Məhkəmə qərarları › İş №1(102)-2539/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2539/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2539/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum2, onun müdafiəçisi Müdafiəçi2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1473/25 nömrəli qərarında n məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 1 may tarixli, 1(101)-340/2025 nömrəli hökmü ilə (X3 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə) 10 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini tör ətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 15 noyabr 2023-cü il tarixdən hesablanması, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məh kum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 may 2025-ci il tarixdən hesablanması, barəsində narko maniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi hökm edilmişdir. Hökmlə həmçinin X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmuşdur. Həmin hökmdən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X8 və X6 ibarət tərkibdə) 2025-ci il 23 iyul tarixli, 1(103)-1473/25 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küll i miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Məhkum1 satış məqsədilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X10 və Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2023-cü ilin noyabr ayının əvvəllərində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Məhkum2 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X4 məxsus ünvan 4 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda, hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici m addəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib ona vermiş, o isə öz növbəsində qanunsuz olaraq satış məqsədilə əldə etdikləri həmin güclü təsir edən maddələri özündə saxlamaqla daşımış və 2023-cü ilin noyabr ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında tanışı Şahid1 650 manat pul müqabilində satmış, sonuncu da öz növbəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanda yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını tanışı X1 sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid1 tanışı Elmar Zeynallı ilə birlikdə ünvan 6 ünvanda yerləşən “Emerald” mehmanxanasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada Elmar Zeynallının üzərinə keçirilən baxış zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən Şahid1 aldığı 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülm üş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman isə əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən onun satdığı, külli miqdarda komponentlərinə və xarici əlamətlərinə görə Elmar Zeynallının üzərindən aşkar edilmiş “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman pereparatı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum1 s atış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmək niyyəti ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən o, sosial şəbəkə vasitəsilə tanış olduğu “Səid” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 250 manat pul köçürdükdən sonra 11 noyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında, yolun kənarında qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 27,82 qram olan psixotrop maddə-metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə metamfetaminin 7,901 qram hissəsini satışının həyata keçirilməsi üç ün qrup üzvü Təqsirləndirilən şəxs vermiş, 19,919 qram hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 9 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib həmin tarixdə, saat 20 radələrində inzibati binanın həyətində ist ifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) 1 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 19,919 qram olan ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və səthində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən qrup üzvü Müşviq Şahbazov 15 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu, ünvan 11 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ü nvan 7 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə, komponentlərinə və kimyəvi tərkibinə görə onun avtomobilindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 7,901 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan açıq göy rəngli gödəkçənin sol yan cibindən səthində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra, Məhkum1 təkrarən, satış məqsədilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü t əsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X10 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Məhkum2 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X4 məxsus ünvan 4 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 14 noyabr 2023-cü il tarixdə qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdar da, hər konvalyutda 14 ədəd olmaqla 08 ədəd konvalyutda ümumilikdə 112 ədəd, 16,8 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 9 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığına daşıyıb həmin tarixdə ona vermiş, o da öz növbəsində güclü təsir edən maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 ra dələrində ünvan 9 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində istifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və 1 ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə hüquq verən Azərbaycan Respublikasının saxta blanklarını qanunsuz hazırlayaraq biləbilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Məhkum2 satış məqsədilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X10 və Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2023-cü ilin noyabr ayının əvvəllərində aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X4 məxsus ünvan 14 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda, hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda, ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib qrup üzvü Məhkum1 vermiş, sonuncu isə öz növbəsində qanunsuz olaraq satış məqsədilə əldə etdikləri həmin güclü təsir edən maddələri özündə saxlamaqla daşımış və 2023-cü ilin noyabr aymm ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında tanışı Şahid1 650 manat pul müqabilində satmış, Şahid1 da öz növbəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanda yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını tanışı X1 sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid1 tanışı Elmar Zeynallı ilə birlikdə ünvan 6 ünvanda yerləşən “ Emerald” mehmanxanasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 15 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada Elmar Zeynallının üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən Şahid1 aldığı 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman isə əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən onun satdığı, külli miqdarda komponentlərinə və xarici əlamətlərinə görə Elmar Zeynallının üzərindən aşkar edilmiş “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman pere paratı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum2 təkrarən, tanışı X10 və Məhkum1 ilə satış məqsədilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X4 məxsus ünvan 4 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 14 noyabr 2023-cü il tarixdə qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 08 ədəd konvalyutda, ümumilikdə 112 ədəd, 16,8 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını əldə edib saxlamaqla ünvan 16 ün vanda yerləşən “Toyota Servis”in yaxınlığına daşıyıb həmin tarixdə qrup üzvü Məhkum1 vermiş, sonuncu da öz növbəsində güclü təsir edən maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 16 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az 10- LU026 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ü nvan 15 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində ünvan 15 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində Məhkum1 istifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) külli miqd arda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və 1 ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum2 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz olaraq əldə etmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 2 ədəd ofset çap üsulu ilə hazırlanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B0214572 və B0214568 nömrəli boş resept blanklarından istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda müvəqqəti yaşadığı X4 məxsus ünvan 4 ünvanında özünə məxsus “Samsung” markalı planşet vasitəsi ilə tərtib etdiyi «Azərbaycan Respublikası Bakı şəh, X 18 City, MMC ÖMÜR LTD» sözləri olan möhür əksi, «həkim nevropotoloq X20» sözləri olan möhür əksi, «həkim nevroloq X12» sözləri olan möhür əksi, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, "xxxx" MMC Klinikası, tibbi vərəqələr üçün» sözləri olan ştamp əksini yaşadığı həmin ünvanda olan «Epson L850» markalı şırnaqlı çap qurğusunda qeyd edilən B0214568 və B0214572 nömrəli resept blanklarının üzərində çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən saxta resept blanklarını yaşadığı ünvan 19 ünvanında saxlamış, 16 noyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 20 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı göstərilən B0214572 və B0214568 nömrəli saxta resept blankları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum1 məhkəmədə vermiş olduğu ifadəsində elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittihamda göstərilən Azərbaycan Respublikası CMnin 234.1-1 və 320.2-ci maddələri ilə özünü qətiyyən təqsirli bilmir və heç vaxt sosial şəbəkə vasitəsilə “Səid” adlı İran Íslam Respublikasının vətəndaşı ilə tanış olmamış, narkotik vasitə almaq üçün şəxsin elektron kart hesabına 250 manat pul göndərməmiş, ittihamda göstərilmiş 11 noyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park" yaşayış kompleksinin yaxınlığında, yolun kənarında qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 27,82 qram olan psixotrop maddə-metamfetamini götürməmiş, satış məqsədilə qanunsuz olaraq əldə etməklə metamfetaminin 7,901 qram hissəsini satışının həyata keçirilməsi üçün qrup üzvü Təqsirləndirilən şəxs verməmiş, qalan 19,919 qram hissəsini isə idarə etdiyi "Kia" markalı, "Cerato" modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımamışdır. O, ümumiyyətlə, narkotik vasitədən nə istifadə etmiş, nədə satışı ilə məşğul olmamışdır. Əgər həqiqətən də belə bir hal baş vermiş olsaydı İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxslə telefon danışıqları, vatsap yazışmaları və göndərmiş olduğu 250 manatın qəbzi istintaq tərəfindən cinayət işinin mater iallarına əlavə edilərdi. Demək ki, belə bir hal olmamışdır və belə bir halın olmasını təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. O, yalnız psixotrop dərmanlardan istifadə etmiş, həmin dərmanları da müvafiq reseptlə apteklərdən almışdır. Reseptlərin saxta olduğunu bilməmişdir, əgər həqiqətən də reseptlər saxta olsaydı o, bu dərmanları apteklərdən ala bilməzdi, yəni apteklərdəki satıcılar bu dərmanları ona satmazdılar. Məhkəmədə dindirilmiş aptek sahibləri də onun bu ifadəsini təsdiq edərək təqdim olunan reseptlərin saxta olmadığını bildirdilər. Göründüyü kimi yuxarıda göstərilən Azərbaycan Respublikası CM-nin 234.1-1 və 320.2-ci maddələri ilə verilmiş ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Lakin hər iki instansiya məhkəməsi hökm və qərar çıxararkən məhk umun bu ifadəsini nəzərə almamışdır. Bunlarla yanaşı məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 8060 saylı rəyindən görünür ki, Məhkum1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman pereparatı olan preqabalin və psixostimulyatorların qəbulu nətcəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Ekspert rəyindən də açıq şəkildə göründüyü kimi, Məhkum1 narkotik vasitə və psixotrop maddələrdən heç vaxt istifadə etməmiş, sadəcə güclü təsir edən dərman pereparatı olan preqabalin və psixostimulyatorlardan istifadə etmişdir. Bunu Məhkum1 zatən bütün ifadələrində etiraf etmişdir. Lakin hökm çıxaran məhkəmə işin bu halını da nəzərə almamışdır. Apellyasiya mə hkəmə kollegiyası da əsassız olaraq birinci instansiya məhkəməsinin bu mövgeyi ilə razılaşmışdır. Müdaiəçi bildirmişdir ki, məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs Məhkum1 məxsus olmaqla istifadəsində olmuş "İphone 13 Pro" markalı mobil telefon cihazında olan "Whatsapp" proqramına daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı sadəcə jarqon terminlərdən ifadə olunduğu aşkar edilmiş, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman perepatlarının satışı ilə bağlı heç bir hal aşkar edilməmişdir. Həmçinin məhkəmədə dindirilmiş Şahid1 da ifadəsində Məhkum1 dərman almadığını göstərmişdir. Lakin hökm və qərar çıxarılarkən işin bu halı da nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 1(103)-1743/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddələr üzrə bəraət verilməsini, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsinin isə həmin məcəllənin 240.1-ci maddəsinə tövsif edilməklə maddənin sanksiyası çərçivəsində ədalətli cəzanın təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarında müdafiə tərəfinin dəlilləri təkzib olunmamış, onlara qiymət verilməmiş, bu isə deməyə əsas verir ki, ittiham t ərəfinin və məhkəmənin əks dəlilləri olmamışdır. Hökmdə və apellyasiya məhkəməsinin qərarında qeyd olunmuş istisnasız olaraq bütün məlumat, sənəd və əşyalar sübut qismində qəbul oluna bilməzlər, belə ki, işgəncələr, saxtalaşdırılma, yalan, konstitusion hüquq və azadlıqlarının pozulması, prosessual hərəkətlərin icra edilməsi qaydalarının kobud pozuntuları və Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə əldə edilmişdir. İşdə Məhkum2 təqsirinin bir dənə də olsun yolverilən sübutu mövcud deyil, lakin onun təqsirsiz olmasına dair onlarla mübahisəsiz sübutlar var, onların hamısı iş materiallarının saxtalaşdırması yolu ilə gizlədilmişdir, qanunsuz olaraq məhəl qoyulmamışdır. Bundan başqa, ittihamın bir hissəsi digərinə ziddir, eyni sənədlər müxtəlif vaxtlarda iki müxtəlif yerlə də tapılmış kimi qeyd olunmuşdur. Hökm bütövlükdə mövcud səhvlərlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına köçürülmüşdür. Məhkum2 qarşı bütün ittiham uydurmadır, işin faktlarına və materiallarına ziddir, onun döyülməsi və işgəncələr yolu ilə əldə edilmiş yolverilməz sübutlara əsaslanır. Belə ki, ittihamın sübutları kimi cinayət işində cəmi beş saxta reseptlər qeyd olunur: doldurulmamış BN № ******* və BN № 0214572; doldurulmuş: Sevda Məmmədovanın adına 400 ədəd tramadol üçün xx.xx.2023-cü il tarixli № 003248661, Tahir Əsgərovun adına 400 ədəd tramadol üçün xx.xx.2023-cü il tarixli № ********* və Kənan Məmmədovun adına 168 ədəd proqabalin üçün xx.xx.2023-cü il tarixli nömrəsiz. 4/373-5/301 №li kompleks xəttşünaslıq-texniki ekspertizasının rəyinə əsasən onl arın heç biri Məhkum2 tərəfindən doldurulmamışdır, ona məxsus çap gurğusunda, planşet və telefonda hazırlanmamışdır. Müdafiəçi qeyd etmişdir ki, işdə olan bütün saxta reseptlər polis əməkdaşları tərəfindən apteklərdən götürülmüşdür və sonra isə protokolları saxtalaşdıraraq, onları guya Məhkum2 götürmüşdülər. Belə ki, işə əlavə edilmiş ********* nömrəli reseptin kserosurətində aptek tərəfindən xx.xx.2023-cü ildə istifadə edilməsi - 400 ədəd tramadolun satışı barədə onun qeydi var. Saxta reseptlərdə cəmi 168 ədəd preqabalin qeyd edilir, lakin ittihamda isə deyilir ki, guya Məhkum2 406 ədəd preqabalin üçün saxta reseptlər satmışdır, daha 200 ədəd tramadolun hara getdiyi, əlavə 238 ədəd preqabalinin haradan gəldiyi barədə heç nə deyilmir. Əgər Məhkum2 800 ədəd tramadol üçün saxta reseptlər haz ırlayıbsa, Təqsirləndirilən şəxs onları alıb və Məhkum1 600 ədəd tramadol veribsə, onda qalan 200 ədəd tramadol haradadır, ahı heç kim onlarla ittiham olunmayıb? Bütün bunlar kobud, bacarıqsız saxtalaşdırmanın nəticəsidir. Bundan başqa, Məhkum2 ittihamı və hökmü iki qeyri-qanuni protokollara əsaslanır. Bakı şəhəri Nizami RPİ-nin təhqiqatçısı X13 tərəfindən tərtib edilmiş "xx.xx.2023-cü il tarixli baxış və götürmə" protokolu sübut kimi yolverilməzdir, çünki bu protokol faktiki hadisələrə uyğun gəlmir və cinayət-prosessual qanunvericiliyinin tələblərinə ziddir. Məhkum2 işi üzrə sadalanan əsasların heç biri mövcud deyil, yəni onun mənzilində baxış və götürmə protokolu qeyri-qanunidir. İttihamın, ona əsaslanan hökmün və Bakı Apellyasiya Məhkəməsinin qərarının məzmunu göstərir ki, sübutların və prosessual sənədlərin saxtalaşdırılması nəticəsində məhkəmə bir ildən artıq müddətində hansı saxta reseptlərin harada aşkar edilərək götürüldüyünü konkret göstərə bilməmiş, bu da cinayət mühakimə icraatının prinsiplərinə və şərtlərinə, Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinin tələblərinə ziddir və məhkəmənin iddialarının legitimliyini istisna edir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçilər Mərdalı Süleymanov, Müdafiəçi2 və Məhkum2 kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayx an Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmi ş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yaln ız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçilər hər iki kassasiya şikayətində ayrı-ayrılıqda məhkumların əməlinin tövsifini mübahisələndirərək və məhkumlara bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırma nın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təq sirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, müdafiəçi Mərdalı Süleymanovun kassasiya şikayəti təmin edilməmli, Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi həm məhkumlara bəraət verilmə li olmasını, həm də məhkumların əməllərinin tövsifini mübahisələndirmişlər. Məhkumlara bəraət verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab etmişlər ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlinməsi üçün əsas verir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış möt əbər sübutların məcmusu əsasında qiymətləndirilmiş, istər ittiham tərəfinin, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə işin konkret hallarına istinad edilməklə əsaslandırılmış münasibət bildirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməllirnin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları və həmin sübutlara münasibətdə qiymətləndirməni hazırkı qərarda təkrar etmədən, məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum1 əməlinin tövsifi ilə bağlı məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası Məhkum2 qarşı irəli sürülmüş ittihamların mahiyyəti ilə bağlı qeyd etməyi vacib hesab edir ki, ittihamdan da göründüyü kimi, Məhkum2 CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini bilavasitə özü şəxsən törətmiş və onun əməlinin CM-in 320.1-ci maddəsi ilə tövsif edilməsi üçün hər hansı hüquqi və faktiki maneə mövcud deyil. Lakin Məhkum2 qarşı CM-in 340.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham barədə bu fikri söyləmək mümkün deyil, belə ki, həmin maddənin dispozisiyasında əks olunmuş əməl, irəli sürülmüş ittihamdan da açıq-aşkar şəkildə göründüyü kimi, bilavasitə Məhkum2 tərəfindən törədilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 əməli CM-in 240.3.2-ci maddəsindən CM-in 32.5, 240.3.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişl əri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki işin hallarından da göründüyü kimi, Məhkum2 CM-in 240.3.2-ci maddəsində göstərilmiş cinayət əməli üzrə köməkçilik etmiş, onun tərəfindən hazırlanmış reseptlər əsasında güclü təsir edən maddələr digər şəxslər tərəfindən əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 əməli CM-in 240.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,240.3.2-ci maddəsinə tövsif edilməsinə ba xmayaraq, ona həmin maddə ilə sanksiyanın ən aşağı həddində cəza təyin edildiyindən, əməlinin tövsifi cəzasının yüngülləşdirilməsinə əsas kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzaların növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və Məhkum1 cəzasını yüngülləşdirən halın olması, cəzasını ağırlaşdıran halın olmaması, Məhkum2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onların təqsirli bilindiyi maddələrin sanksiyası həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumların təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin v ə onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Müdafiəçi1 kassasiya şikayəti təmin edilməməli, Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1473/25 nömrəli qərarı müdafiəçinin kassas iya şikayətinə münasibətdə, Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1473/25 nömrəli qərarı, müdafiəçinin kassasiya şikayətinə münasibətdə, Məhkum2 ittiham olunduğu maddəyə aid hissədə dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 240.3.2-ci maddəsinə tövsif edilsin. Təyin edilmiş cəzalar dəyişdirilmədən saxlanılsın. Qərar, kassasiya şikayətlərinə münasibətdə qalan hissədə, məhkumlar Məhkum1 və Məhkum2 aid hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar