Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2605/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-cü il 19 iyun tarixli, 1(106)-104/25 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X17 və X6 ibarət tərkibdə) 25 sentyabr 2024-cü il tarixli, 1(099)-9/2024 nömrəli hökmü ilə, 2 dekabr 1988-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 47/3, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətin ə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 27 avqust 2022-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiə çi3 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X5 və X7 ibarət tərkibdə) 2025-cü il 19 iyun tarixli, 1(106)-104/25 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin olunmuş, hökm məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 10 (on) il həddində müəyyən edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırkı qərar ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 10 (on) il həddində müəyyən edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum CM-in 228.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırkı qərar ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə az adlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr - heroin, tiryək və qurudulmuş marixuananın, həmçinin odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı 2022-ci ilin avqust ayında Məhkum ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə hər ikisi əldə edilmiş razılıq və ümumi niyyətə uyğun hərəkət edərək 2022-ci ilin avqust ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda2323.634 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, kül li miqdarda-562,021 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda-4210,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həmçinin 1959-cu ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “13846”№-li, saz vəziyyətdə və atəş açmaq üçün yararlı 1 (bir) ədəd yivli odlu idman-ov silahı olan tüfəngi və zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, “TOZ-8”, (“TOZ-8m”), “TOZ-11”, “TOZ16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və sair modelli idman-ov tüfəng və karabinlərdə, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, eləcə də digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş 24 (iyirmi dörd) ədəd i stifadəyə yararlı patronları qanunsuz olaraq əldə etmiş, onların satışını realizə edib birlikdə qazanc əldə etmək üçün həmin narkotik vasitə heroinin 43,634 qramını və tiryəkin 61,552 qramını qrup üzvü Məhkum özündə saxlayıb, qalan narkotik vasitələri və qanunsuz olaraq özündə saxlayıb daşıyaraq gəzdirdiyi qeyd olunan odlu silahı və döyüş sursatı olan patronları ondan almış, özü Məhkum əldə edib satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı və gəzdirdiyi narkotik vasitələrdən 4210,0 qram çəkidə qurudulmuş marixuananı və odlu silah ilə patronları daşıyaraq Lənkəran rayonu, Liman şəhəri, 28 May küçəsində yerləşən “Liman şəhər məscidi”nin arxasında kolluq ərazidə gizlədərək saxlamış, qalan narkotik vasitələr olan 2280,0 qram çəkidə heroini və 500,469 qram çəkidə tiryəki üzəri ndə saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X25 əməkdaşlarının 27 avqust 2022-ci il tarixdə saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda-2280,0 qram çəkidə heroin və 500,469 qram çəkidə tiryək əlində tutduğu idman çantasının içərisindən, 4210,0 qram çəkidə qurudulmuş marixuana, 1 (bir) ədəd “TOZ-8” modelli yivli odlu idman-ov silahı olan tüfəng və döyüş sursatı olan 24 ədəd patronlar isə sonuncu tərəfindən onların gizlədildiyi kolluq əraziyə həmin tarixdə saat 20:20 radələrində baxış keçirilərkən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin nəti cəsi olaraq Məhkum həmin gün saat 21:15 radələrində Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin qalan hissəsi olan 43,634 qram çəkidə heroin və 61,552 qram çəkidə tiryək əynində olan cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar qanunun tələblərinə əsaslanmamışdır. İş üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin məhkəmə araşdırılmasının nəticəsi deyil, istintaq materiallarında digər təqsirləndirlən şəxsin verdiyi izahatlara istinad edilmişdir. Halbuki, məhkəmə baxışında digər təqsirləndirilən şəxs daha fərqli ifadə vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə məhkəmə istintaqı zamanı aparılmış araşdırmaya istinad edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi də bu halı təkrarlamışdır. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsi CM-in 3-cü maddəsinin tələblərini pozmuşdur. Maddənin izahına görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən heç bir cinayət əməli törədilməmiş, heç bir cinayət əməlinin törədilməsində birbaşa, düzünə, dolayısı yolla heç bir əlaqəsi olmamışdır. İşdə olan hallar birbaşa bunu sübut edir. Məhkum cinayət əməlini törətməsini təsdiq edən he ç bir sübut yoxdur. Qərarda yazılır ki, CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Məhkum tərəfindən maddənin tələbində qeyd edilən heç bir cinayət əməli törədilməmişdir. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Məhkum tərəfindən elə bir cinayət əməli törədilməmişdir ki, təqsirli sayılsın. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunu r. Məhkum hər hansı bir ictimai təhlükəli əməl törətməmişdir ki, bu əməlin nəticələrini qabaqcadan görsün, arzu etsin və bir başa qəsdlə törətsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə bu maddə ilə cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən maddədə nəzərdə tutulan əməl Məhkum tərəfindən törədilməmişdir. Müdafiəçi bildirmişdir ki, Məhkum müdafiə hüququ nümayışkarənə şəkildə pozulur, Məhkum ittiham aktında göstəri lən vaxtda və saatda saxlanmadığı, Məhkum üzərində şəxs axtarış və götürmə istintaq hərəkətləri qolu bağlı, iki polis nəfərinin hər iki qolundan tutulması, digər təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış və götürmə video çəkilişlə aparıldığı halda, Məhkum üzərinə fotoşəkillər çəkilməklə, protokol tərtib edilməklə aparılır, Məhkum üzərinə şəxsi axtarış aparılması üçün tərtib edilmiş protokolda iş üzrə hal şahidlərin vaxtından 4 saat əvvəl polis şöbəsinə dəvət edilməsi, hal şahidlərinin verdikləri ifadələr, müdafiə tərəfini təqdim etdiyi şahidlərin verdiyi ifadələr, ittiham tərəfindən dindirilmiş, ittiham tərəfinin şahidlər sırasına salınmadığı, vəsatəti əsasında dindirilmiş X1, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər, məhkəmə tərəfindən müdafiəçilərin istintaq hərəkətl əri aparılan zaman olduqları məkana aydınlıq gətirilməsinə dair mobil operatora verilmiş sorğuların cavabı ilə müdafiəçilərin istintaq hərəkətlərinin aparılması zamanı müdafiə etdikləri şəxslərin yanında olmaması, məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi 6 (049)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı Məhkum döyülməsi və üzərində olan xəsarətlər barədə Bakı İstintaq təcridxanasının vəkil sorğusuna verdiyi və cinayət işində olan cavabı və sair saymaqla qurtarmayan hallar birbaşa sübut edir ki, Azərbaycan Respublikası CM-nin 125.1 maddəsinin tələbləri inkar olunmaz, nümayışkarənə şəkildə pozulmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı heç bir izahat və ifadə verməyən, Məhkum adından yazılmış izahatların altında “özünü təqsirli bilməyərək imza etməkdən imtina etməsi” Mə hkum adından müstəntiq tərəfindən yazılmış izahatların Məhkumla heç bir əlaqəsinin olmaması, yalnız vəkili olaraq onun iştirak etdiyi dindirmələr zamanı verdiyi ifadələrin Məhkum aid olması, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutların nə üçün rədd eilməsi əsaslanadırıla bilməmişdir. Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsi sübutların araşdırılmasını qismən təmin etmiş, əldə edilmiş sübutlar Məhkum barəsində bəraət hökmü çıxarılması üçün əsas olsa da, Lənkəran Ağır Cinayətlər məhkəməsi subyektiv yanaşma əsasında bunu etməmiş, Şirvan Apellyasiya Məhkəməsi də öz növbəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yol verdiyi pozuntulara qanuna uyğun qiymət vermək əvəzinə, həmin pozuntuları nəinki təsdiq etmiş, verilmiş protesti təmin edərək bu pozuntuları daha da dərinləşdirmişdir. Mü dafiəçi bildirmişdir ki, cinayət işinin 74-cü səhifəsində şəxsi axtarış və götürmə protokoluna və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Məhkum açıq aşkar polis zorakılığının qurbanıdır. Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş foto şəkillərdən görünür ki, üzərində şəxsə axtarış və götürmə aparılan zaman Məhkum əli qolu bağlı, şalvarının sol ayaq hissəsində şalvarı yuxarı hissəyə dartılmış, cırılmış haldadır. Cinayət işinin 83-cü səhifəsində Məhkum “izahatı” qeyd edilən “izahat ” vardır. İzahat absurd, qanunsuzluğun son həddi kimi görünür. Belə ki, Məhkum adından təhqiqatçı tərəfindən izahat yazılır. Məhkum suallar qeyd edilir, təhqiqatçı tərəfindən sualların cavabı yazılır və imza etməkdən imtina edir və səbəbində narkotik maddənin ona məxsus olmadığını göstərir. Yəni Məhkum vermədiyi, demədiyi, adından tərtib edilən izahatı imzalamır. Cinayət işinin materiallarının 84 və 85-ci səhifələrində hal şahidləri kimi təqdim edilən Şahid6 və Şahid5 ifadələri vardır. Hər iki hal şahidi izahatında bildirir ki, Məhkum narkotik maddələrin ona məxsus olmadığını bildirir. Şahid6 ifadəsində bildirmişdir ki, onu polis şöbəsinə saat 16-17 radələrində dəvət etmişlər. Yəni ittiham aktına istinad etsək Şahid6 45 saat əvvəl polisə dəvət edilmişdir və həmin zamanda Məhkum saxlanmamışdır. Digər hal şahidi Şahid5 məhkəmədə dindirilərkən narkotik vasitənin Məhkum arxa cibindən çıxmasını qeyd edir. Lakin axtarış və götürmə protokolunda narkotik vasitənin Məhkum qabaq cibindən çıxması yazılmışdır. Cinayət işinin 116-cı səhifəsində, 28 avqust 2022-ci il tarixdə Məhkum şübhəl i şəxs qismində dindirilmə protokolu vardır. Dindirmə protokolda qeyd edildiyi kim 19-00 başlayıb 19-25 də qurtarıb. Dindirilmə protokolundan açıq aşkar görünür ki, dindirmənin başlanma və qurtarma saatları ağartı ilə pozularaq düzəliş edilmişdir. Yəni protokolda sonradan düzəliş edilərək saxtakarlıq edilmişdir. Məhkum heç bir zaman ifadə vermədiyin nəzərə alsaq, həmin dindirmə protokolu müstəntiq S.Rzayev tərəfindən tərtib edilib və protokolda Məhkum adından ifadə yazılır və sonda Məhkum heç bir əsas gətirmədən imzalamaqdan imtina etdiyi bildirilir. Təhqiqatçının imza etməkdən imtina etməsinin səbəbini narkotik maddələrin ona məxsus olmadığı qeyd edilsə də, müstəntiq tərəfindən heç bir əsas gətirmədən imzalamaqdan imtina qeyd edilir. Yəni kiçik bir zaman kəsiyində iki müxtəlif imzadan imt inanın səbəbi göstərilir. Məhkəmənin verdiyi sorğuya əsasən əldə edilmiş antena məlumatlarından aydın olur ki, ifadə alınan zaman Hüseynov İntiqam mayak deyilən ərazidə olmuş və onun yaşadığı ev həmin ərazidədir. Vəkil Hüseynov İntiqam göstərilən vaxt təqsirləndirlən şəxs Məhkum yanında olmamışdır. Müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirmə, əgər bu dindirmə olmuşdursa, müdafiəçinin iştirakı olmadan aparılmaqla Məhkum müdafiə hüququ pozulubdur. Cinayət işinin 135-ci səhifəsində qərarın surətinin təqdim edilməsi hissəsində imza etməkdən imtina edir və səbəbi də ittiham ilə özünü təqsirli bilmədiyi qeyd edilir. Qərarın surətinin təqdim edildiyi vaxt saat 11:00 göstərilir və məhkəmənin əldə etdiyi antena dairəsindən məlum olur ki, həmin vəkil intiqam Hüseynov Ləvəngi dairəsində olm uşdur. Cinayət işinin 145-ci səhifəsində, 29 avqust 2022-ci il tarixdə saat 11-10 dan 11-30-dək verdiyi ifadənin əvvəlində müstəntiq yazır ki, Məhkum ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü tam təqsirli hesab edir. Həmin ifadəni imzalamaqdan imtina etməsinin səbəbini özünü təqsirli bilmədiyi üçün imza etməkdən imtina edir. Absurd, qanunun açıq aşkar özbaşına istifadəsi və səlahiyyətindən süni istifadədir. Məhkəmənin əldə etdiyi antena dairəsindən məlum olur ki, vəkil X10 ləvəngi dairəsində olmuşdur. Cinayət işinin 184-cü səhifəsində canlı şəxsin ekspertiza rəyi var. Həmin rəyə inansaq Məhkum üzərində hər hansı bir xəsarət yoxdur. İstintaq və məhkəməyə təqdim etdiyi 1 saylı Bakı istintaq təcridxanasının vəkil sorğusuna verilən cavabında görünür ki, Məhkum təcridxanaya daxil o landa üzərində xəsarətlər vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6 (049)-15/2023 saylı qərarından görünür ki cinayət işinin başlanmasının rədd edilməsi haqqında Lənkəran rayon Prokurorluğunun 19.102022ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Lənkəran rayon Prokurorluğuna qaytarılmışdır. Sonradan yenidən cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir və qərardan verilən şikayət işin məhkəmə baxışında olması və işə baxan məhkəmə tərəfindən hüquqi qiymət veriləcəyi əsas götürülərək icraata götürülməmişdir. Bu qərardan verilən Apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinin qəbul etdiyi qərarı qüvvədə saxlamışdır ki, qeyd edilən məsələyə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquqi qiymət veriləcəkdir. Müdafiəçi kassasiya şika yətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-cü il 19 iyun tarixli, 1(106)-104/25 nömrəli qərarının Məhkum aid hissədə ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Məhkum və hazırkı məhkəmə iclasında iştirak edən Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbər liliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində Məhkum bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərd ə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyi r. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şika yəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə iki şəxs Təqsirləndirilən şəxs və Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. İlham Abbasov ibtidai istintaq zamanı cinayət əməlini etiraf etmiş və cinayəti Məhkumla birlikdə törətdiyini bildirmişdir. Lakin Məhkum istintaqın ilk günündən cinayət əməlləri ilə heç bir əlaqəsinin olmadığını, cinayət əməli törətmədiyini, digər Təqsirləndirilən şəxs tanımadığnı, heç vaxt görmədiyini, sonuncuya narkotik və silah vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən imtina etmiş, yükləndiyini, narkotikin və silahın ona aidiyyətinin olmadığını, döyüldüyünü, 28 gün aclıq elan etdiyini bildirmişdir. İbtidai istintaq zamanı hər iki təqsirləndirilən şəxs üzləşdirilmişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxs Məhkum suallarına cavab verə bilməmişdir. Həmin üzləşdirmənin videosu ilə həmin üzləşdirmənin əks olunduğu protokol bir-biri ilə ziddiyyət təşkil edir, lakin bu vacib hal məhkəmələrin nəzərindən və qiymətləndirməsindən kənarda qalmışdır. Məhkəmələr Məhkum təqsirli bilərək məhkum edərkən digər Təqsirləndirilən şəxs sonradan, məhkəmə araşdırması zamanı imtina etdiyi, ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadəsinə əsaslanmışlar. Lakin məhkəmələr qəbul etdikləri hökm və qərarda əsaslandırmamışlar ki, hansı səbəbdən onlar açıq məhkəmə iclasında verilmiş ifadələri deyil, ibtidai istintaq zamanı verilmiş ifadəni əsas götürmüş, məhz həmin ifadəyə inanmışlar. CPM təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadənin sübut kimi qəbul edilməsinin mümkünlüyünü qəbul edir. Lakin bu zaman həmin ifadə məhkəmə qiymətləndirilməsindən keçməlidir. Bu qiymətləndirmə həmin ifadənin işin digər halları ilə müqayisəsi, toplanmış digər sübutlarla dəstəklənib-dəstəklənməməsinin müəyyən edilməsi və həqiqətin aşkara çıxarılmasına kömək edib-etməməsini müəyyən etmək məqsədi ilə aparılır. Bu zaman məhkəmə həmin ifadənin şəxsin sərbəst, müstəqil iradə ifadəsi olubolmamsını da araşdırmalı, bu araşdırma zamanı şəxs ona işgəncə verilməsi ilə bağlı iddia irəli sürürsə, bu iddia da məhkəmə tərəfindən obyektiv müşahidəcini qane edəcək səviyyəd ə araşdırılaraq qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində də qeyd edilən məsələnin araşdırılması qaydası dəqiq təsvir edilmiş, lakin buna baxmayaraq, məhkəmələr tərəfindən sübutların qiymətləndirilməsi CPM-in tələblərinə uyğun aparılmamışdır. Cinayət işi üzrə hər iki məhkum ibtidai istintaq zamanı işgəncəyə məruz qaldıqlarını, Təqsirləndirilən şəxs etiraf ifadəsinin işgəncə yolu ilə alındığını, Məhkum isə ona işgəncə verilməsinə baxmayaraq, etiraf ifadəsi vermədiyini bildirmişdir. Qeyd edilən Plenum qərarının 28-ci bəndində bu vəziyyətdə məhkəmənin etməli olduğu prosessual hərəkətlər və qəbul ediləcək qərarlar barədə müvafiq tövsiyyələr müvəssəl şəkildə əks olunmuşdur. Hər ik i instansiya məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu, müdafiənin formal təmin olunduğunu, istintaq hərəkətləri aparılarkən müdafiəçilərin istintaq hərəkətinin aparıldığı yerdən 20 km məsafədə olduqlarını və sonradan protokollara imza etdiklərini iddia etmişlər. Məhkəmələr bu faktı araşdırsalar da, lakin düzgün qiymətləndirmə aparmamış, bu zaman nəzərə almamışlar ki, müdafiəçinin istintaq hərəkətinin keçirilməsində formal iştirakı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa, istər birinci instansiya məhkəməsinin hökmündən, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, hər iki məhkəmə müdafiə tərəfinin təqsirsizliklə bağlı dəlillərini təkzib edərkən və V,Hüseynovu təqsirli bilərək məhkum edərkən, digər məhkumun ibtidai istintaq mərhələsində vermiş olduğu etiraf ifadəsinə istinad etmiş, lakin bu zaman sonradan imtina olunan həmin etiraf ifadəsi verilərkən həmin təqsirləndirilən şəxsin, eyni zamanda Məhkum konstitusion hüququ olan müdafiə hüququnun təmin edilib edilməməsi məsələsini araşdırmamış, müdafiəçiyə etiraz məsələsinin həll edilib-edilməməsini, müdafiəçinin, təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməmişdən öncə təqsirləndirilən şəxslərlə konfidensial şəraitdə görüş keçiribkeçirməməsini, dövlət büdcəsinin vəsaiti hesabına müstəntiq tərəfindən təyin edilmiş müdafiəçilərin təqsirləndirilən şəxslərin mənafeyinə uyğun hər hansı bir hərəkət edibetməməsini və yaxud yalnız istintaq hərəkətləri zamanı müşahidəçi k imi cərəyan edənləri seyr etməsini araşdırmamış, sübutları qiymətləndirərkən, bu məsələyə heç bir münasibət bildirməmişlər. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakim ə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit ed ilmişdir. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 19.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və v ətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yük sək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Bu hüququ təmin etmək və bu hüququn reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsin in pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi Saxnovski Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır (§ 102). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrioskia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X9rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünasın yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir. Həmçinin CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçinin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Məhkəmə kollegi yası xüsusi ilə qeyd etməyi vacib hesab edir ki, formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uyğun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıqaydın görünməlidir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim e tməkdən ibarətdir (Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996cı il tarixli Qərarı, § 47; Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məsləhətləşmə imkanı da daxildir (Kempbell və X15rşı, § 99; Qoddi İtaliyaya qarşı, § 31). Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması üçün fundamental əhəmiyyət daşıyır (Bonzi İsveçrəyə qarşı (qər); Kan Avstriyaya qarşı, § 52). 6-cı maddənin 3(b) yarımbənd i Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax: Lanz Avstriyaya qarşı, §§ 50-53; Öcalan Türkiyəyə qarşı [BP], § 148; Trepaşkin Rusiyaya qarşı (№ 2), §§ 159-168). 6-cı maddənin 3(c) yarımbəndi 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırılması hüququnun müəyyən aspektlərini əhatə edir (Korreya de Matos Portuqaliyaya qarşı (qər.); Fuçer Fransaya qarşı, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən keçirilməsinin qarşısını alır (Pakelli Almaniyaya qarşı, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməs i (Pakelli Almaniyaya qarşı, § 31). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir (Lagerblom İsveçə qarşı, § 49; Qalstyan Ermənistana qarşı, § 89). Eynilə, ərizəçinin vəkilinin iştirakı öz-özlüyündə təqsirləndirilən şəxsin iştirak etməməsini kompensasiya edə bilməz (Z ana Türkiyəyə qarşı [BP], § 72) X16rşı və Pelladoa Niderlanda qarşı iş üzrə qərarlarında Məhkəmə qeyd etmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Buna görə də, Məhkəmənin rolu, prinsip etibarilə, müəyyən növ sübutların - məsələn, milli qanunvericiliyə görə qeyri-qanuni əldə edilmiş sübutun mümkün olub-olmadığını müəyyən etməkdən deyildir. Cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır. Bura iddia olunan qanunsuzluğun, başqa Konvensiya hüququnun pozulması halında müəyyən edilmiş pozuntunun xarakterinin nəzərə alınması daxildir (X19rşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; X11r şı, § 42). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilibverilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olara q, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). Lakin məhkəmələr tərəfindən Məhkum ibtidai istintaq zamanı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilib-edilməməsi araşdırılmamış, bu məsləyə hüquqi qiymət verilməmişdir. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cü il tarixli qərarı). Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyin in tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli bilinərək məhkum edilərkən digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadəsinə istinad edildyindən və məhz həmin ifadənin mötəbərliyinin yoxlan ılması zərurəti yarandığından apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı hər iki məhkuma münasibətdə ləğv edilməli, hazırkı cinayət işinə yenidən baxılarkən bütün cinayət işləri üzrə təqsirləndirilən şəxsin üzərinə baxışın videoçəkiliş aparılmaqla keçirilməsinə baxmayaraq, CPM-in yol verməsinə baxmayaraq hansı səbəblərdən Məhkum üzərinə baxışın (videoçəkilişlə aparılmasının daha asan və müasir olmasına baxmayaraq) hal şahidlərinin iştirakı ilə keçirilməsinin, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı işgəncə və döyməyə məruz qalıb-qalmamalarının, bu faktın obyektiv şəkildə yoxlanılıb-yoxlanılmamasının, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin olunub-olunmamasının, müdafiə tərəfinin istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiəçilərinin istint aq hərəkəti aparılarkən başqa ərazidə olmalarına dair iddiasının daha hərtərəfli və obyektiv araşdırılmasının, hər iki təqsirləndirilən şəxs üzləşdirilərkən videoçəkilişlə yazılan protokolun bir-biri ilə ziddiyyət təşkil etməsinin səbəblərinin, təqsirləndirilən şəxs Məhkum ifadə verməkdən imtina etdiyi halda hansı səbəbdən onun adından onun özünü təqsirli bilməsi və etiraf ifadəsi yazılaraq ifadənin sonunda imtina etdi kimi qeyd yazılması kimi halların hərtərəfli, tam və obyektiv araşdırılması və qiymətləndirilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat mat eriallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı hər iki məhkuma münasibətd ə ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 25 sentyabr tarixli, 1(099)-9/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum və Təqsirləndirilən şəxs barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-cü il 19 iyun tarixli, 1(106)-104/25 nömrəli qərarı məhkumun müdafiəçisin in kassasiya şikayətinə münasibətdə, hər iki məhkuma aid hissədə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2605/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2605/2025
04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver