Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2583/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 22 may 2025-ci il tarixli 1(103)-1034/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ Məhkəməsinin (hakim Şəfa Dadaşova ) 03 mart 2025-ci il tarixli, 1(002)-7/2025 nömrəli qərarı ilə 13 avqust 1978-ci ildə Naxçıvan MR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 1 azyaşlı uşağı olan), ali təhsilli, ekspeditor fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şahbuz rayonu, Kolanı ərazi dairəsi, Kolanı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmetinin 40%-i miqdarında, yəni 60267 manat məbləğində cərimə edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum "xxxx" MMC-nin direktorunun verdiyi etibarnamədən istifadə edərək cinayətdən xəbərsiz Şahid3 sifarişi əsasında Türkiyə Respublikasında fəaliyyət göstərən “Uzman Kozmetik Kimya Sanayi ve Ticaret A.Ş” şirkətindən 46512 ədəd ‘’Oriflowers’’ markalı, 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlar sifariş verərək həmin malları ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına “DAF” markalı, **-BR-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edib Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrü k İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “İpək yolu” gömrük postunda 13 aprel 2023-cü il tarixli, İHR**********027 nömrəli invoys əsasında 19 aprel 2023-cü il tarixli, **********1884 nömrəli gömrük bəyannaməsi ilə qəsdən 108000 ədəd ‘’Oriflowers’’ markalı fərdi təyinatlı dezodorant kimi göstərməklə yük müşayiət sənədlərində və qeyd edilən bəyannamədə göstərilməmiş, 1 ədədinin faktiki bazar qiyməti 1,70 manat olmaqla, 139780,80 manat dəyərində 82224 ədəd “Rexcool’’ markalı və 1 ədədinin faktiki bazar qiyməti 1,80 manat olmaqla, 10886,40 manat dəyərində 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlardan ibarət ümumilikdə xeyli miqdarda – 150667,20 manat dəyərində malların sənədlərdən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədin dən gömrük nəzarətinə düzgün bəyan edilməyib qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və 27 aprel 2023-cü il tarixdə “İpək yolu” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd edilən fərdi təyinatlı dezodorantlar aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi hakim), Emin Əliyev və Mirzəli Abbasov) 22 may 2025-ci il tarixli, 1(103)-1034/2025 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-7/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən s axlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2025-ci il tarixli, 1(103)-1034/2025 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum nə istintaq zamanı, nə birinci instansiya məhkəməsində işə baxılan zaman ittihamı qəbul etməmiş, apellyasiya məhkəməsində işə baxılan zaman isə həyəcanlı olduğu üçün ona bəraət verilməsini deyil, təqsirli bilindiyi maddə ilə təyin edilmiş əsas cəzanın həddinin azaldılmasını xahiş etmişdir. Eyni zamanda müdafiəçi ilə birgə apellyasiya şikayətini müdafiə etdiyini də göstərmişdir. Qaçaqmalçılıq cinayətini törədən şəxsin niyyəti (məqsədi) malları qaçaqmalçılıqla gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara zidd olaraq dövlət sərhədindən keçirtməkdir və qaçaqmalçılıq cinayəti qəsdən (birbaşa və ya dolayı yolla) törədilən cinayət növlərinə aiddir. Cinayət işi materiallarında məhkumun məqsədinin cinayət törətmək olduğunu, gömrük orqanını aldatmaq olduğunu, malların bəyannamədə adının və sayının düzgün bəyan edilməməsində qəsdinin olduğunu özündə əks etdirən sübut yoxdur. Birinci instansiya məhkəməsinin ittiham hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ədalətsiz və qeyri-obyektivdir. Əvvəla qeyd edilməlidir ki, Məhkum malların Türkiyə Respublikasında avtonəqliyyat vasitəsinə yüklənməsində iştirak etməmiş, həmin avtonəqliyyat vasitəsini idarə etməmiş və Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməmişdir. Avtonəqliyyat vasitəsində olan mallar barədə məlumatı yalnız gömrük orqanının vəzifəli şəxslərindən almışdır. Məhkum malları bəyannamədə göstərən və ya bəyan edən şəxs deyildir. Məhkum bəyannamə tərtib etməmiş və gömrük orqanına təqdim etməmişdir. Bu hazırkı işin mübahisəsiz hal olsa da, rayon məhkəməsi Məhkum bəyannamədə malları başqa adla göstərən şəxs olaraq, yəni bəyannaməçi, bəyannaməni tərtib edən şəxs kimi qələmə vermişdir. Qəbul edilən ittiham hökmü belə əsaslandırmışdır. Təkcə bu faktın özü Məhkum 206.1-ci maddə ilə cəzalandırlmağımı istisna edən bir haldır. Eyni zamanda qeyd edilməlidir ki, bəyannaməçi tərəfindən tərtib edilmiş bəyannamədə malların sahibinin "xxxx" MMC olduğu görünür. Məhkum yalnız həmin şirkəti etibarnamə əsasında mallara yoxlanış keçirilərkən təmsil etmişdir. Həmin mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olmamışdır. İş üzrə malın sahibinin Məhkum olmadığı mübahisəsiz hal olsa da, rayon məhkəməsi qəbul etdiyi hökmdə onu mal sahibi hesab etmiş, apellyasiya instansiyası da bu məsələyə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.32-ci maddəsinə görə mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxsdir. Bu barədə birinci instansiyada məhkəmə gedişatı zamanı verilmiş ifadələrdən də aydın olmuşdur ki, Məhkum qeyd edilən əməli törətməyi, yəni gömrük orqanını aldatmaq üçün hər hansı bir tutarlı səbəb (səbəb-nəticə), eləcədə malların adl arının fərqli olmasının, sayının, dəyərinin az və ya çox olmasında heç bir maddi marağı olmamışdır. Çünki sifarişə görə gətirilən malların dəyərini və xərclərini sifarişi verən şəxs, mala görə gömrük rüsumları isə "xxxx" MMC-nin tərəfindən və adından ödənilir. Bunun belə olması məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində, eləcədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində olan xüsusatlar ilə təsdiq edilir. Şahid4 ifadəsində bildirmişdir ki, sifarişçi gətirilən malların dəyərini və gömrük rüsumunu ödəyir. Mal hüquqi şəxsin adına gəldiyindən gömrük rüsumları "xxxx" MMC-nin adından ödənilir. Əsəddən əsas tələb edilən gömrük rəsmiləşdirilməsi zamanı onları təmsil etməsi, mümkün qədər bu prosesin tez olmasıdır ki, sifarişlər icra edilməsi yubanmasın. Həmçinin, qeyd etməlidir ki, cinayət işinin materiallarında ittihamı təsdiq edən hər hansı bir sübut – SMS mətn, telefon danışığı, vatsap yazışması, elektron poçt yazışması, şahid ifadəsi və s. yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən sübut kimi istinad edilmiş şahid ifadələri sözügedən cinayətin təsdiqi üçün sübut əhəmiyyətinə malik olan ifadələr deyildirlər. Ona görə də kassator hesab edir ki, qəbul edilmiş hökm və qərar ehtimallara, fərziyyələrə əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili on dan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsirisiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hazırkı cinayət işi üzrə nəzərdə tutulan cinayət əməli Məhkum tərəfindən törədilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dai r nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası m əhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, mülki iddiaçının nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid4, Şahid2, X3, Şahid3 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis və ekspertiza rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş süb utlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun t əqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kol legiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri mü əyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutl arın araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya idarə sinin 09 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Məhkum “Konstitusiya və Suverinlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22 may 20-25-ci il tarixli qərarı ilə dəyişdirilmiş Bakı Qaradağ Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə təyin edilmiş 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiy a instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2025-ci il tarixli, 1(103)-1034/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2025-ci il tarixli, 1(103)-1034/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2583/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2583/2025
11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver