Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2607/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2025-ci il tarixli 1(104)-212/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin (hakim Mahir Niftəliyev) 04 fevral 2025-ci il tarixli, 1(013)-4/2025 nömrəli hökmü ilə 25 aprel 1995-ci ildə Laçın rayonunun Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, Laçın rayonunun Şamkənd ərazi dairəsinin Nağdalı kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü ildən hesablanmışdır. Hökm lə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum 13000 (on üç min) manat alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı işlədiyi fermanın yaxınlığında yonca sahəsinin olduğunu, həmin yonca sahəsini bir illik icarəyə alıb qazanc əldə edəcəklərinə inandırıb yalan vəd verməklə aldadaraq 13000 (on üç min) manat məbləğində pul lazım olduğunu bildirib, 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda Zərərçəkmiş şəxs m əxsus Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evində 13000 (on üç min) manat nağd pulunu tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə cinayətdən xəbərsiz arvadı Şahid3 yanında Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun arvadı Şahid1 alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Sevindik Əzizov) 19 mart 2025-ci il tarixli, 1(104)-212/2025 nömrəli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(013)-4/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2025-ci il tarixli, 1(104)-212/2025 nömrəli hökmünün ləğv edilərək ona qanunvericiliklə mümkün olan ən aşağı həddə cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ilk məhkumluğudur, himayəsində iki azyaşlı övladı vardır, ona verilən cəza araşdırılmadan, tam baxılmadan və ailə vəziyyəti nəzərə alınmadan tələsik təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şik ayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, mə hkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllər yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya ş ikayətinin əsas dəlili - məhkəmələr tərəfindən ona törədilmiş cinayətin ağırlığına və işin hallarına uyğun olmayan sərt cəzanın təyin edilməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərb aycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsip indən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza tə yin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırı lması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) sanksiyası həddində 3 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum tətbiq ediləcək cəza həcmini müəyyən edərkən düzgün olaraq onun ailə vəziyyətini, yəni onun himayəsində оlаn 2 azyaşlı uşağının olmasını nəzərə almışdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da aşağı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Təyin edilmiş cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq ed ilməlidir. Belə ki, qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministiya tətbiq edir. Həmin Qərarın 3.1-ci hissəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzaları 6 ay azaldılmalıdır. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü ma ddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Amnistiya haqqında qərarın qəbul edildiyi gün məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş müddəti 1 (bir) ildən artıq olmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, Məhkum barəsindəki qərarının kassasiya şikayətinə münasibətdə ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmiş, lakin məhkum X1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 3.1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2025-ci il tarixli 1(104)-212/2025 nömrəli qərarını isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarına əsasən dəyişdirilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2025-ci il tarixli 1(104)-212/2025 nömrəli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2607/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2607/2025
11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver