Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2586/2025 18.11.2025 ALİ MƏHKƏMƏ HHakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2025-ci il tarixli, 1(105)-551/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024cü il tarixli 1(124)-768/2024 nömrəli hökmü (hakimlər F.Hümbətov (sədrlik edən), H.Əliyev və A.Rzayeva) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində tətbiq edilmiş cəzadan şərt olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və ona Bərdə Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu əsasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdi rilməklə Məhkum qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkumun müdafiəçisi Zəribə Əmiraslanova hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 1(124)-768/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 1(124)-768/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair müdafiəçi Əmiraslanova Zəribə Məmməd qızı tərəfindən verilmiş vəsatətin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkum hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etmi şdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 1(124)-768/2024 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü tarixli 1(124)-768/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2025-ci il tarixli 1(105)-551/2025 nömrəli qərarı ilə (hakimlər R.O.Əsgərova (sədrlik edən), E.Q.Məmmədov və R.Ə.Ağayev) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 1(124)-768/2024 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2025-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da, o, həmin qərarı gec aldığı üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məh kum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək ozü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişd irmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 414.8-ci maddəsinin tələblərindən həmçinin görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun ərizəsi t əmin edilməli, məhkumun Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2025-ci il tarixli qərarından vermiş olduğu kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2025-ci il tarixli, 1(105)-551/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya müraciəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2586/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2586/2025
18.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver