Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2580/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli, 1(104)-183/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 2025-ci il 17 yanvar tarixli, 1(100)-198/2025 nömrəli hökmü ilə, xx xxxx 1999-cu ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə) 2025-ci il 23 aprel tarixli, 1(104)-183/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddələri ilə təyin edilmiş 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi azaldılaraq 11 (on bir) il 3 (üç) ay müddətinə endirilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid1 onun sosial şəbəkə vasitəsilə tanış olduğu qadınla ünsiyyət saxlamasında görə qısqanclıq zəminində aralarında baş vermiş mübahisədən sonra xx.xx.2023-cü il tarixdə yaşadıqları Tovuz şəhəri, Bozalqanlı yaşayış ərazisində yerləşən evi azyaşlı qızı X14 ilə birlikdə tərk edib atası Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə getməsinə görə 22 dekabr 2023-cü ildə, saat 18 radələrində spirtli içki qəbul edib sərxoş vəziyyətdə azyaşlı övladını görmək üçün sonuncunun yaşadığı həmin evə getmiş, evdə olan qeyri-rəsmi arvadının ailə üzvləri olan qaynanası və qayınatası Zərərçəkmiş şəxs sərxoş olduğuna görə qızını görməyə icazə verməməsi səbəbindən evin yaşayış üçün hazır olmayan otağında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu və mərhum anasını nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbul edilməz təhqir hesab edərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün evin mətbəx otağına keçib tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 225 mm olan zavodu üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı götürərək Zərərçəkmiş şəxs olduğu və qapısını arxadan tutduğu yataq otağına fiziki güc tətbiq edib qapını zorla açmaqla keçmiş, qızını qorumaq üçün ondan uzaqlaşdırmağa çalışan Zərərçəkmiş şəxs həmin otaqda olan övladları 22 mart 2005-ci il təvəllüdlü Şahid1 gözlərinin qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq, 22 se ntyabr 2010-cu il təvəllüdlü Şahid3 və 6 yanvar 2013-cü il təvəllüdlü Şahid4 isə həmin otaqda olmaqla, qorxularından yorğanı üstələrinə çəkib cinayət hadisəsini bilavasitə müşahidə etməsələr də, onun otaqda atalarına xəsarət yetirməsini anlayıb güclü psixo-emosional sarsıntı keçirməsini dərk edib arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanlarının yerləşdiyi bədən nahiyyələrinə ardıcıl zərbələr endirərək ona həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən dərialtı emfizema, sol tərəfli pnevmotoraks və hemotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığa Ağır zərərvurmaya aid bir ədəd, boyun (iki ə dəd), sol çiyinüstü və sağ kürək nahiyələrinin, sağ bazu oynağının, döş qəfəsinin sol yan səthinin və sol əlin İİ əl darağı sümüyünün distal ucu proyeksiyasının kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid yeddi ədəd olmaqla, ümumilikdə 8 (səkkiz) ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs arvadı Şahid2 çağırışı ilə kömək üçün hadisə yerinə gələn qonşuluqda yaşayan Şahid5 onun qanunsuz hərəkətlərinin qarşısını alıb fiziki güc tətbiq edərək qolunu burmaqla bıçağı əlindən alması, hadisə yeri və zərərçəkmiş şəxsdən uzaqlaşdırması, habelə Zərərçəkmiş şəxs çağırışa gəlmiş təcili tibbi yardım avtomobili ilə vaxtında Tovuz rayon X9 Hüquqi Şəxsə çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində hə yatının xilas edilməsi səbəbindən öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum törədilmiş cinayət əməlini özünü müdafiə həddini aşmaqla törətmişdir. Yəni baş vermiş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin qanuna zidd əməlləri nəticəsində baş vermişdir. Belə ki, Məhkum ailəsini görmək üçün getmiş və bu zaman zərərçəkmiş şəxs onun üzərinə hücum çəkərək mübahisəni başlatmışdır. Buna dair iş materiallarında kifayət qədər sübut və o cümlədən şahid ifadələri də mövcuddur. Şəxsin zəruri müd afiə həddini aşmaqla xəsarət yetirməsi halı şübhəli olsa belə, şəxs CM-nin 126.1-ci maddəsi ilə ittiham olunmalıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, Məhkum əməlində CM-in 29, 120.2.4-cü maddəsinin deyil, 126.1-ci maddəsinin tərkibi vardır. Həm işin ibtidai istintaqı zamanı həm də məhkəmə istintaqı zamanı buna dair tərəfindən kifayət qədər vəsatətlər və sübutlar təqdim edilsə də, bütün bunlara qiymət verilməmişdir. Azyaşlılara münasibətdə burada, umumiyyətlə, CM-in 29.120.2.4-cü maddəsindən söhbət gedə bilməz. Gəncə Ağır Cinayətlər Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi hökmlərində qeyd etmişdir ki Məhkum hadisədən sonrakı davranışları, qaçaraq hadisə yerindən uzaqlaşması, özü tibbi yardım göstərməsə də zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün hamıya əlçatan olan və bildiyi təcili tibbi yardımın "103” yaxud polisin “102” xidmətinə müraciət etməməsi onun qəsdinin bilavasitə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə yönəlməsini göstərən sübutlardır. Lakin məhkəmə nəzərə almamışdır ki, baş vermiş hadisə zərərçəkmiş şəxsin Məhkum üzərinə hücum çəkməsindən sonra baş verdiyindən o özünü müdafiə edən zaman hadisələrin təsadüfü axını zəminində qeyd edilən cinayət hadisəsi baş vermişdir. Yəni hadisə Məhkum özünü müdafiə həddini aşmaqla baş vermişdir. Mübahisə dayandıqdan sonra Məhkum zərərçəkmiş şəxsin ona əlavə xəsarətlər yetirməməsi üçün hadisə yerindən uzaqlaşmışdır. Həmçinin Məhkum zərərçəkmiş şəxsi aşkar surətdə köməksiz vəziyyətdə qoyub qaçmamışdır. Belə ki, işin hallarında da görünür ki, hadisə baş verən vaxt orada kifayət qədər adamlar olmuşdur ki, bu hal da Zərərçəkmiş şəxs ölümünə qəsd edilməməsinin sübutudur. Bundan əlavə məhkəmə belə nəticəyə gəlmişdir ki, hadisə azyaşlıların gözü qarşısında xüsusi amansızlıqla törədilmişdir. Bununla bağlı məhkəmənin diqqətinə dəfələrlə çatdırılmışdır ki, hadisə azyaşlıların gözü önündə baş verməmişdir. Belə ki, işin ibtidai istintaqı dövründə 18 aprel 2024-cü il tarixdə üzləşmə protokolunda azyaşlı Nicat bildirir ki, “hadisə baş verən gün biz yatmışdıq, sonra bacımız Türkan bizim hər ikimizi qonşumuz Zirəddin gilə apardı”. Məhkəmə istintaqı zamanı azyaşlılar qeyd edirlər ki, guya onlar Məhkum onların atası Fərhadın boynuna bıçaqla zərbələr vurduğunu görmüşlər. Məhkəmədə həmin azyaşlıların ifadələrinin alındığı məhkəmə iclasının video görüntülərinə və səs yazılarına baxış keçirilərsə azyaşlıların öyrəd ilərək fərqli ifadələr verməsinin şahidi olarsınız. Belə ki, hər iki azyaşlı hətta bir-biri ilə bir cümləsi də fərqlənməyən ifadələr verirlər. Sanki əvvəlcədən əzbərlədikləri şeiri danışırlar. Bu ziddiyyətli məqama da məhkəmə tərəfindən qiymət verilməmişdir. Belə ki, məhkəmə müvafiq psixoloq, ekspert və mütəxəssis dəvət edib onların iştirakı ilə həmin azyaşlıların yenidən ifadələrinin alınmasını təmin etməli olduğu halda bunu da etməmişdir ki, bu hal da məhkəmənin hazırkı qanunsuz, əsassız və ədalətsiz hökmünün qəbul edilməsi ilə nəticələnmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(104)-183/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 29,120.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma sərt cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və məhkumun əməlinin tövsifinin yüngülləşdirilməsi barədə tələb ini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-c i maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin ö zü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgün lüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş, istər ittiham tərəfinin, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə işin konkret hallarına istinad edilməklə əsaslandırılmış münasibət bildirilmiş və məhkum tərəfindən CM-in 29, 120.2.4-cü maddəsində nəzərdə tu tulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları və həmin sübutlara münasibətdə qiymətləndirməni hazırkı qərarda təkrar etmədən, məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsir li bilindiyi maddənin sanksiyasının ən aşağı həddindən də aşağı həddə ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli, 1(100)-198/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli, 1(104)-183/2025 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2580/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2580/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver