Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2515/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Məhkum Muradxanova (Muradxanlı) Aygün Yunis qızının müdafiəçisi Müdafiəçi4, xüsusi ittihamçı X2 və onun vəkili Müdafiəçi1 iştirakları ilə, Muradxanova (Muradxanlı) Aygün Yunis qızına Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsinə və CM-in 148-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 m ay tarixli, 1(103)-853/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi4 və xüsusi ittihamçı Vahidə Əzizova tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 16 fevral tarixli, 1(009)-20/2024 nömrəli hökmü ilə (X10), 09 avqust 1973-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Muradxanova (Muradxanlı) Aygün Yunis qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmiş, Aygün Muradxanlıya vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edi lmiş, iş üzrə məhkəmə xərci- keçirilmiş məhkəmə-linqvistik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından ödənilməsi hökm edilmişdir. Həmin hökmdən narazı qalan xüsusi ittihamçı Vahidə Əzizova apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 2024-cü il 16 may tarixli, 1(103)-853/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum (Muradxanlıya) CM-in 147.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-in 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilmi şdir. İŞİN HALLARİ: ünvan 2 ünvanda yerləşən sahəsi 147 kv.m, faktiki 168 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi ittihamçı X1 Lalə Yusif qızının mülkiyyətindədir, eyni ünvanda yerləşən sahəsi 12,6 kv.m, faktiki 21.84 kv.m olan qeyri-yaşayış sahəsi oğlu X4, ünvan 2 ünvanda yerləşən sahəsi 111.9 kv.m faktiki 128.9 kv.m olan qeyri-yaşayış sahəsi isə onun özünün, yəni X2 mülkiyyətindədir. 2021-ci ilin may ayında "xxxx" MTK tərəfindən həmin ərazilərdə heç bir qanuni icazəsi olmadan yüksək mərtəbəli yaşayış binası inşa etmək adı ilə söküntü işləri aparmağa başlanılmışdır. Nümayəndəsi olduğu yuxarıda adlarını qeyd etdiyi övladları MTK-ya dəvət etməmiş, onunla isə razılığa gələ bilməmişlər. Belə ki, MTK ona qeyri yaşayış sahəsinin əvəzinə texniki mərtəbə təklif etmişdi. MTK-ın irəli sürdüyü şərtlər i haqsız və ədalətsiz hesab edərək mülkiyyətində olan sahələrdən çıxmamışlar. Bununla belə, onların etirazına məhəl qoyulmadan MTK-ın istifadəsində olan ağır texnikalarla yuxarıda qeyd etdiyi əmlakları dağıdılmış, hətta, mülkiyyətində olan sahədən külli miqdar dəyərində əmlaklar oğurlanmış, buna görə CM-in 177.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hətta MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarının müstəvisində davam etdiyi halda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırlanaraq, bu yolla ona təsir edilməyə başlanılmışdır. Belə ki, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir Muradxanova (Muradxanlı) Aygün Yunis qızının aparıcıs ı olduğu və MTK-ın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTKları niyə qorumur” adlı verilişdə o, jurnalist Muradxanova (Muradxanlı) Aygün Yunis qızı tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunmuşdur. Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində jurnalist Məhkum (Muradxanlı) tərəfindən videonun 15:54:56 saniyəsində “bomj” (red - əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, videonun 15:55:32 saniyəsində “reketlik edən”, videonun 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, videonun 16:04:52 saniyəsində “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir et miş və böhtan atmışdır. Məhkum (Muradxanlının) onun barəsində işlətdiyi “bomj” ifadəsi də rus mənşəli söz olub (бомж) Azəbaycan dilinə tərcümədə «əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs» mənasında işlədilir. “Anlaqsız” ifadəsi isə psixi xəstəlik kimi nəzərdə tutulmaqla öz hərəkətlərinin faktiki xarakterini dərk etməyən mənasında işlədilir. Jurnalist Muradxanova (Muradxanlı) Aygün Yunis qızı ilə əvvəllər və ya indi hər hansı münasibəti olmamış, yaxud ortaq tanışları olmamışdır. Belə olan halda, onun MTK-dan özünün və övladlarının xüsusi mülkiyyətində olan əmlakı tələb etdiyinə görə Məhkum (Muradxanlı) yalan olduğunu biləbilə, heç bir sübut olmadığı halda onu “bomj”, “anlaqsız” adlandırmaqla onu təhqir etmişdir. Qeyd edilən verlişə youtube kanalında 27 bəyənmə işarələnmiş, müxtəlif şəxslər t ərəfindən 520 baxış olmuşdur. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, XÜSUSİ İTTİHAMÇİNİN VƏ VƏKİLİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum (Muradxanlının) əməlində CM-in 147.2-ci maddəsinin tərkibinin yaranmamasına dair nəticəni onunla əsaslandırmışdır ki, bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu bilə-bilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl CM-in 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. O, hesab etmişdir ki, məhkəmə şəxs barəsində irəli sürülən ittihamın hər birinə ayrıayrılıqda diqqətli yanaşıb ədalətli qiymət versəydi, Məhkum (Muradxanlının) əməlində həmin maddələrinin heç birinin tərkibinin olmaması qənaətinə gələrdi. Şəxs həmin videoyayımın ümumiyyətlə yayımlanmamasını bildirmişdir. Bundan başqa, Məhkum (Muradxanlı) “Prime Tv” youtube internet televiziya kanalında işlədilən ifadələrin onun ifadələrinin olmaması, sakinlərin həmin qadın haqqında dedikləri rəylər olmasına istinad etməsini də bildirmişdir. Şəxsin aparıcısı olduğu verilişdə ifadə olunmuş sözlərə görə özü tərəfindən qeyd olunmayan fikirlərə görə məsuliyyətə cəlb olunması mümkün deyildir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-853/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün ləğv olunaraq Muradxanova (Muradxanlı) Aygün Yunis qızı barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı Vahidə Əzizova kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə onun arasında yaranmış onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan əmlaklarla bağlı mübahisəli münasibətlər zəminində həmin verilişdə Məhkum (Muradxanlı) "xxxx" MTK-ın mövqeyindən çıxış edərək onu MTK-dan əsassız olaraq və hədə-qorxu ilə külli miqdarda əmlak tələb edən şəxs kimi təqdim edib “dələduz” və “reket” adlandırmaqla onu ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Xüsusilə qeyd edilməlidir ki, onun dağıdılan əmlaklarının dəyəri külli miqdar təşkil edir və o, Məhkum ifadə etdiyi kimi reketlik və ya dələduzluq yolu ilə deyil, məhz qanunun yol verdiyi qaydada külli əmlaklarını və ya onların dəyərini tələb etmişdir. O, qeyd etmişdir ki, Aygün Muradxanlının (Məhkum) onun ünvanına istifadə etdiyi “reket” sözü rus mənşəli söz olub (рэкет) Azərbaycan dilinə tərcümədə “hədə-qorxu ilə tələb edən” şəxs mənasında işlədilir və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədəqorxunun törədilməsi CM-in 182.3.2-ci maddəsində birbaşa ağır cinayət əməli kimi müəyyən edilmişdir. Məhkum (M uradxanlının) onun ünvanına istifadə etdiyi “dələduz” ifadəsi isə, yəni külli miqdarda isə açıq-aydın şəkildə CM-in 178.3.2-ci maddəsində ağır cinayət əməli kimi nəzərdə tutulmuşdur. Beləliklə, işin hallarından göründüyü kimi Muradxanova (Muradxanlı) Aygün Yunis qızının əməllərində birmənalı olaraq CM-in 147.2-ci maddəsinin tərkibi olmuşdur, yəni o, xüsusi ittihamçını ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmışdır. Bundan başqa, hesab edir ki, apellyasiya məhkəməsi Muradxanova (Muradxanlı) Aygün Yunis qızının barəsində əməllərinə və şəxsiyyətinə uyğun olmayan kifayət qədər yüngül cəza təyin etmişdir. Belə ki, Muradxanova (Muradxanlı) Aygün Yunis qızı islah olunmaq əvəzinə kütləvi informasiya vasitələrində onun ünvanına, hətta məhkəmə iclas zallarında açıq-aşkar onun üzünə qarş ı təhqir və böhtanlar işlətməkdə davam edir. Bundan başqa, Muradxanova (Muradxanlı) Aygün Yunis qızına təyin olunan cəza onun islah olunmasına xidmət etmir. Ona təyin olunan cərimə cəzası böyük ehtimalla onun müdafiə etdiyi MTK tərəfindən ödəniləcək və nəticə etibarı ilə hökmün Muradxanova (Muradxanlı) Aygün Yunis qızına təsiredici və islah edici funksiyası olmayacaqdır. Bu baxımdan o, hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə onun islah olunmasına və cəzanın məqsdələrinə nail olmaq olar. Xüsusi ittihamçı kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(103)-853/2024 nömrəli hökmünün ləğv edilməsini və Muradxanova (Müradxanlı) Aygün Yunis qızının CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllər ini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi4 tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, xüsusi ittihamçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçı V.Əzizova və vəkili Müdafiəçi1 tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və məhkuma bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Xüsusi i ttihamçı kassasiya şikayətində məhkuma bəraət verilməsini və yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mən əvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərindən verilmiş kassasiya şikayətinin təmin olunması, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin, xüsusi ittihamçının v ə vəkilin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, xüsusi ittihamçı X9 Muradxanovaya (Muradxanlıya) qarşı CM-in 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə hər iki maddə ilə Məhkum (Muradxanlıya) bəraət vermişdir. Xüsusi ittihamçının apellyasiya şikayəti əs asında işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş, qəbul etdiyi hökmlə Məhkum (Muradxanlıya) CM-in 147.2-ci maddəsi ilə yenidən bəraət vermiş və onu CM-in 148-ci maddəsi ilə təqsirli bilərək məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmü həm ittiham, həm də müdafiə tərəfindən mübahisələndirilmişdir. Müdafiə tərəfinin əsas dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən və “Youtube” internet kanalında yayımlanması iddia olunun video material, ümumiyyətlə, yayımlanmamışdır, ikincisi isə Məhkum (Muradxanlı) jurnalist fəaliyyəti ilə məşgul olur və onun istifadə etdiyi məlumatlar və ifadələr özünə məxsus deyil, həmin ifadələri aldığı məlumatlar əsasında yayımlamışdır. Qeyd edilən materialın kütləvi şəkildə yayımlanmaması barədə müdafiə tərəfinin irəli sürdüyü dəlil hər hansı bir həqiqət yükü daşımır, hər hansı bir sübutla dəstəklənmır və sağlam məntiqə də uyğun gəlmir. Belə ki, işin hallarından da göründüyü kimi, xüsusi ittihamçı və məhkum öncədən birbirini şəxsən tanımır və ünsiyyətdə də olmamışlar. Belə olduğu halda xüsusi ittihamçı necə öyrənə bilərdi ki, məhkum onun əleyhinə belə bir reportaj hazırlamışdır?! Eyni zamanda, hətta xüsusi xidmət orqanlarının belə bacarmadığı bir üsulla həmin reportajın internet informasıya vasitələrindən və ya kompyüterdən kiper hücumla ələ keçirilməsi də mümkün və real görünmür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisələndirilən reportajın, həqiqətən də, kütləvi şəkildə yayımlanması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Müdafiə tərəfi nin ikinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə xüsusi ittihamçı X2 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur. Yəni, təqsirləndirilən şəxs Muradxanova (Muradxanlı) Aygün Yunis qızı “Youtube” ən böyük video paylaşım sistemlərində kütləvi paylaşımı zamanı xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Göründüyü kimi, ekspert rəyində xüsusi ittihamçını təhqir edən ifadələr kimi qeyd edilmiş ifadələr hansı bir fakt barədə məlumat vermək xarakteri daşımır, əsasən qiymətləndirmə xarakteri daşımaqla, bəhs olunan şəxsi xarakterizə edən məlumatlar kimi əks olunaraq əsasən süjetdə mənfi və müsbət “qəhrəman” obrazı yaratmaq məqsədi ilə istifadə edilmişdir. Ümumiyyətlə, süjetin məzmun və istiqaməti, jurnalistin informasiyanı ötürərkən istifadə etdiyi üsul və vasitələr, yuxarıda qeyd edilən və ekspert tərəfindən təhqir kimi qiymətləndirilən ifadələrin deyilmə tərzi, intonasiya və vurğunun işlədilməsi metodları həmin ifadələrdən istifadənin məqsəd və məramını konkretləşdirməklə, həmin ifadələrə informasiya xarakterli deyil, hər hansı bir şəxsi təhqir etmək, aşağılamaq niyyəti ilə müraciət edildiyini nümayiş etdirir. “Media haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-ci maddəsinə əsasən jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Həmin Qanunun 14-cü maddəsi “Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair t ələblər” adlanır. Həmin maddədə göstərilmişdir: 14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; Qeyd edilən Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləs i və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Göründüyü kimi, qüvvədə olan Qanunvericlikdə media ilə bağlı jurnalistlərə müəyyən məhdudiyyətlər və bu məhdudiyyətlərin pozulmasına görə müvafiq məsuliyyət müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri əsassızdır. Xüsusi ittihamçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum (Muradxanlıya) CM-in 147.2-ci maddəsi ilə bəraət verərkən istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı hökm çıxarmışlar və məhkəmə kollegiyası məhkəmələrin həmin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum (Muradxanlının) əməlində CM-in 148-ci maddəsində nəzə rdə tutulmuş təhqir cinayət əməlinin tərkibi olsa da, lakin CM-in 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayət əməlinin tərkibi yoxdur və onun əməli CM-in 148-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkuma CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik də rəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Muradxanova (Muradxanlı) Aygün Yunis qızının müdafiəçisi Müdafiəçi4 və xüsusi ittihamçı X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Muradxanova (Muradxanlı) Aygün Yunis qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli, 1(103)-853/2024 nömrəli hökmü məhkum Muradxanova (Muradxanlı) Aygün Yunis qızının müdafiəçisi Müdafiəçi4 və xüsusi ittihamçı X5 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2515/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2515/2024
18.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver