Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2571/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, vəkil Nümayəndə və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 may tarixli, 1(103)-1043/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin nümayə ndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il 19 mart tarixli, 1(003)-11/2025 nömrəli hökmü ilə (X14), xx xxxx 1988-ci ildə Lerik rayonu, Veri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhk um xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə ə vvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 2025-ci il 30 may tarixli, 1(103)-1043/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində olan zaman ona sataşmaq niyyəti ilə iradəsi ziddinə evinin həyətinə daxil olmuş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra isə Zərərçəkmiş şəxs əllərini və ayaqlarını iplə bağlayıb yenidən taxta parçası ilə həmin gün saat 18:00 radələrindən başlayaraq 22:00 radələrinədək olan müddət ərzində döyərək alışqan ilə onun qaşını və burnunu yandırmış, bundan sonra isə Zərərçəkmiş şəxs əynindəki şalvarı çıxarıb boş pivə şüşəsini sonuncunun arxa keçəcəyinə yeridib əmələ gələn çapıq toxumasından sonra Zərərçəkmiş şəxs qaşlarını ülgüc vasitəsilə qırxaraq siqaretin közünü onun bədənin müxtəlif nahiyələrinə basıb söndürüb əzab verməklə qəddar hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs təpə nahiyəsinin, sol və sağ kürəyin, sağ baldırın sıyrıqları, sol göz almasının ağlı qişasının qansızması, sol gö zaltı nahiyənin, sağ almacıq nahiyənin, burunun, sağ bazunun, sağ saidin, sol budun, sol baldırın qançırları, burunun, üst dodağın, sağ baldırın əzilmiş yaraları, sol V, Vİ, Vİİ, Vİİİ qabırğalarının sınıqları, sol bazunun, döş qəfəsinin, sağ saidin yanıq yaraları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla və zərərçəkmiş şəxsə iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, NÜMAYƏNDƏNİN, MƏHKUMUN, ONUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmi şdir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi kimi təqsirkar şəxs tərəfindən ağır cinayət əməlinin törədilməsinə baxmayaraq, apellyasiya şikayətinin dəlillərindən heç birinə hüquqi qiymət verməmiş və nəticə etibarı ilə qanunsuz qərar qəbul etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyindən, cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığından hazırkı cinayət işi ü zrə icraat xitam verilməli və cinayət işi üzrə materiallar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Xəzər rayon polis idarəsinin müstəntiqi Rafiq Qarayev təqsirkar şəxslərə cinayət işi açmaq üçün ondan 6000 azn rüşvət istəmiş, o, ona bildirmişdir ki, onun elə bir imkanı yoxdur. Buna görə də, müstəntiq Rafiq Qarayev təqsirkar şəxslərlə qeyri prosessual münasibətlərə girərək əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü, 133.2.6-cı, 180.2.1-ci və 180.2.4-cü maddələrinə əsasən başlanılmış cinayət işi üzrə Məhkum və Şahid1 təqsirləndirilən şəxs qismində cəlb olunsalar da, sonradan cinayət işinə Şahid1 aid hissədə bəraətverici əsaslarla xitam verilmiş, təkcə təqsirləndirilən şəxs Məhkum aid hissədə sonuncunun əməli CM-in 127.2.2-ci maddəsi ilə qanunsu z olaraq tövsif edilmişdir. Zərərçəkmiş tərəf olaraq ibtidai istintaq dövründə istintaqın yekunlaşdırılmasına etiraz edərək, Məhkum və qardaşları Şahid1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü, 133.2.6-cı, 127.2.2-ci, 145.2.5-ci, 145.2.6cı, 181.2.1-ci, 181.2.5-ci, 150.2.1-ci, 150.2.4-cü, 29,120.2.1-ci və 29.120.2.4-cü maddələri cinayət məsuliyyətinə cəlb edilmələri haqqında istintaq orqanına müraciət etsə də, istintaq orqanı heç bir qanuni əsas gətirmədən həmin müraciətinə baxmayaraq nəticə etibarı ilə hüququnu pozaraq cinayət işini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. O, zərərçəkmiş şəxs olaraq bir daha təsdiq edərək bildirir ki, ona qarşı yuxarıda göstərilən cinayət əməllərini təkcə təqsirləndirilən şəxs Məhkum tərəfindən deyil, həmin cinayət əməlini Məhkum qardaşları Şahid1 və X7 ilə qabaqcadan əlbir olub birgə törətmişlər. Buna sübut olaraq onun oğlu iş üzrə Şahid2 Nüsrət oğluna xx.xx.2022-ci il tarixdə saat 22:28 və 22:30 radələrində ********** nömrə üzərində qeydiyyatdan keçən vatsap sosial şəbəkəsi vasitəsi ilə Məhkum tərəfindən göndərilən və dərhal silinən foto şəkillər tərəfindən istintaq orqanına təqdim edilmişdir. Belə ki, həmin foto şəkillərdən açıq aydın görünür ki, onun əlləri-qolları bağlı, gözləri yumulu, halsız şəkildə əl arabasının içərisində uzadılmış vəziyyətdə və başının üstündə ən azından iki adamın durması, həmin adamların əllərində üzərində ”MƏNİM NAMUSUMA SATAŞANİN AXİRİ BELƏ OLAR NÖVBƏ ARVADİNAN GƏLİNİNDİR” sözləri yazılmış kağız vərəqini tutduqları görünür. Həmçinin, bununla bağlı təqsirləndirlən şəxslə zərərçə kmiş şəxsin ifadələrindəki ziddiyyətin aradan qaldırılması üçün həmin ifadələrin yerində yoxlanılması barədə vəsatətinə istintaq orqanı tərəfindən qəsdən baxılmamışdır. Əgər həqiqətən də təqsirləndilən şəxs ittihamda səslənən bütün sadalanan zorakı hərəkətləri özü etmiş idisə onda hansı səbəbdən təqsirləndirlən şəxs onu araba ilə apararkən zərərçəkmiş şəxs arabanı yerə yıxıb qaçan zaman təqsirləndirilən şəxs hansı səbəbdən onu zərərsizləşdirməmiş, əl-qolunu bağlayıb yenidən arabaya uzatmamış və nəticə etibarı ilə qaçmanın qarşısını ala bilməmiş və ya almamışdir. Həmçinin, həmin foto şəkildə görünən 3 insan əlinin təqsirləndirilən şəxslər Məhkum, Şahid1 və üzləşdirmə zamanı iştirak edən şahid X5 məxsus olub-olmadığı müəyyən edilməmişdir. Foto şəkilərdə görünən 3 insan əlinin fizioloji qurlu şundan görünür ki, onların ikisi qadın biri isə kişi cinsindən olan insan əlləridir və həmin insan əlləri Məhkum, Şahid1 və üzləşdirmədə iştirak edən şahid X7 yaşda və fizioloji quruluşda və kişi cinsindən olan insan əllərinə oxşayır. Lakin, bununla bağlı onun ibtidai istintaq dövründə çoxsaylı vəsatətləri təmin edilməmiş, həmin vəsatlərinə isə məhkəmə istintaq dövründə məhkəmə tərəfindən laqeyid münasibət bəslənərək müvafiq ekspertizalar təyin edilməklə vəsatətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1043/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməli olmasını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakılar ın qeyd edilməsini zəruri hesab edir. Nümayəndə kassasiya şikayətində məhkumun əməlinin tövsifini və məhkumun qardaşlarının da cinayət əməli törədilərkən iştirak etmələrini, lakin prokurorluq tərəfindən həmin şəxslərin cinayət məsuliyyətindən kənarda qaldığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mövqeyi cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittiham ın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Zərərçəkmiş tərəf kassasiya şikayətində irəli sürülmüş dəlilləri apellyasiya şikayətində də irəli sürmüş və apellyasiya instansiya məhkəməsinin qərarında zərərçəkmiş tərəfin bütün dəlillərinə hərtərəfli və əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya instansiya məhkəməsi mövqeyinin qanuni əsası kimi CPM-in 318-ci və 391.8-1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsasında məhkəmə qərarının ləğv edilməsi qanuni və əsaslı deyil və məhz bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı kassasiya şikayətinə əsəsən dəyişdirilm ədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2025-ci il 19 mart tarixli, 1(003)-11/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 may tarixli, 1(103)-1043/2025 nömrəli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münaisbətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2571/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2571/2025
18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver