Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2525/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Adıgözəlova Vəfa Tohid qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafi əçisi Cumayev Binyamin Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 12 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, “Ballı Market” mağazaları şəbəkəsinə daxil olan Yeni Suraxanı qəsəbəsində yerləşən mağ azanın parfümeriya şöbəsində 2019-cu ildə satıcı kimi işə qəbul olunmuş arvadı Şahid3 üç ay işlədikdən sonra onu mağazaya məxsus malların satışından əldə edilmiş 1000 manat məbləğində pulu xəzinəyə mədaxil etmədən mənimsəməkdə “Ballı Market” mağazalar şəbəkəsinin müdiri Zərərçəkmiş şəxs tərəfindən günahlandırılaraq işdən əsassız olaraq azad edildiyinə görə və sonuncunun mağazada işləyən Şahid3 onunla intim münasibətdə olmasını təklif etməsini ehtimal edərək, həmin səbəblərdən Zərərçəkmiş şəxs külli miqdarda əmlakını, yəni 60.000 manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah tətbiq edilməklə quldurluq, qisas niyyəti ilə və külli miqdarda əmlakını quldurluqla ə laqədar ələ keçirib onun qəsdən öldürülməsi qərarına gələrək, Məhkum həmin cinayətlərin törədilməsi məqsədilə əvvəlcədən düşündüyü plana uyğun olaraq hazırlığa başlayıb, ilkin olaraq təxminən 19-20 yanvar 2023-cü il tarixlərində Xəzər rayonu, Buzovna qəsəbəsində Şahid7 məxsus həyət evini hər ayı 600 manat olmaqla 200 manat beh verməklə kirayə götürmüş, daha sonra 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi 31 saylı evdən vəfat etmiş atası Məhkum olmuş təklülə 16 kalibrli ov tüfəngini və 7 ədəd dolu patronları götürərək kirayə tutduğu evə aparıb, orada dəmir kəsən mişar vasitəsilə konstruktiv dəyişikliklərə məruz qoyaraq tüfəngin lüləsini və qundağını kəsib, qundağını dəstək formasına uyğunlaşdıraraq əl çantasında nəzərə çarpmadan asan daşınması üçün kiçik ölçüyə salmaqla kustar üsulla atəş açmaq üçün yararlı və saz vəziyyətdə olan qanunsuz olaraq odlu silah (obrez) hazırlamış, həmçinin patronların içərisinə zədələyici gücünü artırmaq üçün mismar qırıqları əlavə etmiş, bundan başqa atasına məxsus sənədlərin içərisindən başqa şəxsə, tanımadığı X7 aid bir ədəd şəxsiyyət vəsiqəsi olduğunu görərək, Zərərçəkmiş şəxs qarşı edəcəyi һər hansı hərəkətindən sonra izi itirmək üçün həmin şəxsiyyət vəsiqəsini də hadisə yerində atmaq məqsədi ilə özü ilə götürərək kirayələdiyi evə aparmış, bundan sonra o, planlaşdırdığı cinayətin törədilməsi zamanı lazım ola biləcək digər ləvazimatları əldə etmək məqsədi ilə Bakı şəhərində olan “8-ci km” bazarına gedərək, ordan 35 manata bir ədəd qara rəngli kürək çantası, 1 ədəd 4 manata qara rəngli papaq (çeçenka), təsərrüfat malları mağazasından 10 ədəd, hər biri 20 qəpik olmaqla qara rəngli plastmas sıxıcılar (zajim) və bir ədəd, 3 manata olmaqla metal rəngli yapışqan lent (skoç) alaraq həmin əşyaları, müşahidə aparılması üçün evdən götürdüyü bir ədəd binoklu və x-a məxsus şəxsiyyət vəsiqəsini avtomobillə yaşadığı ünvana gətirərək, qeyd edilən əşyaları və hazırladığı odlu silahı (obrez) xəzinəsində bir ədəd, əlavə 6 ədəd olmaqla cəmi 7 ədəd atəşə yararlı vəziyyətdə olan patronlarla birlikdə çantanın içərisinə qoyub, orada zirzəmidə heç kəsin görə bilməyəcəyi yerdə saxlamış, bundan sonra o, Zərərçəkmiş şəxs gecə saatlarında yaşadığı evində tək yaxalayıb qisas niyyəti ilə və külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirərək qəsdən öldürülməsindən ibarət olan cinayətkar planına uyğun törədəcəyi cinayətə hazırlıq işlərini davam etdirərək, Zərərçəkmiş şəxs evə hansı saatlarda gedəcəyini və yaşadığı ünvanı öyrənmək üçün onu izləmək məqsədi ilə Şahid4 icarəyə götürdüyü “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk dəfə 09 fevral 2023-cü il tarixdə, saat 18-19 radələrində şübhə doğurmamaq üçün ailəsi ilə birlikdə yaşadığı Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək, orada Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Toyota Land Cruiser” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını müşahidə etmiş, onu Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in digər filialına kimi izləmiş, lakin oradan çıxan Zərərçəkmiş şəxs avtomobilini sürətlə idarə edərək oradan uzaqlaşdığı na görə sonuncunu izləyə bilməmiş, daha sonra 11 fevral 2023-cü il tarixdə, təxminən saat 19 radələrində o, yenidən Zərərçəkmiş şəxs izləmək məqsədilə əvvəlcə Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına getmiş, sonuncuya məxsus avtomobilin orada olmadığını görüb, birbaşa Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək Zərərçəkmiş şəxs məxsus avtomobilin orada olduğunu görmüş, təxminən iki saat gözlədikdən sonra Zərərçəkmiş şəxs bir nəfər kişi cinsindən olan tanımadığı şəxslə marketdən çıxaraq avtomobilə əyləşib birlikdə oradan gedərkən o özünün idarə etdiyi avtomobillə izləməyə davam edərək, Zərərçəkmiş şəxs oradan yaşadığı evə - Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin döngə, ev 4, mənzil 1 ünvanına gəldiyinə görə o, sonuncunun yaşadığı evin ünv anını öyrənsə də, şübhə yaranmaması üçün orada dayanmadan getmiş, bundan sonra Məhkum kirayələdiyi evdən içərisində əvvəlcədən qanunsuz olaraq hazırlayıb saxladığı odlu silah və yuxarıda göstərilən əşyalar olan çantanı götürüb idarə etdiyi “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq 15 fevral 2023-cü il tarixdə, saat 20-21 radələrində avtomobillə Suraxanıda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısına gələrək orada avtomobili saxlayıb, çantanı götürüb, odlu silahı qanunsuz olaraq daşıyaraq çanta kürəyində olmaqla tanınmamaq məqsədilə başına qara rəngli dar papaq qoymuş və əynində olan köynəyinin boğazlığını isə gözlərinə qədər yuxarıya doğru qaldırılmış vəziyyətdə piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək ətrafda h eç kimin olmamasından istifadə edib, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarına çıxaraq dam örtüyünün üstündən Zərərçəkmiş şəxs yaşadığı həyətyanı sahəyə düşmüş, oradan isə kənarları şüşə pəncərə ilə əhatə olunan, bilyard stolu quraşdırılmış otağa Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə olaraq daxil olub gözləmiş, bundan təxminən bir saat sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə həyətə daxil olsa da, o, tək olmadığına və görüntülü kiminləsə danışdığına görə görüntüyə düşməyindən ehtiyatlanıb sonuncuya yaxınlaşmayaraq orada gözləməkdə davam etmiş, getdikdən təxminən 30-40 dəqiqə sonra isə Zərərçəkmiş şəxs bir nəfər orta yaşlı qadın və iki nəfər uşaqla gələrək avtomobilə əyləşərək yenidən getdiyinə görə o, cinayətkar planını icra edə bilməmiş və bundan sonra Zərərçəkmiş şəxs daha bir neçə dəfə evə müxtəlif şəxslərlə gəlib getdiyindən Məhkum yenə Zərərçəkmiş şəxs yaxınlaşmayaraq, sonuncu getdikdən sonra onun qayıtmasını yenə gözləməkdə davam etmiş və həmin gündən növbəti günə keçən gecə saat 02:30 radələrinə kimi orada Zərərçəkmiş şəxs evə qayıtmasını gözləsə də sonuncu həyətə gəlmədiyinə görə Məhkum diqqəti cəlb etmək və Zərərçəkmiş şəxs gəlməsi üçün elektrik razetkasına dəmir əşya salaraq otaqdakı elektrik xəttində qısaqapanma yaratmış, işıqlar təxminən 10 dəqiqə ərzində sönsə də gələn olmadığına görə, o, növbəti gün gələcəyinə qərar verib, yenidən eyni üsulla elektrik xəttində qısaqapanma edib işıqları sönmüş vəziyyətdə olan otaqdan çıxaraq həyətin giriş qapısını açıb küçəyə çıxıb orada n uzaqlaşmışdır. Bundan sonra, Məhkum Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah tətbiq edilməklə quldurluq, qisas niyyəti ilə və Zərərçəkmiş şəxs külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirilərək onun qəsdən öldürülməsinə yönəlmiş cinayətlərə hazırlığı davam etdirərək, 16 fevral 2023-cü il tarixdə yenidən saat 21 radələrində avtomobilini Suraxanı rayonunda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və qanunsuz olaraq hazırlayıb saxladığı odlu silah olan çantanı götürüb, odlu silahı qanunsuz olaraq daşıyaraq çanta kürəyində olmaqla tanınmamaq məqsədilə başına qara rən gli dar papaq qoymuş və əynində olan köynəyinin boğazlığını isə gözlərinə qədər yuxarıya doğru qaldırılmış vəziyyətdə piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana - ünvan 3nə orada Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarına çıxaraq dam örtüyünün üstündən həyətyanı sahəyə düşmüş, daha sonra isə kənarları şüşə pəncərə ilə əhatə olunan, bilyard stolu quraşdırılmış otağa Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə olaraq daxil olub, otağın sol küncündə yerləşən gül ağacının arxasında mövqe tutaraq başında qara papaq, üzü bağlı və əlində silah oturmuş vəziyyətdə Zərərçəkmiş şəxs gəlməsini gözləyərək cinayəti törətməyə hazırlaşmış, lakin sonuncudan əvvəl həmin otağa Zərərçəkmiş şəxs qohumu Şahid1 və tanışı Şahid2 daxil olaraq onu aşkar etdiklərinə görə o, planlaşdıraraq törətməyə hazırlaşdığı xüsusilə ağır cinayətləri iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş və yaxalanmaqdan yaxa qurtarmaq və qaçmaq məqsədi ilə odlu silahı həmin şəxslərə qarşı tutaraq onlardan döşəməyə doğru əyilmələrini tələb etmiş, sonuncular aşağıya doğru əyildikdə, o, Şahid2 başı üzərindən bir dəfə havaya atəş açaraq otağı tərk etsə də, arxasınca qaçan Şahid2 həyətdə onun gödəkçəsindən tutaraq onu yaxalamış, qaçmağa çalışan Məhkum tüfəngin qundaq hissəsi ilə sonuncunun alın nahiyəsinə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirməsinə baxmayaraq, Şahid2, Şahid1 və hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs tərəfindən Məhkum saxlanılaraq silahı əlindən alınmaqla zərərsizləşdirilərək daha sonra Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verilmiş, təklülə qundağı və lüləsi kəsilmiş odlu silah (obrez), 01 (bir) ədəd istifadə olunmuş giliz, 06 (altı) ədəd dolu patron, 10 (on) ədəd plastmas zajimlər, 02 (iki) ədəd skoç, 01 (bir) ədəd binokl, 01 (bir) ədəd qara rəngli qış papağı, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi və çanta isə hadisə yerində qablaşdırılaraq götürülmüşdür. 3. 03 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2024 nömrəli, 12 iyul 20 24-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 28.1,120.1, 157.1, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə 10 (on) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası na və Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 157.1ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının dörd gününün bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanaraq 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və dig ər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Əmiraslanov Rauf Nazim oğlu apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddəsi ilə bəraət verilməsi, qalan maddələr üzrə təyin olunmuş cəzaları qismən toplamaqla ona ədalətli cəza təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 1 57.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətə islah işləri cəzasının müddəti 06 (altı) aya, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının dörd gününün bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanaraq 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Cumayev Binyamin Vaqif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Müdafiəçi kassasiya şikayətində apellyasiya müraciətinin dəlilləri ilə oxşar dəlilləri təkrarlamaqla, cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə hadisələri düzgün şərh etməmiş və Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində yaranmış m ünaqişə fonunda onunla görüşərək “hesablaşmaq” niyyətini yalnız sonuncunu öldürmək istəyi kimi qiymətləndirmişdir ki, bu da işin faktiki hallarına uyğun gəlmir. Şikayətdə qeyd olunmuşdur ki, münaqişə Məhkum arvadı Şahid3 Zərərçəkmiş şəxs tərəfindən oğurluqda ittiham edilərək işdən çıxarılması və ona maddi ziyan vurulması ilə bağlı yaranmış, sonradan bu məsələ “Ballı” marketdə mübahisə predmetinə çevrilmiş, Suraxanı rayon polis idarəsinin 31ci polis bölməsində izahat alındıqdan sonra isə Məhkum tərəfindən 400 manat məbləğində pul vəsaiti marketin kassasına ödənilmişdir. Müdafiəçi vurğulamışdır ki, bu hallar məhkəmənin hökmündə göstərildiyi kimi Məhkum Zərərçəkmiş şəxs izləməsi, onu öldürməyə hazırlıq görməsi və xüsusilə ağır cinayət törətmək niyyətində olması qənaətinə gəlmək üçün kifayət e tmir. Habelə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs qadın işçilərlə bağlı davranışları barədə söz-söhbətlərin Məhkum mənfi münasibət yaratması belə, zərərçəkmiş şəxsi həyatdan məhrum etmək motivinin mövcudluğunu təsdiqləmir və bu mövqe istintaq tərəfindən şişirdilmişdir. Şikayətdə həmçinin Məhkum arvadı ilə məsələni aydınlaşdırmaq məqsədilə söhbət aparması, kifayət qədər patronu olmasına baxmayaraq hər hansı şəxsə atəş açmayaraq havaya atəş açıb hadisə yerindən uzaqlaşmaq istəməsi onun zərərçəkmişi öldürmək niyyətində olmadığını göstərən hallar kimi qiymətləndirilmiş, iş materiallarında cinayəti törətməkdən könüllü imtinanı təsdiq edən sübutların mövcud olduğu bildirilmişdir. Müdafiəçi məhkum edilmiş şəxsin izahatlarında zərərçəkmişi öldürmək deyil, onu qorxutmaq niyyətində olduğunu ardıcıl şəkildə bildirdiyini, istintaq orqanının mövqeyi ilə məhkumun mövqeyi arasında aradan qaldırılmamış şübhələrin mövcud olduğunu qeyd edərək, bu şübhələrin onun xeyrinə həll edilməli olduğunu əsaslandırmışdır. Bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddələri üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi və digər maddələr üzrə təyin olunmuş cəzaların qismən toplanması yolu ilə ona ədalətli cəza təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsin in səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli ola raq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi kassasiya şikayətində sübutların düzgün tədqiq edilmədiyini, Məhkum Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyi halda barəsində ittiham hökmü çıxarıldığını, eləcə də təyin edilmiş cəzanı mübahisələndirərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
20. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyi barədə müdafiəçinin dəlillərini əsassız hesab edir.
21. Belə ki, məhkumun müdafiəçisi apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin hökmünü kassasiya şikayətində irəli sürdüyü eyni dəlillər - əsas olaraq məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə və təqsirli bilindiyi digər maddələr üzrə təyin edilmiş cəzanın ağır olduğuna aid olsalar da, bununla belə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hökmün qanuni və əsaslı olmasını hərtərəfli yoxlamışdır. O cümlədən, hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, məhkumun cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrini cinayət işinin materiallarında olan digər sübutlarla - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması haqqında protokol, üzləşdirmə istintaq hərəkətləri protokolları, hadisənin baş verdiyi mənzilin müşahidə kameralarına baxış keçirilməsinə dair protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri, məhkəmə-ballistik ekspertizasının, kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutlarla müqayisəli formada təhlil edib Məhkum Azərbaycan Respublikası CM-nin 28.1,120.1, 157.1, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilindiyinə dair qənaəti əsaslı hesab etmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, Məhkum hadisədən bir neçə il əvvəl arvadının işdən çıxarılması (oğurluqda günahlandırılmaqla və mağazada haqqında məlumat asılmaqla) ilə əlaqədar Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə, sonuncunun müraciəti əsasında polisdə aparılmış araşdırma, həmçinin həmin mübahisədən bir müddət sonra Zərərçəkmiş şəxs qadın işçilərə qarşı əxlaqsız sözlər söyləməsi və onlara pul cəriməsi yazaraq işdən çıxarması Məhkum aralarındakı şəxsi münaqişə zəminində qisas almaq məqsədilə Zərərçəkmiş şəxsla görüşərə k “hesablaşmaq” fikrini qətiləşdirməsinə səbəb olmuşdur. Bununla əlaqədar Məhkum Zərərçəkmiş şəxs izləməsi, söhbəti sonuncunun evində həll etmək qərarına gələrək evin həyətində və bilyard zalında Zərərçəkmiş şəxs gözləməsi, hazırlıq görərək odlu silahı hazır vəziyyətə gətirməsi məhkəmə tərəfindən Məhkum Zərərçəkmiş şəxs öldürməyə hazırlıq gördüyü kimi qiymətləndirilmişdir. Lakin Məhkum pul və sair əmlak əldə etmək niyyəti olsa idi, evə orada heç kimin olmadığı yox, əksinə evdə şəxslərin olduğu vaxt daxil olması, habelə Zərərçəkmiş şəxs izlədiyi vaxt ərzində ona qarşı odlu silah tətbiq etməklə quldurluq etmək imkanı olduğu halda belə bir hərəkətlər etməməsi, eləcə də Zərərçəkmiş şəxs evinə gəlsə də qadın və uşaqlar orada olduğundan ona yaxınlaşmaması, Məhkum tamah məqsədi güdmədiyi təsdiqlə yir. Yəni, imkan baxımından fiziki cəhətdən daha zəif olan uşaq və qadınlara hücum edərək onlara zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə əmlak əldə edilməsi daha məqsədyönlü görsənsə də, o bunu etməmiş, Zərərçəkmiş şəxsla məhz təklikdə görüşərək “hesablaşmaq” istəmişdir. Eyni zamanda, Məhkum Zərərçəkmiş şəxs əmlakı barədə və ya guya ələ keçirmək istədiyi predmetin mövcudluğu barədə hər hansı konkret məlumatının olmaması halı da birincinin quldurluq etmək istəməsini tamamilə istisna edir.
23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 28.1,120.1, 157.1, 228.1 və 229.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddələr üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmiş, hökmü yalnız təyin edilmiş cəza hissəsində dəyişdirmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv a raşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair xahişinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
26. Belə ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərindən Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən xüsusilə ağır, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsinə əsasə n böyük ictimai təhlükə törətməyən cinayətlər, Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri isə həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyalarına aid edilmişlər.
27. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin Məhkum təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqda xahişini, təqsirli bildiyi Azərbaycan Respublikası CM-nin 228.1, 229.1 və 157.1-ci maddələrinə münasibətdə əməlindən peşman olmasını, məhkəmə icraatı zamanı davranışını, epilepsiyaya bənzər qıcolma tutmalarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını, cəzasını ağırlaşdıran hallar olaraq cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddəsi üzrə cinayətə hazırlığa görə ona müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox olmamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə 10 (on) ay müddətə islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə c əzası, Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyininə dair qənaəti ilə qismən razılaşsa da, lakin təyin edilmiş cəzanı ağır hesab edərək, cəza həddini aşağı endirməklə də məhkum edilmiş şəxs Məhkum islah olunması mümkün olduğunu və cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gəlmiş, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təyin edilmiş cəzanı 03 (üç) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş cəzanı 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə təyin edilmiş cəzanı 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirmiş, təyin edilmiş cəzaları hökmlə Azərbaycan Respublikası CM-nin 28.1,120.1-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
29. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, bu hissədə gəlinən nəticə də yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğ undur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir. 30.Yekunlaşaraq məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğu n qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
31. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Cumayev Binyamin Vaqif oğlu tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1977/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.