Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2556/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 avqust tarixli, 1(105)-409/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 18 aprel tarixli, 1(124)-231/2025 nömrəli hökmü ilə (X1 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “X17 Ticarət İthalat və İhracat Limited Şirkəti’nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM -in 69.3-cü maddəsinə əsasən, 21 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Orxan Yusibov apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2025-ci il 13 avqust tarixli, 1(105)-409/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 avqust tarixli, 1(105)-409/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il 25 fevral tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və müdafiəçinin bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 2025-ci il 13 avqust tarixli, 1(105)-409/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2556/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2556/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver