Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2522/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilmə sində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2024-cü il tarixli, 1(104)-189/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1963-cü ildə Şəmkir rayonu, Sarətəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonunun Sarıtəpə kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 11 yanvar 2024-cü il tarixli, 1(100)-9/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübһəli şəxs qismində tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti məsələsi və maddi sübutların taleyi də həll edilmişdir.
3. Həmin hökmdən məhkumlar X6, Təqsirləndirilən şəxs və Məhkum, məhkum T əqsirləndirilən şəxs müdafiəçisi X7 tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X11 və X10 ibarət məhkəmə tərkibində) 12 avqust 2024-cü il tarixli, 1(104)189/2024 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, X4, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(100)-9/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2024-cü il tarixli, 1(104)-189/2024 nö mrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsas ən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2024-cü il tarixli, 1(104)-189/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2024-cü il tarixli, 1(104)-189/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.