Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2610/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Məhkum, Müdafiəçi – Müdafiəçi3 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Tovuz rayonu Bozalqanlı ərazi dairəsi Bozalqanlı kəndində qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(104)-199/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 yanvar tarixli 1(100)-222/2025 nömrəli hökmü ilə (sədrlik edən A.E.Məmmədov (sədrlik edən və məruzəçi), M.M.Məmmədzadə və İ.İ.İbişovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CMin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin e dilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli, 1(104)199/2025 nömrəli qərarı ilə (sədrlik edən Ə.G.Abdullayev, hakimlər M.V.Məmmədov və N.T.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 yanvar tarixli 1(100)-222/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(104)-199/2 025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsinin Tovuz rayonu üzrə işçilərinin Tovuz rayonundakı Nizami adına X2 1.5 hektarlıq həyətyanı sahəsində iməclik işlərini həyata keçirmələri ilə bağlı əldə etdiyi gizli çəkilmiş video materialı zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını və əmlak xarakteri daşıyan hərəkətlər etməsini tələb etmək məqsədi ilə özündə saxlayıb, iməcilik bitdikdən sonra həmin gün günorta saatlarında ünvan 1 ünvanınd a yerləşən Tovuz rayon X6 adına Mədəniyyət mərkəzinin direktoru Zərərçəkmiş şəxs iş yerinə gələrək sonuncu ilə görüşüb, həmin video-materialı göstərməklə barəsində rüsvayedici materiallar hazırlayıb sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yaymaqla ictimailəşdirəcəyini bildirmiş, belə materialların yayılmaması müqabilində Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 6000 (altı min) AZN məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, sonuncu razılaşmadığı üçün həmin video-materialı 29 avqust 2023-cü il tarixdə “Youtube” sosial şəbəkəsində “Arzu Sayadoğlu (AS TV)” adlı öz şəxsi profil hesabında yayımlamışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmi ş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq o, CM-in 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, müvəkkili elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ona qarşı cinayət işinin başlanması, cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi siyasi sifarişlidir və müxalif mövqedə olması, cəmiyyətdə və dövlətdə olan neqativ hadisələri özünəməxsus “youtube” internet portalında və adına olan digər sosial şəbəkələrdə paylaşması ilə əlaqədardır. Hazırki ittihamda göstərilən, yəni mədəniyyət mərkəzi işçilərinin guya könüllü olaraq iməciliklə məşğul olmasına dair videoçəkiliş Kanal 13 internet kanalında yayımlanmış, o da həmin videonu götürüb videoçarx hazırlamış və ictimai əsaslarla fəaliyyət göstərdiyi üçün öz kanalında 2023-cü il avqust ayının sonunda yayımlamışdır. Lakin videomaterialı yayınlamamaq üçün nə iş üzrə zərərçəkmiş şəxs kimi göstərilən Zərərçəkmiş şəxsla, nə də şahid kimi göstərilən Şahid1la görüşməmiş, onlardan hər hansı birindən birbaşa yaxud dolayısı yolla pul istəməmişdir. Onun barəsindəki cinayət işində də “zərərçəkmişlə” hər hansı əlaqəsinin olmadığı açıq aşkar görünür. Lakin onun barəsində məhkəmələr qanunsuz qərarlar vermiş, onun siyasi faəliyyəti ilə bağlı dövlət orqanlarının göstərişlərini icra etmişlər. Aparılan istintaq hərəkətləri də qanunsuz olmuş, ona hər hansı qərar təqdim edilmədən Tovuz rayonunda olan evinə baxış keçirilmiş, hal şahidləri kimi göstərilən şəxslər də ibtidai istintaq və məhkəmədə fərqli ziddiyyətli ifadələr verm iş, onlar istintaqda bilavasitə çağırılmalarını desələr də, məhkəmə baxışında biri mobil telefonla çağırılmasını, digəri isə iş yoldaşı olan hal şahidinin istəyi ilə hadisə yerinə yəni yaşadığı ünvana getdiyini bildirmişdir. Ona evində baxış keçirilməsinin əsasları təqdim edilməmiş, evindən aşkar edilən əşyalar da prosessual pozuntulara yol verilməklə qablaşdırılmışdır. Əslində cinayət işi üzrə zərərçəkmiş şəxs özüdür, onun azadlıq hüququ pozulmuşdur. İttihamda hədə-qorxu gələrək zərərəçəkmiş şəxs Asif Qadımovdan pul istəməsi barədə göstərilənlər gülüncdür. Həmin gün Məhkum günortadan sonra ümumiyyətlə Tovuz rayonunda deyil Bakı şəhərində olmuşdur. Bundan başqa qeyd etmək lazımdır ki, ibtidai istintaq zamanı və məhkəmə baxışında iş üzrə zərərçəkmiş şəxs əslində Məhkum olduğunu, ona qarşı cinayət işinin siyasi sifarişli və qondarma olması, onun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxsla arasında hansısa danışıq, telefon zəngi, mesajlar olmadığını, iməciliklə bağlı videonu isə o, öz ictimai borcunu yetirən vətəndaş kimi paylaşdığını, videonun paylaşmaması üçün Zərərçəkmiş şəxs, yaxud Aydın Həsənovdan hansısa məbləğ pul istəmədiyini, sonrakı dövrdə məhz siyasi-müxalif fəaliyyəti ilə əlaqədar sifarişlə tutulduğunu və cinayət məsuliyyətinə cəlb edildiyi bilinməkdədir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiya sı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəm əsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayə tində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən məhkumun hədə-qorxu ilə tələb etmə cinayətində təqsirli olması, onun əməlinin CM-in 182.2.4-cü maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum CM-in 182.2.4-cü maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri ba xımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsvi olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsa sən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olm ayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı CM-in 182.2.4-cü maddəsi ilə ittiham irəli sürmüş və onun elan edilmiş ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dindirib, təqdim edilmiş sübutları tədqiq edib, onlara qiymət verərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum hökmün təsviri hissəsində göstərilən şəraitdə zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatların yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs 6000 manat pul tələb etməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və onunla uzlaşan birinci instansiya məhkəməsində verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib həmin ifadələrin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə təqsirləndirilən şəxsin törətdiyi əməlin iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə təqsirləndirilən şəxsin ifadəsini cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun olmayan, məhkum tə rəfindən özünü ittihamdan müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri isə digər sübutlarla uyğunluq təşkil etdiyi üçün düzgün və həqiqətə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, məhkum və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş protokollar, maddi sübutlar, ekspertiza rəyi və digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərin in tədqiqindən, CM-in 182.2.4-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə təqsirli bilinməsini istisna edən halların, yəni CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə bi ləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür. Bundan başqa, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum siyasi fəaliyyəti ilə əlaqədar sifariş əsasında tutulması ilə bağlı müdafiə tərəfinin dəlillərinə də qiymət verilərək, bunu təsdiq edən sübutların nə ibtidai araşdırma, nə də məhkəmə araşdırması zamanı müdafiə tərəfindən məhkəməyə təqdim edilməməsi, həmçinin onun cinayət məsuliyyətinə cəlb edilməsinin siyasi motiv daşımasını göstərən halların aşkar edilməməsi qeyd edilmişdir. İttihamda qeyd edilən tarixdə Məhkum Bakı şəhərində olması ilə bağlı müdafiə tərəfinin dəlilləri də məhkəmə tərəfindən araşdırılmış və Məhku m istifadəsində olan mobil telefonun anten məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə onun Tovuz rayonunda olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma zamanı kobud qanun pozuntusuna yol verilməmiş, birinci və apellyasiya instansiya məhkəmələrində isə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmətlə yanaşılmış, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, məhkəmə iclasında dindirilmiş və əleyhinə ifadə vermiş zərər çəkmiş şəxsə və şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, bir sözlə ona müdafiəsini əlverişli qaydada təşkil etməsi və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Lakin məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı hissədə məhkəmələrin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, təyin olunmuş cəza onun şəxsiyyətinə və törədilmiş cinayətin təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqq ında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-c ü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqs irkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərə cəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum təqsirli bilindiyi CM-in 182.2.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzası nı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi CM-in 182.2.4-cü maddəsi ilə ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiya məhkəməsi də həmin cəza ilə razılaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən müəyyən olunur ki, Məhkum əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş olması şəxsiyyətinin sabit kriminal meyilli və yüksək ictimai təhlükəli olmadığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cəza təyin edilərkən onun əvvəllər məhkum olunmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, iş üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Məhkum təqsirli bilindiyi CM-in 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə formal tərkibli cinayətdir. Bu o deməkdir ki, həmin maddənin məzmununda göstərilmiş məzmunda tələbin hədə-qorxu ilə zərərçəkmiş şəxsə irəli sürüldüyü andan cinayət başa çatmış sayılır. Əmlakın (əmlaka olan hüququnda) faktiki olaraq əldə edilməməsi cinayətin başa çatmasına təsir etmir və əməli cinayət tərkibindən kənarlaşdırmır. Lakin kollegiyanın qənaətinə görə hazırki işdə zərərin faktiki yaranmaması, əməl nəticəsində əmlak itkisinə yol verilməməsi, bununla da əməlin təhlükəlilik dərəcəsinin əks hal (əmlakın əldə edilməsi halı) ilə müqayisədə aşağı olması cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə, törədilən cinayət əməli, əməlin xarakteri v ə ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla qeyd edilən hallar məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin məhkum edildiyi CM-in maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsaslar yaradır. Məhkuma bu qaydada güzəşt edilməsi həm cinayət qanunvericiliyinin tələblərinə, həm də ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkuma bu qaydada mərhəmət göstərilməsi mövcud məhkəmə təcrübəsinin tövsiyyələrinə uyğun olmaqla cəzanın məqsədinə də xidmət etmiş olar. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hü ququna malikdir. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(104)-199/2025 nömrəli qərarı Məhkum barəsində cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 ap rel tarixli 1(104)-199/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2610/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2610/2025
26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver