Məhkəmə qərarları › İş №1(102)-2615/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2615/2025

25.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2615/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkumun müdafiəçisi Quliyev Elnur Ağalar oğlunun, zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxs “ERBİ-H” MMC-nin nümayəndəsi və vəkili və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nöm rəli qərarından məhkumun müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci tarixli 1(101)-406/2021 saylı hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət təkibdə) xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-nin təsisçisi olmuş və onun fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 179.3.2- ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum təyin edilmiş əsas cəzaların qismən toplamaq, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 20 20-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın təmin edilməsi, 8.395.677,75 manat pulun Məhkum alınaraq dövlət büdcəsinə ödənilməsi, zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın qismən təmin edilməsi, 1.884.769,35 manat pulun Məhkum alınaraq "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim F.A.Qasımovun sədrliyi və məruzəsilə, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 15 fevral 2022-ci il tarixli, 1(103)-265/2022 nömrəli qərarı ilə zərərçəkən hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən və məhkumun müdafiəçiləri Quliyev Eln ur Ağalar oğlu və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və N.R.Mövsümovdan ibarət tərkibdə) 13 oktyabr 2022-ci il tarixli 1(102)-1117/2022 nömrəli qərarı ilə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət i şi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim İ.A.İbrahimlinin sədrliyi və məruzəsilə, hakimlər H.H.Əhmədov və Z.A.Şirinovdan ibarət tərkibdə) 12 aprel 2023-cü il tarixli, 1(103)-150/2023 nömrəli hökmü ilə Məhkum müdafiəçiləri Quliyev Elnur Ağalar oğlu və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1(103)-406/2021 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, həmçinin mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC tərəfindən Məhkum qarşı verilmiş mülki iddialar baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və V.C.Cəfərovdan ibarət tərkibdə) 19 iyul 2023-cü il tarixli 1(102)-1604/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protesti, zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini X1 tərəfindən verilmiş kass asiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.2.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli hökmü ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim C.V.Hüseynin sədrliyi və məruzəsilə, hakimlər H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 1(101)-406/2021 nömrəli hökmü dəy işdirilmiş, Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməmiş, sonuncuya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 09 sentyabr 2020-ci il tarixdən 12 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddət 02 (iki) il 07 (yeddi) ay 03 (üç) günün ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla sonuncunun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin Azərbaycan Respublikası C inayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.X.Cəfərov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və T.A.Muxtarovdan ibarət tərkibdə) 07 fevral 2025-ci tarixli 1(102)-285/2025 nömrəli qərarı ilə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 1(103)74/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.S.Qılıcov (sədrlik edən və məruzəçi), K.N.Bədəlov və R.Ə.Qurba novdan ibarət tərkibdə) 17 iyul 2025-ci tarixli 1(102)-1459/2025 nömrəli qərarı ilə Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarı verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarlarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı q ərarda yenidən təsvir etmək zərurəti görmür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi E.A.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum ittiham olunduğu dövr ərzində "xxxx" MMC-nin 50 faiz payına malik təsisçilərindən biri olmuş, lakin heç vaxt maddi məsul şəxs qismində çıxış etməmişdir. Şikayətdə həmçinin göstərilir ki, cinayət işinin materiallarında 1.884.769,32 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə məxsus olması, habelə həmin vəsaitin kim tərəfindən və hansı əsasla Məhkum etibar edilməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Bununla yanaşı, müdafiəçi kassasiya şikayətində CM-in 213.2.2-ci maddəsi üzrə verilmiş ittihama münasibətdə bildirir ki, Məhkum cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməmiş, maddi məsul vəzifəli şəxs qismində cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti aparmamış, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi ilə bağlı əməliyyatları icra və rəsmiləşdirən, habelə vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan şəxs olmamışdır. Eyni zamanda, müdafiə tərəfi qeyd edir ki, Məhkum verilmiş ittihamın əsas sübutları əsasən səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli aktdan və həmin akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 9/1300 nömrəli məhkəmə-mühas ibatlıq ekspertiza rəyindən ibarətdir. Lakin onların mövqeyinə görə, sözügedən səyyar vergi yoxlaması aktı və ona əsaslanan ekspertiza rəyi əsassız olmaqla, ittiham iş materiallarında mövcud olan rəsmi mühasibat uçotu sənədləri və müəssisənin maliyyə fəaliyyətini əks etdirən ciddi hesabat blankları ilə təsdiqini tapmamış, ittiham yalnız vergi qanunvericiliyinin tələblərinə cavab verməyən kompüter çıxarışlarına istinad edilməklə formalaşdırılmışdır. Müdafiəçi E.A.Quliyev kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsi nin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi E.A.Quliyev kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kim i Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi E.A.Quliyevin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradı r. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəy yən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyat a keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi d edikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi E.A.Quliyevin kassasiya şikayətinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli 1(102)-1604/2023 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 19 iyul 2023-cü il tarixli 1(102)1604/2023 nömrəli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(103)-150/2023 nömrəli bəraət hökmünü (Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri) dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin və mülki iddiaçının kassasiya şikayətlərinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmə Məhkum münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş və adı çəkilən şəxs barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmaqla CPM-nin 416.1.2 və 416. 1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Adı çəkilən qərar faktiki olaraq Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı aparılmış araşdırmanın natamam olduğunu göstərməklə, bu məsələ üzrə CPM-in tələblərinə uyğun olaraq təkrar, hərtərəfli və keyfiyyətli araşdırmanın aparılmasını, habelə həmin araşdırmanın nəticələrinə əsasən qanuni qərarın qəbul edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 1(102)1604/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, yeni apellyasiya baxışı zamanı Məhkum əməllərinin tövsifi ilə bağlı qanuni və ədalətli qərarın qəbul edilməsi üçün cinayət prosesi tərəfləri tərəfindən təqdim edilmiş sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yarandıqda həmin sübutla rla yanaşı digər sübutlar da araşdırılmalı, habelə tədqiq edilmiş sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilməli idi. Apellyasiya Məhkəməsinin Ali Məhkəmənin Cinayət Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(102)-1604/2023 nömrəli qərarında araşdırılması zəruri hesab edilmiş — Məhkum əməllərində Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin mövcud olub-olmaması məsələsinə dair verilmiş hüquqi qiymətləndirmə nəzərdən keçirildikdə müəyyən olunur ki, məhkəmə Ali Məhkəmənin Cinayət Kollegiyasının hüquqi mövqeyini nəzərə almaqla, cinayət təqibi ilə bağlı bütün halların müvafiq hüquqi prosedur çərçivəsində hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Belə ki, apellyasiya məhkəməsinin sözüge dən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini, Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməməsini, Ci nayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yanaşı müdafiə tərəfinin hazırkı kassasiya şikayətində istinad etdiyi dəlilərə, o cümlədən cəmiyyətin faktiki idarəçiliyinin Məhkum tərəfindən həyata keçirilməsi ilə bağlı iddiasına münasibət bildirlməsini zəruri hesab edir. Belə ki, öyrən ilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum 19 aprel 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsində 22918 nömrəsi ilə dövlət qeydiyyatına, hüquqi ünvanı ünvan 3 təsisçi payını özündə saxlamaqla, əlli faiz təsisçi payı Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə məxsus olan "xxxx" MMC-ni (sonradan "ERBİH” MMC) 19 may 2006-cı il tarixdə 1106-118-4111 nömrəsi ilə qida məhsullarının, məişət və sənaye məhsullarının, yarımfabrikatların istehsalı, idxalı, ixracı və satışını, o cümlədən daxili və xarici ticarət etmək və sair məqsədlər üzrə fəaliyyət göstərməsi üçün həmin qeydiyyat idarəsində qeydiyyatdan keçirərək həmin Cəmiyyətə faktiki rəhbərlik etməklə cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cə miyyətin adından əqdlər bağlamaq, rəsmi sənədlər imzalamaq, öhdəliklərə görə cavabdehlik daşımaq, maliyyə əməliyyatlarını həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmuşdur. Həmçinin şahid x (Məhkum yaxın qohumu) ifadəsində qeyri-rəsmi olaraq Məhkum göstərişlərini icra edən icraçı direktor kimi fəaliyyətə başladığını, onun cəmiyyətdə konkret olaraq qərar qəbul etmək səlahiyyəti olmadığını, aylıq ona təyin edilmiş maaşını alaraq Məhkum cəmiyyətə dair göstərişlərini icra etməklə məşğul olduğunu, uşaq bezlərinin satışının "xxxx" MMC-nin işçiləri tərəfindən həyata keçiriliyini, əldə edilmiş gəlirlər isə toplanılıb Məhkum verildiyini, həmin bezlərdən əldə edilmiş gəlirlərin kassaya mədaxil olmadığını göstərmişdir. Şahid1 ifadəsində direktor kimi tam səlahiyyətsiz olduğunu, çünki cəmiyyətin bütün idarəçiliyinin Xun əlində cəmləşdiyini, "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından “Prima” markalı uşaq bezlərinin idxal olunduğunu, həmin bezlər idxal olunduqdan sonra vergi və rüsumlar bəyannamə əsasında hesablanaraq "xxxx" MMC-nin kassasından ödənişlər həyata keçirildiyini göstərmişdir. Şahid2 ifadəsində onu işə dayısı Məhkum qəbul etdiyini, yığılan pulları dayısı x və dayısı oğlu x göstərişlərinə əsasən müxtəlif ünvanlara çatdırdığını, kassada qalan nağd pulları bəzən x və x göstərişlərinə əsasən cəmiyyətin bank hesabına köçürdüyünü, bankdan qəbul etdiyi sənədi gətirib ofisə təhvil verdiyini, dəfələrlə nağd şəkildə pulları x və x göstərişlərinə uyğun olaraq müxtəlif şəxslərə verdiyini göstərmişdir. Şahid ifadəsində dayısı Məhkum onu "xxxx" MMC-də kompüter-ope ratoru vəzifəsinə işə qəbul etdiyini göstərmişdir. Şahid x ifadəsində əldə olunacaq gəlirləri "xxxx" MMC-də olan şərikləri ilə bölməməsi üçün, x bu işdə ona şərik kimi qardaşı oğlu Xu qoşacağını və hamıya əslində x ona köməklik göstərdiyini deyəcəyini və işin sahibi kimi sonuncunu öz təsisçilərinə təqdim edəcəyini söylədiyini, x isə "xxxx" MMC-nin vəsaiti hesabına malların ödənişlərini və gömrük idarəsində tələb ediləcək gömrük rüsumları, vergi ödənişlərini həyata keçirəcəyini bildirdiyini, x eyni zamanda "xxxx" MMC-nin təsisçilərini də aldatdığını, belə ki, həmin bez işinin guya ona aid olmadığını deməklə əldə etdiyi gəlirləri "xxxx" MMC-nin təsisçilərindən gizlətdiyini göstərmişdir. Şahid x ifadəsində Məhkum onu cəmiyyətin Gəncə şəhərindəki filialına kompüter operatoru və xəzinədar vəzif əsinə işə qəbul etdiyini, O x göstərişlərini icra etdiyini, topladığı pullara dair sərəncamı Məhkum göstərişi ilə həyata keçirdiyini bildirmişdir. Şahid X ifadəsində onu işə Xun qəbul etdiyini, sonra X onu "xxxx" MMC-nin anbardarı vəzifəsinə təyin etdiyini, malları aparıb pərakəndə satış nöqtələrinə çatdırdığını göstərmişdir. Şahid4 ifadəsində işə cəmiyyətin rəhbəri Məhkum tərəfindən qəbul edildiyini, anbardar işlədiyi dövrdə Məhkum ona cəmiyyətin xarici ölkələrdən idxal olunan mallarının Gəncə Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsini həyata keçirmək vəzifəsini də həvalə etdiyini, X göstərişlərinə əsasən gömrük rüsumlarının ödənilməsi üçün ona xəzinədən pullar verdiyini, X göstərişlərinə əsasən o xəzinədar X pulları götürərək "xxxx" MMC-nin adına gəlmiş uşaq bezlərinin gömrükdə rəsmi ləşdirilməsini həyata keçirdiyini göstərmişdir. Şahid X ifadəsində onu işə Məhkum qəbul etdiyini, "xxxx" MMC-də direktorun Məhkum, baş mühasib X olduğunu, sonradan MMCdə rəsmi direktor X olduğunu bildiyini, bütün idarəçiliyin Məhkum əlində cəmləşdiyini göstərmişdir. Şahid X ifadəsində Məhkum cəmiyyəti idarə etmək üçün qardaşı oğlu Xu cəmiyyətə direktor vəzifəsinə təyin etdiyini, o, X göstərişlərinə əsasən cəmiyyətdə demək olar ki, bütün işlərə ciddi şəkildə nəzarət etdiyini göstərmişdir. X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində aralarında olan razılaşmaya əsasən cəmiyyətə malların Türkiyə Respublikasından göndərilməsini o, Azərbaycan Respublikasında cəmiyyətin idarəçiliyini həyata keçirəcəyini isə X öz üzərinə götürdüyünü, X cəmiyyəti idarə etmək üçün qohumu Xu cəmiyyətin idarəç iliyinə gətirdiyini, X göstərişlərini tam olaraq X icra etdiyini və o, şəxsən təsisçi kimi X heç bir göstəriş vermədiyini, bütün idarəçiliyin cəmiyyətdə Xilə Məhkumların əlində olduğunu göstərmişdir. Yuxarıda sadalanana şahid ifadələrindən və rəsmi sənədlərdən müəyyən olunur ki, hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxsin məhz Məhkum olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 sentyabr 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə olan halda nə qədər ki, Məhkum hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirləri əldə edən, həmin hüquqi şəxsin pul vəsaitinə və əmlakına faktiki sərəncam verən şəxs olması yuxarıda sadalanmış sübutlarla təsdiqini tapdığından, onun v ergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirməli olan şəxs hesab edilməsi və bu əsasla CM-in 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi də qanuni olmuşdur. Kollegiya müdafiə tərəfinin vergi yoxlamasının qanunsuzluğu və aparılmış hesablamaların əsassızlığı barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında təyin edilmiş, yoxlanılmalı dövr konkret olaraq müəyyən edilmiş və yoxlamanın aparılması Vergilər Nazirliyinə həvalə olunmuşdur. Bu səbəbdən müdafiə tərəfinin yoxlamanın hüquqi əsası və müddəti ilə bağlı iddiaları əsaslı hesab edilə bilməz. Həmçinin iş materiallarından görünür ki, vergi orqanı vergilərin hesablanmasını Vergi Məcəlləsini n 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlara, o cümlədən vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlara, bank əməliyyatlarına və mənbəyi bəlli digər məlumatlara əsasən aparmışdır. Vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunu təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsi, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmaması vergitutma obyektinin birbaşa müəyyən edilməsini mümkünsüz etdiyindən, vergi orqanının qanunla nəzərdə tutulmuş hesablama mexanizmlərindən istifadə etməsi əsaslı olmuşdur. Yoxlama aktında ƏDV və mənfəət vergisi üzrə hesablamaların mənbələri, dövriyyənin formalaşması və vergi ödəyicisi üçün əlverişli olan əvəzləşdirmələrin tətbiqi konkret göstərilmiş, bu halların hər biri iş üzrə ekspertiza rəyləri (apel lyasiya baxışı zamanı keçirilmiş ekspertiza zamanı da müdafiə tərəfi ekspert tətqiqatına hesablamalarla bağlı yeni sənədlərin təqdim etməmişdir) və şahid ifadələri ilə təsdiqlənmişdir. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş dəlillər bu hesablamaların düzgünlüyünü təkzib edən sübutlarla əsaslandırılmamışdır. Beləliklə, yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dövlət büdcəsinə ödənilməli vergilərin külli miqdarda azaldılması iş üzrə toplanmış sübutlarla təsdiqini tapdığından, məhkəmələrin Məhkum hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs qismində CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barə də qənaəti əsaslı hesab olunmalıdır. Digər tərəfdən, həmin əməlin 2011–2015-ci illərdə törədildiyi və CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alındıqda, CM-in 75.1.2-ci maddəsində müəyyən edilmiş yeddi illik cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığı nəticəsinə gəlinməsi də qanuna uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08 aprel 2002-ci il tarixli Qərarına əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56-cı maddəsi ilə, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərd ə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri isə həmin Məcəllənin 75-ci maddəsində müəyyən edilmiş qaydada tətbiq edilməlidir. Bu baxımdan, apellyasiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə almaqla, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətləri ilə cinayət-hüquqi məsuliyyət müddətlərinin fərqli hüquqi rejimlər kimi ayrıca tətbiq edilməsi, habelə CM-in 213-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin CM-in 75-ci maddəsinə uyğun qiymətləndirilməsi düzgün hesab edilməlidir. Belə olan halda, kollegiya apellyasiya məhkəməsinin Məhkum özünü təqsirli bilməməsi və cinayət təqibinə xitam verilməsinə razılıq verməməsi şəraitində Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 42.2.1-ci maddələrinin tələblərindən irəli gələrək ittiham hökmü çıxarmasını, lakin CM-in 213.2.2-ci maddəsi üzrə cəza təyin edilməməsi barədə gəldiyi yekun qənaəti normativ tələblərə uyğun və əsaslandırılmış hesab edir. Kollegiya müdafiə tərəfinin Məhkum "xxxx" MMC-nin təsisçisi olması səbəbindən hüquqi şəxsə məxsus 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitini mənimsəməsinin mümkün olmaması barədə iddialarını əsaslı hesab etməyərək, bu məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum digər təsisçinin razılığı və xəbəri olmadan, "xxxx" MMC-yə faktiki rəhbərliyi həyata keçirən vəz ifəli şəxs qismində cəmiyyətə etibar edilmiş 1.884.769,32 manat məbləğində pul vəsaiti hesabına 2011–2015-ci illər ərzində Türkiyə Respublikasında yerləşən müxtəlif şirkətlərdən uşaq bezlərinin alınmasını təşkil etmiş, həmin malları cəmiyyətin təsərrüfat fəaliyyətindən kənar qaydada ölkə ərazisində satmış, əldə olunmuş gəliri isə cəmiyyətin hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına sərf etməklə MMC-yə külli miqdarda ziyan vurmuş və ona etibar edilmiş özgə əmlakını mənimsəmişdir. Göstərilən hallar Məhkum öz ifadəsi, habelə şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Belə ki, o, ifadəsində “Prima” markalı uşaq bezləri üzrə biznesin şəxsən ona məxsus olduğunu, bu fəaliyyətdən əldə edilən gəlirin də ona aid olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cəmiyyətin həmtəsisçisi olması ona yalnız MMC-nin fəaliyyətindən əldə olunan xalis mənfəətdən, yəni bütün xərclər, o cümlədən vergilər ödənildikdən sonra formalaşan dividendlərin iştirakçılar arasında bölüşdürülməsi qaydasında, 50 faiz payına mütənasib hissəni almaq hüququ verir. Bununla yanaşı, cəmiyyətin əmlakı MMC-nin mülkiyyəti olmaqla, iştirakçılara münasibətdə özgə əmlak kimi çıxış edir. Bu baxımdan, Mülki Məcəllənin 87.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, MMC-nin iştirakçısının öz şəxsi sahibkarlıq fəaliyyəti üçün cəmiyyətin əmlakından sərəncam verməsi və ya həmin əmlakdan şəxsi mənfəət məqsədilə istifadə etməsi hüquqi baxımdan istisna olunur. Bundan əlavə, mənimsəmə epizodu üzrə zərərçəkmiş müəssisəyə Məhkum tərəfindən ziyan vurulması, yəni cəmiyyətin vəsaiti hesabına onun şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı ayrıca mülki icraat çərçivəsində qəbul edilmiş məhkəmə aktları ilə də təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş müəssisə dəymiş ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunmaqla Məhkum "xxxx" MMC-də (keçmiş "xxxx" MMC) iştirakına xitam verilmiş və ondan 6.184.633,23 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması qərara alınmışdır (cild 02, iş vərəqə 92–94). Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tari xli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, göstərilən mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları preyudisiallıq baxımından şəxsin cinayət təqsirinin olub-olmamasını müəyyən etməsə də, hadisənin mövcudluğu və cəmiyyətin vəsaiti hesabına şəxsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi faktının təsdiqi baxımından əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaət lərini şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə cəzanın təyin edilməsi məsələsi həll edilərkən, habelə həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əvvəllər məhkum olunmaması, hi pertoniyadan, şəkərli diabetdən və xroniki böyrək çatışmazlığından əziyyət çəkməsi hallarını, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, təyin edilən cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bu əsaslarla, apellyasiya məhkəməsi Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi üzrə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 (beş) ilədək endirmiş, eyni zamanda CM-in 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən həmin maddə ilə cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin 58, 59, 61 və 41.2-ci maddələr inin tələblərinə riayət etmiş, habelə Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barə də Məhkum müdafiəçisi Quliyev Elnur Ağalar oğlunun, kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə1 və dövlət ittihamçısı X3 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Quliyev Elnur Ağalar oğlu tərəfin dən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar