Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2598/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elçin Məmmədov (sədrlik edən və məruzəçi), Nurəddin Hüseynli və Nahid Mirzəyev) 19 avqust 2024-cü il tarixli 1(124)252/2024 nömrəli hökmü ilə 29 iyun 1982-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022 -ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 8,336 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə edib üzərində qanunsuz saxlamaqla Şabran şəhəri, H.Əliyev prospekti 9 ünvanının yaxınlığına qanunsuz daşımış, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 14 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində Şabran şəhəri, H.Əliyev prospekt i 9 ünvanının yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsində xidməti otaqların birində saat 22.25 radələrindən etibarən Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 8,336 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 1(124)-252/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarının ləğv edilməsi və təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ailəlidir, üç övladı var, ikinci övladı həddi-büluğa çatmamışdır və üçüncü övladı azyaşlıdır, həyat yoldaşı evdar qadındır, himayəsində sağlamlıq imkanları məhdud xəstə anası var. Həmçinin narkotik vasitələrin istifadəçisi olsa da, aludəçisi və satışı ilə məşğul olmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən ona qarşı qərəzli mövqe tutulması və narkotik istifadəçisi olmasından səmimi peşmançılıq hissləri keçirməsi nəzərə alınaraq, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ağır və sərt olmasıdır. Kassasiya şikayətinin dəlili il ə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqq ında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən və bir yetkinlik yaşına çatmayan uşağının olması CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırla şdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, kassasiya şikayətində məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsi və törətdiyi cinayət əməlindən peşman olması barədə göstərilən hallar iş materialları ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirini etiraf etməsi və törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkumun cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ağırlığını müzakirə edərək qeyd edir ki, onun qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 8,336 qram olmuş, yəni həmin növ narkotik vasitə üçün qanunla müəyyən edilmiş k ülli miqdarın aşağı həddindən cəmi 6,336 qram çox olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlər daxilində ədalətli cəza təyin edilir. Həmin maddənin tələbinə görə, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya daha yüksək həddi yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin etməyə kifayət etməsin. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun şəxsiyyətini, ailə vəziyyətini və işin digər mühüm hallarını kifayət qədər nəzərə almamış, nəticədə Cinayət Məcəll əsinin 58.1-ci maddəsinin tələblərini tam həcmdə tətbiq etməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən cəzanın fərdiləşdirilməsi prinsipi və Ali Məhkəmənin Plenumunun cəza təyin etmə ilə bağlı qərarlarında məhkəmələrə verilmiş tövsiyələr lazımi səviyyədə nəzərə alınmamışdır. İş materiallarından görünür ki, Məhkum törətdiyi əməli etiraf etmiş, təqsirini boynuna alaraq peşmançılıq hissi ifadə etmiş, ailə vəziyyəti ilə bağlı müsbət xarakterizəedici hallar mövcuddur. Bu hallar onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməli və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları və məhkumun şəxsiyyəti nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində daha qısa müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə həm onun islah olunması, həm də cəzanın ədalətlilik və xüsusi və ümumi profilaktika məqsədləri təmin oluna bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza ədalətlilik və mütənasiblik prinsiplərinə tam cavab vermədiyindən, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-c ü il tarixli 1(105)-690/2024 nömrəli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Apellyasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarı dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(105)-690/2024 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il müddətinə endirilsin. Hökm və qərar qa
Məhkəmə qərarları › İş №1(102)-2598/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2598/2025
11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver