Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2565/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi X8, Məhkum3 müdafiəçisi X11 və Məhkum4 iştirakları ilə, Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum6 barələrində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Məhkum3 müdafiəçisi Müdafiəçi5, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 7 yanvar tarixli, 1(100)-49/2025 nömrəli hökmü ilə (Hakimlər N.M.Əliyev (sədrlik edən), D.H.İmanov və A.E.Məmmədovdan ibarət tərkibdə) xx.xx.1988-ci ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza ç əkən, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 20 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) bir ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 avqust 2024-cü il tarixdən hesablanması, xx.xx.1989-cu ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum o lunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 20 dekabr 2021-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay 10 (on) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 avqust 2024-cü il tarixdən hesablanması, xx.xx.1987-ci ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 14 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 a vqust 2024-cü il tarixdən hesablanması, xx.xx.1987-ci ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının sa xlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 avqust 2024-cü il tarixdən hesablanması, xx.xx.1981-ci ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 12 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 25 (iyrmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanması, xx.xx.1995-ci ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 12 dekabr 2021ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 avqust 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmçinin hökmlə məhkəmə məsrəflərinə və maddi sübutlara dair məsələlər həll edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən mülki iddia baxılmamış saxlanılmış və onlara mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum5, təqsirləndirilən şəxslər Məhkum6 və Məhkum4 müdaf iəçisi Müdafiəçi6, təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X9, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X6 apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə) 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum1 təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il 6 (altı) aya endirilmiş, Məhkum1 20 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddət bu qərarla ona təyin edilmi ş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azaldılaraq 3 (üç) il müddətinə endirilmiş, Məhkum2 20 dekabr 2021-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay 10 (on) gün müddət bu qərarla ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il 6 (altı) ay müddətinə endirilmiş, Məhkum3 14 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 3 (üç) gün müddət bu qərarla ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 10 ( on) ay 27 ( iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum4 təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il müddətinə endirilmiş, Məhkum4 14 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 3 (üç) gün müddət bu qərarla ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhk um5 CM-nın 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi 3 (üç) il müddətinə endirilmiş, Məhkum5 12 dekabr 2021-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddət bu qərarla ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 3 (üç) il 6 (altı) ay müddətinə endirilmiş, Məhkum6 12 dekabr 2021- ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddət bu qərarla ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 10 (on ) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum1 tanışları Məhkum2, Məhkum4, Məhkum3, Məhkum6 və Məhkum5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını oğurlamış, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talamışlar. Belə ki, onlar Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil ol ub külli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq barədə razılığa gəldikdən sonra, bu niyyətlə qrupun üzvləri arasında müəyyən edilmiş vəzifələrə uyğun olaraq xx.xx.2021-ci il tarixdə, saat 23:30-da Məhkum2 məxsus olan, lakin Məhkum5 idarə etdiyi “Vaz-21099” minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına getmiş, Məhkum5 hadisə başa çatdıqdan sonra onları avtomobillə dərhal hadisə yerindən uzaqlaşdırmaq məqsədilə orada gözləmiş, qrupun digər üzvü Məhkum6 müəyyən edilmiş vəzifəsinə uyğun olaraq kömək etmək, yəni qrupun digər üzvlərini məlumatlandırmaqla planlaşdırılan cinayətin başa çatdırılmasını asanlaşdırmaq üçün qohumluq münasibətlərində olduğu Zərər çəkmiş şəxs1 onunla birlikdə yaşayan oğlu X8 qohumluq münasibətləri ilə əlaqədar onun yaşadığı və qonşuluqda yerləşən evinə gəlməsi barədə məlumat verməklə, hazırlanmış plan üzrə aldığı enerji içkisinə dəvət edib sonuncunun öz evinə qayıtmasını bir qədər ləngitməklə cinayətin həyata keçirilməsi üçün maneələri aradan qaldırmış, bu müddətdə qrupun digər üzvləri Məhkum2, Məhkum4 və Məhkum3 ilə birlikdə əvvəlcə Zərərçəkmiş şəxs1 yaşadığı həmin birmərtəbəli evin həyətində yerləşən yardımçı tikilinin plastik pəncərəsini alətlə açmaqla həmin tikiliyə, daha sonra isə evin həyətinə, oradan isə digər plastik pəncərəni alətlə açmaqla həmin yardımçı tilikinin qonaq otağına qanunsuz daxil olaraq evdə olan qızıl-ziynət əşyalarını və digər əmlakları ələ keçirdikdən sonra əvvəlcədən razılaşdıqları kimi hə min vaxt yaxınlıqda gözləyən Məhkum5 idarə etdiyi “Vaz-21099” markalı 99-RE481 nömrə nişanlı avtomobilə hadisə yerindən uzaqlaşmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus 305252 (üç yüz beş min iki yüz əlli iki) manat dəyərində, Zərərçəkmiş şəxs1 məxsus 71208 (yetmiş bir min iki yüz səkkiz) manat dəyərində, özgənin cəmi 376460 (üç yüz yetmiş altı min dörd yüz altmış) manat dəyərində külli miqdarda əmlaklarını oğurlamış, yəni özgənin külli miqdarda əmlaklarını gizli olaraq talamışlar. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN, MÜDAFİƏÇİLƏRİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, NÜMAYƏNDƏNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona və Zərərçəkmiş şəxs1 qarş ı törədilmiş ağır cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın məbləği 600000 (altı yüz min) manatdan artıq dəyərləndirilməli olmasına baxmayaraq onlar, həmin məhkumların kənd oğlu olmalarına, ailə üzvlərinin və yaxın qohumlarının dəfələrlə onlara müraciət edərək hümanistlik göstərmələrini xahiş etmələri, həmin məhkumların ailə vəziyyətlərinə görə onlardan oğlurladıqları qızıl-ziynət əşyalarının hazır satılan əşya kimi bazar qiymətlərinin dəyərlərini deyil, el arasında deyildiyi kimi "lom" formasındakı satış qiymətləri üzrə onlardan ümumiliklə 376000 manat maddi ziyanı ödəmələri ilə razılaşmışlar. Eyni zamanda həmin məhkumların hansının hansı məbləğdə maddi ziyanı zərərçəkmiş olaraq ona ödəməli olmalarını isə məhkumların özləri öz aralarında məsləhətləşərək, törətdikləri əməllərinin dərəcələrini və cinayət yolu ilə əldə etdikləri qazanca münasibətdə müəyyən etmələri ilə də razılaşmışdır. Ancaq məhkəmə kollegiyasının qərarında da həmin 3 nəfər məhkumlar yəni, Məhkum1, Məhkum3 və Məhkum6 öz aralarında müəyyənləşdirdikləri, ödəməli olduqları həmin məbləğləri də tam ödəməyərək nəticədə ödənilməmiş qalan 44752 manat məbləğində maddi ziyanı məhkumlardan müştərək qaydada ödəmələrini tələb etmək məcburiyyətində qalmışdır. Ona görə də nə qədər ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum6 törətdikləri cinayət əməlləri nəticəsində ona vurduqları maddi ziyanın minimum həddini də tam ödəməyərək onunla tam barışıq əldə etməmişlər, onların barələrində məhkəmə kollegiyası tərəfindən təyin edilmiş cəzaların endirilməsi ilə heç bir halda razı deyildir. Məhkumların cinayət əməlləri nəticə sində ona vurulan maddi ziyandan əlavə hadisənin törənməsindən bu ana qədər nə qədər mənəvi iztirablar çəkmiş, satmaq üçün həmin qızılları aldığı şəxslər qarşısında hansı dərəcədə təhdidlərə dözmüş və mənəvi iztirablarının dəyərini müəyyən etmək mümkünsüzdür. O, ona görə məhkumlardan hər hansı əlavə ödəmə tələb etməmişdir. Belə olduğu halda həmin 3 nəfər məhkumlar ona ödəməli olduqları maddi ziyanın qalıq hissəsini tam ödəmədikləri halda, onlara qarşı mülki icraat qaydasında həm maddi, həm də mənəvi zərərin ödəniləmsinə dair iddia qaldırmaq məcburiyyətində qalacaq. Zərərçəkmiş şəxs2 kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkumlara daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə kassasiya şik ayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən zərərçəkmiş şəxsin apellyasiya şikayətində qeyd etdiyi faktlara lazımi qiymət verməmiş, maddi və prosessual normaların pozuntusuna yol vermişdir. Belə ki, o, oğurluq cinayətinin nəticəsində həm ciddi psixoloji sarsıntılara məruz qalmış, həm də ağır maddi vəziyyətə düşmüşdür. Yaranmış çətin sosial və iqtisadi şərait nəticəsində zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər – Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum6 ilə razılaşmaq məcburiyyətində qalmış, hansı ki həmin məbləğ təqsirləndirilən şəxslər tərəfindən müəyyən edilmişdir. Buna əsasən təqsirləndirilən şəxslər zərərçəkmişə vurulmuş maddi zərərin ödənilməsi məqsədilə ümumilikdə 61.000 (altmış bir min) manat məbləğində vəsaiti müştərək qaydada ödəməy i öhdələrinə götürmüşlər. Lakin onlar tərəfindən bu vədlərə əməl olunmamışdır. Bundan başqa, zərərçəkmiş şəxs oğurluq hadisəsinin baş verdiyi gündən etibarən ciddi mənəvi iztirablar yaşamışdır. Bütün bu mənəvi və maddi sıxıntılara baxmayaraq, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər – Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum6 barələrində əlavə olaraq mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Bundan başqa, məhkəmə tərəfindən hökm çıxarılarkən zərərçəkmiş şəxsin ifadələri qeydə alınmamışdır. İş üzrə məhkəmə iclasının gedişində zərərçəkmiş və hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum6 ilə aralarında heç bir barışıq olmadığını, həmçinin adları qeyd edilən təqsirləndirilən şəxslərin ona dəym iş ziyanı ödəmədiklərini bildirmişdir. Lakin qeyd edilmiş bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum4 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin istintaq və məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum4 ilk dəfədir cinayət əməli törədir, törətdiyi cinayət əməlini əvvəldən axıra kimi səmimi etiraf edib, hərəkətlərindən peşmançılıq çəkir, ailəli olmaqla himayəsində 3 nəfərlik ailəsi, o cümlədən xx.xx.2008-ci ildə və xx.xx.2009-ci il tarixlərdə anadan olmuş 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir, yaş ayış yerindən müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə, onlara vurulmuş zərəri özünə münasibətdə tam ödəmişdir, hər iki zərərçəkmiş notarial qaydada ərizə verərək ondan heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. Bundan başqa, hüquqlarını müdafiə etdiyi Məhkum4 əməlində yuxarıda göstərilən kifayət qədər müstəsna hallar və cəzanı yüngülləşdirən halların olmasına, heç bir cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona münasibətdə sərt olduğuna görə, habelə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə uyğun olmadığına görə dəyişdirilərək yüngülləşdirilməli, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona ittiham olun duğu CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddində az cəza təyin edilməli və yaxud da, ona təyin edilmiş cəza CM-nin 70-ci maddəsinə əsasən şərti tədbiq edilməlidir. Hüquqlarını müdafiə etdiyi Məhkum4 islah olunmağa, əməlindən nəticə çıxarmağa meyilli olmaqla, o, təyin olunmuş cəzanı çəkmədən də, islah oluna bilər. Belə ki, o, bu cinayət əməlini törətməmişdən əvvəl də, qanunlara və digər sosial normalara hörmətlə yanaşmışdır, hətta istintaq və məhkəmə müddətində də, hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Onun ağır cinayət əməli törətməsi isə onun antisosial zəmində davranışının məntiqi nəticəsi olmamış, hadisələrin təsadüfü axarı baş vermişdir. Məhkum4 kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, onun barəsində CM-nin 62-cі maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsi və ya CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Apellyasiya Məhkəməsinin 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 saylı qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, həmin hadisəni Məhkum3 həmkəndliləri ilə qrup halında törətmişdir. Həmin cinayət işi ilə bağlı bildirir ki, zərərçəkənlər Zərərçəkmiş şəxs1 və qardaşı X5 məxsus olan qızıl-ziynət əşyalarını oğurlanan cinayət işi üzrə müdafiəçisi olduğu Məhkum3 üzərinə düşən 31500 (otuz bir min beş yüz) manat məbləğində pulu zərərçəkmiş şəxslərə tam olaraq ödəmiş və buna dair zə rərçəkmiş şəxslərin həm notarial qaydada təsdiq edilmiş həm də əl yazma ilə yazılmış ərizələri mövcuddur. Hətta notarial ərizəyə diqqət yetirsək görərik ki zərərçəkənlər qeyd edib ki bizim Məhkum3 nəinki hazırda heç gələcəkdədə hər hansı bir tələb və şikayətimiz olmayacaqdır. Həmçinin Məhkum3 ağır xəstəlikdən əziyyət çəkir. Onun himayəsində azyaşlı uşaqları vardır, həmçinin ailənin yeganə gəlir gətirən şəxsidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bütün bunları nəzərə almamışdır. Belə ki, Məhkum3 vurmuş olduğu ziyanın müqabilində “MersedesBenz” 310 D markalı 20EF-696 dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitəsini və Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini 09 fevral 2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında zərərçəkmiş şəxslərə vermişdir. Bununla da Məhkum3 üzərinə düşən 31500 (otuz bir min beş yüz) manat məbləğində pul tam olaraq zərərçəkmiş şəxslərə ödənilmişdir. Lakin zərərçəkmiş şəxslər iddia edirlər ki, cinayət hadisəsi zamanı onlara Məhkum3 tərəfindən vurulmuş ziyanın məbləği 4000 (dörd min) manat təşkil edir. Belə ki, zərərçəkmiş şəxslər qeyd edirlər ki, Məhkum3 onlara vurmuş olduğu ziyanın 18000 manatının əvəzində “Mersedes Benz” 310 D markalı 20EF-696 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alsalar da hazırda həmin nəqliyyat vasitəsinin qiyməti 18000 manat deyil 14000 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Məhkum3 onlara əlavə olaraq 5000 manat da pul ödəməlidir. Hesab edir ki, zərərçəkmiş şəxslərin bu tələbləri həm qanunvericilik hə m də ümumi baxımdan əsassızdır. Çünki istintaq zamanı müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Məhkum3 tərəfindən zərərçəkmiş şəxslərə 31500 manat ziyan vurulmuşdur ki, həmin məbləğ də Məhkum3 tərəfindən tam olaraq ödənilmişdir. Cinayət işinin materiallarında yuxarıda qeyd etdiklərinə dair kifayət qədər sübutlar olsa da məhkəmələr tərəfindən bu sübutlara qiymət verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Apellyasiya Məhkəməsinin 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 saylı qərarının dəyişdirilməsini və Məhkum3 barəsində CM-nin 70-ci madəsini tətbiq etməklə ona şərti cəza verilməsi, bu mümkün olmadıqda CM-nin 62-ci maddəsini tətbiq etməklə cəkdiyi cəza həddində yaxud həbslə əlaqədar olmayan daha yüngül cəzaya məhkum edilməsinə dair yeni qərar qəbul edilm əsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkuma təyin edilmiş cəza törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, xüsusən də onun şəxsiyyətinə uyğun olmamaqla olduqca sərt cəzadır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum1 ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf edərək həmin əməldən peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, dəymiş ziyandan 35000 manat ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi sadalasa da, təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətli olmayan və həmin yüngülləşdirici hallara uyğun olmayan azadlıqdan məhrum etmə növündə olduqca sərt cəza təyin etmişdir. İş materiallarından da görünür ki, Məhkum1 ilk dəfə olaraq cinayət əməli törətmişdir, törətdiyi əməli səmimi etiraf edərək həmin əməldən peşman olmuşdur, evli olmaqla himayəsində iki azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir, dəymiş ziyandan 35000 manat ödəmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə Məhkum1 cinayət törətməyə meyilli deyildir. Heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmiş, barəsində hər hansı təqsirləndirici material olmamışdır. O, artıq törətdiyi əməlin ictimai təhlükəliliyini və yaratdığı nəticələri dərk etmiş, bunun tərəfindən atılmış yanlış addım və səhv olduğunu anlamış, məhkəmədən öncə özünü öz vicdanı qarşısında mühakimə etmişdir. Yol verdiyi hüquqazidd əmələ görə əməlindən səmimi olaraq peşman olmuş, artıq islah yoluna qədəm qoymaqla, bir daha hər hansı bir cinayət əməli törətməyəcəyinə dair məhkəməyə söz vermişdir. Göstərilən hallar onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hallar olmaqla yanaşı, onun şəxsiyyətinin müsbət xarakterizə edilməsi və artıq islah yoluna qədəm qoymasını göstərir və onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsinə heç bir lüzum olmadığını deməyə əsas verir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi bu kimi halları sanki görməzdən gəlib bunları nəzərə almayaraq onun üçün həddindən artıq ağır olan cəza təyin etmişdir. Halbuki yuxarıda qeyd edilən halların məcmusu ona təyin ediləcək cəza nın azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın tətbiq edilməsini mümkün etmişdir. Məhkəmə isə əsassız olaraq bundan imtina etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 17 iyul tarixli 1(104)178/2025 nömrəli qərarının ona aid hissədə dəyişiklik edib barəsində olan yüngülləşdirən halları nəzərə alıb Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi X12 tərəflərindən verilmiş kassasiya şikayətlərinin təmin olunmasını, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumlar Məhkum3, Məhkum4 və Müdafiəçi6 müdafiə tərəfinin kassasiya şikayətlərinin təmin edilməsini, zərərçəkmiş tərəfin kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum3 müdafiəçisi X15 və Məhkum4 tərəflərindən verilmiş kassasiya şikayətlərinin təmin olunmasını, zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xa hiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmi ş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. İş üzrə zərərçəkmiş tərəf kassasiya şikayətində məhkumlar tərəfindən onlara vurulmuş maddi z ərərin tam ödənilməməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan halla əlaqələndirmişlər. İş üzrə müdafiə tərəfi isə məhkumalara ağır cəza təyin edilməsini mübahisələnirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan halla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərb aycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun mə hkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edi b, kassasiya şikayətlərinin təmin və ya rədd olunması barədə cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Kassatorlar kassasiya şikayətlərində məhkumların əməllərinin tövsifini mübahisələndirməsələr də məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, məhkumların onlara qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış, məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İstər birinci instansiya mə hkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma apararaq məhkumların onlara qarşı irəli sürülmüş ittihamda təqsirli bilinməsi və cəzalandırılması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları yenidən sadalamayaraq həmin sübutlarla bağlı məhkəmələrin qiymətləndirməsi ilə razılaşır. Məhkəmə kollegiyası həm ittiham, həm də müdafiə tərəfinin kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək hesab edir ki, məhkumlara apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzalar həm növü, həm də həddi baxımından onların tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumların şəxsiyyətinə uyğundur və məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın yü ngülləşdirməsi və ya ağırlaşdırılması üçün heç bir əsas tapa bilmir. Məhkumlara qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum3, və Məhkum4 təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və bütün məhkumlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kol legiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Məhkum3 müdafiəçisi Müdafiəçi5, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)-178/2025 nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2565/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2565/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver