Məhkəmə qərarları › İş №1(102)-2590/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2590/2024

10.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2590/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mad dələri ilə təqsirli bilinərək məhkum olunması barədə Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarından şahid X4 nümayəndəsi Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(061)-27/2022 nömrəli (hakim: Rzayev Kamil Allahqulu oğlunun sədrliyi) hökmü ilə 5 aprel 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin həbsə alındığı 21 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, Məhkum 12270 (on iki min iki yüz yetmiş) manatın alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın 10.000 (on min) manat mənəvi ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi müəyyən edilmişdir. Hökmdən şahid X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli 1(104)268/2024 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarından şahid X4 nümayəndəsi Abdullayev Samir Tofiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Şahid X4 nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxs1 aldadaraq onun pulunu ələ keçirməsinin ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına və X4 Zərərçəkmiş şəxs1 satdığı mənzilə görə nağd pu l ödəməsinə və pulu nağd şəkildə Zərərçəkmiş şəxs1 kassadan özü imzalayaraq götürməsinə heç bir aidiyyəti olmayıb, həmin alqı-satqı əməliyyatı Azərbaycan Respublikasının qüvvədə olan qanunları ilə müəyyən olunmuş qaydada şəffaf, qanuni, ədalətli və obyektiv həyata keçirilmişdir. Belə ki, Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il hökmü ilə yazılanları X9 görmədiyindən və ona göndərilmədiyindən, həmçinin məhkəmə hökmü elan olunarkən və tərəflərə göndərilərkən həmin mərhələlərdən xəbərsiz olmuş və yalnız sonradan Zərərçəkmiş şəxs1 onun ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddialarında oxuduğundan və bir çox məqamların X-in ifadəsində verdiyi halların Tərtər Rayon Məhkəməsi tərəfindən təhrif olunduğunu görərək həmin halların düzgün araşdırılmadığını, alq ı-satqının qanuni aparılmasının və bir çox hüquqlarının pozulması ilə bağlı məqamlara düzgün qiymət verilmədiyini və X-in hüquqlarının kobud şəkildə pozulduğunu, oturduğu yerdə həm pulunun Zərərçəkmiş şəxs1 və Məhkum məkrli planları və özlərinin dələduzluq yolu ilə əlindən çıxarılmasına istintaq zamanı və məhkəmənin səthi yanaşması cinayət işi materialları ilə həm ziddiyyət təşkil etmiş, həm də mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Ona görə də Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə yazılanlar X4 ifadəsində verdiyi halların məhkəmə tərəfindən təhrif olunduğunu sonradan görərək həmin halların məhkəmə tərəfindən düzgün araşdırılmadığını, mənzilin alınması ilə bağlı alqı-satqı əməliyyatının qanuni aparıldığı halda birinci instansiya məhkəməsinin hökmündə bu h issəyə məhkəmənin ümumiyyətlə qiymət vermədiyi və X-in bir çox konstitusion və mülkiyyət hüquqlarının pozulması ilə bağlı maraqlarına toxunan məqamlara düzgün qiymət verilmədiyindən və hüquqları kobud şəkildə pozulduğundan şikayətinə ədalətli araşdırılaraq baxılmasını və qiymət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin Gəncə Apellyasiya Məhkəməsinin 7 iyun 2024-cü il tarixli qərarı ilə ümumiyyətlə apellyasiya şikayətini icraata qəbul etməkdən imtina etmişdir. İstər birinci instansiya məhkəməsində hökmdə göstərilənlər, istərsə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyi ədalətsiz və qanunsuzdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək, şikayətin icra ata götürülməsi, Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmünün X-in maraqlarına toxunan hissədə qismən dəyişdirilərək ifadəsində dediklərinin hökmlə təhrif olunduğundan, həmin halların düzgün qiymətləndirilib ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısı əməliyyatının qanuni aparıldığından bu hissəyə düzgün və qanuni qiymət verilməsi, X-in konstitusion və mülkiyyət hüquqlarının pozulması ilə bağlı məqamlara ədalətli və düzgün hüquqi qiymət verilməsi, eləcə də hökmdə X-in maraqlarına toxunan halların dəyişiklik edilərək hökmə əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs1 çıxış edərək, kassasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Kassasiya inst ansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Şahid X4 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.20-ci (məhkəmə bu Məcəllənin 391.3.2—391.3.5, 391.3.7—391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edi r. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci m addəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə (yeni faktiki hallardan çıxış edərək) əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına gör ə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını, həmçinin maddi hüququn tətbiqində səhvə yol verib-vermədiyini yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdi rilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və nümayəndənin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bununla belə kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının səhv nəticəyə gəlməsi barədə kassasiya şikayətində göstərilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. Avropa Məhkəməsi Eşinqdeyn (Ashıngdane) Birləşmiş Krallığa qarşı iş üzrə 1985ci il 28 may tarixli Qərarında öz əvvəlki hüquqi mövqelərinə istinad edərək göstərmişdi ki, məhkəməyə müraciət etmək hüququ qe yd-şərtsiz deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli ola bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər əlçatanlıqla bağlı hüququn mahiyyətini pozacaq qədər məhdudlaşdırılmamalı və azaldılmamalıdır. Bundan əlavə, əgər o qanuni məqsəd güdmürsə və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan nisbət yoxdursa, həmin məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun gəlməyəcək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair 6 oktyabr 2023-cü il tarixli Qərarı ilə Konstit usiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə istinadən də hesab etmişdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi, həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Bu növ icraatda məhkəməyədək və ya birinci instansiya məhkəməsində icraat zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymət verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əs assız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində buraxılmış məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarı). Kassasiya məhkəmə araşdırması zamanı kassasiya şikayətindən və cinayət işinin materiallarından müəyyən olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi Şahid X4 şikayəti üzrə məhkəmə araşdırması apararaq icraata qəbul edilməsindən imtina edərkən onun cinayət işi üzrə icraatda şahid kimi iştirak etməsinə və birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilən hökmün on un hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmaması halının müəyyən edilməsinə istinad etmişdir. Kassasiya şikayətində göstərilmiş olan, şahid qismində dindirilmiş X4 ifadələrinin Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il hökmü ilə yazılanların xüsusən də onun ifadəsində verdiyi halların məhkəmə tərəfindən təhrif olunmaqla yanaşı həmin halların məhkəmə tərəfindən düzgün araşdırılmaması, alqı-satqının qanuni aparıldığı halda bu hissəyə məhkəmənin ümumiyyətlə qiymət verməməsi və bir çox onun konstitusion və mülkiyyət hüquqlarının pozulması ilə bağlı maraqlarına toxunan məqamlara düzgün qiymət verilməməsi və hüquqlarının kobud şəkildə pozulması barədə dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 95.6.8-c i maddəsinə əsasən şahidin iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazının ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək hüququ vardır. Odur ki, kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillərində qeyd olunduğu kimi iş üzrə şahid qismində dindirilmiş X4 hüquqlarının pozulması ilə bağlı məqamlara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyi və hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının kobud şəkildə pozulması, istər ibtidai araşdırma, istərsə də məhkəmə tərəfindən işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırılmaması və həqiqətin müəyyən edilmədiyi barədə dəlilləri əsassızdır, X4 qeyd olunan hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmamış, X4 hüquqlarının pozulmasının qeyri-qanuni və əsassız olmasına dair dəlillər eyni məzmunda apellyasiya şikayətində də qeyd edilmiş, apellyasiya məhkəmə kollegiyası həmin dəlillər üzrə tam araşdırma apararaq həmin şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şahid X4 nümayəndəsi Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması barədə Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar