Məhkəmə qərarları › İş №1(102)-2611/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2611/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2611/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)-331/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin (X1) 2025-ci il 10 aprel tarixli, 1(045)-24/2025 nömrəli hökmü ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu Güllücə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesi 1-ci mədən korpus 1 döngə 8 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 10 de kabr 2024-cü il tarixdən 10 aprel 2025-ci il tarixədək olan müddətdə 4 (dörd) ay müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 8 (səkkiz) ay çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) 2025-ci il 17 iyul tarixli, 1(104)-331/2025 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş a pellyasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Məhkum faktiki olaraq 10 dekabr 2024-cü il tarixdən 10 aprel 2025-ci il tarixədək olan müddətdə 4 (dörd) ay müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsi ndə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsə alınmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan yəni, 17 iyul 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində qohumu Zərərçəkmiş şəxs Goranboy rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evində qonaq olan zaman sonuncunun “Alcatel” markalı mobil telefonunun arxasında saxladığı, hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini, habel ə evin yataq otağında yerləşən paltar dolabının üzərindəki stəkanın içərisində saxladığı 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə qızıl üzüyü və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüyü, ümumilikdə Zərərçəkmiş şəxs 820 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20:55 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evində olarkən sonuncuya məxsus “Redmi Not 9” markalı mobil telefonun internetindən istifadə etməsi bəhanəsi ilə əldə edərək telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7387 1263 9867 nömrəli “X12” kartınd a olan 740 manat məbləğdə pulun 520 manatını öz adına açılmış 5411 2498 2172 2068 nömrəli “Leo Bank”a məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qanunları təhrif edərək düzgün qərar qəbul etməmişdir. Qəbul edilən hökmlə tanış olarkən məlum olur ki, hökm obyektiv həqiqətlə, cinayət prosessual məcəlləsinin tələbləri ilə uzlaşmır. Bir sözlə, Elvin Mehraliyev barəsində çıxarılmış hökm məhkəmə araşdırılmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüşdür. Bu isə Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus “Alcatel” markalı mobil telefonunun arxasında saxladığı, hər birinin qiyməti 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüklərin Məhkum tərəfindən gizli yolla talanaraq oğurlanması faktı hər hansı mötəbər dəlillə öz təsdiqini tapmamış və yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanmışdır. Məhkəmənin mövqeyinə görə yalnız zərərçəkmiş ş əxsin ifadəsinə əsaslanaraq ittiham hökmü çıxarılması cinayət prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhz bu baxımdan da məhkəmə hesab etmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir və eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 5 manat olan iki ədəd 050 ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin, habelə 540 manat dəyərində bir ədəd 585 əyarlı, 6 qram çəkidə və 270 manat dəyərində bir ədəd 585 əyarlı, 3 qram çəkidə qızıl üzüklərin oğurlanması faktı ilə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi məqsədilə ibtidai istintaq aparılmasından ötrü cinayət işinin materialları həmin hissədə ibtidai araşdırmaya prosessual rə hbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Müdafiəçi qeyd etmişdir ki, həqiqətən məhkəmə istintaqı zamanı qeyd edilən ittihamla bağlı geniş araşdırma aparılmış və iş üzrə dindirilən şahidlərin, zərərçəkən və təqsirləndirilən şəxsin ifadələrində oğurluq hadisəsini məhz Elvin Mehraliyev tərəfindən törədilməsi faktı öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, həmin dövr ərzində zərərçəkmiş şəxsin evində bir neçə şəxslər o cümlədən internet düzəldən ustalar, zərərçəkmişin bacısı qızı olmuşdur ki, onlarda əgər qızıllar həqiqətəndə oğurlanmışdırsa qızılları götürə bilərdilər. Lakin istintaq orqanı tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamışdır. Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və b irinci instansiya məhkəməsinin hökmünə uyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)331/2025 nömrəli qərarının dəyişdirilərək, onun barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəmə sinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və cəzasının yüngülləşdirilməsini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416..1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kolleg iyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il ta rixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzm un üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd e dilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfinin dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfini n bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməli və onun cəzası 6 ay azaldılmalıdr. Belə ki, Amnistiyanın 3-cü hissəsinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməm əli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı amnistiyanın tətbiqi ilə bağlı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 iyul tarixli, 1(104)-331/2025 nömrəli hökmü dəyişdirilsin. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilən 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar