Məhkəmə qərarları › İş №1(102)-2555/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2555/2023

26.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2555/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 1(103)-1286/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 apr el 2022-ci il tarixli, 1(101)-405/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.Salmanov, hakimlər Ş.Hacıyev və M.Ağalarovdan ibarət tərkibdə) xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və xxxx yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablamışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər Z.A.Şirinov və İ.A.İbrahimlidən ibarət tərkibdə) 05 iyul 2022-ci il tarixli, 1(103)-1286/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya m əhkəməsini hökmü ilə Məhkumə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 10 iyul 2021-cı il tarixdə günorta saatlarında X6 ilə görüşmüş, həmin vaxt sonuncunun mobil telefonunu satmaq istəməsini öyrənib müştəri olmasını bildirməklə onu ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısına gətirmiş, orada müştərinin binanın damına gəlməsini bildirib oraya aparmış, binanın damında Zərərçəkmiş şəxs bir qədər gözlədikdən sonra heç kimin gəlmədiyini görüb öz iradını bildirdikdə o, mübahisə yaradaraq özünün şəxsiyyətini sonuncunun fövqündə üstün tutmaqla haqsız olaraq başladığı mübahisədən cüzi səbəb kimi istifad ə edib heç bir əsaslı səbəb olmadan öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib bir neçə dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs başından vuraraq ona supratentorial sahədə orta xətdən sola tərəf dislokasiya ilə müşayiət olunan baş beyinin əzilməsi, sağ əng sümüyünün və sağ almacıq çıxıntısının xətti sınığı, iki tərəfli paraorbital hematoma, sağ milbilək oynağı nahiyəsinin, sağ və sol topuq nahiyəsinin səthi əzilmiş yaraları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə o, xuliqa nlıq niyyəti ilə hərəkət etmədiyi halda, əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada - Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Əməlin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsinin xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya mür aciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəs i müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlm ək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imka n versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” ( qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum zərərçəkmişin sağlamlığı na qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından müəyyən olunur ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol veri lməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Həmçinin Məhkum zərərçəkmiş şəxsə yumruqla xəsarət yetirməsinin motivi sadəcə olaraq zərərçəkmiş şəxsin binanın damına çıxmasından narazı olması ilə bağlı ifadələrini kəsməkdən ibarət olan adi davranış tərzində, mövcud vəziyyətə mütənasib formada ifadə olunan iradı olmuş, zərərçəkmiş şəxsin hər hansı şəkildə aqressiv reaksiyaya səbəb ola bilməyən tərzdə etdiyi iradına cavab olaraq Məhkum özünün şəxsi mənafeyini hər şeydən öndə tutmaqla, aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirmiş, nəticədə səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs başından bir neçə dəfə ardıcıl zərbə vurmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurm uşdur. Apellyasiya Məhkəməsinin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirməsinin müəyyən edilmiş sayılmasına dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1, Şahid3 və digərlərinin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci i l tarixli 687 saylı rəyinə, digər sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Yuxarıda sadalanmış və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri tə kzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən Məhkum şərh edilən əməlinin hüquqi tövsifinin həmin maddələrdən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə dəyişdirilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuy a yol verilməmiş, belə ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi Məhkum ilk dəfə məhkum olunması, əməlindən səmimi peşman olması, etdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxsdən üzr istəyib onu bağışlamasını xahiş etməsi, himayəsində bir azyaşlı uşağının olması kimi onun cəzasını yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə x Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 8 (səkkiz) il 6 (altı) aydan CM-in həmin maddənin sanksiyasının aşağı həddinə yaxın - 7 (yeddi) il 6 (altı) aya endirmişdir. Apellyasiya məhkəməsi məhkumun şəxsiyyəti nə aid və cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tari xli, 1(103)-1286/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 1(103)-1286/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar