idarə etdiyi «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdə n götürüb avtomobilin arxa sol ayaqaltı hissəsində və avtomobilin sağ ön ayaqaltı hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati ərazisində avtomobilə baxış keçirilərkən isə avtomobilin salonundan həmin narkotik vasitə və psixotrop maddələr aşkar edilərək edilərək götürülmüşdür. Məhkəmələrin iş üzrə gəldikləri bu nəticə ilə bağlı və eyni zamanda kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək müdafiəçinin də kassasiya şikayətində istinad etdiyi ifadələrində Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi barədə yalnız avtomaşında Bakı şəhərinə qayıdarkən bilməsini göstərsə də, ilkin və ibtidai araşdırma zamanı özünün seçdiyi müdafiəçisinin iştirakı ilə, heç bir təsir və ya təzyiq göstərilmədən həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, onun qohumu Təqsirləndirilən şəxs ona iranlı tanışının olduğunu və sonuncunun Vüqara narkotik vasitə göndərəcəyini bildirdikdən sonra aralarındakı razılaşmaya əsasən göndərilmiş narkotik vasitələri götürəcəkləri halda, Təqsirləndirilən şəxs ona d a istifadə etmək üçün həmin vasitələrdən verəcəyini vəd etmişdir. Bu təkliflə razılaşdıqdan sonra 30 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək iranlı tanışının narkotik vasitə və psixotrop maddə göndərdiyini, Biləsuvar rayonuna gedib onları oradan götürmək üçün onlara maşın lazım olduğunu bildirmiş və narkotik vasitələrin Biləsuvar rayonunun ərazisində yerləşdirildiyi yerə getmək üçün maşın tapmasını təklif etmiş, o, da qonşusu və taksi fəaliyyəti ilə məşğul olan X15dən bibisi oğlu Vüqarı Biləsuvar rayonuna aparıb gətirməyi xahiş etmiş, bunun müqabilində də ona 25 manat məbləğində pul verəcəyi barədə razılıq əldə etmişdir. Bundan sonra, həmin gün saat 16 radələrində o, və Təqsirləndirilən şəxs X5in idarə etdiyi avtomaşında Biləsuvar rayonuna getmi ş, orada çayxanada əyləşib çay içərkən X15 maşının yanına getmiş, həmin vaxt Təqsirləndirilən şəxs isə ona yolun 98-ci kilometrliyini göstərən yol nişanın yanına çatanda ayaqyoluna getmək adı ilə maşını saxlatdıracağını bildirib əlində gətirəcəyi torbanı X15in görməməsi üçün onun başını qatmasını təklif etmişdir. Təqsirləndirilən şəxs dediyi yerə çatdıqda Təqsirləndirilən şəxs maşını saxlatdırmış, sonra maşından düşərək bir sellofan torbanı götürüb avtomaşına qaytımış, həmin vaxt X15 isə telefonla məşğul olduğundan bunu görməmişdir. Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı özünün oturduğu arxa oturacağa qoymuş və torbanı açıb içərisinə baxarkən o, da geriyə dönüb torbada çoxlu narkotiik vasiətlər yerləşdirildiyini görmüşdür. Həmin yerdən bir qədər uzaqlaşdıqda yol patrul xidmətinin əməkdaşları tərəfindən avtomaşın saxlatdırılmış və onlar mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə aparılmışlar. Şöbədə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirildikdən sonra o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin bu istintaq hərəkətinin aparılması nəticəsində onun üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşyanın olmaması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisinin, habelə Təqsirləndirilən şəxsin və X15nin və onların da müdafiəçilərinin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxsə məxsus avtomaşına baxış keçrilimiş və avtomaşının salonundan ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürlmüş, həmin vasitələr və maddə elektron tərəzidə çəkilərək onların miqdarı müəyyən edilmiş və bu istintaq hərəkətinin aparılması haqda tərtib edilmiş protokolu digər iştirakçılarla yanaşı o, da imzalamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, tikinti işlərində fəhləlik edib çörək pulu qazanmaqla ailəsini dolandırmışdır. O, «İnstagram» sosial şəbəkəsində adını bilmədiyi «Qardaş» deyə müraciət etdiyi İİR-nın vətəndaşı ilə t anış olmuş, onunla “Watsapp” proqramı vasitəsilə narkotik vasitələr barəsində söhbət etmiş və həmin vasitələrin istifadəçisi olduğu üçün ona marixuana göndərməsini xahiş etmişdir. 30 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin şəxs ona zəng vuraraq Biləsuvar rayonu ərazisində avtomaqistral yolun 98-ci kilometrliyini göstərən yol nişanın yanında içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlama olduğunu, həmin marixuananı özü istifadə etmək üçün götürməsini, pulunu sonra verə biləcəyini demiş, o, da bu haqda bibisi oğlu Məhkum zəng edərək bu haqda ona məlumat vermiş və içərisində narkotik vasitə olan bağlamanı götürmək lazım olduğunu, lakin ora getmək üçün maşın olmadığını bildirmiş, Məhkum da dostu X15in maşını ilə ora gedə biləcəklərini demişdir. Bunun müqabilində o, Məh kuma götürəcəkləri narkotik vasitədən ona da pay verəcəyini vəd etmişdir. Məhkum onun bu təklifi ilə razılaşaraq həmin gün axşam saat 19 radələrində X15nin idarə etdiyi «Saipa Tipa» markalı avtomobildə gəlib onu da evdən götürmüş və onlar birlikdə Biləsuvar rayonuna yola düşmüş, o, arxa oturacaqda, Məhkum isə qabaq oturacaqda əyləşmiş, Biləsuvarda yolun 98-ci kilometrliyini göstərən yol nişanının yanına çatanda o, ayaqyoluna gedəcəyini bəhanə edib maşını saxlatdırıb düşərək deyilən yol nişanının yanına gedib oradan bir ədəd bağlamanı götürərərk avtomobilə qoymuş, lakin bunu sürücü görməmişdir. O, arxa oturacaqda torbanı açıb içinə baxarkən Məhkum da geriyə boylanıb torbaya baxmış, həmin torbanın içərisində narkotik vasitələr və psixotrop maddə olduğunu görmüş, 2-3 dəqiqə sonra yol polisi x idmətinin əməkdaşları tərəfindən avtomobil saxlatdırılmış, həmin vaxt yolun kənarından götürdüyü torbanı qarşı tərəfdə əyləşmiş Məhkumun oturacağının alt hissəsində gizlətmiş, onlar polis əməkdaşları tərəfindən avtomobillə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, lakin bunun nəticəsində üzərində dövriyyəsi qanunsuz qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra onun, Məhkum, sürücü X15nin və hər üçünün müdafiəçilərinin iştirakları videçəkiliş aparılmaqla X15in idarə etdiyi avtomaşına baxış keçirilmiş və oradan yolun kənarından götürdüyü, üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba aşkar edilərək götürülmüş, torbanın içərisində olan bükülülər açılıb baxıldıqda orada marixuanaya,heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr, «Metadon 40» sözləri yazılmış dərman həbləri aşkar edilərək götürülmüş, həmin maddə və vasitələr elektron tərəzidə çəkilmiş, bununla da bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək oxşar ifadələr vermiş, lakin cinayət təqibinin həmin mərhələsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan və ona “Qardaş” deyəərək müraciət etdiyi şəxs 30 oktyabr 2021-ci ildə s əhər saatlarında ona zəng vuraraq Biləsuvar rayonunun ərazisində yolun 98-ci kilometrliyini göstərən yol nişanın yanında içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə metamfetamin yerləşdirilmiş bağlamamnın qoyulduğunu bildirmiş, o, da bu haqda Məhkum bu haqda məlumat verərək oraya gedib həmin narkotik vasitələri və psixotrop maddələri götürməyi təklif etmiş, sonuncu da bu təkliflə razılaşaraq Biləsuvar rayonuna getmək üçün avtomaşın tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X21 oğlunun ifadələrindən görünür ki, 30 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışı Məhkum ona zəng edərək qohumu Təqsirləndirilən şəxslə birlikdə onları 25 manat pulun müqabilində Biləsuvar rayonuna aparmasını xahi ş etmiş, əlavə olaraq da iki nəfər sərnişini götürə biləcəyini demiş, o, da bu təkliflə razılaşaraq həmin gün saat 16 radələrində onları və əlavə olaraq iki nəfər şəxsi götürüb Biləsuvar rayonuna getmiş, rayon mərkəzində müştəriləri düşürüb çayxanada onlarla birlikdə çay içmiş, sonra Təqsirləndirilən şəxs işlərinin alınmadığını və Bakıya qayıda biləcəklərini demiş, Təqsirləndirilən şəxsarxa oturacaqda Məhkum isə qabaq oturacaqda əyləşməklə Bakıya yola düşmüşlər. Yolda 98-ci kilometriliyi göstərən yol nişanın yanına çatanda Təqsirləndirilən şəxs ayaqyoluna getmək üçün maşını saxlamasını xahiş etmiş, o, da bu xahişi yerinə yetirərək idarə etdiyi avtomaşını yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs da avtomaşından düşüb bir qədər kənara getmişdir. Həmin vaxt o, siqaret çəkə-çəkə telefon unun “Watsapp” proqramına baxmış, az sonra Təqsirləndirilən şəxs qayıdaraq avtomaşına əyləşmiş və bu vaxt əlində olan torbaya baxmış, Məhkum da dönüb həmin torbaya baxmış, lakin torbanın içərisində nə olduğunu o, yəni bilməmişdir. Bunda sonra onlar yoluna davam edərkən təxminən 2-3 dəqiqə keçmiş yol patrul xidmətinin əməkdaşları ona işarə verərək avtomaşın saxlatırmış və bu vaxt mülki geyimli digər polis əməkdaşları özlərini təqdim edərək hər üçünü Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Şöbədə ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, lakin bu zaman üzərindən qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Bundan sonra isə onun razılığı ilə, özünün, müdafiəçisinin, habelə Məhkum, Təqsirləndirilən şəxs və onların müdafiəçi lərinin iştirakları ilə və videoçəkiliş aparılmaqla idarə etdiyi «Saipa Tipa» markalı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol ayaqaltısından bir ədəd üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba və bir ədəd plastik qab, avtomobilin sağ ön ayaqaltı hissəsindən isə sellofana bükülmüş sarı rəngli bükülü aşkar edilmiş, bükülünün içərisində narkotik vasitələr – heroinə və marixuanaya, “Metadon 40” sözləri yazılmış dərman həblərinə və psixotrop maddə metamfetaminə oxşar kütlələrin olması aşkar edilmiş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. həmçinin qeyd etmişdir ki, polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs əlindəki olan torbada olan bükümləri oturacaqların altına yerləşdirməyə başl amışdır. Yalnız həmin vaxt o, başa düşmüşdür, Məhkum və Təqsirləndirilən şəxs Biləsuvar rayonuna narkotik vasitələri götürmək üçün getmiş və Vüqarın əlindəki torbada narkotik vasitələr olmuşdur. İş üzrə təhqiqat və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam və hərtərəfli araşdırılmış sübutlarla tam uzlaşan (bu sübutların hamısına birinci və apellyasiya instansiyası məhkəmələri qəbul etdikləri yekun məhkəmə aktlarında istinad olunduğundan məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür) məhkumlar Məhkum, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı, habelə şahid nin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında verdikləri ifadələrin fövqündə məhkəmə kollegiyası iş üzrə son nəticədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, Məhkum külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması barədə özü ehtimal olunan İran İslam Respublikasının istintaqla müəyyən edilmiş vətəndaşı ilə bilavasitə razılıq etməsə də, belə razılığı Təqsirləndirilən şəxs əldə etdikdən sonra sonuncu ona da, yəni Məhkum da bu hərəkətlərin edilməsində iştirak etməsini təklif etmiş və onlar CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərədə tutulmuş cinayətin obynetiv cəhətinə aid olan hərəkətləri məhz qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində etmişlər. Məhkum Təqsirləndirilən şəxslə və istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək məhz satış məqsəd ilə onun təqsirli bilindiyi ittihamda göstərilən narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə edərək saxlanılamasına və daşınmasına dəlalət edən hallar isə ondan ibarətdir ki, barəsində kassasiya şikayəti verilmiş şəxs əvvəla bu hərəkətlərin edilməsi təklifi ilə razılaşaraq həmin vasitələrin və maddənin gizlədildiyi yerə Təqsirləndirilən şəxslə birlikdə getmiş, bunun üçün nəqliyyat vasitəsini də özü tapmış, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətməsi barədə əvvəlcədən məlumatlı olmuş (Məhkum verdiyi ifadələrində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs də həmişə narkotik vasitələrin olması barədə o, bilirdi), müxtəlif növlərə aid olan narkotik vasitələrin və psixotrop maddənin miqdarları külli miqdlarlarda, yəni şəxsi istehlak miqdarından dəfəl ərlə çox olmuş, Təqsirləndirilən şəxs ifadələrinə görə isə, həmin əşyaların pullarının istintaqla müəyyən edilməmiş şəxsə sonradan, yəni onların satışı həyata keçirildikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu halların arxasında duran həm yuxarıda göstərilən, həm də digər sübutların toplanması və araşdırılması zamanı ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və cinyət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadə lər verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr ver miş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bu nəticə həmçinin aşağıda göstərilənlərə də tam uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkə n başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs psixi xəstəlikdən əzab çəkdiyinə görə onun verdiyi ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsinin mümkünsüzlüyü və buna görə həmin ifadələrin yolverilməz sübut kimi hesab edilməsi barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, müdafiəçi V.M.Səfərovun bu dəlili də iş üzrə toplanmış sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2022-ci il tarixli 29 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən edilmir. Onda hər hansı bir xəstəlik aşkar olunmur və onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, onları dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi V.M.Səfərovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilm əsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi V.M.Səfərovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməlində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi V.M.Səfərovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı isə adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı Məhkum barəsində və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-251/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-251/2024
09.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver