Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2511/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Bəraər almış şəxs – Məhkum, Müdafiəçi – X5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağsu Rayon Məhkəməsinin 1(016)-4/2024 saylı, 29 fevral 2024-cü il tarixli (sədrlik edən hakim: Anar Əsgərov) hökmü ilə xx.xx.1954-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, ali təhsilli, evli, Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Kürdəmir rayon Şöbəsinin rəisi işləmiş və Ağsu rayon Şöbəsinin rəisi vəzifəsini əvəz etmiş, barəsində “vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş”, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 151-ci maddəsi ilə əməlində cinayət hadisəsi olmadığından bəraət verilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirlərinin ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış-Zərərçəkmiş şəxs İstintaq Qrupuna təqdim etdiyi 02 ədəd fotoşəkillərin cinayət işinin materiallarında saxlanılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Məhkum izah edilməsi, Məhkum məhkəmədə göstərilmiş 80 saat hüquqi yardıma görə 480 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilm əsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə) 1(107)-288/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(016)-4/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə cinsi əlaqəyə girmişdir. Belə ki, Məhkum 07 noyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X2 Ağsu Rayon Şöb əsinin inzibati binasının ona təhkim edilmiş xidməti otağında Ağsu Rayon Polis Şöbəsinin Təhqiqat qrupunda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırılan material üzrə Zərərçəkmiş şəxs bədən xəsarətlərinin olub-olmaması, müsbət halda həmin xəsarətlərin sağlamlığına zərər vurulması dərəcəsi və əmələ gəlmə şəraitinin müəyyən edilməsi məqsədilə qəbul edilməklə icra edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilmiş 03 noyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərarı əsasında müayinə olunması üçün müraciət etmiş Zərərçəkmiş şəxs onunla həmin vaxt xidməti otağına bitişik olduğu, birbaşa giriş-çıxış əlaqəsi olan Ağsu Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında çoxlu sayda tibb personalı və digər şəxslərin olmasına baxmayaraq, xidməti otağınd a təbii üsulla cinsi əlaqədə olmayacağı təqdirdə sonuncuda ümumiyyətlə bədən xəsarətinin müəyyən edilməməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının həqiqətə uyğun olmayan rəyini bir ay müddətində tərtib etməklə təhqiqat orqanına göndərəcəyini, bunun nəticəsində müraciəti əsasında toplanmış material üzrə onun əleyhinə qərar qəbul edilməklə cinayət haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini, habelə onu sonradan özünə köməkçi kimi işə düzəldəcəyini bildirib, maddi asılılıq istisna olunmaqla onun azadlıqdan məhrum edilmə və ya digər cəzalara məhkum edilməsinə səbəb ola biləcək, cinayət təqibi orqanının əsas sübut növü kimi istinad edəcəyi məhkəmətibbi ekspertizası rəyini tərtib edən şəxs kimi, həmçinin sosial vəziyyətinə görə sair asılılığından istif adə etməklə Zərərçəkmiş şəxs təbii üsulla cinsi əlaqəyə girməyə məcbur etmiş və bu məcbur etmənin nəticəsi olaraq sonradan istifadəsində olan mobil telefon vasitəsilə dəfələrlə zəng edib yenidən xidməti otağına gəlməsini tələb edərək, gəlməsinə nail olmuş, 2022-ci ilin noyabr ayının əvvələrindən etibarən sonuncu dəfə həmin ayın 29-da olmaqla hər birində təxminən saat 17 radələrində yəni, xidməti iş vaxtlarında Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X2 Ağsu rayon Şöbəsinin inzibati binasındakı digər xidməti otağında ümumilikdə dörd dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hərəkətləri ilə Məhkum CM-nin 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-288/2024 saylı, 12 iyun 2 024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinə qarşı Məhkum vəkili Müdafiəçi1 tərəfindən etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin və etirazın dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə faktiki olaraq gəldiyi nəticəni hökmdə əsaslandırmamış, hökmün təsviri-əsaslandırıcı hissəsində toplanmış sübut və sənədlərin təsviri göstərildikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosesssual Məcəlləsinin (bundan sonra CPM-nin) bir neçə normasına formal istinadlarla kifayətlənmiş və nəticədə Məhkum bəraət vermişdir. Daha sonra hakim özü də hökmdə Məhkum hansı əsasla bəraət verildiyinin göstərilmədiyini müəyyən etmiş və öz təşəbbüsü ilə iştirak hüququ olan şəxslərə məlu mat vermədən hökmdə yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında qərar qəbul edərək-həmin qərarda Məhkum cinayət hadisəsinin olmaması əsası ilə bəraət verdiyini göstərmişdir. Halbuki, iş üzrə ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusuna əsasən Məhkum barəsində ona ittiham elan edilmiş maddə ilə ittiham hökmü çıxarılmalı idi. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istər ibtidai istintaqda, istərsə məhkəmə baxışında verdiyi ardıcıl ifadələrində Məhkum cinayət əməlini ifşa edən ifadələr verərək göstərmişdir ki, ona qarşı edilmiş zorakılıq faktı ilə əlaqədar məhkəmə-tibb eksperti işləyən Məhkum yanına getmiş, tanışlıqları da bununla bağlı yaranmışdır. Məhkum onun mobil telefonunun nömrəsini “götürmüşdür”. Məhkum onu öz yanında işə gö türəcəyini və bədənindəki xəsarətləri daha ağır yazacağını bildirmiş, bunun qarşılığında isə onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Məhkum təklifindən imtina edib xəstəxanadan ayrılmış, 3-4 gün sonra Məhkum ona zəng edərək sözü olduğunu deyib xəstəxanaya çağırmış və yenidən ona cinsi əlaqədə olmağı təklif edərək, bunun müqabilində isə onu öz yanında kompüter işlərində kömək üçün işə götürəcəyini və bədənində xəsarətləri ağır yazacağını bildirmişdir. Həmin vaxt Məhkum onu bədənində xəsarətlər müəyyən olunmazsa bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyətinə cəlb edilcəyi ilə hədələmişdir. Məhkum bu sözlərindən qorxaraq onun təklifini qəbul etmiş, Məhkum onu xidməti otağın yanındakı digər otağa aparmış və orada cinsi əlaqədə olmuşdur. Ümumilikdə 2022-ci ilin noyabr ayında Məhkum onunla 4 dəfə cinsi əlaqədə olmuşdur. Daha sonra Məhkum onu işə düzəltməyəcəyini, sadəcə hər dəfə cinsi əlaqədə olduqdan sonra 20-30 manat pul verəcəyini bildirmiş, Məhkum belə danışıq tərzi onu əsəbləşdirdiyindən o, Məhkum ifşa etmək qərarına gəlmiş və ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışlarının birində isə Məhkumla könüllü surətdə cinsi əlaqəda olduğunu, sonuncunun ona hədə-qorxu gəlmədiyini göstərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs həmin ifadəsini qabartmaqla, hətta onun əsas ifadəsi kimi hökmdə göstərməklə gəldiyi nəticənin əsaslandığı sübut kimi göstərməyə çalışmışdır. Halbuki, Zərərçəkmiş şəxs növbəti məhkəmə baxışında və bundan sonrakı bütün dövrdə ilkin ifadələrini təsdiq edərək qeyd olunan ifadəsini təkzib etmiş, həmin ifadəni Məhkum təzyiqi ilə verdiyini, po lis əməkdaşlarının ona ifadə verməsi ilə əlaqədar hər hansı təsir göstərmədiyini bildirmiş və bütün baş verənlərin ağlabatan izahını vermişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə müraciət edərək Məhkum onu övladı və əri ilə qorxutduğunu, “yəqin, istəməzsən onların başına bir iş gəlsin?!’’ dediyi üçün ifadəsini dəyişməyə məcbur olduğunu, lakin, sonra polisə və prokurorluğa müraciət edərək təhlükəsizliyinin təmin edilməsi üçün tədbir görülməsini xahiş etdiyini və daha əvvəl verdiyi ifadəsini təsir altında verdiyini bildirərək, onun xx.xx.2023- tarixdə verdiyi ifadəsinin nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarından aydın olur ki, Məhkum həqiqətən Zərərçəkmiş şəxsm işə düzəltmək istəmiş və bununla bağlı tanışlarından da xahiş etmişdir. Məhkum özü də qeyd edilən faktı təsdiq etmişdir. Məhkum əvvəllər heç bir tanışlığı olmadığı, yalnız məhkəmətibb eksperti işlədiyinə görə tibbi ekspertiza müayinəsindən keçmək üçün müraciət etmiş evli qadını işə düzəltmək üçün cənfəşanlıq etməsi, bunun üçün tanışlarına müraciət etməsində məqsədi nə olmuşdur?!. Deməli Zərərçəkmiş şəxs Məhkum onu işə düzəltmək barədə vəd verməsi barədə göstərdikləri həqiqətəuyğundur. Qeyd olunan fakt şahid X7 ifadələri ilə təsdiqini tapmışdır. Bundan başqa şahid qismində dindirilmiş X3 məhkəmə baxışında verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və 2022-ci ilin noyabr ayının xatırlamadığ bir günündə Zərərçəkmiş şəxs ilə birlikdə olarkən sonuncunun telefonla danışdığını görüb ondan kiminlə danışdığını soruşdu ğunu, Zərərçəkmiş şəxs ona ekspert Məhkumla danışıdğını, bir neçə gün əvvəl Aysel adlı qadınla mübahisə etdiyini, bununla bağlı şikayət etdiyini və tibb eksperti Məhkum ona cinsi əlaqədə olmağı təklif etdiyini, onu işə götürəcəyi, xəsarətlərini ağır yazacağı barədə vədlər verdiyini, xəsarəti olmazsa biləbilə yalan xəbərçiliyə görə məsuliyyətə cəlb ediləcəyi barədə hədələyib onunla cinsi əlaqəlda olduğunu dediyini göstərmişdir. Bundan başqa, X4 ibtidai istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə birlikdə paltar almağa gedən zaman İlahənin tez-tez telefonla danışdığını görmüş, ondan kiminlə danışdığını soruşduqda, o, ekspert-həkim Məhkumla danışdığını, Məhkum onu özünə köməkçi olaraq işə düzəldəcəyini, ona c insi əlaqədə olmağı təklif etdiyini bildirmiş, İlahə bu barədə söhbət edərkən hərəkət və davranışlarından gərginlik keçirdiyi, hansısa təsir altında olduğu hiss olunmuşdur. Bundan başqa, məhkəmə baxışında şahid qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, doktor onun qayınatasının xalası oğludur. 2022-cİ ilin noyabr ayında dəqiq xatırlamadığı gündə mobil telefonuna Whatsapp proqramı vasitəsilə tanımadığı və Rusiya Federasiyasına məxsus mobil telefon şəbəkəsindən yadında qalmayan nömərədən zəng gəlmiş və zəng edən şəxs ona kimliyini bildirmədən Zahir həkimin bir qızla münasibəti olduğunu demişdir. O, hadisəni qayınatasına demiş, qayınatası da Məhkum zəng edib danışmışdır. Səhəri gün Məhkum ona zəng edərək onu Ağsu rayon Mərkəzi Xəstəxanasında yerləşən iş yerinə çağırmış, o da Məhku m iş yerinə getmiş, Məhkumla görüşdükdən sonra Zahir ona İlahə adında bir xanım olduğunu, onunla münasibəti olduğunu demişdir. Bundan sonra, Məhkum ondan Zərərçəkmiş şəxs ilə danışıb söhbət etməyini, İlahənin şikayətçi olmaması üçün köməklik etməyini istəmiş və İlahənin mobil telefon nömrəsini ona vermişdir. Məhkum həmçinin İlahəyə pul təklif etməyini də istəmiş, o isə İlahə adlı xanımı tanımadığını, bu məsləyə qarışmaq istəmədiyini, deyib İlahə ilə danışmayacağını bildirmişdir. Məhkum cinayət əməli törətməmişdirsə onun belə təşviş keçirməsi və şikayətin qarşısının alınması üçün zərər çəkmiş şəxsə təsir göstərilməsi və hətta ona pul verilməsi barədə xahişləri necə izah edilməlidir?! Bundan başqa, qeyd olunan təkcə bu ifadə kifayət edir ki, Məhkum zərər çəkmiş şəxsə təsir göstərməsi, vəziyy əti öz xeyrinə dəyişmək üçün onun ələ alınması üçün addımlar atması sübuta yetirilsin. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona təsir və təzyiq göstərərək əvvəlcə cinsi əlaqədə olması, daha sonra isə ona təzyiq göstərərək ifadəsini dəyişməyə məcbur etməsi barədə göstərdiklərinə məhkəmə tərəfindən laqeyd yanaşılması səhv olmuşdur. Məhz həmin ifadələr Məhkum təhdidkar xarakteri və davranışlarını əks etdirməklə işin hallarına uyğundur. Göründüyü kimi, məhkəmə müdafiə tərəfinin xeyrinə sübutlara qərəzli yanaşmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məh kəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi1 etirazında kassasiya protestinin əsassız olduğunu, məhkəmələr tərəfindən qanuni və ədalətli qərar qəbul edildiyini əsas gətirərək kassasiya protestinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmısını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara gör ə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfi ndən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkə mə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Mə hkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq müm kün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: İş materiallarının 1-ci cildinin 163- cü səhifəsində olan Azərcell Telekom MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Məhkum zərərçəkm iş şəxsə ekspert rəyi verildikdən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə zəng etmişdir və ilk dəfə aralarındakı cinsi əlaqə qeyd olunmuş tarixdə olmuşdur. Bu bir daha sübut edir ki, tərəflər arasında cinsi əlqə zərərçəkmiş şəxsin Məhkum sair asılığı ilə bağlı olmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərində göstərilmiş hallar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi istintaqı zamanı müəyyən olunmuş mötəbər sübutlarla təkzib olunur və qeyd olunmuş dəlillər birinci instasniya məhkəməsinin qanuni və əsaslı bəraət hökmünü ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti aşağıdakı dəlillərlə əsaslandırılmışdır.
1. Birinci instansiya məhkə məsi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ifadəsini qabartmaqla, hətta onun əsas ifadəsi kimi hökmdə göstərməklə gəldiyi nəticənin əsaslandığı sübut kimi göstərməyə çalışmışdır. Halbuki, Zərərçəkmiş şəxs növbəti məhkəmə baxışında və bundan sonrakı bütün dövrdə ilkin ifadələrini təsdiq edərək qeyd olunan ifadəsini təkzib etmiş, həmin ifadəni Məhkum təzyiqi ilə verdiyini, polis əməkdaşlarının ona ifadə verməsi ilə əlaqədar hər hansı təsir göstərmədiyini bildirmiş və bütün baş verənlərin ağlabatan izahını vermişdir.
2. Birinci instansiya məhkəməsi faktiki olaraq gəldiyi nəticəni hökmdə əsaslandırmamış, hökmün təsviri-əsaslandırıcı hissəsində toplanmış sübut və sənədlərin təsviri göstərildikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosesssual Məcəlləsinin (bundan sonra CPM- nin) bir ne çə normasına formal istinadlarla kifayətlənmiş və nəticədə Məhkum bəraət vermişdir.
3. Birinci instansiya məhkəməsi hökmdə Məhkum hansı əsasla bəraət verildiyinin göstərilmədiyini müəyyən etmiş və öz təşəbbüsü ilə iştirak hüququ olan şəxslərə məlumat vermədən hökmdə yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında qərar qəbul edərək-həmin qərarda Məhkum cinayət hadisəsinin olmaması əsası ilə bəraət verdiyini göstərmişdir. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında məlumatlandırılmadığı üçün məhkəmə iclasında iştirak hüququm təmin edilmədiyindən məhkəmə iclası keçirilməsi istisna olunduğu halda və qanunla nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi icra mərhələsində olmayan hökmdəki anlaşılmazlığı qanunsuz olaraq həll etmişdir. Məhkəmənin prosessual əsasları və qaydaları aydın müəyyən edilmiş hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi institutundan sui-istifadə etməsi hüquq tətbiq etmədə qeyri-müəyyənliyə və mübahisələrə səbəb ola bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin ilk dəlilinə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ifadəsinin hər hansı bir təzyiqə məruz qalmadan verməsi faktı həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi istintaqı zamanı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin qeyd olunmuş ifadəsi digər ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla qarşılıqlı araşdırılaraq obyektiv gərçəkliyi əks etdirdiyindən mötəbər sü but kimi qəbul olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmünün 15-19-cu səhifələrindən göründüyü kimi birinci instansiya məhkəməsi toplanmış sübut və sənədləri bir-biri ilə əlaqəli şəkildə qiymətləndirmiş və nə səbəbə təqsirləndirilən şəxsə bəraət verilməsini cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun əsaslandırmış, hökmün təsviri-əsaslandırıcı hissəsində bəraətin əsası kimi ümumiyyətlə hadisənin cinayət hadisəsi olması kimi qəbul edilməsi aydın şəkildə görünür. Məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmünü təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsə bəraət verilməsi əsası (cinayət hadisəsi olmadı qda) göstərilmiş, lakin nəticə hissəsində bu hal qeyd edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi qeyd olunan halı yanlışlığın aradan qaldırılması haqqında qərarla hökmün nəticə hissəsinə əlavə etmişdir. Qeyd olunan halla bağlı məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların qeyd olunmuş pozuntusu qanuni və əsaslı hökmün ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət ver ərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyi nə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən Məhkum bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya m üdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir ( Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olun masında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymət ləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən cinayət hadisəsi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdir ilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedi kdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kas sasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-288/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.