Məhkəmə qərarları › İş №1(102)-2551/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2551/2025

18.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2551/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2025-ci il tarixli, 1(106)-447/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü ilə (hakim N.F.Mirzəyev) Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin qeyd olunan hökmündən Məhkum apellyasiya şikayəti vermiş, eyni zamanda Biləsuvar Rayon Məhkəməsi qarşısında vəsatət qaldıraraq ona münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 1(022)-36/2024 saylı qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərarla razılaşmayan Məhkum apellyasi ya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2025-cü il tarixli, 1(106)-447/2025 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2025-cü il tarixli, 1(106)-447/2025 nömrəli ilkin məhkəmə baxışı iclasının qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 nömrəli hökmümdən ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı vəsatət versə də, verilmiş vəsatət əsassız olaraq rədd edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti isə heç bir əsas olmadan hərəkətsiz saxlanılmışdır. Müraciət müəllifi hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2025-cü il tarixli qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını yoxlayır. CPM-in 384.1.12-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən həmin qərarın elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci madd əsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayəti verilməsi müddəti hökmün və ya qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm və ya qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. İşin materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarı xx.xx.2025-ci il tarixdə M əhkum təqdim olunmuşdur. Lakin həmin qərarın mübahisələndirilməsinə dair apellyasiya şikayətindən isə görünür ki, şikayət xx.xx.2025-ci il tarixdə, yəni qərarın məhkum tərəfindən alınmasından 3 ay 5 gün keçdikdən sonra verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük prosessual müddəti ötürməsinə baxmayaraq birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmamışdır. Azərbaycan Respublikası CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsi n vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-in 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərək ətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Məhz bu səbəbdən, apellyasiya məhkəməsi məhkumun Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarından qanunla müəyyən olunmuş müddəti buraxmaqla apellyasiya şikayəti verməsini və qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmamasını nəzərə alaraq, həmçinin sadalanmış cinayət prosessual qanunvericiliyini normalarından çıxış edərək, düzgün olaraq məhkumun həmin məhkəmənin 25 dekabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə nəticəyə gəlmişdir. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 08 may 2025ci il tarixli qərarı qəbul edərkən cinayət-prosessual qanunvericiliyinin yuxarıda təsvir edilən tələblərinə tam əməl etmiş və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı prokurorun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında ilkin baxış iclasının 08 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında ilkin baxış iclasının 08 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar