Məhkəmə qərarları › İş №1(102)-2587/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2587/2025

18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2587/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və X7 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı4, Məhkum və Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2025-ci il tari xli 1(105)-161/2025 nömrəli qərarından dövlət ittihamçısı Sadıqov Siyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Nurəddin Hüseynli) 19 dekabr 2024-cü il tarixli 1(124)258/2024 nömrəli hökmü ilə xx xxxxx 1976-cı il tarixdə Qusar rayonu, Zindan Muruq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Zindan Muruq kəndində qeydiyyatda olmaqla Qusar şəhəri, A.Nüsrət küçəsi, ev 43-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 29,120.2.4cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o,xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində təxminən 4 ildir aralarında olan torpaq alqı-satqısına görə ədavət apardığı Qusar rayonu Zindan Muruq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı, rayonun Zindan Muruq kəndində yerləşən evinə həmin ədavətə görə şəxsiyyəti istintaq məlum olmayan şəxsin idarə etdiyi avtomobillə gedib, sərxoş vəziyyətdə, acıqlı şəkildə əvvəlcə Zərərçəkmiş şəxs avtomobilə əyləşməsini tələb etmiş, sonuncu onunla aralarında ədavət olmasına, əvvəllər dəfələrlə onu və ailə üzvlərini öldürəcəyini deməsinə, təxminən bir il bundan əvvəl onu döyməsinə görə, onunla avtomobilə əyləşib getməyə qorxaraq bundan imtina etdikdən sonra, avtomobildən 1 ədəd yaşıl rəngli, içərisində benzin olan plastik qabı götürüb Zərərçəkmiş şəxs razılığı ilə onunla birlikdə yaşadığı evə daxil olaraq mətbəx otağında əyləşərək ona “sənə deməmişəm torpağın sənədini düzəlt" sözünü deyib yüksək səslə nalayiq ifadələrlə onu söyüb mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs ona sakit olmasını, ailə üzvlərinin yanında söyüşlə danışmamasını deməsinə baxmayaraq, daha da acıqlanıb hirslənərək ayağa qalxıb, əynində olan qara rəngli gödəkcəsinin iç cibindən soyuq silah hesab edilməyən, qara rəngli, açılıb-bağlanan turist bıçağını çıxardıb, əlində tutub göstərərək, “nəslini bura çağır” söyləy ib, onu öldürüb evinə od vuracağını deməklə hədələmiş, Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən, real olaraq, qəti şəkildə onu öldürmək istədiyini hiss edib qorxaraq, evin digər otağında olan gəlini X1 yanına gedib tez qonşuları X4 onlara köməyə çağırmasını tapşırıb mətbəxə geri qayıdandan sonra, yenə də qışqıraqışqıra ona arvadını da çağırmasını, arvadının gözü qarşısında başına oyun gətirəcəyini demiş, bu vaxt ora gələn qonşuları Yaşar Kiçibəyov, arvadı X2, gəlini X1 yanlarında nalayiq ifadələrlə onu təhqir edib mübahisə etməyə davam etmiş, yenidən üzərində olan qara rəngli, açılıbbağlanan bıçağı çıxardıb, Zərərçəkmiş şəxs ailə üzvləri olan arvadı Zenfira İsabalayeva, gəlini Nadejda İsabalayevanın yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla onu qəsdən öldürmək m əqsədi ilə üzərinə hücum çəkib, öldürəcəyini deyərək əvvəlcə sağ əlində tutduğu bıçaqla onun qarın nahiyəsinə zərbə endirsə də, ondan daha cüssəli, iri bədənli Yaşar Kiçibəyovun aralarına girib bıçaq tutduğu əlinin bilək nahiyəsindən tutub, qarşısını alıb mane olması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs bıçaq zərbəsi ilə vurub öldürməyə nail ola bilməmiş, Yaşar Kiçibəyova əlini buraxması üçün yalandan sakitləşdiyini deyib, əlini buraxandan sonra öz əməlinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə sağ əlində tutduğu bıçaqla qəflətən yenidən üstünə hücum çəkib, bədəninin sol tərəfindən, ürək nahiyəsinin alt hissəsindən bıçaqla zərbə endirmiş, Yaşar Kiçibəyovun onun bıçaq tutduğu əlinin bilək nahiyəsindən tutaraq mane olması, eləcə də Zərə rçəkmiş şəxs özünü kənara çəkməsi səbəbindən zərbəsi yan keçdiyindən, sonuncunu bıçaq zərbəsi ilə vurub öldürməyə nail ola bilməmiş, lakin öz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs öldürmək üçün əlində olan bıçağı buraxmamış, onun üzərinə gedib bıçaq zərbəsi ilə vurub öldürməyə çalışmış, Yaşar Kiçibəyovun onun qarşısını alıb, mane olması, sonra isə itələyə-itələyə evdən çıxarması səbəbindən Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Rəşadət Ağayev) 16 aprel 2025-ci il tar ixli 1(105)161/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 1(124)-258/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsindən CM-in 134-cü maddəsinə tövsif edilmiş, ona CM-in 134-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 05 iyul 2023-cü il tarixdən 16 aprel 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməklə həbsdən azad edilmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Dövlət ittihamçısı Sadıqov Siyavuş Köçəri oğlu kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 202 5-ci il 1(105)-161/2025 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum məhkəmə baxışı zamanı özünü müdafiə xarakterli verdiyi ifadə, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, yekun qərarın əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan şahid ifadələri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. İşdə olan sübutların təhlilindən göründüyü kimi Məhkum şəxsi münasibətlər zəminində zərərçəkmiş Zərərçəkmiş şəxs qəti şəkildə öldürməyi qərarlaşdırmış, bu qəti qərarını həyata keçirmək üçün bıçaqdan istifadə etmiş, lakin X3 mane olması səbəbindən niyyətini başa çatdıra bilməmişdir. Başqa sözlə, Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs ölməsi üçün əlində olan bütün imkanlardan tam istifadə etmiş, sadəcə Yaşar Kiçibəyovun fəal müdaxiləsi təqsirkarın öz niyyətini başa catdırmasına mane olmuşdur. Sadəcə Məhkum məsuliyyətdən yayınmaq ü çün sonrakı ifadələrində zərərçəkmişi öldürmək məqsədinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası əməli tövsif edərkən bu incə məqama, habelə öz növbəsində verilmiş ittihamın məzmununa diqqət yetirməmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarı baxımından da əsassız və qanunsuz olmuşdur. Belə ki, adı çəkilən qərarda göstərilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. İşin faktiki halları ilə tam sübuta yetirilmişdir ki, Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs həyati vacib orqanların yerləşdiyi döş qəfəsi nahiyəsinə (ürək nahiyəsinə) zərbə endirməyə cəhd e tmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası qərar qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsindən CM-in 134-cü maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlili ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xüsusi amansızlıqla törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedic i əlamət qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhd birbaşa qəsdlə törədilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin t əqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkumun zərərçək miş şəxsi qəsdən həyatdan məhrum etməyə bilavasitə yönəldilmiş əməllər törətməmişdir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm apellyasiya instansiya məhkəməsində Məhkum göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Mübahisə zamanı bıçağı yalnız zərərçəkmiş şəxsi qorxutmaq məqsədi ilə çıxarmış, Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmamış və xəsarətlər yetirməmişdir. Əgər o, Zərərçəkmiş şəxs öldürmək istəsəydi hadisədən qabaq və ya hadisə zamanı bunu edə bilərdi. Apellyasiya instansiyası məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü, 17 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Məhkum onun evinə gələrək səs-küy salıb, söyüş söyərək pulunu verməyini tələb etdi. O da evdə qadın olduğunu, söyüş söyməməsini tələb etmişdir. D aha sonra Elşad bıçağı çıxardıb onu vuracağını bildirmişdir. O, Elşada bıçağı cibinə salmasını demiş, Elşad da bıçağı geri cibinə qoymuşdur. Bıçağı çıxarsa da, açmamışdı. Sonra digər otağa keçib gəlinini çağırıb Elşadın niyyətindən şübhələndiyindən qonşu Yaşarı çağırmasını istəmişdir. Bir neçə dəqiqə sonra qonşu Yaşar gəlmiş, lakin Elşad yenə söyüş söyməyə başlamışdır. Sonra bıçağı açıb üzərinə gəlmiş, Yaşar onu saxlamışdır. Yaşara onu buraxmasını, ona heç nə etməyəcəyini bildirmiş və Yaşar onu buraxmışdır. Mübahisə edərkən hər ikisi də yıxılmışlar. Yaşar onu qaldırmış, o da özü durmuşdur. Gəlini köynəyində qan ləkəsini görüb “öldürdü, öldürdü” qışqırmağa başlamışdır. Bu zaman Yaşar Elşadı çölə çıxartmış və o da “102 Xidmətinə” zəng etmişdir. Həmçinin zərərçəkmiş şəxs bildirmişdir ki, üs tünə gələn zaman qonşu Y.Kiçibəyov onu saxlamışdır. Aralarında məsafə yaxın olmuşdur. Bıçaqla hər hansı xəsarət yerinə yetirməmişdir. Gəlininin qonşu Y.Kiçibəyovu çağırması ilə onun gəlməsi 5-6 dəqiqə çəkmişdir. 5-6 dəqiqə ərzində təqsirləndirilən şəxs onu bıçaqla vurmaq istəməmişdir, sakit oturmuşdur. Təqsirləndirilən şəxslə süpürləşərkən arvadı, gəlini mətbəxin qapısının yanında durmuşlar. Torpaq mübahisələri ilə bağlı aralarında bu hadisədən əvvəl bir dəfə mübahisələri olmuşdur. Birinci mübahisələri zamanı yumruq atsa da, şikayətçi olmamışdır. Torpaq mübahisəsindən başqa mübahisələri olmamışdır. Elşad sağ əlində bıçağı tutub, “vuracağam” deyərək, onu hədələmişdir. Apellyasiya instansiyası məhkəməsində ifadə verən şahid X5 ifadəsində göstərmişdir ki, evin qapısının yanında durmuşdur, səh ər saat 10 radələri olardı, qonşunun gəlini öz həyətlərinin qabağından “Yaşar dayı, yetiş, gəl bizə” qışqıraraq müraciət etmişdir. O da tez onlara gedib mətbəxə keçmiş, orada Əlağa, Elşad və Əlağının arvadı varmış. Elşadla Əlağa mübahisə edirmişlər. Daha sonra oturub söhbəti davam etməyə başlamışlar. Daha sonra mübahisə yavaş-yavaş böyümüşdür. Durub süpürləşmək istəmişlər, o da ayırmağa çalışmışdır. Daha sonra Elşad oturduğu yerdə Əlağanı qorxutmaq üçün bıçaq çıxartmışdır. Onlar yanaşı oturmuşlar. Elşadı evdən çıxardarkən hər hansı bir müqavimət göstərməmişdir. Heç bir idman növü ilə məşğul olmamışdır. Bıçaq kiçik ölçülü, təxminən qələm uzunluğunda olmuşdur. Həm ibtidai istintaqda, həm də məhkəmədə ifadə vermişdir. “Əlağanı bıçaqla vurmasına mane olmağı, Məhkum əlindən bıçağı almaq istəsə də, Elşad bıçağı əlindən buraxmamışdır. Elşad qışqıraraq onu buraxmasını demişdir. Elşad çox pis formada hirslənmiş, heç cür sakitləşməyərək, Əlağanı öldürməklə hədələməklə, onu pis söyüşlərlə söymüş, bıçağı əlindən buraxmayaraq, ondan yaxa qurtarmağa çalışmışdır. Elşadın bıçaq tutan qolundan tutmuşdur. Elşad özü demişdir ki, bıçaqla Əlağanı vurmaq istəmir, qorxutmaq istəyir. Elşad bıçağı ikinci dəfə çıxardarkən ayıb olduğunu, bıçağı gizlətməyini demiş və onu evdən çıxartmışdır. Elşad bıçağı gizlətməsini dedikdən sonra o bıçağı cibinə qoymuşdur. O gəldikdən sonra təxminən 5-10 dəqiqə söhbət etmişlər. Söhbət zamanı gah səslərini ucaltmışlar, gah da sakitləşmişlər. Torpaqla bağlı mübahisə etmişlər. Elşad bıçağı çıxardarkən onlar yanaşı oturmuşlar. Bıçağı çıxardıqdan sonra Elşadın Əlağaya nə dediyi yadında deyil. Elşad bıçağı çıxardıb göstərdikdən sonra cibinə qoymuşdur. Elşad birinci dəfə bıçağı göstərib cibinə qoymuş, ikinci dəfə çıxardanda isə araya girib bıçağı almağa çalışmış, lakin Elşad onu buraxmağını, Əlağanı vurmayacağını bildirmiş və bıçağı yenidən cibinə qoymuşdur. Elşadın hərəkətindən belə başa düşmüşdür ki, bıçaqla Əlağanı vurmaq istəməmiş, qorxutmaq istəmişdir. Elşad bıçağı çıxartmış, əlindən tutmuş və bıçağı gizlətməsini demişdir. Apellyasiya instansiyası məhkəməsində ifadə verən şahid X6 ifadəsində göstərmişdir ki, hadisə günü evdə, mətbəxdə olarkən qaynatası Əlağa və Elşad dalaşa-dalaşa (mübahisə edərək) evə gəldilər, mətbəxə keçdilər, o da mətbəxdə ev işlərini görürmüş və işlərini bitirib böyük oğlu xəstə olduğundan onun olduğu otağa keçib qapını bağlamışdır. Bir müddətdən sonra qayınatası onun yanına digər otağa gəlib qonşu Yaşarı çağırmağını xahiş etmiş, o da gedib çağırmış, mübahisə torpaq barəsində imiş. Elşad qayınatasını onun torpağını başqa şəxsə satmaqda ittiham etmiş, lakin qaynatası satmadığını bildirirmişdir. Həmçinin şahid N.İsabalayeva dindirilərkən bildirmişdir ki, Əlağa Elşadla birlikdə mətbəxə keçəndən sonra onlara çay vermişdir. Qaynanası Zenfira tövlədə imiş, Əlağa Elşadla evə gəldikən sonra həm oturaq halda, həm də ayaq üstə mübahisə edirdilər. Elşad bıçağı çıxardıb Əlağaya hədə-qorxu gəlirmiş, Yaşarla yaşadığı evin arasında 40-50 metr məsafə olarmış. Çölə çıxıb Yaşarın yaşadığı evə tərəf qaçaraq qışqıra-qışqıra onu çağırmışdır. Çağırandan sonra Yaşar təxminən 3-5 dəqiqəyə onlara gəlmişdir, digər kiçik oğlunu məktəbə yola salmış və qonşu Yaşarı çağırmışdır. Elşad hər iki dəfə bıçaq çıxardanda orada olmuşdur, ikinci dəfə bıçaq çıxardanda isə onların arxasında durduğundan bıçaqla hücum etməsi anını görməmişdir, sonra nə isə olduğunu güman edib qışqırmışdır. Elşad pərt olmuş halda dönüb ona baxmış, sonra sakitləşmiş və Yaşarın xahişi ilə birlikdə evdən çıxıb getmişlər. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Elşad qışqıraraq söyüş söyürmüş, hədələyirmiş, öldürəcəyini deyirdi. Onlar həm ayaq üstə, həm də oturaq vəziyyətdə söyüşürdülər. Elşad bıçağı çıxardıb söyüş söyürdü. Yaşar Elşadın əlindən tutmasa idi, bıçaqla nə edəcəyini dəqiq deyə bilməz. Çünki nə isə etsəydi özü evdən könüllü çıxıb getməzdi. İkinci dəfə bıçaq çıxardıb qışqıraraq söyüş söyürmüş, sonra Yaşarın xahişi ilə çölə çıxdılar. Qonşu Ya şar gədikdən sonra Elşad birinci dəfə bıçağı çıxardı, sonra Yaşar onun əlindən tutdu. Onların arxasında durduğundan Yaşarın Elşadın əlindən tutma anını tam görməsə də, Yaşar Elşadın əlindən tutmuşdur. Elşadın əlində bıçaq görmüşdür. Elşad Yaşarla birlikdə evdən sakit halda çıxmışdır. Elşad söyüş söyəndə pulunu qaytarmayacağı halda Əlağanı bıçaqla öldürəcəyini deyirdi. Apellyasiya instansiyası məhkəməsi məhkumun ibtidai istintaq zamanı verdiyi, habelə zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də işin bəzi halları barədə birinci instansiya məhkəməsində verdiyi ifadələri qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir ki, həmin ifadələr cinayət işi üzrə müəyyən edilmiş hallara uyğun gəlmir və həmin hallarla ziddiyyət təşkil edir. Apellyasiya icraatı zamanı isə məhkumun, zərərçəkmiş şəxsi n və şahidlərin verdikləri ifadələr işin faktiki hallarına uyğun gəldiyindən məhkəmə həmin ifadələri düzgün və həqiqətə uyğun hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkum zərərçəkmiş şəxsin evinə gəldikdən sonra sonuncuya bıçaq zərbələri endirmək imkanına malik olmuş, lakin buna yönəlmiş heç bir hərəkət etməmişdir. İşin bu halları şübhəsiz göstərir ki, məhkumun bıçağı çıxarması və zərərçəkmiş şəxsə nümayiş etdirməsi, habelə həmin bıçaqla zərərçəkmiş şəxsi vuracağı ilə bağlı həm sözlə, həm də hərəkətlərlə hədələməsi onu öldürmək məqsədi daşımamış, zərərçəkmiş şəxsi qorxutmaq və bu yolla torpaq sahəsinə görə verilmiş pul vəsaitini məhkuma qaytarmağa məcbur etmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əməli tövsif edərkən təqsirləndirilən şəxsin hərəkətlərini zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməyə cəhd kimi deyil, zərərçəkmişə qarşı hədə-qorxu və təzyiq xarakteri daşıyan hərəkətlər kimi qiymətləndirmiş və həmin hərəkətlərin obyektiv və subyektiv əlamətlərinə görə Azərbaycan Respublikası CM-in 134-cü maddəsinin dispozisiyasına uyğun gəldiyi qənaətinə gəlmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsin əməlini həmin maddə ilə tövsif edərək onu təqsirli bilmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya inst ansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslandığını, həmin sübutlara hansı səbəblərdən üstünlük verdiyini qərarında göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına uyğun olduğunu, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, həmin əməlin göstərilən maddə ilə tövsif edilməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə üstün verilməsinə dair dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən sübutların qiymətləndirilməsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şahid ifadələrinin təhlili ilə bağlı hüquqi mövqeyinə də istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin yanaşmasına görə, prinsip etibarilə, bunun əksini tələb edən əsaslı səbəblər yoxdursa, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı məhkəmələrdən ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə daha çox sonuncunun bil avasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət verməsini tələb edir. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair mövqeyini düzgün və əsaslı hesab edir və nəticəyə gə lir ki, məhkumun əməli zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirilə bilməz. İşə baxan apellyasiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişlər ki, Məhkum əməli CM-in 29,120.2.4-cü maddədən həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxs in xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxsə qarşı onu öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə əməlini törətməsi müəyyən edilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaş ı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdırmış, həmin sübutlara Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət vermiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin faktiki hallarına və sübutların məcmusuna uyğun olmaqla qanuni və əsaslıdır. Kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası mə hkəməsinin qərarının qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmə baxışı zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını zəruri hesab edir. İşdən görünür ki, Məhkum barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azə rbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2025-ci il tarixli 1(105)-161/2025 nömrəli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2025-ci il tarixli 1(105)-161/2025 nömrəli qərarı k assasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar