Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2562/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli, 1(107)-237/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 4 dekabr tarixli, 1(091)-285/2024 nömrəli hökmü ilə (X3 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə) xx xxxxxx 1979-cu ildə Ucar rayonunun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 iyul 2024-cü il tarixdən hesablanması, Məhkum üç azyaşlı uşağı-26 iyul 2015-ci ildə doğulmuş oğlu Adil Qarayev, 27 may 2016-cı ildə doğulmuş oğlu Amil Qarayev və 09 iyun 2017-ci ildə doğulmuş qızı Nuray Qarayevaya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Ucar Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılması hökm edilmişdir. Həmin hökmdən təqsirlən dirilən şəxs Məhkum apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 aprel tarixli, 1(091)-285/2024 nömrəli qərarı ilə Məhkum həmin məhkəmənin 04 dekabr 2024-cü il tarixli, 1(091)285/2024 nömrəli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 aprel tarixli, 1(091)-285/2024 nömrəli qərarından Məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2025-ci il 2 iyul tarixli, 1(107)-237/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmə miş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci 10 aprel il tarixli, 1(091)-285/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraq qeyd etmişdir ki, o, törətdiyi əməldən psixoloji sarsıntı keçirmiş və qanunvericilikdən xəbəri olmamışdır. Məhkum qanunvericilikdən xəbərsiz olmasının, ailə vəziyyətinin, düşdüyü durumun nəzərə alınmasını və apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkum əlavə olaraq göstərdi ki, xəstə olmuş, xəstəliyi ilə bağlı vaxtında şikayət verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahişetdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müra ciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, cinayət işinin materiallarından görü nür ki, məhkum apellyasiya şikayəti vermə müddətini 11 gün buraxmışdır. Məhkum bunun səbəbi kimi sarsıntı keçirməsini, xəstə olmasını bildirmiş və məhz bu səbəbdən vaxtında apellyasiya şikayətini verə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Göründüyü kimi, məhkum apellyasiya şikayəti vermə müddətinin buraxılmasını xəstəliyi ilə əlaqələndirmiş və məhz bu səbəbdən vaxtında apellyasiya şikayəti verə bilmədiyini məhkəmələr qarşısında bəyan etməsinə baxmayaraq, məhkəmələr tərəfindən bu məsələ araşdırılmamış, müvafiq sorğular vermək yolu ilə məhkumun vaxtında apellyasiya şikayəti verməsinə mane olan hər hansı bir üzrlü səbəbin olub-olmamasını araşdırmamışlar. Məhkəmələr məhkumun vəsatətini rədd edərkən öz mövqelərini onunla əsaslandırmışlar ki, məhkum xəstəliyini təsdiq edən heç bir sənədi məhkəmələrə təqdim etməmişdir. Lakin bu zaman məhkəmələr nəzərə almamışlar ki, məhkum azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsdir və onun hər hansı sənədi əldə etməsi imkanı da oldu qca məhduddur. Bu zaman həbsdə olan məhkum məhkəmə qarşısında hər hansı bir üzrlü səbəb barədə məlumat verirsə, artıq bu məsələnin araşdırılması məhkəmənin vəzifəsinə çevrilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı CPM-in müddəalarına uyğun çıxarılmamış, məhkumun dəlilləri məhkəmələr tərəfindən araşdırılmamış və bununla da məhkumun məhkəmələrə təkrar müraciət hüququ pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münaisbətdə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli, 1(107)237/2025 nömrəli qərarı, kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2562/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2562/2025
04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver