Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2516/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Məmmədov Araz Yəhya oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməs inin 24 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2025-ci il tarixli qərarı ilə isə onun törətdiyi əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Cəbrayılova Xatirə Sərdar qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən və məruzəçi), Ələkbərli Ro man Nəriman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) Məhkum, 9 iyul 1978-ci il tarixdə Şəmkir rayonunun İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun İrmaşlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum həmkəndlisi X7 qardaşının nəvəsi X20 ilə onun sevgi münasibətində olması ilə bağlı əvvəllər yaşanmış mübahis əyə heç bir aidiyyəti olmayan X7 həmin mübahisə ilə bağlı guya idarə etdiyi «VAZ2107» minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsini, eləcə də onu tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunu 16 iyul 2023-cü il tarixdə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 16 radələrində qabaqcadan yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən evinin mətbəx otağından istintaqla müəyyən edilməyən bıçağı götürüb X7 yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinə gedərək sonuncunu küçəyə çağırıb həyətin giriş qapısının qarşısında mübahisə edərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla qəsdən X7 qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirərək sonuncuya qarnın ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə, həmin yaranın törətdiyi kəskin qanaxma (3 litrədək) nəticəsində ölümünə səbəb olub X7 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 2 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə əsasında 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti, Məhkum müdafiəçisi X.S.Cəbrayılova isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı R.N.Alıkişiyev - qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini; - müdafiəçi X.S.Cəbrayılova - qərarın dəyişdirilərək Məhkum əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsinə və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiq i baxımından şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 mart 2011-ci il və 7 aprel 2021-ci il tarixli Qərarlarına, ’’Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 12 dekabr 2002-ci il, 23 mart 2004-cü il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş, birinci instansiya məhkəməsinin hökmü ilə isə onun həmin maddə ilə təqsirli bilindiyi ittihama, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlar a, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, bu aktlar üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri fərqli nəticələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin CM-in 120.2.2ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə yekun qərar qəbul edərkən ibtidai istintaq zamanı sonuncunun məhz xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsinin müvafiq protokollarla, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyləri ilə, maddi sübutlarla və digər sənədlərlə kifayət qədər sübuta yetirilməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum elan olunmuş ittihamın arxasınd a duran bu sübutlar əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar birbiri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da həmin məhkəmə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gələrək, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini əsaslandırmadan həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq Məhkum əməlinin hüquqi tövsifində səhvə yol vermişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, işin hallarına əsasən 16 iyul 2023-cü il tarixdə hadisənin baş verməsinə təşəbbüs təqsirləndirilən şəxs tərəfindən irə li sürülmüş, əvvəllər Məhkumlə zərər çəkmiş X7 arasında hər hansı düşmənçiliyin, ədavətin və ya dava-dalaşın olması, o cümlədən məhkumun ona qarşı edilmiş hər hansı qanunsuz hərəkət barəsində müvafiq qurumlara rəsmi qaydada şikayət etməsi öz təsdiqini tapmamış, müdafiə tərəfi qeyd edilən xüsusatlarla bağlı məhkəməyə mötəbər sübutları təqdim edə bilməmişdir. Dövlət ittihamçısı R.N.Alıkişiyevin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi özünün qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları öz mülahizəsinə uyğun qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində xuliqanlıq niyyəti ilə qəsdən ad am öldürmə cinayətinin olmaması qənaətinə gəlməklə və onun əməlini CM-in 120.1-ci maddəsinə tövsif etməkdə səhvə, yəni CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Qeyd olunan dəlillərə əsaslanaraq kassasiya protestinin müəllifi onun həmin protestinin təmin edilməsini xahiş edir. Müdafiəçi X.S.Cəbrayılova kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, CM-in və CPM-in bir sıra maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, xüsusən də Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinə, məhkəmələr tərəfindən qəbul edi lmiş yekun məhkəmə aktlarına və bu aktlara əsasən məhkəmələrin gəldikləri fərqli nəticələrə istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ifadələrinə və toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutlara düzgün hüquqi qiymət verməyərək hadisə zamanı sonuncunun X7 öldürmək niyyətində olmamasını nəzərə almamış, bu hal isə məhkumun ifadələri ilə yanaşı zərər çəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı və lokalizasiyası barədə məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq edilir. Halbuki, Məhkum X7 xəsarətləri sonuncunun ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə qisas almaq məqsədilə yetirmiş, lakin bu zaman onu öldürmək niyyəti izləməmiş, belə niyyətə nail olmaq üçün də heç bir hərəkət etməmişdir, baxmayaraq ki, belə hərəkə tlər etmək üçün onun kifayət qədər imkanı və vaxtı olmuşdur. Kassasiya şikayəti müəllifinin fikrincə, araşdırılmış sübutlarla təsdiq olunan bütün bu hallar faktiki olaraq CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Məhkum həmin əməlinin CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilməməsinə dəlalət edir. Odur ki, müdafiəçi X.S.Cəbrayılova kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Məhkum dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinə yazılı etiraz verərək həmin protestin təmin edilməməsini, Ali Məhkəməyə ünvanlanmış digər ərizəsində isə kassasiya şikayətinin dəlilləri ilə razılaşdığını bildirərək həmin şikayətin təmin olunmasını xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkə mə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etməkdən imtina etmiş, onun müdafiəçisi X.S.Cəbrayılova və zərər çəkmiş şəxsin hüquqi varisi X6 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi X.S.Cəbrayılovanın və zərər çəkmiş şəxsin hüquqi varisi X6nın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkib inə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin və müdafiəçi X.S.Cəbrayılovanın kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, hər iki müraciət müəllifi bu müraciətlərində işin faktiki hallarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini və nəticədə Məhkum əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək bunlarla bağlı dövlət ittihamçısı mübahisələndirdiyi 2 may 2025-ci il t arixli qərarın ləğv edilməli, müdafiəçi isə - həmin qərarın dəyişdirilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini və müdafiəçi X.S.Cəbrayılovanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhk um barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasınd a yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə m inmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxs lərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya K onvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izahlara və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında madd i hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında isə - qismən, lakin hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlarla (həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırkı qərarda təkrarən eyni şəkildə təsvirinə ehtiyac görmür) müəyyən edilmiş işin faktiki hallarına müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası ibtidai ara şdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama müraciət edərək vurğulamağı lazım bilir ki, həmin ittihama görə, Məhkum 16 iyul 2023-cü il tarixcdə saat 16 radələrində yaşadığı Şəmkir rayonunun İrmaşlı kənd yolunda həmkəndlisi X7 idarə etdiyi «VAZ-2107» minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsini, eləcə də onu tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan onu öldürmək qərarına gəlmiş, qabaqcadan yaşadığı evin mətbəx otağından istintaqla müəyyən edilməyən bıçağı götürüb X7 yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinə gedərək onu küçəyə çağırıb küçə giriş qapısının qarşısında onunla mübahisə etmiş, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla qəsdən X7 qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirərək ona qarnın ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən, kəskin qanaxmaya (3 litrədək) və onun ölümünə səbəb olmuş, insan həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə X7 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Bu ittihamın məzmunundan göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum ona istina d olunan əməli törətməsinin səbəbi kimi X7 Şəmkir rayonunun İsrmaşlı kənd yolunda idarə etdiyi «VAZ-2107» minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsini, eləcə də onu tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsini qeyd etmiş, bu hallar barədə Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrini əsas sübutlardan biri kimi qiymətləndirərək qəbul etmiş, yəni, kassasiya protestində göstərildiyi kimi, Məhkumla X7 arasında əvvəllər heç bir münaqişə olmasa da, hadisənin baş verdiyi 16 iyul 2023-cü il tarixdə bu münaqişəli vəziyyətin yaranmasının və məhkumun şüurunda zərər çəkmişi öldürmək məqsədinin formalaşmasının əsası kimi Məhkum deyil, X7 bundan əvvəl, o cümlədən həmin tarixdə Məhkum qarşı qeyri-qanuni hərəkətlər etməsini göstərmişdir. Məhkə mə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanının Məhkum qarşı irəli sürülmüş ittihama əsasən gəldiyi nəticəyə görə də, sonuncunun X7 qəsdən öldürməsi, yəni həyatdan məhrum etməsi heç də səbəbsiz olmamış, bu səbəbin yaranmasına əsas kimi məhz X7 Məhkum qarşı etdiyi hərəkətlər çıxış etmişdir. Göstərilən hallar isə Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri ilə təsdiq olunmuşdur. Belə ki, cinayət işinə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən Məhkum özünü ona CM-in 120.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, mərhum X7 qohumları üç ildir ki onunla ədavət aparmış, buna görə o, dəfələrlə “102” Xidmətinə müraciətlər etmiş, müraciətləri qeydiyyata alınıb Zəyəm Rolis Bölməsinə göndərilmiş, laki n onun müraciətlərinə baxılmamışdır. X7nin qardaşı nəvəsi X20nin tərbiyəsi normal olmamış, sonuncunun əri Məsim Tanırverdiyev isə onun dostu olmuş və onlar şərikli qarpız satmışlar. X7gil qardaşı nəvəsi X20 ilə onun arasında münasibət olması barədə əsassız söz-söhbətlər yaymış, lakin bu söhbətlər həqiqətə uyğun olmamışdır. X20nin başqa şəxslərlə münasibəti olmuş, bu fakt da sübuta yetirilmişdir. Həmin söz-söhbətə görə X20nin qardaşı X13 qonşusu Xin yas məclisində olarkən qəflətən qarşısına çıxaraq bıçaqla onun üz nahiyəsinə xəsarət yetirmiş və həmin gün axşam X7 onun evinə gələrək X13dən şikayət edəcəyi halda uşaqları ilə birlikdə evini yandırmaqla hədələmiş, bu səbəbdən də o, şikayət etməmiş, məcbur olub barışıq ərizəsi icraatına xitam verilmişdir. Bununla belə, X7 onunla kənddə rastlaşar kən bir neçə dəfə idarə etdiyi avtomaşını qəsdən onun üzərinə sürmüşdür. Sonuncu dəfə o, yaşadığı evin məhəlləsində işləyərkən siqareti qurtardığından siqaret almaq üçün mağazaya gedərkən X7 onu görüb yenə də idarə etdiyi avtomaşını onun üzərinə sürmüş, bu vaxt o, zərbədən yayınmaq üçün özünü kənara atmış, X7 isə “ə, şakal, səni öldürəcəm” deyib getmişdir. O, oradan X7nin hərəkətləri və hədə-qorxusu barədə məlumat vermək və bu hərəkətlərə son qoyulmasını xahiş etmək məqsədilə X7nin böyük qardaşı Xin evinə getmiş, lakin həmin vaxt sonuncu evdə olmadığından onunla söhbət edə bilməmişdir. Buna görə, o, yaşadığı evə qayıdarkən X7un yaşadığı evin yanından keçəndə elə sonuncunun özünü çağırıb “bəsdirin məni vurdunuz, atamı xəstələndirib öldürdünüz, anamı döydünüz” deyib onlardan nə istədiyini so ruşaraq söz-söhbətə son qoymasını istəmişdir. Bu məqsədlə o, X7ni səsləyib küçəyə çağırmış və sonuncu qapıya gələn kimi əlini cibinə atmış və cibindən kirli bir bıçaq çıxarıb onu təhqir edərək üzərinə gəldikdə, o, da həmin vaxt həyətində təsərrüfat işləri görərkən istifadə etdiyi və üzərində olan mətbəx bıçağını çıxarıb özünü müdafiə etmək məqsədilə X7 üzərinə gəlməməsini tələb etmişdir. Lakin X7 onun üzərinə gəlməkdə davam etmiş, o, da sonuncunu öldürmək yox, qorxutmaq üçün onun bədəninin aşağı nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. Bundan sonra o, X7 qolundan tutub darvazalarından 5-6 metr içəri aparmış, sonra isə hadisə yerini tərk etmişdir. Məhkum həmin ifadələrində həmçinin qeyd etmişdir ki, hadisə zamanı onların yanlarında heç kəs olmamış, o, X7 öldürmək niyyətində olmayaraq belə ni yyətə çatmaqdan ötrü heç bir hərəkət etməmiş, sonuncu ilə qohumluq əlaqəsi olmamış, onunla və onun qohumları ilə münaqişəli vəziyyətin yaranmasına səbəb isə X7nin qardaşı nəvəsi, eyni zamanda onun dostu Xin arvadı X20nin başqa şəxslərlə münasibətləri olmasına baxmayaraq bu münasibətin onunla da olması barədə əsassız söz-söhbətlərin yayılması olmuş, hətta bu şailərə görə o, X20 qardaşı X13 tərəfindən zorakılığa məruz qalmışdır. Bu faktla bağlı o, polis orqanında araşdırma aparılarkən X7 tələbi ilə X20la barışıq əldə etməsi ərizə yazsa da və bu ərizəyə əsasən cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsə də, X7 ona qarşı qərəzli münasibət göstərməkdə davam etmiş, dəfələrlə, o cümlədən hadisənin baş verdiyi 16 iyul 2023-cü il tarixdə bu münasibət zəminində onun üzərinə id arə etdiyi avtomaşını sürmüş, onu hər görəndə nalayiq ifadələrlə təhqir etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum bu ifadələri ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyətlərin olması müəyyən edildiyindən, apellyasiya instansiyası məhkəməsi kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadələrini də tədqiq etmiş, həmin ifadələrində isə Məhkum özünü ona qarşı CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə saat 16 radələrində o, kəndin yolu ilə siqaret almaq üçün mağazaya gedərkən X7 idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən avtomobili onun üzərinə sürmüş, o da özü nü avtomobilin qabağından kənara atmış, X7 isə avtomobili saxlayıb “ə şakal sənə deməmişəm ki, qabağıma çıxma, onsuz da səni yaşamağa qoymayacam” deyə onun üstünə qışqıraraq təhqir etməyə başlamışdır. O, da X7 bu sözlərindən hiddətlənərək sonuncuya “sənə göstərəcəyəm, şakal kimdi” deyib onu öldürmək qərarına gəlmiş, sonuncu çıxıb getdikdən sonra isə əsəbi şəkildə yaşadığı evinə gedərək gizlincə mətbəxdən bıçaq götürüb ilk növbədə Xnin hərəkətləri barədə məlumat vermək və ona qarşı sonuncu tərəfindən edilən hərəkətlərə son qoyulmasını xahiş etmək məqsədilə onun böyük qardaşı Xin evinə getmiş, lakin X evdə olmadığına görə X7nin yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək onu darvazadan küçəyə çağırmışdır. Bu zaman X7 darvazanı açıb onu nalayiq ifadələrlə təhqir etmiş, o, isə X7ə “artıq əlindən cana doymuşam, bəsdir” deyib sağ əli ilə şalvarının sağ cibindən mətbəx bıçağını çıxarıb bir dəfə X7nin qarın nahiyəsinə zərbə endirmişdir. Daha sonra o, hadisə yerinə polislərin gəldiyini görüb kəndin içərisi ilə, ardınca isə “Dərə Yolu” adlanan yolla Şiştəpə kəndinə getmişdir. O, X7ni vurduğu bıçağı “Dərə Yolu” adlanan yerdə yolun xatırlamadığı hissəsinə tullamış Sarıtəpə kəndinin başında “Bağlıq” deyilən əraziyə gedib gecəni orada keçirmiş, 17 iyul 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan bibisi Reyhanın evinə getmiş, sonuncu da polis əməkdaşlarına məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək onu Şəmkir rayon Polis Şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkum bu ifadələrinin təhlili göstərir ki, onu n Bağırovlar ailəsinin üzvləri, o cümlədən X7 arasında yaranmış münaqişəli vəziyyətin səbəbi sonuncunun qardaşı qızı, eyni zamanda özünün dostu Xin arvadı X20 başqa kişilərlə münasibəti olmasının onun tərəfindən ifşa edilməsi, lakin X20nin belə münasibətlərin guya onunla olması barədə əsassız söz-söhbətlərin kənddə yayılması, bu zəmində X20nin qardaşı tərəfindən üz nahiyyəsindən bıçaqlanması, X7 tələbi ilə onu bu əməlinə bağışladığına görə cinayət işinin icraatına xitam verilsə də, X7 ondan əl çəkməyərək həm hadisə baş verən 16 iyul 2023-cü il tarixdə, həm də əvvəllər idarə etdiyi avtomaşını onu üzərinə sürməsi və onun təhqir etməsi olmuşdur ki, buna görə o, sonuncudan ona qarşı etdiyi hərəkətlərə və təhqirə görə qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmiş, 16 iyul 2023-cü il tarixd ə isə onu yuxarıda təsvir edilən şəraitdə öldürmüşdür. Göründüyü kimi, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında 16 iyul 2023-cü il tarixdə törətdiyi əməlinin səbəbini və motivini eyni cür, yəni X7 ona qarşı qanunsuz hərəkətlər etməsi və onu təhqir etməsi ilə izah etmiş və yuxarıda qeyd olunduğu kimi, ibtidai araşdırma orqanı ilə yanaşı, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri də Məhkum qəsdən adam öldürmə cinayətini məhz onun göstərdiyi səbəblərdən törətməsi barədə eyni nəticəyə gəlsələr də, istintaq orqanı və birinci instansiya məhkəməsi (eyni ilə kassasiya protestinin müəllifi) apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Məhkum bu səbəbləri bəhanə etməsi kimi qiymətləndirərək onun təqsiləndirildiyi əməli xuliqanlıq niyyəti ilə, apel lyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin əməli şəxsi münasibətlər zəminində münaqişəli vəziyyətin məhz X7 ona qarşı etdiyi hərəkətlər nəticəsində yaranmasına və davam etməsinə görə törətməsi barədə qənaətə gəlmişlər. Burada məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələr üzərində qurularaq ona qarşı irəli sürülmüş ittihamda göstərilməsə də, birinci instansiya məhkəməsi həmin ittihamdan kənara çıxaraq, yəni CPM-in 318.1-ci maddəsinin tələblərinin, habelə məhkum olunmuş şəxsin müdafiə hüququnun pozulmasına yol verərək, habelə Məhkum ona istinad olunan əməli törətməsinin hallarını başqa cür təsvir edərək bu ittihama həmçinin “X7 qardaşının nəvəsi X20 ilə onun sevgi münasibətində olması ilə bağlı əvvəllər yaşanmış mübahisəyə heç bir aidiyyəti olmayan X7 həmin mübahisə ilə bağlı guya” sözlərini əlavə etmişdir. Halbuki, CPM-in 318.1-ci maddəsinin birinci cümləsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bundan başqa, həmin məhkəmə iş üzrə çıxardığı 24 sentyabr 2024-cü il tarixli hökmündə Məhkumlə mərhum X7 arasında hadisədən əvvəl narazılıq və ədavətin olubolmamasına qiymət verərkən iş üzrə dindirilmiş şahidlərin və zərər çəkmiş şəxsin hüquqi varisi X1 ifadələrinə istinad edərək mərhum X7 hadisədən əvvəl bir neçə dəfə idarə etdiyi avtomobili Məhkum üzərinə sürməməsi və onu təhqir etməməsi, yəni ittihamda göstərilən belə halların olmaması qənaətinə gəlsə də, bu haqda müddəaları sonuncuya qarşı irəli sürülmüş ittihamdan xaric edilməsini mümkün bilməmiş, apellyasiya intansiyası məhkəməsi isə göstərilən şəxslərin ifadələrini də tədqiq və təhlil edib onlara digər sübutlarla müqayisəli şəkildə qiymət verərək elə ittihamda göstərilən halların baş verməsi, eyni zamanda Məhkumlə X7 arasında münaqişəli vəziyyətin olması barədə əsaslı qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qənaəti isə məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı, qanuna müvafiq qaydada xəbərdar edilərək dindindirilmiş sonuncunun arvadı X10, onun anası X2 ifadələrinə və iş üzrə toplanmış və araşdırılmış digər sübutlara əsaslanır ki, bu sübutlarla da Məhkum heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyətilə X7u öldürməsi abrədə ibtidai araşdı rma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə təkzib edilir. Belə ki, iş materiallarına əlavə edilərək məhkəmə iclaslarında da tədqiq edilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru ilə razılaşdırılmış “məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə” Şəmkir rayon Polis Şöbəsinin Tədqiqat bölməsinin təhqiqatçısı M.Şahmuradovun 4 fevral 2023-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası DİN-nin “102” Xidmətinə zəng edərək X13 (zərər çəkmiş X7un qardaşı nəvəsi) tərəfindən bıçaqlanmasını bildirməsi əsasında CM-in 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraata Məhkum hadisəni törətmiş X13 ilə barışması səbəbindən xitam verilmişdir. Həmin qərara görə, göstərilən hadisə baş verərkən X7 da hadisə yerində olmuş və buna görə də qeyd olunan faktla bağlı araşdırma aparılarkən şahid qismində dindirilmişdir. Qeyd edilən qərarla və işin faktiki halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə cinayət hadisəsindən əvvəl Məhkum həmkəndlisi X20 ilə guya sevgi münasibətində olması ilə bağlı Məhkumla X20nin qohumları (o cümlədən mərhum X7) arasında narazılıqlar və ədavət yaranmış, sonra bu münasibətlər daha da gərginləşmiş və X20nin qardaşı X13 kənddəki hüzr mərasimində qisas almaq məqsədilə Məhkum bıçaqla zərbə vuraraq ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin istintaq orqanının verdiyi əməliyyat tapşırığına 14 oktyabr 2023-cü il tarixli cavab məktubunda da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum məhz qisas alma q məqsədilə X11 qəsdən öldürməsi qeyd edilmişdir. Göründüyü kimi, təhqiqat orqanının təhlil edilən sadləşdirilmiş icraat üzrə gəldiyi və əməliyyat orqanının iş üzrə apardığı əməliyyat-axtarış tədbirlərinin nəticələri digər sübutlarla birgə apellyasiya instansiyası məhkəməsinə belə düzgün nəticəyə gəlməyə əsas vermişdir ki, Məhkumlə X7 arasında hadisədən əvvəl qərəzli və münaqişəli vəziyyət olmuş və məhz bu səbəbdən, habelə məhkum olunmuş şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən səbəblərdən Məhkum X7u qəsdən həyatdan məhrum etmiş, bundan bilavasitə əvvəl isə Məhkum də istintaq zamanı və məhkəmələr tərəfindən müəyyən olunmamış şəraitdə müxtəlif bədən xəsarətləri alması onun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmişdir. Belə ki, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi eksp ertizasının 20 iyul 2023-cü il tarixli, 820 nömrəli rəyindən görünür ki, Məhkum bədən səthində törənmə müddətləri hadisə gününə, yəni 16 iyul 2023-cü il tarixə uyğun gələn - başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sol yarısının sıyrıqları, sağ gözün üst qapağının və sol kürəkaltı nahiyənin qançırları, sağ bazunun aşağı üçdə birinin və sol əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əznikləri kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyaların təsirindən törənmişlər, ağırlıq dərəcəsinə görə sağ bazunun aşağı üçdə birinin və sol əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzinikləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, başın tüklü his səsində təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sol yarısının sıyrıqları, sağ gözün üst qapağının və sol kürəkaltı nahiyənin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib kassasiya protestinin dəlillərinə cavab olaraq belə nəticəyə gəlir ki, Məhkum zərər çəkmiş şəxs X7 xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində, sonuncunun ona qarşı etdiyi qeyri-qanuni hərəkətləri və təhqirə görə ondan qisas almaq məqsədilə qəsdən öldürmüş, bu haqda sübutları tədqiq edib onlara qanuna müvafiq qiymət vermiş apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları və məhkum olunmuş şəxsin törətdiyi əməlin CM-in 120.1ci maddəsi ilə tövsif edilməsi haqda qənaəti ilə razı laşır və buna görə həmin protestin dəlillərini qəbul edilməz sayaraq bu müraciətin təmin edilməsini mümkün bilmir. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum törətdiyi əməlin CM-in 120.1-ci maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı onun müdafiəçisi X.S.Cəbrayılovanın kassasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər Məhkum özünün ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, həmçinin sonuncunun anası X2nin və arvadı X10nun ifadələri ilə təkzib olunur. Belə ki, ibtidai araşdırmanın müxtəlif mərhələlərində müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum özünü ona qarşı CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək 16 iyul 2023- cü il tarixdə saat 16 radələrində X7 sonuncunun ona qarşı etdiyi hərəkətlərə və təhqirə görə öldürmək qərarına gəldiyini və bu niyyətini başa çatdırmaq üçün yaşadığı evinin mətbəx otağından gizlincə bıçağı götürüb ilk əvvəl sonuncunun böyük qardaşı Xin evinə getdiyini, lakin sonuncunun evdə olmadığını görüb X7 yaşadığı evinə gedərək sonuncunu küçəyə çağırıb üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla bir dəfə X7 qarın nahiyəsindən zərbə vurduğunu, daha sonra kəndin içərisi ilə, ardınca isə “Dərə Yolu” adlanan yolla Şiştəpə kəndinə getdiyini göstərmişdir. İş materiallarından göründüyü kimi Məhkum bu ifadələrini həmçinin 19 iyul 2023-cü il tarixdə ifadələrin yerində yoxlanılması zamanı da təsdiq etmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Məhkum anası X2 ibtidai araşdır ma zamanı göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə o, gəlini X14 oğlu İdrisin sərxoş halda evdən getdiyini bildirmiş və sonuncunun nəsə törədəcəyindən qorxduğu üçün ondan evə gəlməsini xahiş etdiyini göstərmişdir. Şahid X10 (Məhkum arvadı) da ibtidai araşdırma zamanı X2nin verdiyi ifadələri təsdiq edərək göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən əri Məhkum pivə alaraq evdə içdikdən sonra harasa getmiş, həmin vaxtı da oğlu İbrahimin Məhkum evdən çıxarkən arxa cibinə bıçağa oxşar əşya qoymasını gördüyünü bildirmişdir. Bu ifadələrin digər sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 1 avqust 2023-cü il tarixli 34 nömrəli rəyi ilə birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Məhkum zərər çəkmiş şəxs X7 həyat üçün vacib olan qarın nahiyəsindən bir ədəd bıçaq zərbəsi vurarkən onu məhz qəsdən öldürmək məqsədi izləmiş və sonuncu sonradan onun daxili orqanlarının zədələnməsi və bununla da ona sağlamlığa ağır zərər vuran xəsarətlərin alması nəticəsində xəstəxanada vəfat etsə də, məhkumun əvvəlcədən formalaşmış niyyəti və törətdiyi əməlin halları və nəticəsi onun əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün heç də əsas vermir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum yuxarıda təsvir edilmiş şəraitdə və səbəblərdən X7 qəsdən öldürməsi, yəni onu qəsdən həyatdan məhrum etməsi əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir, həmin əməlin başqa cür tövsif edilməsi üçün əsaslar görmür və buna görə kassasiya protestinin dəlilləri ilə yanaşı, kassasiya şikayətinin dəlillərini də qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir və eyni zamanda göstərilən məhkəmənin CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməməsini qeyd edərək vurğulamağı lazım bilir ki, təhlil edilən məsələ ilə bağlı həmin məhkəmənin gəldiyi nəticə iş üzrə toplanmış və araşdırılmış sübutlara uyğun olmaqla yanaşı, Ali Məhkəmənin Plenumunun aşağıdakı Qərarında əksini tapmış izah və təövsiyələrlə də tam uzlaşır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qrarının (Plenumun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) 2-4-cü bəndlərində məhkəməl ərə izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminin də yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 6-cı bəndinə görə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərər çəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərər çəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olm asını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təh lükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 120.2.2-ci maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, bu izahların yekun mənası ondan ibarətdir ki, qəsdən adam öldürmənin motivini xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırkı cinayət işi üzrə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrindən, habelə digər sübutlardan görünür ki, Məhkum zərər çəkmiş şəxs X7 ölümcül xəsa rətlər yetirərək onu qəsdən həyatdan məhrum etməsi əməlini onların aralarında olan münaqişəli vəziyyət, yəni şəxsi münasibətlər zəminində törətmiş, bu hal isə toplanmış və araşdırılmış sübutlarla təsdiq edilir. Həm kassasiya protestinin, həm də kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, iş üzrə qəbul etdiyi yekun qərarla müvafiq nəticələrə gələrkən apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı tələblərinə də əməl etmiş və eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə öz Qərarlarında verdiyi şərhləri və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almışlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mə tndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümum ilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit e dilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qald ırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləs inin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiy a Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən hə min cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlər indən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əm əl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Kon stitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrin ə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, hə m də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu prinsip nəzərdə tulumuş Konstitusiyanın 63cü maddəsinin və CPM-in 21-ci maddəsinin tələbləri və mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-i n bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-in 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin ikinci cümləsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif e tmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə hüquqdan istifadə edərək müvafiq nəticəyə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2025-ci il tarixli qərarından göründüyü kimi, məhkəmə Məhkum əməlini CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edərkən işin faktiki hallarından və bu halların arxasında duran sübutlardan çıxış edərək təqsirsizlik prinsipi nəzərdə tutulmuş qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinə əməl etmiş və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini də nəzərə almışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəm ə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi əmələ münasibətdə maddi hüquq normasının tətbiqi və onun faktiki törətdiyi əmələ görə təqsirlilik məsələsini həll edərkən prosessual qanunun bu normasının tələblərinə də əməl etmiş və məhkəmənin iş üzrə qəbul etdiyi yekun qərarla müəyyən edilmiş hallar toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmiş, həmin həmin məhkəmə aktı isə heç də mülahizələrə əsaslanmamışdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilm əyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və q iymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran h allar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təs diqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəala r (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu h allara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsi dir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006- cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və əda lət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələ binə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İş materiallarının təhlili göstərir ki, işin faktiki hallarını müəyyən edərkən, kassasiya müraciətlərində irəli sürülmüş iddiaların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhk əmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar apellyasiya instansiyası məhkəməsinin 2 may 2025-ci il tarixli qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və məhkəmə bu yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkum olunmuş şəxs Məhkum və apellyasiya icraatı zamanı da dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X6nın ifadələrinin alınması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş, məhkəmənin öz qərarında istinad etdiyi digər sübutların da toplanması və araşdırılması zamanı CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməsi müəyyən edilməmiş, yəni apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı n əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən 2 may 2025-ci il tarixli qərarında istinad olunan və CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bütün təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası həm dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin, həm də müdafiəçi X.S.Cəbrayılovanın kassasiya şikayəti nin dəlillərini qəbul edilməz sayaraq həmin müraciətlərin təmin edilməsi, Məhkum əməlinin isə başqa cür qiymətləndirilərək CM-in digər maddələri ilə tövsif edilməsi və belə əsaslar olmadan kassasiya qaydasında mübahisələndirilən 2 may 2025-ci il tarixli qərarın ləğv edilməsi, yaxud da dəyişdirilməsi üçün əsaslar görmür. Kassasiya protestində və kassasiya şikayətində onların müəllifləri Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngüllüyünü və ya ağırlığını mübahisələndirməsələr də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələ üzrə yekun nəticəyə gələrkən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlili k dərəcəsi ilə yanaşı, CM-in 8, 41, 58, 59 və 60-cı maddələrinin tələblərinə əməl edərək, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halı – CM-in 59.1.4-cü maddəsinin tələbinə uyğun olaraq onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Təsvir edilənlərə əsaslanaraq kassasiya protestinin və kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin olunması haqda Məhkum müdafiəçisi A.Y.Məmmədovun, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2025-ci il tarixli qərarı isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protesti və müdafiəçi X.S.Cəbrayılovanın kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2516/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2516/2025
16.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver