Məhkəmə qərarları › İş №1(102)-2517/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2517/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2517/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1(103)-707/2025 nömrəli qərardan məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim V.R.Qurbanov) 30 yanvar 2025ci il tarixli, 1(008)-117/2025 nömrəli hökmü ilə, xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2024-cü ildən hesablanmışdır. Hökmdən təqsirləndir ilən şəxs Məhkum apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 2025-ci il 19 mart tarixli, 1(103)-707/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda - təmiz çəkisi 0,962 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 22 oktyabr 2024-cü il tarixdə saat 15:10 radələrində özünü şübhəli apardığı üçün B akı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfəq küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən xeyli miqdarda - bir bükümdə təmiz çəkisi 0,962 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, heç bir istintaq sənədi və şahid ifadəsi ilə onun satış məqsədilə narkotik vasitə əldə etməyi sübuta yetirilməmişdir. Eyni zamanda narkotik vasitənin qanunsuz sat ışı üçün lazım olan avadanlıq və ya şərti alıcı aşkar edilməmişdir. Bundan başqa, ibtidai istintaqda və məhkəmədə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməyi tam sübuta yetirilmiş, lakin əməlin tövsifində səhvə yol verilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1(103)-707/2025 nömrəli qərarının dəyişdirilməsini və onun əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tə tbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyası nın 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. H ər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, məhkum satış məqsədinin olmadığını və əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırkı cinayət işi üzrə geniş şəkildə araşdırma apararaq Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmişdir. Narkotik vasitənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmələrin istinad etdiyi sübutlar düzgün qiymətləndirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il № 8 nömrəli Qərarının 9-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq mə qsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, narkotik vasitənin Məhkum tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Məhkum tərəfindən narkotik vasitə satmaq məqsədini asanlaşdırmaq üçün çəkilib xırda bağlamalara bükülməmiş, hər hansı bir istehlakçı ilə narkotik vasitənin satışı ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Məhkum narkotik vasitə ilə bağlı heç bir avadanlıq aşkar edilməmiş və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübut mövcud deyil. Məhkəmələrin istinad etdiyi və satış məqsədinin olmasında məhkəmələrdə daxili inamı formalaşdıran yeganə sübut Məhkum göndərilən mesajlardır. Həmin mesajlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mesajlardan ibarət sübut istintaq orqanı tərəfindən əldə edilmiş və ittiham tərəfinin sübutu kimi təqdim edilmişdir. Lakin heç bir əsaslandırma aparılmadan mesajların göndərildiyi telefon nömrələri istintaq orqanına məlum olmasına baxmayaraq, istintaq orqanı həmin mesajları göndərən şəxslərdən cinayə t işinin materiallarına əlavə edilməsi məqsədi ilə ifadə almamış, həmin şəxsləri məhkumla üzləşdirməmiş, bununla da özlərinin əldə etdikləri sübutu şübhə altına almışlar. Bundan əlavə, həmin mesajların mətlərinə nəzər saldıqda da, həmin mesajlar əsasında satış məqsədini müəyyən etmək mümkün görünmür. Bu səbəblərdən məhkəmə kollegiyası məhkuma göndərilmiş və heç bir cavab verilməmiş mesajları satış məqsədini birmənalı şəkildə təsdiq edən sübut kimi qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun cinayət əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, bu zaman törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, onun cəzanı yüngülləşdirən halın olmaması və cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və məhkuma CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəza həddi müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbayca n Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2025-ci il 30 yanvar tarixli, 1(008)117/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1(103)-707/2025 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum e tmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar