Məhkəmə qərarları › İş №1(102)-2570/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2570/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2570/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il t arixli 1(103)-1009/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəxri Məmmədov (sədrlik edən və məruzəçi), Anar Sadıqov və Mahirə Kərimova) 11 mart 2025-ci il tarixli, 1(101)-519/2025 nömrəli hökmü ilə xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-160/2024 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və əvvəlki iş üzrə tutulduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması barədə şəxsiyyəti istintaqa “Mehdi” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək, istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 0,358 qram olan narkotik vasitə heroin, xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında təmiz çəkisi 1,25 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 15 mart 2024cü il tarixdə saat 20:45 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar ən satış məqsədilə qanunsuz olaraq psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması barədə şəxsiyyəti istintaqa “Mehdi” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək, istintaqa məlum olmayan vaxtda külli miqdarda təmiz çəkisi 2,875 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə təkrar qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 02 aprel 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman Əlahiddə Çevik Polis Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzəri ndə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,875 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 14 may 2025-ci il tarixli 1(103)-1009/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(101)-519/2025 nömrəli hökmü dəyişdirilmiş, hökmün təsviriəsaslandırıcı hissəsinin 85-ci abzasından “mütəşəkkil dəstə tərəfindən”, “hazırlama, istehsal etmə, emal etmə, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotr op maddələri satma”, 101-ci abzasından “mütəşəkkil dəstə tərəfindən”, 105-ci abzasından “müxtəlif şəxslərə satmışdır” ifadələri çıxarılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək əməlində satış məqsədi olmadığını nəzərə alaraq ona münasibətdə CM-in 234.2-ci maddəsinin ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2025-ci il tarixli 1(103)-1009/2025 nömrəli qərarını ləğv etməklə cəzasını daha az cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə razı deyil. Cinayət əməlində özünü ancaq narkotik istifadəçisi kimi təqsirl i bilir. Onun satış niyyəti olmadan, öz qızının istəyi ilə onun kürəkəni həyat yoldaşına heç bir şey vermək fikrində də qəti imtina etmişdir. Yəni verməmişdir. Bununla da satışı olmadığı sübuta yetirilir. Saxlanılan zaman üzərindən ittihamda qeyd olunan narkotik kütləsi aşkar olunmayıb. Bakı Apellyasiya Məhkəməsi bu faktları qeydə almayıb. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər ü zrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işində narkotik vasitələri satmaq niyyəti sübuta yetirilmədən barəsində əsassız ola raq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlilləri ni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid3, Şahid1, Şahid2 və Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqi q edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmə k üçün kifayət edir. Məhkum kassasiya şikayətində narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməməsini, buna dair sübutların olmaması barədə dəlillər irəli sürsə də, bu dəlillər əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 02 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu disklərə baxış zamanı müəyyən edilmişdir ki, həmin müddətdə məhkumun istifadəsində olan mobil nömrələr ilə aparılan yazışmalardan (sms mətnlərindən) təkcə Məhkum istifadəsində olan mobil nömrələrə daxil olan deyil, həm də onun nömrəsindən müxtəlif şəxslərə göndərilmiş mesajlarda (s ms) onun narkotik vasitənin satışı ilə məşğul olması, həmin şəxslərə narkotik vasitə satmağı təklif etməsi açıq-aydın görünür. Yazışmaların məzmununa və işlədilən ifadələrə (kola, patı, kakos, daş və s.) diqqət edildikdə, həmin ifadələrin məhz narkotik vasitə və psixotrop maddələrlə bağlı olması şübhə doğurmur. Eləcə də Məhkum aşkar edilən narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərdə olmaqla şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və onların üzərində gəzdirməsi də onun həmin predmetləri məhz satış məqsədi ilə əldə etməsinə və özündə saxlamasına dəlalət edən hallardır. Məhkəmələr məhkumun məhkəməyədək icraat zamanı verdiyi ifadənin cinayət işi üzrə digər sübutlarla uyğunluq təşkil etdiyindən həmin ifadəni düzgün və həqiqətə uyğun ifadə kimi qiymətlədirmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual h ərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, m əhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun əməlinin CM-in 234.1-ci maddə sinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayara q həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar