Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-256/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı ilə sağlamlığa ağır zərər vurması əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsi və ona CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəzanın təyin edilməməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Babayeva Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə (hakimlər Allhverdiyeva Ramella Allahve rdi qızı (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş,Yevlax rayonunun, AŞ Salamabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 126.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 07(yeddi) il 03 (üç) ay müddətə, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yedd i) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum 08 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Ümüzçülük sovxozunda yerləşən qayınatası X11 məxsus evin içərisində qayınanası Zərərçəkmiş şəxs1 onun 22 mart 2016-cı il təvəllüdlü qızı X25nı qanuni əsaslar imkan verdikdə özü ilə apara bilməsini bildirməsini bəhanə gətirərək cüzi səbəbdən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi bıçaqla qarın boşluğundan qəsdən b ir dəfə vurub ona daxili qanaxma və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və bundan sonra öz hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs1 köməyinə gəlmiş qaynı Zərərçəkmiş şəxs2 bel nahiyəsindən üzərində gəzdirdiyi bıçaqla qəsdən bir dəfə vuraraq bel nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə əsasında 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi haqda müddalar hökmdən xaric olunmuş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı E.E.Babayeva kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə Məhkum qarşı irəli sürülmüş ittihama, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən və öz müraciətində ikili mövqe nümayiş etdirən dövlət ittihamçısı E.E.Babayeva həmin protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və məhkumun əməlinin tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmiş, həmin məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham, yəni onun xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1 sağlamlığına ağır zərərin vurulması ilə nəticələnən xəsarət yetirməsi məhkum olunmuş şəxsin özünün verdiyi ifadələrlə yanaşı, ifadənin yerində yoxlanılması, üzləşdirmənin aparılması haqqında protokollarla, habelə birinci instansiya məhkəməsinin iclasında dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Şahid1 ilə boşanma ərəfəsindədir, onlar ayrı-ayrı evlərdə yaşayırlar, Şahid1 boşanma ərizəsi əsasında Ağcabədi Rayon Məhkəməsi tərəfindən mülki işə baxılır. Tərəflər arasında narazılığın olmasına baxmayaraq Məhkum qaynanası Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən evinə gələrək azyaşlı qızı X25nı ap aracağını bildirdikdə Zərərçəkmiş şəxs1 X25nı qanuni əsaslar imkan verdikdə özü ilə apara bilməsini demiş, Məhkum isə bunu bəhanə gətirərək cüzi səbəbdən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla zərər çəkmiş şəxsin qarın nahiyyəsində bıçaqla xəsarət yetirərək sonuncuya ağır xəsarət yetirmiş, bundan sonra isə öz hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs1 köməyinə gəlmiş qaynı Zərərçəkmiş şəxs2 da bel nahiyəsindən bıçaqla qəsdən bir dəfə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göründüyü kimi qaynanası Zərərçəkmiş şəxs1 aralarında olan cüzi bəhanəni səbəb gətirərək Zərərçəkmiş şəxs1 xəsarət yetirən Məhkum öz anasının köməyinəə gələn qaynı Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir narazıçılıq, mübahisə olmadığı halda ona da bıçaqla xəsarət yetirmiş, bu hal isə təqsirləndirilən şəxsin həmin əməlləri xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edir. Daha sonra kassasiya protestinin müəllifi öz müraciətində başqa mövşedən çıxış edərək qeyd etmişdir ki, hətta hesab olunsa ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin tövsifində haqlıdır, ona CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş cəza ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən cəza kimi qiymətləndirilməlidir. Bununla bağlı dövlət ittihamçısı E.E.Babayeva cəza təyin etmənin qaydalar, şərtləri və cəzanın məqsədləri təsbit edilmiş CM-nin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə, CPM-nin 139.0.5-ci maddəsinə və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü və 8-ci bəndlərinə, habelə Məhkum əvvəllər CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarına istinad etmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, Məhkum əvvəllər də anoloji cinayət törətməsinə, yəni arvadı Xya az ağır xəsarət yetirməsinə, lakin tərəflərin barışması səbəbindən məsuliyyətdən azad edilməsinə baxmayaraq, o, qanunun ona verdiyi imkanlardan düzgün nəticə çıxarmayaraq ictimai təhlükəliliyinə görə daha ağır cinayət törətmiş, apellyasiya instansiyası məhkəməsi isə ona cəza tə yin edərkən bu hala əhəmiyyət verməmişdir. Odur ki, qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı E.E.Babayeva onan kassasiya protestinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ali Məhkəmənin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək birgə verdikləri həmin ərizədə kassasiya protestinin təmin edilməməsini və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Öz ərizələrinə zərərçəkmişlər Məhkumla barışmaları və ona qarşı heç bir şikayət və tələblərinin olmaması barədə ayrıayrılıqda verdikləri və notarial qaydada təsdiq olunmuş 18 avqust 2021-ci il tarixli ərizələrini də əlavə etmişlər. Kassa siya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etm əsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.E.Babayeva öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etməsini, Məhkum əməlinin düzgün tövsif edilməməsini və ona həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nə zərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, habelə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Babayevanın kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi gö rür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya itnstansiyası məhkəməsinin yekun qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qe yd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə m inmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəx slərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. 26-cı maddəsinin İİ hissəsinə görə, dö vlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınma sının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə müvafiq sübutlara əsasən faktiki ictimai təhlükəliliyi az olan cinayət əməlini törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinməsinin və cəzalandırılmasını yolverilməzliyini də nəzərdə tutur. K onstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasə n müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhl ükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növb əsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayə tə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM- nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatı nda sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əh əmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CP Mnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş süb utların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair nor malar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasə n, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin tə qsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 v ə 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunm asını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu ami llərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ ni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşk il etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum qaynanası, yəni qohumu Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə üzərində olan bıçaqla bir ədəd deşilmişkəsilmiş xəsarət yetirərək onun sağlamlığına ağır zərər, həmin bıçaqla həmçinin qohumu olan qaynı Zərərçəkmiş şəxs2 bel nahiyyəsinə bir ədəd zərbə vuraraq sonuncunun sağlamlığına yüngül zərər vurmasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkum bu əməlləri xuliqanlıq niyyəti ilə törətməsinə görə ona qarşı ittiham irəli sürüls ə də, bu ittiham işin faktiki hallarına uyğun olmamış, onun şəxsiyyətin sağlamlığı əleyhinə cinayət əməllərini törədərkən bu əməlləri məhz xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edən sübutlar ibtidai araşdırma orqanı və ümumiyyətlə ittiham tərəfindən məhkəmələrə təqdim olunmamış, apellyasiya instansyası məhkəməsi də, sübutları tam və hərtərəfli araşdıran birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq və işə ibtidai araşdırma orqanı tərəfindən toplanmış (məhkəməyə təqdim olunmuş) və Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən baxaraq Məhkum məhz CM-nin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə düzgün nəticəyə gəlib iş üzrə kassasiya qaydasında mübahisəlndirilən yekun məhkəmə akını qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə müraciət edərək onların təsvir və təhlil edilməsini zəruri bilir. Belə ki, kassasiya protestində də istinad olunan məhkum edilmiş şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, Şahid1 onun arvadı olmuş və sonuncu 02 iyul 2012-ci il tarixdə könüllü olaraq ona qoşulub qaçmış, bundan sonra onlar nikaha daxil olmuş və onların bu nikahdan 23 mart 2016-cı il tarixdə X25 adlı bir qız övladları anadan olmuşdur. 2019-cu ilin iyul ayında hamilə olaraq bətnində üç aylıq uşağı olmasına baxmayaraq, X Respublika Klinik Xəstəxanasında abort etdirdiyinə görə onların münasibətləri pozulmuş və həmin vaxtdan etibarən onlar ayrı yaşamağa başlamışlar. 2019-cu il in avqust ayının əvvəllərində X ondan boşanmaq məqsədi ilə Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və bu ərizə ilə bağlı boşanma prosesi məhkəmədə davam etmişdir. X ondan boşanmaq istədiyinə görə o, qızı X25nın onda qalmasını istəsə də, anası Zərərçəkmiş şəxs 1nin təkidi ilə X buna etiraz etmişdir. 08 noyabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində o, qaynanası Zərərçəkmiş şəxs 1nin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək qızı X25nı aparmaq üçün onlara gələcəyini bildirmiş və həmin gün təxminən saat 22 radələrində azyaşlı qızı X25nı aparmaq məqsədi ilə onların yaşadıqları Türkan qəsəbəsində yerləşən evlərinə getmişdir. Orada qapını ona qaynanası Zərərçəkmiş şəxs1 açaraq gəlməsinin səbəbini soruşmuş, o, cavabında doğma qızı X25nı aparmağa gəl diyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona polisə zəng etməsini, əgər qanun icazə verirsə, uşağı apara biləcəyini, əks halda çıxıb getməli olacağını demişdir. Buna görə, o, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla ardıcıl olaraq 3 dəfə 102 xidmətinə zəng etmiş, lakin zənglərinə cavab verən olmamışdır. Bundan sonra o, təkrar olaraq uşağı istəmiş, Zərərçəkmiş şəxs1 isə yenə də ona polis əməmkdaşlarının çağırmasını və yalnız onların iştirakları ilə uşağı ona verə biləcəyini demişdir. Qaynanasının bu sözü onun xoşuna gəlmədiyindən o, biri-birinə ziyanlıq etməmələrini, gedib uşağı gətirməsini təklif etmiş, lakin Zərərçəkmiş şəxs1 təkrarən polis əməkdaşları olmadan uşağı ona verə bilməyəcəyini demişdir. Qaynanasının bu sözünə görə o, əsəbləşmiş və həmin an əynində olan gödəkçəni n sağ cibindən bıçağı çıxararaq evin giriş hissəsində Zərərçəkmiş şəxs 1nin qarın nahiyyəsindən bıçaqla bir dəfə zərbə vurub əlləri ilə onu itələyib yerə yıxmışdır. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs2 anasınının vurulduğu yerə gəlib ondan bunun səbəbini soruşduqda, o, buna heç bir cavab vermədən əli ilə Zərərçəkmiş şəxs2ın boynundan tutub çevirərək bel nahiyyəsindən bıçaqla ona da bir zərbə vurmuşdur. Bundan sonra arvadı Türkanə və qaynı Zərərçəkmiş şəxs2 onu uzaqlaşdırmaq məqsədi ilə üstünə gəlmiş, həmin vaxt o, əlində olan bıçaqla arvadı Xə də xəsarət yetirmiş (bu hal iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmir və buna görə də X zərər çəkmiş şəxs kimi tanınmamışdır-m.k.) və bıçağı hadisə yerinin yaxınlığında tullayaraq çıxıb getmişdir. Bir qədər sonra ona zəng gəlmiş və zəng edən şəxs polis əməkdaşı olduğunu bildirmişdir. Onunla söhbətləri zamanı o, həmin şəxsə etdiyi əməli etiraf edərək Bilgəh qəsəbəsində olduğunu və könüllü olaraq polisə təslim olmaq istədiyini bildirmişdir. Bir qədər sonra onun olduğu yerə polis əməkdaşları gəlmiş və o, sonuncularla birlikdə Xəzər RPİ-nin 1-ci polis şöbəsinə getmişdir. Əlavə olaraq Məhkum qeyd etmişdir ki, hadisə zamanı qaynanası Zərərçəkmiş şəxs1 əlləri ilə onu vurmaqla ona xəsarət yetirmiş, lakin buna baxmayaraq onun sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Özünün etdiyi əməllərə görə isə o, səmimi peşmançılıq çəkir, sadəcə olaraq həmin vaxt o, əsəbi halda olmuş, buna görə də qaynanası Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra X və Zərərçəkmiş şəxs2 onları ayırmaq üçün qarşısına keçərkən onlara da xəsarətlər yetirmişdi r. Hadisə zamanı istifadə etdiyin alət adi metaldan hazırlanmış mətbəx bıçağı olmuş və o, həmin bıçağı kirayədə qaldığı evdən götürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum törətdiyi əməllərin halları barədə qismən fərqli ifadələr versə də, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, birincisinə qarın nahiyəsindən, ikincisinə isə bel nahiyyəsindən məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə müəyyən edilmiş (müvafitq olaraq ağır və yüngül dərəcəli) xəsarətlər yetirməsini, hadisənin baş verməsi səbəbni isə onun xahişinə əsasən azyaşlı qızı X25ni qaynanası Zərərçəkmiş şəxs1 ona verməsinə qəti şəkildə etiraz etməsi ilə əlaqələndirmişdir. Həmin iclasda zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, T ürkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayır. 08 noyabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində qızı X və oğlu Zərərçəkmiş şəxs2la birlikdə həmin evdə olarkən qızı ilə boşanma ərəfəsində olan yeznəsi ona zəng edərək ailə üzvlərinin ünvanına təhqiramiz sözlər danışaraq bildirmişdir ki, qızı X25nı aparmaq üçün onlara gələcək. O, isə onun söz xatirinə danışdığını güman edib bir söz deməmişdir. Həmin gün təxminən saat 22 radələrində yaşadıqları evə gəlmiş, evin qapısını döyərkən qapını o, açmış və ondan gəlməsinin səbəini soruşmuş, o, da qızını aparmağa gəldiyini bildirmişdir. Bunun cavabında o, yəni Zərərçəkmiş şəxs1 bunun üçün polisə zəng etməyi təklif edərək yalnız qanun icazə verərsə, uşağı apara bilməsini demiş, belə icazə olmazsa isə çıxıb getməyi tələb etmişdir. Bu vaxt mobil te lefonu ilə harasa zəng etıııiş, lakin danışa bilməmişdir. Bundan sonra Məhkum təkrarən uşağı istəmiş, o, isə yenə də ona eyni cavabı vermiş və polis əmkdaşları olmadan uşağı ona verməyəcəyini bildirmişdir. Elə bu sözü deyən kimi gözləmədiyi halda Məhkum əynində olan göəkçənin sağ cibindən bıçağı çıxararaq evin içərisinə girib bir dəfə onun qarın nahiyyəsindən həmin bıçaqla zərbə vurmuş və əlləri ilə onu itələyib yerə yıxmışdır. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs2 in onu vurduğu yerə gəlib ondan bunun səbəini soruşduqda sonuncu bir söz demədən əli ilə Zərərçəkmiş şəxs2ın boynundan tutub çevirərək bel nahiyyəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Bundan sonra o, evin başqa otağında olan qızı Xi köməyə çağırrmış və ona in Zərərçəkmiş şəxs2ı bıçaqla vurduğunu demişdir. X dərhal köməyə gəlib in bel nahiyyəsindən tutaraq onu qucaqlayıb evdən çölə, həyətə çıxarmış, lakin sonuncu Xi də həm bıçaqla, həm də əlləri ilə vurmağa çalışmış və vurmuşdur. Buna baxmayaraq X i həyətdə yerə yıxmış və üzərinə çıxıb onun ayağa durmasının qarşısını almışdır. Lakin, imkan taparaq yerdən qalxıb hadisə yerindən çıxıb getmiş, onu, yəni Zərərçəkmiş şəxs1 isə qonşuluqda yaşayan Şahid2 köməkliyi ilə xəstəxanaya aprmışlar. Cinayət işinin materiallarından göründüyü kimi, öz məzmununa görə Zərərçəkmiş şəxs1 ifadələri ilə eynilik təşkil edən analoji ifadələri həmçinin məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2, şahidlər X və Şahid2 da vermişlər. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etməsi və iş üzrə toplanmış sübutları tədqiq etməməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq qeyd etməyi lazım bilir ki, istər ibtidai araşdırma orqanı, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələri, Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı fərqli nəticələrə gəlsələr də, apellyasiya instansiyası məhkəməsi məhz ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları tədqiq edib onlara CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərərk gəldiyi nəticəni məhz həmin sübutlar vasitəsilə kifayət qədər əsaslandırmış, ittiham tərəfi isə, o cümlədən kassasiya protestinin müəllifi həmin sübutların hər hansı birinin yolverilməz sübut kimi q əbuledilməz olması barədə təşəbbüslə çıxış etməmiş, başqa sübutlar isə araşdırılması üçün həm müdafiə, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Halbuki, yalnız CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş sübutlar yolverilməz sübutlar kimi qiymətləndirilməlidir və cinayət törətmiş şəxsin təqsirliliyi və onun əməlinin hüququnun tövsifi məsələləri həll edilərkən belə sübutlardan istifadə oluna bilməz. Belə ki, 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təmi nat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkə tlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Hazırki cinayət işinin materialları ilə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən sübutların toplanması və araşdırılması zamanı sadalanan pozuntulara yol verilməsi müəyyən edilmir və bu baxmdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etməsi, digər tərəfdən həmin məhkəmə tərəfindən sübutların tədqiq olunmaması barədə kassasiya protestinin dəlilləri tamamilə əsassızdır və bu dəlillər qəbuledilməz sayılmalıdır. Buna görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür və bununla bağlı kassasiya protestinin bu hissədə təmin edilməməsini mümkün bilir. Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tövsif edilməməsi, yəni CPM-nin 416.1.15-ci maddəsində göstərilən pozuntuya yol verilməsi barədə kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası həm yuxarıda təsvir edilmiş ifadələrə, həm də iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq bu dəlillərin də əsassız sayır və bu qənaəti ilə öyrənilmiş cinayət işinin matğeiallarına müraciət edərək aşağıdakıları qeyd edir. Əvvəla, iş üzrə toplanmış sübutlarla təkzib olunmaz işin faktiki halları ondan ibarətdir ki, Məhkum və X 2012-ci ilin iyul ayında ailə həyatı qurmuş, nikah bağlamış və 23 mart 2016-cı il tarixdə onların bu nikahdan bir qız uşağı (X25) anadan olmuşdur. 2019-cu ilin iyul ayında X abort etdirdiyinə görə onların ər-arvad münasibətləri pozulmuş, onlar biri-birindən ayrı yaşamağa başlamış və həmin ilin avqust ayında X boşanma ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizəyə mahiyyəti üzrə baxılmadığından və istər boşanma məsələsinin həll edilməsi, istərsə də birgə nikahdan doğulmuş uşağın taleyi (onun hər hansı valideynə saxlanılması üçün verilməsi) barədə heç bir qətnamə çıxarılmadığından Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq Məhkum X kimi valideyn olaraq özünün uşağına münasibətdə digər hüquqlarla yanaşı uşaqla birgə yaşamaq, onunla ünsiyyət saxlamaq hüquqlarına da malik olmuş və o, bu hüquqlardan istər hər hansı nomativ-hüquqi aktla, istərsə də qüvvəyə minmiş məhkəmə aktı ilə məhrum edilməmiş, onun həmin hüquqları məhdudlaşdırımamışdır. Məhz bu hüquqlarından istifadə etmək məqsədilə (məhkumun başqa məqsəd izləməsi iş üzrə toplanmış və araşdırılmı ş sübutlarla müəyyən edilməmişdir) Məhkum 08 noyabr 2019-cu il tarixdə hələ arvadı olan Xnın valideynləri və qardaşı ilə birlikdə yaşadıqları evə gələrək onun qarşısına çıxan qaynanası Zərərçəkmiş şəxs1 azyaşlı uşağını ona verməsini xahiş etmiş, lakin sonuncu bunun üçün heç bir məhdudiyyətin olmamasına baxmayaraq əsassız şəkildə uşağı yalnız polis əməkdaşlarının iştirakları ilə ona verəcəyini bildirmişdir. Bunun üçün heç bir zərurət olmasa da Məhkum məsələni Zərərçəkmiş şəxs1 tələb etdiyi kimi həll etmək üçün DİN-nin 102 xidmətinə zəng etsə də onun zəngləri cavabsız qalmış və buna görə o, təkrarən heç bir kobudluq göstərmədən Zərərçəkmiş şəxs1 uşağı ona verməyi xahiş etsə də, sonuncu yenə də bu xahişi yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir. Məhz bu cavabdan sonra Məhkum yenə də he ç bir niyyət, o cümlədən xuliqanlıq niyyəti izləmədən, qaynanası ilə, yəni qohumu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində və ondan verdiyi imtina cavabına görə qisas almaq məqsədilə əsəbi halda özündə olan bıçaqla onun qarın nahiyyəsindən bir zərbə vuraraq onun sağlamlığına ağır zərər vurmuş, hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 isə münaqişəyə müdaxilə etdiyinə görə, yəni yenə də xuliqanlıq niyyəti izləmədn həmin bıçaqla bir zərbə vurub onun da sağlamlığına yüngül zərər vurmuşdur. Hadisənin bu şəraitdə baş verməsi hallarından və bu halların arxasında duran sübutlardan çıxış edərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ona istinad olunan əməlləri törətməsinin səbəbi Zərərçəkmiş şəxs1 onun doğma qızını ona verməkdən imtina etməsi, yəni zərər çəkmiş şəxsin buna h üququ olmadığı halda özbaşına olaraq Məhkum valideyn kimi ona qanunla verilmiş hüquqlarını həyata keçirməyə mane olması ilə əlaqədar olmuş və sonuncu həmin əməlləri törədərkən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməmiş, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik göstərməmiş, özünü ədəbsiz aparmamış, səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarmamış, öz şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar" şəxsləri “cəzalandırmaq məqsədi izlələmiş, onun törətdiyi həmin əməllər isə azğınlıqla, qəddarlıqla, ətrafdakılara hörmətsizlik göstərən eqoizmlə müşaiyət olunmamışdır. Belə olan halda isə onun ittiham olunduğu əməlləri törətməsinin yuxarıda göstərilən səbəbinin cüzi səbəb hesab edilməsi üçün fikir yürütmək mümkün deyil və onun həmin əməlləri xuliq anlıq niyyəti ilə törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Hərçənd hüquq tətbiqetmədə formalaşan təcrübəyə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs yuxarıda göstərilən hallarla yanaşı həmçinin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıqaşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur və həqiqətən cüzi səbəbdən, yəni ona qarşı hər hansı qanunsuzluq göstərilmədiyi halda özündə bu haqda formalaşmış ehtimal əsasında digər şəxsə zor tətbiq edir. Qeyd olunmalıdır ki, cinayət qanunu normalarının tələblərinə verilmiş təfsirə uyğun hüquqi mövqe və izahlar kassasiya protestində də istinad ol unan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarlarında da əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olu nur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası vurğulayır ki, həmin Qərarda həyat və sağlamlıq əleyhinə hər hansı cinayətin xuliqanlıq niyyətilə tördilməsinə görə məsuliyyət müəyyən edilmiş CM-nin Xüsusi his səssinin müvafiq normalarına (CM-nin 127.2.3, 126.2.4, 120.2.4-cü maddələrinə) deyil, xuliqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlə r çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlak ının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyəti ni təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etm ə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsi ndə zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Əvvəla, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum 08 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşıdığı evdə silah qismində istifadə olunan əşyanı – mətbəx bıçağını tətbiq etməklə ona istinad olunan zorakılıq əməllərini törədərkən həm də ictimai qaydanı pozmasıni və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsin i, yəni kassasiya protestində də göstərilən xuliqanlığın motivini təşkil edən hərəkətlər etməsi müəyyən edilmədiyindən ona qarşı CM-nin 221.3cü maddəsi ilə ittiham irəli sürülməmiş və yalnız onun törətdiyi əməllərin səbəbi “cüzi” səbəb kimi qiymətləndirilərək həmin əməllər xuliqanlıq niyyətilə törədilmiş əməllər hesab edilmişdir. Bu səbəbin isə əsaslı olması barədə məhkəmə kollegiyasının qənaəti yuxarıda göstərilən şəkildə kifayət qədər əsaslandırılmışdır. Kassasiya protestində isə onun müəllifi bunun əksinə olaraq Məhkum xuliqanlıq cinayətinin motivini, yəni subyektiv cəhətini təşkil edən, lakin məhkuma qarşı irəli sürülmüş ittihamda əksini tapmamış digər hərəkətlər etməsini də iddia edir ki, bu da faktiki olaraq məhkuma qarşı irəli sürülmüş ittihamın həcminin genişləndirilməsi deməkdir. Halbuki, CPM-nin 318.1-ci maddəsinin tələbinə və mənasına görə, şəxsə qarşı irəli sürülməmiş ittiham üzrə onun təqsirli bilinməsi yolverilməzdir. Məhkum xuliqnanlıq niyyəti izləmədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması əməlinin CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmış izah və tövsiyələri də nəzərə alır. Əvvəla məhkəmə kollegiyası vurbulayır ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisə sinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hazırki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi bütün sübutlar tam, hərtərəfli və obyekğtiv araşdırıldığından, məhkəmə iclasında isə istər ittiham, istərsə də müdafiə tərəfi əlavə sübutların araşdırlması barədə təşəbbüslə çıxış etmədiklərindən, apellyasiya instansiyası məhkəməsində hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən həmin sübutların təkrarən araşdırılmasına ehtiyac olmamış və buna görə Məhkum törətdiyi əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması kifayət etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti ilə bağlı Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə etdi yi hüquqi mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izaş etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədə ləmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndin də göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, bu izahların yekun mənası ondan ibarətdir ki, istər qəsdən a dam öldürmənin, istərsə də qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurmanının motivini xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxslərin, şahidlrin ifadələrindən və digər sübutlardan görünür ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə aralarındakı mübahisə məhkum olunmuş şəxsin qanuni tələbinin sonuncu tərəfindən əsassız və qanunsuz olaraq yerinə yetirilməməsi səbəbindən başlamış və Məhkum məhz şəxsin münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı ona ittiham olunmuş əməlləri törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 tərəfindən edilmiş hərəkətlərə cavab olaraq qəsdən sağlamlığa ağır zə rər vurma cinayətini xuliqanlıq niyyətilə törətməsinə dəlalət edən yuxarıda sadalanan hallar iş üzrə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməlin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutların məcmusu ilə təsdi olunur və aşağıda şərh edilənlərə də tam uyğundur. Apellyasiya instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə tərəfindən CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmiş və kassasiya protestinin bununla əlaqədar dəlilləri qəbul edilməz sayılmaqla həmin protest bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası həm də onu v urğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təhlil edilən əməlini CM-nin 126.1-ci maddəsi ilə tövsif edərkən həm də təqsirsizlik prezumpsiyası təsbit edilmiş milli qanunvericiliyin və beynəlxalq müqavilələrin aşağıdakı tələblərinə də əməl etmiş, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə almışdır. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirl əndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 2-ci hissəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyy ətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq CPM-nin 21.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-n in 21.3-cü maddəsində isə göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetir ilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndir mişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə həmçinin şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının və onun əməlinə cinayət qanunun bu və ya digər normasının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması zamanı da əməl olunmalıdır ki, apellyas iya instansiyası məhkəməsi də Məhkum əməlini CM-nin bir maddəsindən digər maddəsinə tövsif edərkən təhlil edilən prinsipə riayət etmişdir. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mö vqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, t əqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bil məz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər ş əkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şə xsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-c u il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən ci nayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ed ilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçi rilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təh lükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzas ını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, son olaraq Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cə zası nəzərdə tutulmuşdur. Kassasiya qaydasında mübahisələndirilən 27 iyul 2023-cü il tarixli qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində həmin maddə əsasında cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cəzanı yüngülləşdirən hallar kimi məhkumun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayətlərin və tələblərinin olmamasını (CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hal), CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşaxın olmasını, CMnin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq isə əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu CPM-nin 139.0.5-ci maddəsi tələb etdiyi kimi müvafiq sübutlarla təsdiq edilmiş bu hallara uyğun olaraq ona kifayət qədər qanuni və ədalətli cəza – 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, sonuncu isə həmin cəzanı çəkib qurtarmışdır. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, həmin cəza nəinki Məhkum təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyası çərçivəsində, hətta CMnin 65.2-ci maddəsində residivə görə cəza müddəti nəzərdə tutulmuş həddə, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın son həddinin yarısı həddində olmuş, baxmayaraq ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum əməlində cina yətlərin residivini yaradan hallar müəyyən edilməmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən isə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda halda, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın açıqaşkar yüngül olması barədə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilməməsini hesab edərək təhlil edilən məsələ ilə bağlı da kassasiya protestinin dəlillərini qəbul edilməz sayıb bu hissədə də həmin protestin təmin edilməməsi barədə qənaətə gəl ir. O, ki qaldı Məhkum əvvəllər də CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin, lakin CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması haqda kassasiya protestinin dəlilinə, məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir və qeyd edir, göstərilən qərarla Məhkum hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinməyərək məhkum olunmamış, onun məhkumluğu yaranmamış, məhkumun əvvəllər sağlamlıq əleyhinə cinayət əməli törətməsinə baxmayaraq yenidən eyni xarakterli cinayət törətməsi isə əvvəla CM-nin 61.2-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilm əz, digər tərəfdən isə bu hal onun cinayət törətməyə meylli şəxs olması barədə fikir yürütməyə heç də əsas vermir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngül olması və həmin cəzanın ağırdaşdırılmalı olması məsələsi o, halda nəzərdən keçirilə bilər ki, cəza təyini məsələsini həl edən məhkəmələri müvafiq sübutlarla təsdiq edilməmiş hər hansı halı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almış olsun, yaxud da CM-nin 61.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə müəyyən edilmiş hansısa cəzanı ağırlaşdıran halı nəzərə almasın. Hazırki işin materiallarından və kassasiya qaydasında mübahisələndlirilən 27 iyul 2023-cü il tarixli qərardan apellyasiya instansiyası məhkəməsinin bu kimi nöqsana yol ve rməsi görünmür. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21 maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və kassasiya protestinin təmin edilməməsi haqda Məhkum, həmin protestin təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 126.1 və 128-ci maddəddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-256/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-256/2024
09.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver