Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2592/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X2 nümayəndəsi Nümayəndə və bəraət almış şəxs X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2 və 148-ci maddələri ilə əməlində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığına görə bəraət verilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə dair toplanmış materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2025-ci il tarixli qərarından xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədova Günel Kamil qızı) X6, 18 aprel 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əməlində CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığına görə bəraət verilmişdir. İşin halları: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək X4 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və onun həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. X2 öz şikayətini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 1 saylı şəhər Poliklinikasında həkim-cərrah vəzifəsində işləyir. 2 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində X6 Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti, 16 ünvanında yerləşən ünvan 3 etmiş, böhtanla dolu məlumatları, rəhbərliyin, kolleqalarının və ictimaiyyət arasında nüfuzuna xələl gətirən, şər və böhtan xarakterli məlumatlar yaymış, o cümlədən onu ağır cinayət əməlini t örətməkdə (CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş) ittiham edərək bu haqda da məlumatı yaymışdır. O, barəsində şikayət olunan şəxsin işlətdiyi ifadələri Baş Həkimin otağında mobil telefon vasitəsilə yazmış və X6un onun ünvanına təhqir və böhtan xarakterli ifadələr işlətməsi həmin audioyazının mətni ilə təsdiq olunur. Belə ki, X6nın işlətdiyi ifadələrinin səs yazıları ilə aşağıdakılar müəyyən edilir: 1) Səs yazısının 05:45 dəqiqəsində ona böhtan ataraq “Siz mənim həyat yoldaşıma demisiniz ki, gedin barmağınızı kəsdirin”, bundan əlavə yazının 06:00 və 06:38 dəqiqələrində də eyni ifadələri işlətmiş; 2) Səs yazısının 06:56 dəqiqəsində ona böhtan ataraq “Sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib” kimi ifadələr işlətmiş; 3) Səs yazısının 07:24 dəqiqəsində ona böhtan ataraq arvadının 30 dekabr 2023-cü il tarixdə onun qəbulunda olması, qəbulun qeydə alınmaması barədə ifadə işlətməklə təkrar böhtan ataraq onu səhlənkarlıqda ittiham etmiş; 4) Səs yazısının 09:55 dəqiqəsində ona böhtan ataraq “bu həkim mənə dedi ki, günah İradə xanımdadır, gedin barmağını kəsdirin”, eyni ifadələri yazının 10:40 dəqiqəsində işlətmiş; 5) Səs yazısının 13:09 dəqiqəsində “sən axırıncı dəfə mənim yoldaşımdan pul almısan”, 13:43 dəqiqəsində isə “sən ondan 30 manat pul almısan” kimi ifadələr işlətmiş; 6) Səs yazısının 14:10 dəqiqəsində “sənin kimi savadsız həkimlərdən” kimi ifadələr işlətmiş; 7) Səs yazısının 14:32 dəqiqəsində “kül sənin kimi həkimin başına” kimi ifadələr işlətmiş; 8) Səs yazısının 15:25 dəqiqəsində “Sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən” kimi ifadələr işlətmiş; 9) Səs yazısının 21:12 dəqiqəsində “Sən mənim yoldaşımın barmağını kəsmisən” kimi ifadələr işlətmiş; 10) Səs yazısının 20:44 dəqiqəsində “Pul alıb boynuna almır ki, pul almışam” kimi ifadələr işlətmiş; 11) Səs yazısının 23:49 dəqiqəsində “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələr işlətmişdir. Daha sonra öz şikayət ərizəsində X2 Azərbaycan Respublikası Konstitusiyasının 46 və 47-ci maddələrinə, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə” və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 9-10-cu maddələrinə, CM-in 147 və 148-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, X6nın yuxarıda təsvir edilmiş ifadələrində b öhtan və təhqir cinayətlərinin tərkibi mövcuddur və buna görə o, CM-in 1472 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli, barəsində isə ittiham hökmü çıxarılmaqla həmin maddələrlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib X6nın əməlində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun barəsində yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmündən xüsusi ittihamçı X2 və onun nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən xüsusi ittiham qaydasında şikayət əsa sında toplanmış materiallara baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət tərkibdə) 30 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materialların yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in 147 və 148- ci maddələrinə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını təmsil etdiyi X2 xüsusi ittiham qaydasında verdiyi şikayətində istinad etdiyi səs yazıları ilə X6nın ona böhtan atması və onu təhqir etməsi, habelə sonuncunun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməsi tam sübuta yetirilmişdir. X6nın 2 fevral 2024-cü il tarixdə X2nin fəaliyyət göstərdiyi Poliklinikanın baş həkiminin otağında səs yazılarnıda əksini tapmış ifadələri işlətməsi birbaşa xüsusi ittihamçının təhqir olunmasına və ona böhtan atmasına yönəlmişdir ki, bu hal da X6 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə dəlalət edir. Lakin işə baxan məhkəmələr bu səs yazılarına düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq X6 göstərilən hərəkətlərində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gəlmiş, bununla da həm cinayət qanunu normalarının tələblərini pozmuş, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarında əksini tapmış izah və tövsiyələrini nəzərə almamışlar. Odur ki, qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçılar ı qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, xüsusi ittihamçı X2 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bəraət almış şəxs X6 və xüsusi ittihamçının nümayəndəsi Nümayəndə bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələbələrinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittihamçı X2nin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası mə hkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verilməməsini və bunun da nəticəsində əsassız olaraq X6nın barəsindəki bəraət hökmünün dəyişdirilmədən saxlanılması haqqında qanunsuz qərarın qəbul edilməsini iddia edir, həmin qərarın ləğv edilməli olması haqqında tələbini isə CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X6ya bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyy ən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icra atına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya kollegiyası həmçinin vurğulayır ki, xüsusi ittiham qaydasında şikayətdə də istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Eyni zamanda Konstitusiyanın 47-ci maddəsinin İ və İİ hissələrinə görə, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsində” və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx əlaqədə olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konv ensiyasnın (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 9 və 10-cu maddələrinin tələblərindən görünür ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hü quqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təh lükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icra atı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin birinci cümləsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutulmuş CM-in 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb ed ilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-in ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanm ış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedi kdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyy əti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiy i sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cin ayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 200 9-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səh vləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CP M-in 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduq ları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq müqavilələrin tələbləri və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin bəraət hökmünü və həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etmə si barədə tələblərə cavab verildiyi müəyyən olunur. CM-in 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi ittihamçı X2nin X6 tərəfindən törədilməsi iddia olunan CM-in 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirilməsinə, habelə internet informasiya ehtiyatında yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 148-ci maddəsində təhqirə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun tələbinə və mənasına görə, şəxsin böhtana və ya təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün iş üzrə əsas üç halın müəyyən edilməsi tələb olunur: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatın yalan olması və bunun həmin şəxsin bilməsi; 3) belə məlumatın yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş şəkildə yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-a yrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması, yayma dedikdə isə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Ən əsası isə məhkəmə vurğulamağı lazım bilir ki, CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlər yalnız birbaşa qəsdlə törədilən cinayətlərə aiddirlər, yəni CM-in 25.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunların baş verməsini arzu etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan cinayətlərin subyektiv cəhətinə aid olan bu halların mövcudsuzluğunda şəxsin əməlində həmin cinayətlərin tərkibinin olmasından söhbət gedə bilməz. Xüsusi ittiham qaydasında şikayət üzrə hazırkı işin materiallarından göründüyü kimi, X6 həyat yoldaşı X9 şəkər xəstəliyindən əziyyət çəkdiyindən onun müalicəsi ilə bağlı Bakı şəhəri 1 saylı şəhər Poliklinikaya müraciət etmiş və həmin Poliklinikanın cərrahhəkimi X2 həyat yoldaşını xeyli müddət barmağını sarğı etməklə müalicə etmiş, lakin belə müalicə heç bir müsbət nəticə verməmiş, X9un ayağının dördüncü barmağı tam qaralmış və barmaqda hissiyyat müəyyən etmək mümkün olmadığını görən X2 artıq müalicənin və sarğıların xeyri olmayacağını bildirərək barmağın əməliyyat yolu ilə götürülməsi (amputasiya o lunması) üçün xəstəxanaya müraciət etməyi məsləhət görmüş, orada da qaralmış barmağın bütöv, yanındakı barmağın isə yarısını amputasiya etmək lazım olduğu bildirilmiş və buna görə onlar həmin tibbi əməliyyatı etdirmək məcburiyyətində qalmışlar. Buna görə X6 X2 tərəfindən arvadının müalicəsinin düzgün aparılmaması qənaətinə gələrək X2ni təhqir etmək və ya ona böhtan atmaq deyil, bu haqda Poliklinikanın baş həkiminə məlumat vermək və aparılmış müalicə ilə əlaqədar iradlarını bildirmək məqsədilə 2 fevral 2023-cü il tarixdə sonuncunun qəbulunda olmuş və orada X2nin özünün iştirakı ilə onun düzgün müalicə aparmadığına görə iradlarını bildirmiş, onun şərəf və ləyaqətini və işgüzar nüfuzunu alçaltmaq məqsədilə təhqiredici ifadələr işlətməmiş, onun ünvanına dedikləri yalnız tənqid xarakterli öz fikirləri olmuş, şikayət edərkən isə həmçinin bildirmişdir ki, X2 guya Türkiyə Respublikasından müalicədə istifadə etmək üçün krem sifariş etmək müqabilində ondan 30 manat məbləğində pul almış, lakin sonradan həmin kremi gətizdirməmiş, pulu isə qaytarmamışdır. X2nin CD diskə yazılaraq təqdim etdiyi səs yazılarında X6nın X2nin ünvanına “savadız həkim”, “bu torpaqda cərrah vəzifəsinə layiq olmayan”, “kül sənin kimi həkimin başına”, “sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib”, “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələr işlətməsi müəyyən edilsə də, bunları sonuncunu təhqir etmək və ya ona böhtan atmaq məqsədilə deyil, həyat yoldaşının müalicəsinə səhlənkar yanaşmasına görə bildirmiş, digər tərəfdən isə həmin ifadələri kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi in formasiya vasitəsində, habelə internet informasiya ehtiyatında yaymamış və bunun üçün heç bir hərəkət etməmişdir. X2 öz şikayətində X6nın yuxarıda göstərilən ifadələri bir sıra şəxslərin eşitdikləri və gördükləri şəraitdə işlətməsini qeyd etsə də bunu təsdiq edən müvafiq sübutları məhkəmələrə təqdim etməmiş (halbuki qanunvericilyin tələblərinə əsasən, xüsusi ittihamçının iddialarını təsdiq edən sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür), məhkəmələr də belə sübutları araşdırmamış və haqlı olaraq X6un iradlarını kütləvi çıxışda əksini tapmış məlumatları yayma kimi qiymətləndirməkdən imtina etmiş, digər tərəfdən isə onun işlətdiyi ifadələri onun fikirləri kimi dəyərləndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda X6un ifadələri cinayət qanunu normalarının tələbləri və mənası baxımından təhqir və ya böhtan xarakterli ifadələr hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 30 iyul 2025-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə də təhlil edilən məsələyə məhz bu prizmadan yanaşmış və məhkəmə kollegiyasının fikrincə, həmçinin düzgün olaraq qeyd etmişdir ki, şəxsin öz hüququnun pozulmasına münasibətdə fikrini bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir, belə məhdudiyyətin tətbiqi üçün isə ciddi ictimai tələbat mövcud deyil. Məhkəmə əsaslı olaraq hesab etmişdirki, bu kateqoriyalı mübahisələrin həllində aşağıdakı meyarlar da nəzərə alınmalıdır, öz qənaətini isə aşağıdakı şəkildə əsaslandırmışdır: “Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət ed ərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq-mühafizə orqanlarına müraciət edir), ancaq həmin məlumatların yoxlanılması nəticəsində onlar öz təsdiqini tapmır. Məlumat vermiş şəxsin belə hərəkəti özü-özlüyündə onun cinayət məsuliyyətə cəlb edilməsi üçün əsas yaratmır, yəni onun ola bilməz və cinayət əməli sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmiş olur. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan olsa belə daxil olmuş informasiyanı yoxlama q vəzifəsi daşıyan orqanlara müraciət etməsi cinayət əməli sayılmır və cinayət məsuliyyətin yaranmasına səbəb olmur. Məhkəmə hesab edir ki, belə tələblər yalnız o halda mülki hüquqi delikt kimi qəbul edilərək, mülki icraat qaydasında təmin oluna bilər ki, məhkəmə işə baxarkən, həmin orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edilmiş olsun, çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yo xluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan suiistifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuli yyətini və vəzifələrini də əhatə edir.Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Beləliklə, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, bəraət almış şəxs hüquq-mühafizə orqanlarına da müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Belə ki, o məhz ərizədə qeyd edilən məsələ ilə bağlı poliklinikaya getmişdir. Onun davranışları şikayətin araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq orqanların diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır.” Kassasiya kollegiyası belə təhlil və qiymətləndirmə ilə razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət cinayət qanunvericiliyində nəzərdə tutulmuş normaların tələbləri ilə yanaşı həmçinin bu normalarının eyni cür tətbiq edilməsinin və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 21 fevral 2014-cü il tarixdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında 03 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, b öhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 6-cı bəndində qeyd e dilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci bəndində mə hkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında əksini tapmış töv siyələrə və izahlara əsaslanıb kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək X2nin istər xüsusi ittiham qaydasında məhkəməyə ünvanladığı şikayət ərəizəsində və məhkəmə iclasında bu ərizənin məzmununa uyğun olan məzmunda verdiyi ifadələrində, istərsə də onun nümayəndəsinin verdiyi kassasiya şikayətində X6un xüsusi ittiham barəsindəki böhtan xarakterli məlumatları birbaşa qəsdlə qəsdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında yaymasını təsdiq edən hər hansı mötəbər sübuta məhkəmələrə təqdim etməmiş və buna görə də məhkəmələr belə sübutları araşdırmamışlar. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsə qarşı CM-in 147 və ya 148-ci maddələri ilə ittiham irəli sürən xüsusi ittihamçı onun iddialarını təsdiq edən müvafiq sübutları özü məhkəməyə təqdim etməli, məhkəmə isə - belə sübutları araşdırıb onlara qiymət verərək müvafiq nəticəyə gəlməli və ehtimal xarakterli, mülahizələrə söykənmiş yekun məhkəmə aktının qəbul edilməsindən imtina etməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, araşdırılmış sübutlara isə qanuna müvafiq, yəni CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilməməsi hallarını müəyyən etməyərək həmin məhkəmənin CPM-in 416.1.1 və 416.1.2ci maddələrinə göstərilən pozuntulara yol verməməsini qeyd edir və buna görə kassasiya şikayətinin bunlarla bağlı dəlillərini də qəbul edilməz sayı r. Xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materialların təhlili göstərir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsaslanaraq X6nın əməlində X2nin şərəf və ləyaqətini ləkələyən və ona böhtan atılmasına dəlalət edən böhtan atma və təhqir etmə cinayətlərinin tərkib əlamətlərinin olmaması barədə əsaslı nəticəyə gəlmiş və bununla bağlı istər maddi, istərsə də prosessual hüquq normalarının pozulmasına yol verməmişlər. Məhkəmələrin gəldikləri nəticənin düzgün olmasını vurğulayaraq məhkəmə kollegiyası cinayət qanunu normalarının tələbləri baxımından hesab edir ki, X6 xüsusi ittihamçı X2ni qəsdən təhqir etmədiyinə, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatla rı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadığına görə, habelə belə məlumatları göstərilən şəkildə yaymaqla sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham edib ona böhtan atmadığından barəsində şikayət verilmiş şəxsin əməllərində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması istisna edilir. Buna görə, məhkəmə kollegiyası X6ya həmin maddələrlə bəraət verilməsi barədə məhkəmələrin iş üzrə gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərar ın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə, həmin şikayətin təmin edilməməsi barədə isə X6nın çıxışlarını dinləyərək o nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və X6 CM-in 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə əsasən toplanmış materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2592/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2592/2025
13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver