Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-253/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs İsmayılov Mübariz Ziyat oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayılov Mübariz Ziyat oğlu X1 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət məsul iyyətinə cəlb edilməsi barədə Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, X5 əvvəllər tanımış və münasibətləri normal olmuşdur. Bir neçə ay bundan əvvəl həmyerlisi Ülvi Alıyev onun evinə gələrək öz iradını bildirmişdir ki, qonşudurlar bu cür hərəkətlər etmək onlara yaraşmaz. Bəhs etdiyi hərəkətlərin nədən ibarət olmasını Ülvi Alıyevdən soruşduqda ona bildirmişdir ki, o, özünün və mərhum atası Aydın Alıyevin tərəf olduğu mülki işə müdaxilə edərək, mülki işə sədrlik edən hakim Fikrət Mehtiyevlə əvvəlcədən razılaşma yolu ilə hakimlə əlbir olaraq ona rüşvət, pul verib korrupsiya cinayəti törətməklə, atasının heç bir vəkilin hüquqi yardımından istifadə etmədən 20 ildir ki, 33 qərar və ya qətnamlərlə udduğu mülki işi Gəncə Apelyasiya Məhkəmə sində uduzdurdurmuşdur. Qeyd edir ki, Ülvi Alıyevin qeyd etdiyi mülki iş üzrə cavabdeh Telman Əliyev onun yaxın qohumu olmaqla (Telman Əliyev onun anasının əmisi oğlu, onun arvadı Olya Əliyeva isə atasının əmisi qızıdır) həmyerlisidir. X15 və onun hüquqi varisi oğlu Ülvi Alıyev ilə isə onunla eyni küçədə yaşamaqla evlərinin arasında cəmi 8 ev vardır. Bu məlumatın onda haradan olmasını soruşduqda o, öz mobil telefonunda olan Ülvi Alıyevin hüquqlarını Gəncə Apelyasiya Məhkəməsində müdafiə edən, onun vəkili olmuş Tovuz Rayon Vəkil Bürosunun müdiri X10 ilə aralarında olan mobil telefon danışıqlarını ona qulaq asdırmışdır. Bu məsələni araşdırıb kimin haqlı, kimin haqsız olmasını sübut etmək məqsədi ilə Ülvi Alıyevə xahiş etmişdir ki, həmin səs yazılarını onun istifadəsində olan “votsapp” nömrəs inə göndərsin. Sonuncu öz növbəsində buna etiraz etməyərək, bir qonşu kimi ona hörməti olduğunu bildirib həmin səs yazılarını istifadəsində olan “votsapp” nömrəsinə göndərmişdir. Səs yazısında olan danışıqları olduğu kimi, yəni X1 dedikləri kimi yazmağa məcbur olub yazdığı üçün həmin danışıqda Rəşad Abdullayevin işlətdiyi qeyri-etik kəlmələr və ya küçə sözlərini şikayətində qeyd etdiyi üçün üzr istəyir. Telefon danışığı zamanı Ülvi Alıyev öz vəkili Rəşad Abdullayevdən bu mülki mübahisənin hansı səbəbdən uduzulduğunu soruşduqda Rəşad Abdullayevin cavab olaraq dediklərini olduğu kimi yazır: «sənə görə mən hakimlərin yanında pis vəziyyətdə, göt vəziyyətində qalmışam və onlarla düşmən olmuşam. Hakim qəhbədi Telmanın pulunu Mübarizdən alıb bu qətnaməni çıxarıb, ona mən nə edim. Allaha and ols un ki, doskanalni bilirəm, sübut da edərəm ki, Mübariz Telmanın pulunu apelyasiyaya çatdırıb». Bundan başqa Rəşad Abdullayev hüquqlarını müdafiə etdiyi və müvəkkili olduğu Ülvi Alıyevə israrla bildirir: «sən etiraf et ki, mənim göstərişimlə hakimlərə qarşı etdiyimiz şantaj xarakterli şikayətləri Mübariz hazırlayır». Bu hal da Tovuz Rayon Vəkil Bürosunun müdiri vəkil Rəşad Abdullayevin onu ağır cinayətdə ittiham etməklə, əməlində özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək hərəkətləri etmək, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək v əzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətinin olmasını deməklə yanaşı həqiqətə nail olunmadığı təqdirdə gələcəkdə Ülvi Aliyev tərəfindən ona olmasa da üç övladına təhlükənin olması deməkdir. Bu səbəbdən də məcbur olub xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına və Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi, yəni həmin mülki işə sədrlik edən hakim cənab X6 rəsmi ərizə ilə müraciət edərək, «məsələni tam, obyektiv və hərtərəfli araşdırıb həqiqətə nail olmaq üçün ilk öncə mülki işə sədrlik edən hakim cəna b X2 bu məsələyə dair münasibətinin və fikrinin öyrənilməsini, münasibəti və fikri öyrənildikdən sonra aidiyyəti üzrə prokurorluğa müvafiq təqdimat verib yuxarıda qeyd etdiyi məsələnin tam, obyektiv və hərtərəfli araşdırılıb həqiqətə nail olmaq üçün, yəni həqiqətin həqiqi üzü aşkara çıxarılmasını təqdimat verilmiş prokurorluqdan tələb edilməsini və görülmüş tədbirlər barədə ona qanuna uyğun qaydada rəsmi məlumat verilməsini xahiş etmişdir.» Müraciətinə cavab olaraq Gəncə Apelyasiya Məhkəməsi Aparatının rəhbəri Anar Abdullayevin xx.xx.2023-cü il tarixli, 27-228/2023 saylı məktubunda qeyd edilmişdir ki, «hazırkı mülki iş üzrə tərəf olmadığınızdan ərizənizdə göstərilən xüsusatlara hüquqi qiymət verilməsi mümkün deyil. Ərizənizdə göstərilən halların araşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq prokurora müraciət etmək hüququnuz vardır. Eyni zamanda Gəncə Apelyasiya Məhkəməsində qeyd olunan mülki işə baxılarkən hər hansı qeyri-prosessual hərəkətlərə yol verilməmişdir». Bundan əlavə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının aparıcı məsləhətçisi Seymur Həmidovun ona ünvanladığı xx.xx.2023-cü il tarixli 2-4/2-İ-63/2023 saylı məktubunda qeyd edilmişdir ki, «Sizin xx.xx.2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizlə bağlı bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz cinayət xarakterli xüsusatlarla bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz». Etdiyi müraciətlərlə bağlı aidiyyəti qurumlardan cavab məktubları gəldikdən sonra məktublarda qeyd olunanlara uyğun olaraq öz növbəsində şikayət ərizəsi ilə Tovuz rayon Prokuroru cənab Maarif Hüseynova müraciət edərək, X1 hüquqlarını müdafiə etdiyi şəxslərə məhkəmə prosesində uduzduğu işlər üzrə «Sizin işinizə Mübariz İsmayılov pul verib uduzdurub deməsi» ilə onu ağır cinayətdə ittiham etdiyinə görə sonuncunun əməllərinin araşdırılıb qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Tovuz rayon Prokuroru cənab Maarif Hüseynovun ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda mülki icraat və xüsusi ittiham qaydasında cinayət mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bundan başqa Tovuz rayon Qovlar şəhər sakini X3 şikayəti əsasında Tovuz RPŞdə araşdırılma aparılarkən Rəşad Abdullayevin tələbi ilə onun da izahatı alınmışdır. İzahat verərkən ona məlum olmuşdur ki, Rəşad Abdullayev verdiyi izahatında qeyd etmişd ir ki, guya Sücayət Zeynalovanın etdiyi şikayətləri o tərtib edir və Sücayət Zeynalovanı şikayət etməyə o məcbur etmişdir. Bu səbəbdən də onun izahatı alınmışdır. Bu hal da araşdırma zamanı öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin izahatı verərkən, Sücayət Zeynalovanın nəvəsi Kənan adlı şəxslə Rəşad Abdullayevin telefon danışığı zamanı yazılmış səs yazısı diski ilə də tanış olmuşdur. Telefon danışığı zamanı X10 onu təhqir edir, ünvanına etik davranışlara uyğun gəlməyən sözlər işlətməklə, guya onun üzərində zor tətbiq etməklə qeyri-normal hərəkətlər edib şəxsiyyətini alçaldacağı kimi formada sözlər işlətməklə onu tanımadığı insanların yanında təhqir edir. Bütün bunlardan başqa X10 Azərbaycan Respubl ikasının Baş Prokurorluğuna onun barəsində şikayət ərizəsi ilə müraciət edərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Rəşad Abdullayev saxta, həqiqəti özündə əks etdirməyən, şantajla həbs etdirmə xarakterli şikayət ərizəsi araşdırılması Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Tovuz Rayon Prokurorluğuna, Tovuz Rayon Prokurorluğu tərəfindən isə Tovuz Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində şikayət üzrə obyektiv, hərtərəfli, qərəzsiz və ədalətli araşdırma aparıldıqdan sonra şikayət ərizəsində göstərilənlər öz təsdiqini tapmadığından, yəni həqiqəti özündə əks etdirmədiyindən, şantaj, şər, böhtan xarakterli olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi Rəşad Abdullayev vəkili olduğu və məhkəmə prosesində uduzduğu işlər üzrə vəkili olduğu şəxslərə bildirir ki, sizin işinizi Mübariz İsmayılov hakimlərə pul verib uduzdurub. Rəşad Abdullayevin bu əməlləri, yəni onu cinayətdə ittiham etməsi və şəxsiyyətim əleyhinə tanımadığı şəxslərin yanında ifadələr işlətməsi cinayət məsuliyyətidir. Hesab edir ki, bu məsələni araşdırıb həqiqəti Ülvi Alıyevə sübut etməsə gələcəkdə özünün də olmasa üç övladının gələcəyi və həyatları üçün təhlükələr mövcud olacaq. Digər tərəfdən Rəşad Abdullayevin həqiqətə uyğun olmayan, araşdırma zamanı öz təsdiqini tapmayan məlumatları, qanunsuz və əsassız şikayətləri üzündən polis və prokurorluqda etmədiyi və hətta xəbəri belə olmadığı mübahisələrə görə lazımsız izahatlar verməli olur. Rəşad Abdullayevin onu ağır cinayətlərdə ittiham etməsi şəxsiyyətini alçaldacaq ifadələr işlətməsi onun cəmiyyət içində olan nüfuzuna və hörmətinə xələl gətirir. Bu səbəbdən də Rəşad Abdullayevin bu əməllərinə bir dəfəlik son qoymaq üçün o, cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qaydada cəzalandırılmalıdır. Ona görə də hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Fərid Əliyev) 25 may 2023-cü il tarixli 1(062)-80/2023 nömrəli qərarı ilə İsmayılov Mübariz Ziyat oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraata qəbul olunmasından imtina edilmişdir. X11 Ziyat oğlu apelyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 1(104)-366/2023 nömrəli 19 iyun 2023-cü il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(062)-80/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs İsmayılov Mübariz Ziyat oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. İsmayılov Mübariz Ziyat oğlu kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini İsmayılov Mübariz Ziyat oğlu onunla əsaslandırmışdır ki, X10 öz səriştəsizliyini, vəkillik etdiyi şəxslərin hüquqlarını müdafiə etməyə gücü çatmadığını və bir sözlə hər uduzduğu şəxsin qarşısında özünə bəraət qazandırmaq üçün onun ünvanına söylədikləri söhbətlər ona böhtan atmaqdır. X4 əməllərində Azərbaycan Respublikası CM-in 147-ci maddənin hər iki bəndinin və CM-in 148-ci maddələrinin tərkibi vardır. R.T.Abdullayev bu əməlləri ilə onun cəmiyyət içində hörmətdən və nüfuzdan salmaq istəmişdir. Ona görə də o, CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Göründüyü kimi X10 yazdığı şikayət və ərizələrdə, o cümlədən telefon danışıqları zamanı (həmin danışıqdar internet üzərindən bir çox şəxslərə “WhatsApp” social proqram vasitəsi ilə göndərilməklə yayılmışdır) işlətdiyi qeyri-etik kəlmələrlə onu təhqir etməsi və onu ağır cinayətdə ittiham etməsi Azərbaycan Respublikası CM -in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatı bölgüsünə görə ağır cinayət hesab edilən əməlləri törətməkdə ittiham olunmuşam. X12 bir başa Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə ittiham edir. Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsinə görə isə şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi deməkdir. X13 Zeynalovanın nəvəsi Kənan adlı şəxslə telefon danışığı zamanı qeyd edir ki, “Qovlarda dələduz, maşennik Mübariz var, onun yazıb şəklimi də altına qo yduğu şikayətə nənən niyə qol çəkirdi. İndi mən Mübarizi minəcəm. Səninlə bərabər Mübarizin də dalını dağıdacam”. Buradan da açıq-aşkar görünür ki, telefon danışığı zamanı X10 onu təhqir edir, onun ünvanına etik davranışlara uyğun gəlməyən sözlər işlətməklə, guya onun üzərimdə zor tətbiq etməklə qeyri-normal hərəkətlər edib şəxsiyyətini alçaldacağı kimi formada sözlər işlətməklə onu tanımadığını insanların yanında təhqir edir. Onun qeyd olunan şikayətlə hər hansı bir formada bağlılığının olmaması Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarı ilə öz təsdiqini tapmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 1(104)-366/2023 saylı qərarı həmin məhkəmənin uzun illər işçisi olmuş, qalmaqa lla işdən azad edilmiş, hətta həmin məhkəmənin əmrinin ləğvi ilə Gəncə İnzibati məhkəməsində iddia qaldırmış, sonradan isə barəsində verilmiş əmri müəyyən şantajlarla dəyişdirilməsinə nail olmuş X1 mənafeyini və həmin məhkəmədə X1 qarşısında gözü kölgəli olan hakimin marağını qorumaq üçün tam qanunsuz olaraq qəbul edilib. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının qanunsuz, əsassız olması və çəkişmə prinsipinin pozulması ilə qəbul edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununun Аzərbаycаn Respublikаsı CPM-in 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, həmçinin CM-in 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Аzərbаycаn Respublikаsı CM-in 147-ci maddəsinin dispozisiyasına əsasən böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə tövsifedici əlamət kimi nəzərdə tutulur və əməlin CM-147.2-ci maddəsi ilə tövsif edilməsinə əsas kimi çıxış edir. Аzərbаycаn Respublikаsı CM-in 148-ci maddəsinin dispozisiyasında təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Göründüyü kimi həmin maddələrin dispozisiyalarına əsasən şəxs həmin maddələrlə cinayət məsuliyyətinə yalnız o halda cəlb edilə bilər ki, təhqir və ya böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdiyi əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 5-ci bəndində məhkəmələrə izah edilm işdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ya ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Аzərbаycаn Respublikаsı CPM-in 37.2-ci maddəsinin tələbinə görə Аzərbаycаn Respublikаsı CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında xüsusi ittiham qaydasında həyata keçirilir. Аzərbаycаn Respublikаsı CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü nün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması (299.3.1) və xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə (299.3.3) məsələlərə baxılır. Qeyd olunan cinayət prosessual hüquq normalarının məzmunundan görünür ki, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanıl ması məqsədi ilə ilkin dinləmələrdən ibarət olmaqla, şikayətin həmin məhkəməyə aid olub-olmaması və şikayətin məzmununun bu Məcəllənin 293.3.1293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi qanunverici xüsusi ittiham qaydasında şikayətin məzmununun həmin Məcəllənin 293.3.-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmasını imperativ norma kimi müəyyən etmişdir. Аzərbаycаn Respublikаsı CPM-in 293.3-cü maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (293.3.1.); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (293.3.2.); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (293.3.3.); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (293.3.4.); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (293.3.5.); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (29 3.3.6.) və şikayəti vermiş şəxsin imzası (293.3.7.) göstərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM- in 293.3.1-293.3.7-ci maddələri). Həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina ed ilməsi barədə qərar çıxarır. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş X22 Abdullayev tərəfindən onun barəsində böhtan və təhqir xarakterli məlumatlar Ülvi Alıyevlə və Kənan adlı şəxslə ayrı ayrılıqda telefonla danışan zaman həmin şəxslərə bildirmişdir. X14 həmin böhtan və təhqir xarakterli məlumatlar harada və nə vaxt deməsini, telefonla danışan şəxslərdən başqa həmin məlumatı eşidən digər şəxs və ya şəxslərin olmasını, bu hallar hansı sübutlarla təsdiq edildiyini ərizədə göstərilməmiş, xüsusi ittiham qaydasında şikayət onun prosessual formasına dair Cinayət Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydası nda verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, habelə şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi Azərbaycan Respublikası CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı yuxarıda qeyd edilən qanun normalarına və Ali Məhkəmə Plenumunun Qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun qəbul edilmiş və kassasiya şikayətinin dəlilləri əsassızdır. Gəncə A pelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İsmayılov Mübariz Ziyat oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-253/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-253/2024
09.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver