Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2561/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2025-ci il tarixli 1(104)-269/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin (sədrlik edən hakim Natiq Abbasov) 18 fevral 2025-ci il tarixli, 1(015)-17/2025 nömrəli hökmü ilə xx xxxxxxxx 1986-cı ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqs irli bilinmişdir ona görə ki, o, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 15 gün, xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 30 gün, xx.xx.2024- cü il tarixli qərarı ilə isə 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödən ilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 aprel 2024cü il tarixədək 10460,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs (Hava) Yusif qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məm mədov (sədrlik edən və məruzəçi), Nural Əliyev və Əlizamin Abdullayev) 02 iyun 2025-ci il tarixli 1(104)-269/2025 nömrəli qərarı ilə Ağstafa Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 1(015)-17/2025 nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 306.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2025-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2025-ci il tarixli 1(104)-269/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 28 yanvar 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni 23 yanvar 2026-cı il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protes tinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2025-ci il tarixli 1(104)-269/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2561/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2561/2025
28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver