Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2608/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olma qla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-326/2024 nömrəli 2 dekabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən N.Paşayev) 1(051)-69/2024 nömrəli 02 may 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-148/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının başlanğıcının birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs2 da CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-326/2024 nömrəli 2 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər E.B.İsayev (sədrlik edən və məruzəçi), İ.H.Şükürov və X.H.Səmədovdan ibarət məhkəmə tərkibində) аpellyаsiyа protesti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2 may 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-148/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla hazırki qərarla təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki qərarla təyin edilmiş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs məxsus əmlakları oğurlamağı, oğurladıqları əmlakları həmin fərdi yaşayış evindən çıxarmağı, dayışıb aparmağı aralarındakı razılaşmaya və vəzifə bölgüsünə əsasən planlaşdırıb razılaşaraq, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinin yerləşdiyi küçəyə gəlmişlər, Qasım Əliyev küçənin girişində pusquda dayanaraq ətra fı müşahidə etmiş, ilkin olaraq Məhkum, onun arxasınca isə Təqsirləndirilən şəxs1 göstərilən ardıcıllıqla Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinin hasarından aşıb evin həyətinə daxil olduqdan sonra Məhkum evin giriş qapısının kilidini özü ilə apardığı açarla aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin mətbəxinin pəncərəsini daxildən açmış, Təqsirləndirilən şəxs1 də həmin pəncərədən evə daxil olduqdan sonra evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən 1 ədəd 50 manat dəyərində, 0.7 litrlik tutuma malik olan «Jameson» markalı viskini, 1 ədəd 45 manat dəyərində 0.7 litrlik tutuma malik «Grants G» markalı viskini, 1 ədəd 50 manat dəyərində 1 litrlik tutuma malik «G rants 8» markalı viskini, 1 ədəd 90 manat dəyərində 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskini, 1 ədəd 80 manat dəyərində 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskini, 5 ədəd birinin dəyəri 40 manat olan 0.7 litrlik tutuma malik «Black Label» markalı viskiləri, 2 ədəd birinin dəyəri 15 manat olan 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırları, 2 ədəd birinin dəyəri 15 manat olan 0.5 litrlik tutuma malik «Şirvan markalı» konyakları, 6 ədəd birinin dəyəri 70 manat olan 0.7 litrlik tutuma malik «Beluga» markalı araqları, 10 blok birinin dəyəri 43 manat olan «Sobranie» markalı siqaretləri, 2 blok birinin dəyəri 60 manat olan «Marlboro» markalı siqaretləri, evin saxlanc yeri hesab olunan zirzəmisinin giriş qapısının kilidini həmin fərdi yaşayış evindən götürdüyü d əhrə vasitəsi ilə açdıqdan sonra isə oradan 1 ədəd 120 manat dəyərində «SAW HÜTER» mühərrikli mişarı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 2 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış, iş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar düzgün nəzərə alınmamış və nəticədən barəsində ədalətsiz qərar qəbul edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş material ları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Ü.Abbasovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma daha yüngül cəza təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respubli kası CM-in 177.2.1-ci maddəsində eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə məsuliyyət nəzərdə tutur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Ü.Abbasovun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və i şə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəx sin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhl ükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsəl ən, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmas ından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə lər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nöm rəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxım ından məqsədəuyğun olması izah edilməlidir. Aşağı instansiya məhkəmələri məhkuma cəza təyin edərkən məhkumun əməlində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirici hallar kimi müəyyən etmiş, iş üzrə ağırlaşdırıcı hallar müəyyən etməmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir etməyi zəruri hesab edir ki, Məhkum CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə Mingəçevir Şəhər M əhkəməsinin 1(051)-27/2025 nömrəli 17 iyun 2025-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdir və hazırki iş üzrə təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunan səbəbdən bu işə kassasiya qaydasında baxılarkən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya aktı tətbiq edilmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şə ki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-440/2025 nömrəli 30 iyul 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)326/2024 nömrəli 2 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2608/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2608/2025
21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver