Məhkəmə qərarları › İş №1(102)-2600/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2600/2025

25.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2600/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkumun iştirakları ilə xxxxxxx-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, x yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, x yaşamış, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(103)-1144/2024 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-958/2024 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən),S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam - 02 il 11 ay 28 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsi rləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarı ilə, (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.Z.Əliyev və F.İ.Əyyubov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qəra rından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs və naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib rollarını aralarında bölüşdürərək naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışdıqdan sonra 16 iyun 2023-cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs ilə sonuncunun idarə etdiyi «Toyota Prius» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Bin əqədi şossesinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Vahid” adlı şəxs tərəfindən yolun kənarında olan zibil qutusunun yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponentlərinə görə fərqli olan 01 ədəd bağlamada 2502,3 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs və 01 ədəd bükümdə 5,293 qram çəkidə külli miqdarda narkotik vasitə heroini özü əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 00:27-də Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanışı Təqsirləndirilən şəxs İlə birlikdə “Toyota Prius” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X 3 küçəsi 1 ünvanında yerləşən Binəqədi RPİ-nİn inzibati binasına gətirilərək orada saat 02:20 dəqiqədə Təqsirləndirilən şəxs oğlıınun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2502,3 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin gün saat 02:55 dəqiqədə onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,293 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi İlə tanışı Məhkum və naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib rollarını aralarında bölüşdürərək naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə Məhkum “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışdıqdan sonra lö iyun 2023-cü il tarixdə saat 00:20 radələrİndə onun idarə etdiyi «Toyota Prius» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Vahid” adlı şəxs tərəfindən yolun kənarında olan zibil qutusunun yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponentlərinə görə fərqli olan 01 ədəd bağlamada 2502,3 qram çəkidə külli miqdarda narkotik vasitə heroini özü və 01 ədəd bükümdə 5,293 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Məhkum əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 00:27-də Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanışı Məhkum ilə birlikdə “Toyota Prius” markalı **UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 1 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilərək orada saat 02:20 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2502,3 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən s onra həmin gün saat 02:55 dəqiqədə Məhkum üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,293 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin etmişlər. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilərək, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət mühakimə icraatının prinsiplərinin, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə o törətmədiyi cinayətə görə yəni müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitəni əldə etdiyi halda, əsassız olaraq onun əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il ta rixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməklə, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum k Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdir ilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum Təqsirləndirilən şəxs isə kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələbini cinayət-prosessual qanunun 416.1.21-ci maddəsind ə təsbit edilmiş halla əsaslandırmışdır. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təş kil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səb əb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmam asının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə həmin normalar (hazırki işin kontekstində) qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanu nsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qar şılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop m addələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusi ilə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psix otrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Təqsirləndirilən şəxs və Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun və Təqsirləndirilən şəxs əməllərində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinmələrinin və cəzalandırılmalarının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, Məhkum (digər məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifini mübahisləndirməmişdir) kassasiya şikayətində göstərdiklərinin əksinə olaraq, məhkəmələrin işin həqiqi halla rını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxsin özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsinə, digər məhkum Təqsirləndirilən şəxs ifadəsinə, şahidlərin ifadələrinə, 16 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 6/3376 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023 -cü il tarixli, 3-16-16/1-6/4091 №-li əlavə məhkəmə-kimyəvi ekspertizasının rəyinə, 19 iyun 2023-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi haqqında” protokola (protokoldan görünür ki, Məhkum üzərindən aşkar edilmiş 2-ci Samsung markalı mobil telefon aparatında olan “whatssap” ani mesajlaşma proqramında xx.xx.2023-cü il tarixdə +**********01 GSM nömrəsi ilə mesajlaşdığı, həmin GSM nömrəsindən səsli mesajlar gəldiyi, həmin səsli mesajın məzmununda x narkotik vasitə heroinin çəkisinin 2 kiloqram təşkil etdiyini, heroini yerbəyer etikdən sonra onunla əlaqə saxlanılmasının bildirildiyi müəyyən edilmişdir) və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya insta nsiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Təqsirləndirilən şəxs və Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən, habelə həmin məsələ üzrə hökm apellya siya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı prosessual və ya maddi-hüquqi pozuntuya yol verilməmişdir. Birinci instansiya məhkəməsi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, Məhkum barəsində isə cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin mövcudluğunu, habelə təyin edilən cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onları təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müvafiq olaraq Məhkum 9 (doqquz) il, Təqsirləndirilən şəxs isə hökmlərin məcmusu üzrə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi də cəza hissəsində hökmü dəyişdirilmədən saxlayaraq, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, habelə Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini gözləmişdir Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə), həmçinin sonuncunun və Təqsirləndirilən şəxs onlara təyin edilmiş cəzasının həddindən artıq ağır cəza olması və CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə cavab verməməsi ilə bağlı iddialarını təkzib etməklə bu müraciətlərin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi və dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qər ara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(103)- 1144/2024 nömrəli qərarı məhkumlar münasibətdə dəyişdirilmədən saxlanılsın. tərəfindən verilmiş kassasiya şikayətlərinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar